TariXİ VƏ DİNİ BƏhsləR (ŞÜBHƏLƏRƏ cavab) faiq vəLİ OĞlu biSMİllahiRRƏhmaniRRƏHİM


ƏHLİ-BEYT ƏLEYHİSSƏLAMA ƏZADARLIQ



Yüklə 0,64 Mb.
səhifə11/11
tarix24.07.2018
ölçüsü0,64 Mb.
#57280
1   2   3   4   5   6   7   8   9   10   11

ƏHLİ-BEYT ƏLEYHİSSƏLAMA ƏZADARLIQ


Son vaxtlarda şiələrə qarşı geniş təbliğat sistemi işə düşmüşdür. Müsəlmanların əqidələrində şübhələr icad etmək və onları öz dinlərində zəiflətmək istəyirlər. Əlbəttə, bu işin arxasında böyük qüvvələr vardır. Bizim məqsədimiz bu məsələdən kənarda olduğuna görə yalnız şübhəni araşdırıb aradan aparmaq niyyətindəyik. Əvvəlcədən qeyd etdiyimiz kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından bir əsr keçməmiş özlərini müsəlman cildinə salmış Müaviyə və Yəzid kimi şəxslərin hiyləsi ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ağuşunda böyümüş övladını yə’ni, İmam Hüseyn əleyhissəlamı faciəli şəkildə şəhadətə yetirir və ailə-uşaqlarını “xarici”lər adı ilə küçə-bazarlarda əli bağlı gəzdirirlər. Əlbəttə, məl’un Yəzid sonradan öz səhvinə (hiylə üzündən) e’tiraf etsə də, artıq bəşəriyyətdə görünməmiş bir faciə baş vermişdi. Faciə haqqında danışmağın yeri deyil. ×ünki İslam tarixi ilə azca da olsa tanış olanlar özləri bu faciədən xəbərdardırlar.

O gündən sonra müsəlmanlar tutduqları işdən peşiman olub bu pak və ismətli Əhli-beyt əleyhimussəlama matəm mərasiminin ildönümünü qeyd etməyə başlayırlar. Onu da qeyd edək ki, faciədən bir az sonra bu faciənin intiqamını qatillərdən almaqdan ötrü çoxlu qiyamlar olmuşdur. Bu faciə eyni halda İmam Hüseyn əleyhissəlamın qanı bahasına qələbəsi hesab olunduğu kimi müsəlmanların, xüsusilə şiələrin bu haqq yolu davam etdirməsinə yə’ni əmr be mə’ruf və nəhy əz münkər şüarının cəmiyyətdə layiqincə icra edilməsinə ən gözəl nümunə idi. İmam Hüseyn (əleyhissəlam) özündən sonra zülmə, təcavüzə və zalimlərə qarşı mübarizə aparmaq məktəbinin özəlini qoymuşdur. Əməli şəkildə isbat etmişdir ki, qan bahasına da olsa, zalimə qalib gəlmək olar və haqqı bəyan etmək mümkündür. Bu hadisə barəsində tarixdə yüzlərlə kitablar yazılmış və yazılmaqdadır.

Son vaxtlarda bə’zi qərəzli şəxslər belə bir şübhə yaradırlar ki, nəyə görə şiələr İmam Hüseyn əleyhissəlama göz yaşı tökürlər. Bu göz yaşlarının İslama faydası yoxdur!!!

Bu şübhəni aradan aparmaq ötrü bir neçə məsələyə diqqət yetirməliyik.


PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) DöVRÜNDƏ ƏZADARLIĞA MÜNASİBƏT


Əvvəla heç bir tarixi və İslam mənbələrində mərsiyə demək və ölülərə ağlamaq qadağan olunmayıb, lakin bunun əksi olub. Bundan əlavə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) dövründə müsəlmanlar öz ölülərinə həmişə ağlamış və mərsiyələr qoşmuşlar. Amma heç vaxt eşidilməyib ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu işin qarşısını alsın. Hər kəs öz əzizləriin əzalarında azad şəkildə ağlamışdır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) özü dünyadan köçdükdə Həzrətin ən yaxın əshabları ona mərsiyə deyib ağlayırdılar. O cümlədən, Fatimeyi Zəhra (səlamullahi əleyha) atasının vəfatından sonra çox qəm-qüssə çəkib ağlayırmış. Həzrəti Əli (əleyhissəlam) vəfat etdikdən sonra İmam Həsən (əleyhissəlam) ağlamış və xütbə oxuyaraq atasını tə’rifləmişdir. İmam Zeynəlabidin (əleyhissəlam) də atasının qəbri üstündə çox vaxtlar oxşama deyib ağlayırmış.


İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) öZÜ AĞLAYIR


Tarix səhifələrində dəfələrlə nişan verilib ki, bəşəriyyəti səadətə də’vət edən Allahın elçisi Mühəmməd (səlləllahu əleyhi və alih) dəfələrlə əza məclislərində və xüsusi hallarda ağlamış, həmçinin, ağlamağa icazə vermişdir. İndi də qısa şəkildə tarixə nəzər salaq.

1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın şəhadətindən xəbər vermiş, ona ağlamış və bu faciəyə görə çox narahat olmuşdur.

2. Əhməd Hənbəli öz “Müsnəd”ində (1-ci cilddə, səhifə 58-də) Əli əleyhissəlamın dilindən Peyğəmbərin (səlləllahu əleyhi və alih) İmam Hüseyn əleyhissəlamın faciəli şəhadətinin Cəbrail vasitəsilə xəbərindən sonra o Həzrətin şiddətlə ağlamasını nəql edir.

3. Hədisdə gələn xəbərlərə görə Həzrəti Adəm, Nuh, İbrahim, İsmayıl, Musa, İsa, Zəkəriyya, Yəhya, Xızr və Süleyman (əleyhimussəlam) İmam Hüseyn əleyhissəlamın müsibətinə qabaqcadan ağlamışlar. (“Biharül-ənvar”)

4. Peyğəmbər (səlləllahu əleyhi və alih) zövcəsi Xədicə və əmisi Əbu Talibin dünyadan köçən ilini “qəm ili” adlandırmış və onların əzasına ağlamışdır. Ənəs ibni Malik nəql edir ki, döyüşlərin birində Qur’an qariləri şəhadətə yetirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu hadisədə ağlamış və bir aya yaxın qəmli şəkildə gəzmişdir1.

Günlərin birində Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqabilinə cənazə qoyurlar. Onun qohumları ağlamağa başlayır. ömər şallaq götürüb onları vurmaq istəyir. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: ömər edirsən?! Qoy ağlasınlar. Onlar müsibət görüblər, gözləri yaşlıdır”.



5. Qur’ani-Məciddə Həzrəti Yə’qubun ağlamaqdan gözlərinin tutulmasına işarə olunur2.

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMA ƏZADARLIĞIN FƏLSƏFƏSİ


1. Əhli-beyt əleyhimussəlama o cümlədən İmam Hüseyn əleyhissəlama təşkil olunan məclislər İslam konfransı kimi bir şeydir. Bu məclislərdə yalnız İslam prinsiplərindən, Peyğəmbər (səlləllahu əleyhi və alih) və onun Əhli-beyti (əleyhimussəlam) barəsində söhbətlər olunur və İslamın qanunları bəyan olunur.

2. Əhli-beyt əleyhimussəlama ağlaşma məclislərinin keçirilməsi İslam dininə də’vət etməyin ən yaxşı yoludur və qəflətdə olan müsəlmanları oyatmaqdın ötrü ən güclü vasitədir. Bu məclislər qəlblərə dərin tə’sir qoyur və insanı haqqa səsləyir.

3. Belə məclislər vasitəsilə İslam maarifi yayılır və qəlblər şəfa tapır. Bu məclislərdə Əhli-beyt əleyhimussəlama Allah tərəfindən verilən xüsusi elmləri müsəlmanlara tanıtdırılır. Heç bir təbliğat vasitəsi müsəlmanları bu məclislərdə olan kimi bir yerə yığa bilməz. Uşaqdan tutmuş ağsaqqallara qədər diqqətlə belə məclislərdə iştirak edirlər. Bu da İslam dininin təbliğ olunmasına şərait yaradır.

4. Belə məclislərdə haqq yolunda necə şəhadətə yetmək tə’lim olunur və zülmkarlığa qarşı mübarizəyə qüvvət verilir.

5. Müsəlmanlar Əhli-beyt əleyhimussəlamın çəkdiyi müsibətləri gördükdə və eşitdikdə öz müşküllərini və müsibətlərini unudur, bir növ təskinlik tapırlar.

6. Nəhayət, bu yolda sərf olunan xərclər müsəlman fəqir-füqəralarına, o cümlədən məscidlərin tikilməsinə və başqa xeyriyyə işlərinə sərf olunur. Bütün bunların hamısının qayıdışı İslam dininə xidmət, onu yaymaq və Allahın razılığını ələ gətirməkdir.

Bəhsin sonunda onu da qeyd edək ki, İslam alimləri, o cümlədən bütün şiə mərceyi-təqlidçiləri istər keçmişdə, istərsə də hazırdakıların ittifaq nəzərləri vardır ki, Əhli-beyt əleyhimussəlama aid olan məclislərin keçirilməsinin İslam dininə çox böyük faydaları vardır. Xüsusilə, İmam Hüseyn əleyhissəlama əzadarlıq məclisini keçirmək, həm o faciənin yaddan çıxmamasına, həm də Allah yolunda şəhid olmaq məktəbinin ən’ənələrinin təzələnməsinə səbəb olur. Bu barədə yalnız böyük İslam inqilabının rəhbəri İmam Xomeyni Həzrətlərinin buyurduğu kəlamların bir hissəsini qeyd etmək istərdik. İmam buyurur: Pərvərdigari aləm elə ki, görür oyunbazlar öz yollarını azıb dinin əsaslarını aradan aparırlar başqa tərəfdən bir neçə nəfərdən savayı min qalmayıb, bu vaxt İmam Hüseyn ibni Əli əleyhissəlamı seçir onun fədakarlıqları ilə müsəlmanları oyadır.



