“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 015-ci IL oktyabr tarixli 1372-ivqd nömrəli Qanununun tətbiqi haqqında



Yüklə 8,67 Kb.
tarix17.07.2018
ölçüsü8,67 Kb.

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1372-IVQD nömrəli Qanununun tətbiqi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1372-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin beşinci hissəsində birinci halda, 5-ci maddəsinin adında, birinci hissəsində birinci halda və ikinci hissəsində birinci halda, 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində ikinci halda, 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində ikinci halda və ikinci cümləsində birinci halda, 14-cü maddəsinin birinci hissəsində ikinci halda, 20-ci maddəsinin birinci hissəsinin birinci cümləsində birinci halda, ikinci hissəsində ikinci halda və üçüncü hissəsində, 21-ci maddəsinin birinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində birinci halda və 27-ci maddəsinin ikinci hissəsində birinci halda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.2. həmin Qanunun 1-ci maddəsinin beşinci hissəsində, 5-ci maddəsinin adında, birinci və ikinci hissələrində, 7-ci maddəsinin ikinci və üçüncü hissələrində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin birinci hissəsində, 20-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 21-ci maddəsinin birinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində və 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2015-ci il

№ 684
Kataloq: 145 -> 2016
2016 -> Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə
2016 -> “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası nın təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
2016 -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında
2016 -> Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
2016 -> “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 001-ci il avqust tarixli 132
2016 -> “Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair
2016 -> İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (isesco) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında
2016 -> Naxçıvan şəhərinin 2018-ci IL üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

Yüklə 8,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə