Suisidal davranışın formaları



Yüklə 35,86 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü35,86 Kb.
#112571
  1   2
İNTİHAR VƏ PSİXİ SAĞLAMLIQ (1)


İNTİHARLAR

Intihar və ya suisid hazırda psixiatriya və tibbi psixologiyanın qarşısında dayanan ən əsas problemlərdəndir. Əhali arasında baş verən ölüm hallarının səbələri içərisində intihar ilk onluğa daxildir. Hər il dünyada 500 min özünüqəsd və 7 milyona yaxın özünüqəsdə cəhd etmə halları baş verir.

Ölüm özlüyündə həyat prosesinin təbii sonu olub, insanın iradəsindən asılı olmayan bir prosesdir. Bu mənada intihar göstərilən prinsiplə təzad təşkil edir. İnsan yaranandan intihar halları mövcud olmuş, müxtəlif mədəniyyətlərdə intihara fərqli yanaşma müşahidə olunur.

Hal –hazırda intiharla psixi xəstəliklər arasında sıx əlaqə olması fikri formalaşmışdır. Müxtəlif məlumatlara görə intihar edənləri 98%-ində psixi sağlamlıq baxımından problem aşkar olunur. Bəzi alimlər hesab edirlər ki, bədbəxt hadisələr nəticəsində baş vermiş ölüm hallarının əksəriyyətinin altında gizli intihar meyli yatır. Bəzi tədqiqatçılar ekstremal idman növlərini, avtomobili ehtiyatsız idarə etmək hallarını suisidal davranışın bir forması kimi qəbul edirlər.

Suisidlərin epidemiologiyasını aparmaq bir sıra çətinliklər yaradır. Bəzi hallarda intihar halı bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə həyata qəsd halı intiharla səhv salınır. 2016-cı ilin statistik məlumatına görə dünyada intihar sayı hər 100000 nəfərə 7 nəfərdirsə, Azərbaycanda bu rəqəm 5 nəfər təşkil edir.

Suisidal davranışın formaları:

1.Suisidal məqsəd-intihar haqqında fikirlərin yaranması və bunu reallaşdırmaq üçün vasitələrin axtarışı, müəyyən yarımçıq qalmış işlərin tamamlanması və s.

2.Suisidal cəhd-nisbətən az təhlükəli davranış formalarından tutmuş həyat üçün təhlükəli davranış formalarına qədər sahəni əhatə edən autoaqressiv davranışlardır. Suisidal niyyət, sui­sidal cəhd və realizə edilmiş suisidin (intihar) yetərincə ümumi xüsusiyyətlərə malik olmasına baxmayaraq, məğzi etibarilə onlar müxtəlif hərəkətləri əks etdirir. Ən ümumiləşdirilmiş hesablamalara görə suisidal cəhdlərə başa çatmış intiharlarla müqayisədə 4-15 dəfə daha çox rast gəlinir. Əksər suisidal cəhdlər qeydə alınmadı­ğından bu barədə dəqiq rəqəmlər mövcud deyil

3.Tamamlanmış suisid-İnsanın həyatdan getməsi ilə nəticələnən suisid.

.Bundan əlavə , insanın həyatla hesablaşması məqsədi daşıyan


Yüklə 35,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin