Tarix: 20 sentyabr 2016-cı IL Kreditin nömrəsi və adı: Kred



Yüklə 16,71 Kb.
tarix29.07.2018
ölçüsü16,71 Kb.
#62335


Tenderə dəvət

line 2



Tarix:

20 sentyabr 2016-cı il

Kreditin nömrəsi və adı:Kred:

3411-AZE: Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – Layihə 4

Müqavilə nömrəsi və adı:

MFF42408-044-T4-ICB-1.02

Ağdaş şəhərində şirkab su təmizləyici qurğunun tikintisi



Təkliflərin təqdim olunması üçün son tarix:

01noyabr 2016-cı il, Bakı vaxtı ilə 16:00



  1. Azərbaycan Respublikası Asiya İnkişaf Bankına (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı – 4-cü Layihəsi üzrə xərclərin qarşılanması üçün müraciət etmişdir. Bu kreditin bir hissəsi yuxarıda qeyd olunmuş müqavilə çərçivəsində ödənişlərə istifadə olunacaqdır. Tender AİB-in seçilmək hüququna malik ölkələrdən olan iddiaçıları üçün açıqdır.




  1. AZƏRSU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ(“Sifarişçi”)aşağıdakılardan ibarət olan, lakin bununla məhdudlaşmayan Ağdaş şəhərində Çirkab Su Təmizləyici Qurğunun tikintisi və tamamlanması üçün seçim hüququna malik iddiaçılardan möhürlənmiş təklifləri qəbul edəcəkdir:



Ümumilikdə, aktivləşdirilmiş lillə fəaliyyət göstərəcək və Anaerob çənlər, bioloji reaktorlar və çöküntü çənləri olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Bu qurğuların layihələndirilən axım əmsalı 10 000 m3/gün təşkil edir.
Proqnozlaşdırılan tikinti müddəti 12 aydır.
Tikinti işləri tender sənədlərində verilmiş spesifikasiyalara və cizgilərə uyğun yerinə yetirilməlidir.


  1. Tenderdə yalnız aşağıdakı meyarlara cavab verən və seçim hüququ olan iddiaçılar

iştirak edə bilərlər:


  • Minimal illik tikinti dövriyyəsi son üç il ərzində davam edən və ya tamamlanmış müqavilələr üzrə ümumilikdə Otuz dörd milyon ABŞ dolları (34 000 000 ABŞ $).




  • İddiaçının maliyyə tələbini, cari müqavilə üzrə öhdəlik və tələbləri qarşılamaq üçün beş milyon ABŞ dolları (5 000 000 ABŞ $) məbləğində müqavilə üzrə avans ödənişindən əlavə likvid (pula çevrilə bilən) səhmlər, xərclənməmiş faktiki səhmlər, kredit xətti və digər maliyyə vəsaitləri kimi maliyyə resurslarının mövcudluğunu təqdim etməlidir.




  • İddiaçı, son beş ildə öz iştirak dəyəri on üç milyon yeddi yüz min ABŞ dollarından (13 700 000 ABŞ $) çox olmaqla qeyd olunmuş işlərə oxşar müvəffəqiyyətlə tamamlanmış və tamamlanmaq üzrə olan ən azı iki müqavilədə iştirak etməlidir.




  • İddiaçıya qarşı qaldırılmış bütün məhkəmə prosesləri həll olunmuş kimi nəzərə alınmalı və İddiaçının ümumi səhmlərinin dəyərinin 50%dən çoxunu əhatə etməməlidir.




  1. Tender Sənədlərində göstərildiyi kimi seçilmək hüququna malik ölkələrdən olan bütün

İddiaçılarüçün açıq və AİB-in Bir-mərhələli - Bir-Zərfli təlimatlarına uyğun olaraq

beynəlxalq rəqabətli tender keçiriləcəkdir.


  1. Əlavə məlumat almaq və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıda

qeyd olunmuş şəxslərlə əlaqə saxlaya bilərlər:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Satınalmaların Təşkili və İdarə OlunmasıDepartamentinin rəisi cənab İlqar Tağıyev

Moskva pr. 67, AZ1012 Bakı / Azərbaycan

Tel: +994 12 431 47 92

Faks: +994 12 598 38 14

E-poçt: i.tagiyev@azersu.az; mahal.osmanli@azersu.az




  1. Tenderin əsas şərtlər toplusu yuxarıda qeyd olunmuş ünvana yazılı müraciət təqdim

etməklə və geri-ödənilməyən 500 AZN və ya 310 ABŞ $ məbləğində rüsumu ödəməklə

iddiaçılar tərəfindən əldə oluna bilər.


Benefisiarın adı : “AZƏRSU” ASC

INTP : 9900001751

Benefisiarın Bankı : Kapital Bankın 1 saylı Nəsimi filialı

INTP : 9900003611

Yerli valyuta ilə hesab № : AZ65AIIB33070019441100216111

Xarici valyuta ilə hesab№ : AZ55AIIB33170018401100216111

Kod : 200112

SWIFT Kod : AIIBAZ2X


Tender sənədləri "Azərsu" ASC-nin inzibati binasında köçürmə yolu ilə ödəniş müqabilində əldə oluna bilər. Bundan başqa, yazılı müraciət və ödəniş qarşılığında "Azərsu" ASC tender sənədlərini maraqlanan iddiaçılara kuryer vasitəsilə çatdıracaqdır. İtki və ya gec çatdırılmaya görə heç bir məsuliyyət daşınılmır. Tender sənədləri yalnız elektron formatda (DVD diskdə) təqdim ediləcəkdir.
7. TəkliflərinTender sənədlərində qeyd olunduğu kimi Tender Zəmanəti ilə birlikdətəqdim edilməsi:




  • Ünvan:

“Azərsu”ASC, Moskva pr. 67, 2-ci mərtəbə, Satınalmaların Təşkili və İdarə Olunması Departamenti, AZ1012 Bakı / Azərbaycan(Kimə:Tender və Beynəlxalq Layihələrin İdarə Olunması Departamentinin rəisi cənab İlqar Tağıyevə)


8. Təkliflər son müraciət tarixindən dərhal sonra iddiaçıların seçilmiş nümayəndələrinin iştirakı ilə açılacaqdır.






Yüklə 16,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin