Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا


Qılmaya ərdim üzün görmək təmənna kaş ki



Yüklə 2,03 Mb.
səhifə14/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Qılmaya ərdim üzün görmək təmənna kaş ki,


Salmaya ərdim könül mülkünə qovğa kaş ki.
Vəsl ara düşdü könül mülkündə qovğa, ey rəfiq,

Qıla ərdi hicr odu könlümü yağma kaş ki.


Tanrı üçün tilbə könlümü itirgil, ey sipehr,

Kim, iməs hasil bu bihasildən ala kaş ki.


Eşq ara rüsva olub mən bu təəssübdən nə sud,

Ya diriğidir hər işin zimnində ya kaş ki.


Ol quyaşın nəqdi vəsli gərçi rahatdır, vəli

Qılmaya ərdi könül onu təmənna kaş ki.


Mən ki ol ay eşqini qıldım təmənna, ey könül,

Qıla ərdim zöhd içində dideyi-bina kaş ki.


Çün Hüseyni dövləti-tövfiq səndən istədi,

Uşbu işdə salma könlünə xudaya kaş ki.



š 187 ›
Vardır ol şəbxun libas içrə pəri, ya adəmi,

Ya məgər kim göz qarasında ərər göz yordamı.


Gər gözümün mərdümi ərməs durar, pəs nə üçün

Əşk axıb bildirər hicran qəmindən matəmi.


Axsa əşki-hülleyi-şəbxun ara, vah, nə əcəb,

Gün qara bulud ara girgəc, olar zahir nəmi.


Derlər: ölməz zülmət içrə abi-heyvan tapan el,

Vah ki, mən tapıb mənü, canım alar hər dəm qəmi.


Ey Hüseyni, bu qara qayğında canın olsa riş,

Qəm yemə, bir gün dəva qılar visali-mərhəmi.



š 188 ›
Canda aydar mən: düzəm hərfi-qəmin təhririni,

Könlüm olmaz, vah ki, bilməzəm bu iş tədbirini.


Bavər etməz ərdim el dərdin, vəli qəm görəli,

Çin xəyal eylərəm elin naleyi-təzvirini.


Afiyət küncün tutaq derəm qurtulıb eşqdən,

Vah ki, özgə qılsa olmaz tanrının təqdirini.


Dedim asayiş tapam eşq içrə, vah, müşkül dürur,

Sən pəriru eşqində qılmaq bu söz təqririni.


Vala olmuş vah Hüseyni yar ram olsun debən,

Tilbə olanlar kimi istər pəri təshirini.



š 189 ›



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə