Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Nümayəndəliyi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2019-ci IL üçün illik



Yüklə 226,13 Kb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü226,13 Kb.
#102151
  1   2   3   4   5   6   7   8


Sumqayıt Regional Mədəniyyət İdarəsi
Qubadlı rayon Nümayəndəliyi
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
2019-ci il üçün illik
İŞ PLANI

Təsdiq edirəm:

Sumqayıt Regional Mədəniyyət
İdarəsinin rəisi: Mehman Şükürov

G İ R İ Ş

2019-cu ildə Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Sumqayıt şəhər Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon Nümayəndəliyinin tərkibində öz işini planlaşdırmağı qarşıya məqsəd qoymaqla, cəmiyyətdə gedən informasiyalaşdırma prosesini, yeni innovasiyaların kitabxana işinə tətbiqini nəzərə almaqla onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. 2019-cu ildə milli və dünya ədəbiyyat, incəsənət, elm, texnikanın ən görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr iş planında öz əksini tapacaqdır. 2019-cu ilin təqvimi Böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli Azərbaycan poeziyasının banilərindən biri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmişdir.

Hər bir kitabxana işçisi informasiya-kommunikasiya texnologiyalarının köməyilə müxtəlif formada sənədlərlə işləməyi bacarmalı, kitabxana fondunu yeni ədəbiyyatla və oxucu sorğuları əsasında müntəzəm olaraq komplektləşdirməlidir. ”Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında nəzərdə tutulmuş müddəalara uyğun olaraq MKS öz işini planlaşdırır.

Qubadlı rayon MKS-i öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 oktyabr tarixli 162 saylı Sərəncamı ilə təsdiq edilmiş yeni ştat və struktur cədvəlinə uyğun olaraq planlaşdırmaqla Sumqayıt şəhər 28 may Mədəniyyət evində Qubadlı rayon əhalisinə xidmət etməkdədir. ALİSA proqramının 2019-cu ildə kitabxana işinə tətbiqinə çalışacağıq.

Mərkəzləşdirilmiş Kitabxana Sistemi 2019-cu ildə də öz fəaliyyətini yenidən qurmağı, onun vahid bir sistem kimi işləməsini təmin etməyi planlaşdıraraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın  təsdiqi ilə əlaqədar öz işini yekunlaşdıraraq yeni konsepsiyalarla işləməyi qarşıya məqsəd qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2019-cu ili “Nəsimi ili” elan etməsini rəhbər tutaraq öz işimizi bu istiqamətdə qurmağa çalışacağıq.

Qubadlı rayon MKS-i vahid, dəqiq uçot sisteminin yaradılması, əmək intizamının möhkəmləndirilməsi, kitabxana işçilərinin yenidənhazırlanma kurslarında hazırlıq səviyyələrinin yüksəldilməsi, kitabxanaya göstərilən metodiki köməkliyin səviyəsinin kökündən yaxşılaşdırılması, kitabxananın təchizat işinin yaxşılaşdırılması istiqamətində iş aparılmasını planlaşdırır. Qabaqcıl işçilərin mükafatlandırılması, ehtiyacı olanlara qismən həmkarlar komitəsi və rəhbərlik tərəfindən köməklik göstərilməsi üçün tədbirlər həyata keçirmək nəzərdə tutulur.

2019-cu ildə Kitabxananın metodiki mərkəz funksiyasının gücləndirilməsi, metodiki və biblioqrafik məktubların, tövsiyə ədəbiyyat siyahısının hazırlanıb aidiyyatı yerlərə göndərilməsi daima diqqət mərkəzində olacaqdır.

Qubadlı rayon MKS-i Dövlət başçısının verdiyi sərəncamların,Qanunverici orqanın, Mədəniyyət Nazirliyinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin sənədlərinin, qanunlarının və s. təbliği və izahı sahəsində tədbirlər həyata keçirilməsini planlaşdırır.





Yüklə 226,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə