Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا


Necə hicran sağərindən dəmbədəm özdən varam



Yüklə 2,03 Mb.
səhifə9/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

Necə hicran sağərindən dəmbədəm özdən varam,


Vəsl canın gər tutar olsan, ləbaləb sıbqaram.
Eşqdən canıma yetdim, saqiya, tut sağəri,

Ta zamanı ağıl nənindən özümü qurtaram.


Çərx əgər üşşaq dərdi nəqdindən qılsa təmə,

Mən həm ol ay hicrində ahım xədəngin ötürəm.


Vədə qətlimə əgər qılsan ki, qılasan şəhid,

Başıma gəlsə əcəl, canım varınca yalvaram.


Sərvi-gül ruyimi bir dəm görməsəm, ey bağban,

Dəhr gülzarını derəm kim, səba tək axtaram.


Qafil olğac ol pəri köyündə varar baş alıb,

Əql öyünə tilbə könlümü necə kim, başqaram.


Ey Hüseyni, çərx zülmi birlə olsa, mən dəxi

Əşk tufanı bilə gərdun binasın döndərəm.



š 178 ›

Müşkbuy xəttinmi, de, ya lə’li-dürbarınmı, de,

Üzü imanınmı, de, ya zülfi-zünnarınmı, de.
Kövsəri-lə’linmi söylə, yoxsa xəttindən onun

Dövrəsində səbzeyi-cənnət nəmudarınmı, de.


Səbzeyü gül tək xətti birlə üzünmü şərh edək,

Səbzeyü güldən bəzənən baği-rüxsarınmı, de.


Rişteyi-can birlə heyvan soyundan sordun xəbər,

Belinin tarınmı deyim, lə’li-güftarınmı, de.


Ey ki, dersən: eşqində vəsf eylə könlün halını,

Hər tərəf zəxminmi, de, ya naleyi-zarınmı, de.


Dəhr bağı güllərində gərçi yox buyi-vəfa,

Hər birinin dövrəsində yüz cəfa xarınmı, de.


Ey Hüseyni, deməgil kim, yar eşqin şərh edək,

Vəslinin rəşkinmi, de, hicrinin azarınmı, de.



š 179 ›


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə