TAPŞIRIQ MÜQAVİLƏSİ
Bakı şəhəri 05 Yanvar 2018-ci il
“Peşəkar Ailə Serviisi Akademiyası” adlanacaq, “Peşəkar Ailə Serviisi Akademiyası” MMC Nizamnamə əsasında fəaliyyət göstərən direktoru ________ oğlunun şəxsndə bir tərəfdən, “Dayə” adlanacaq, __________________________________ oğlu (şəxsiyyət v siqəsi AZN N0_________ _________tarixdə _____tərəfindən verilib) digər tərəfdən,
“Peşəkar Ailə Serviisi Akademiyası”nın və “Dayə”nin qarşılıqlı hüquq və vəzifələrini, öhdəliklərini və məsuliyyətlərini müəyyən etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırkı müqaviləni bağlayırlar.
Bundan sonra bu müqavilədə “Peşəkar Ailə Serviisi Akademiyası” və “Dayə” birlikdə Tərəflər, “Dayə”nin xidmət göstərəcəyi ailənin üzvləri birlikdə Ailə adlanacaq.
-
MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqaviləyə əsasən “Dayə” “Peşəkar Ailə Serviisi Akademiyası”nın tapşırığı ilə Ailənin______ünvanda yerləşən yaşayış sahəsində dayə funksiyalarını yerinə yetirir, “Peşəkar Ailə Serviisi Akademiyası” isə bu xidmətə görə “Dayə”yə razılaşdırılmış haqq ödəyir.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. “Peşəkar Ailə Serviisi Akademiyası”nın hüquq və vəzifələri:
2.1.1. Ailənin razılığı ilə “Dayə”nin çalışacağı yaşayış sahəsində onun gündəlik davranışlarını canlı izləyə bilməsi üçün kamera avadınlığı quraşdırılmasını təşkil edir.
2.1.2. “Dayə”nin öz hərəkəti və hərəkətsizliyi ilə Ailəyə vurduğu və sübut olunmuş ziyanı “Dayə”dən tələb edir.
2.1.3. “Dayə”nin göstərdiyi xidmətlərlə bağlı iradları qəbul edir, onları araşdırır və əsaslı iradlarda göstərilən nöqsanların dərhal aradan qaldırılmasını təmin edir.
2.1.3. Razılaşma əsasında “Dayə”nin xidmət haqqını ödəyir.
2.1.4. “Dayə”nin iş saatı 10:00-18:00 arasıdır. Bu, Ailənin istəyinə görə 9:00-19:00 saatları ilə əvəz oluna bilər.
2.1.5. “Dayə”nin bu müqavilədə nəzərdə tutulmuş funksiyalarının icrasına
nəzarət edir.
2.1.6. Ailənin Dayəyə qarşı hər hansı zorakılıq, nalayiq ifadələr, kobudluq nümayiş etdirməməsini təmin edir, buna görə tam məsuliyyət daşıyır.
2.1.7. Sifariş edilmiş xidmətlərdən imtina etdikdə bu barədə dərhal “Dayə”yə məlumat verir.
2.2. “Dayə”nin hüquq və vəzifələri
2.2.1. “Dayə”nin vəzifəsi Ailədə uşağa aid aşağıdakı bütün məsələlərin həll etməkdən ibarətdir:
-Uşağın günlük rejimini, qrafikini, həyat tərzini, bütün psixi proseslərini dəqiq müəyyənləşdirir buna nəzarət edir;
-uşağın yeməyi, paltarının dəyişdirilməsi, yuyulması, altının təmizlənməsi, otağının təmizlənməsi və digər gigiyenik tədbirləri həyata keçirir;
-Predoqoji funksiyanı həyata keçirir. Uşağa elmi biliklər, müxtəlif amillər haqqında danışır, öyrədir;
-Uşağa nəzarəti həyata keçirir, ona tibbi və fiziki cəhətdən heç bir təhlükənin yaranmamasına zəmanət verir. Uşaqda soyuqlama olarsa, temperatur qalxması yaranarsa və səhhətində hər hansı problem yaranarsa bunların qarşısının alınması üçün dərhal təxirəsalmaz tədbirlər görür, o cümlədən Ailəni məlumatlandırır;
-Tərbiyə funksiyanı həyata keçirir. Uşağın yüksək intelektual səviyyəyə gətirib çıxaracaq və başqalarına nümunə olacaq ruhda tərbiyə almasını təmin edir;
-Dayə xidmətləri göstərərkən xüsusi geyimdə olur. Hər vaxt özü və geyimi səliqəli və təmiz olur, gigiyena qaydalarına dəqiq əməl edir.
2.2.2. “Dayə”nin bu müqavilənin 2.2.1-ci bəndində göstərilən vəzifələri yalnız Tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər.
2.2.3. Bu müqavilənin 2.2.1-ci bəndində göstərilən vəzifələrini vicdanla və Ailənin tələblərini qane edəcək səviyyədə həyata keçirir.
2.2.4. Ailədən bu müqavilə üzrə razılaşdırılmış ödənişləri və əlavə hər hansı ödənişi almır.
2.2.5. Razılaşdırılmış və uzadılmış saatdan əlavə iş yerinə tez gəlmir,
gec getmir və ya gecə qalmır.
2.2.6. Sifariş edilmiş xidmətlərdən imtina etdikdə bu barədə dərhal “Peşəkar Ailə Servisi Akademiyası”na məlumat verir.
3. MÜQAVİLƏNİN MÜDDƏTİ, ÖHDƏLİKLƏRİN İCRASI VAXTI VƏ YERİ
-
Bu müqavilə _________ müddətinə bağlanır.
-
Müddət bitdikdən sonra həmin müddət Tərəflərin razılığı ilə artırıla bilər.
-
Bu müqavilə Tərəflərin razılığı ilə vaxtından əvvəl ləğv edilə bilər.
-
Bu Müqavilə üzrə öhdəliklər həftənin _____ günü ərzində saat _______-dan ________-dək___________________ünvanda icra olunur.
4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
-
Tərəflərin biri digərinin bu müqavilədə nəzərdə tutulan öhdəliklərindən başqa yaranmış öhdəliklərinə və borclarına görə heç bir məsuliyyət daşımırlar.
-
“Dayə”nin müqavilə öhdəliklərini pozması nəticəsində vurduğu zərəri ödəməsi onu öz öhdəliklərini icra etməkdən və pozuntuları aradan qaldırmaqdan azad etmir.
-
MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
5.1. Bu müqavilədən irəli gələn bütün mübahisə və fikir ayrılıqları tərəflər arasında ilkin olaraq danışıqlar vasitəsi ilə həll edilir.
-
Danışıqlar nəticəsində razılığa gəlmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
-
DİGƏR ŞƏRTLƏR
6.1. Tərəflərin biri digərinin bu müqavilə üzrə əmlakına, maddi və kommersiya maraqlarına, qanunla qorunan digər mənafelərinə zərər vurarsa qanunla və bu müqavilə ilə müəyyən edilmiş maddi və mənəvi məsuliyyət daşıyırlar.
6.2. Bu müqavilə qanunla müəyyən edilmiş əsaslarla və qaydada pozula, ləğv və xitam oluna bilər.
6.3. Tərəflər bu müqavilə üzrə öhdəliklərini üçüncü şəxslərə verə bilməzlər.
-
Bu müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir.
7. TƏRƏFLƏRİN REKVİZİTLƏRİ
“Peşəkar Ailə Serviisi Akademiyası” “Dayə”
Ünvan: _____________________ Ünvan: _____________________
__________________________ ____________________________
Direktor:_________________
telefon:__________________ telefon:_____________
Dostları ilə paylaş: |