Onun əzadarlığının çoxlu savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, əsası zülmkarlıq ədalətsizliyi aradan aparmaq üzərində olan Kərbəla faciəsi yaddan çıxmamalıdır1”.

TORPAĞA SƏCDƏ ALLAH DƏRGAHINDA TƏVAZÖ’ HALININ ƏN NƏHAYƏTİDİR


Bə’ziləri, o cümlədən vəhhabilər şiələrə torpağa səcdə etmələrinə görə irad tutur və bunun şirk olduğunu iddia edirlər.

Cavab: Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, vəhhabilərin təbliğatlarının mənfi cəhətlərindən biri də budur ki, məsələ üzərində dərindən düşünmədən əsassız olaraq müsəlmanları kafir və ya müşrik kimi qələmə verirlər. Bu da müqəddəs İslam qayda-qanunları ilə heç də uyğun deyildir. İndi də əsl məsələyə qayıdaq. Əvvəlcə Allaha səcdənin tə’rifini düzgün vermək lazımdır sonra isə şübhəyə cavab verilməlidir.

İslam dinində “Allaha səcdə” - yə’ni, insanın aşkar şəkildə özünü Allah dərgahında təvazö’ halına gətirməsi və bədəninin ən şərəfli qismətini yə’ni, alnını Allah qarşısında yerə qoymasıdır. Bu da insanın Allah dərgahında bəndəliyinin ən son dərəcəsi sayılır. Ona görə də Qur’ani-Məcid təkcə insanın yox, hətta bütün mövcudatın Allaha səcdə etdiyini bildirir.



Göylərdə və yerdə nə varsa hamısı Allaha səcdə edir1.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) adəti və rəftarı bütün müsəlmanlar üçün hüccətdir. Qur’ani-Kərim buyurur:



Həqiqətən, Allahın rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir1.

Əhli-beyt (əleyhimussəlam) məktəbinin tərəfdar-ları İslam Peyğəmbəriinin (səlləllahu əleyhi və alih) adətinə və rəftarına əsasən, yalnız torpağa və torpaqda bitənlərə (yeyilən və geyilən şeylərə yox) səcdə etməyi rəva bilirlər. Torpağa səcdə etmək Allah dərgahında insanın bəndəliyinin ən aşkar nümunəsidir. Bə’ziləri nədənsə torpağa səcdəni Allaha şirk bilirlər. Onların cavabında deyilməlidir ki, “Allahdan ötrü səcdə etmək” ifadəsi ilə “torpağa səcdə etmək” ifadəsi arasında aşkarcasına fərq vardır. Belə nəzərə gəlir ki, torpağa səcdəni şirk hesab edənlər bu iki mə’nanın fərqinə baxmırlar.

Beləliklə, şiələr alınlarını torpağa qoymaqla yalnız Allahdan ötrü səcdə edirlər. Onlar torpağı böyük tutmaqdan ötrü səcdə etmirlər, çünki səcdə yalnız Allahdan ötrü olmalıdır.

O da mə’lumdur ki, bütün müsəlmanlar namaz vaxtı hər hansı bir şeyə səcdə edirlər. Yə’ni alınlarını nəyinsə üstünə qoyurlar. Lakin əsas məqsəd şiələrin niyyətində olduğu kimi yalnız Allahdan ötrü səcdə etməkdir. Kə’bədə və Mədinədə bütün zəvvarlar alınlarını Məscidülhəramın daşlarının üstünə qoyurlar. Lakin onların hədəfi yalnız Allahdan ötrü səcdə etməkdir və bu işdə heç bir şirk yoxdur. Bəs belə nəticə alırıq ki, torpağa, bitkiyə və başqa şeylərə səcdə etmək heç də həmin şeyə ibadət etmək sayılmır. İndi də qısa olaraq torpağa və yerdən bitib insanların yeməyi və geyimi olmayan şeylərə səcdə etməyin dəlillərinə nəzər salaq1.



1. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) öz adəti ilə və namaz qılması ilə nişan vermişdir ki, torpağa səcdə etmək lazımdır. Əhli-sünnət kitablarında Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir hədis nəql olunur:

Torpaq mənim üçün səcdə yeri və pakizə qərar verilmişdir2.

2. Peyğəmbər (səlləllahu əleyhi və alih) torpağa səcdə etməyi (sünni mənbələrində) əmr buyurmuşdur. Ümmü Sələmə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql edir: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyururdu:

Allahdan ötrü alnını torpağa qoy3”.



3. Yenə də əhli təsənnün mənbələrində oxuyuruq: Əhməd ibni Şüeyb Nəsai Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi olan Əbu Səid Xidridən belə nəql edir: “İki gözlərimlə torpağın izini (əsərini) Peyğəmbərin (səlləllahu əleyhi və alih) alnında və burnunda (namazdan sonra) müşahidə etdim4”.

4. Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri alınlarını səcdə zamanı torpağa (türbət) qoyurdular1.

Bütün bu dediklərimiz əhli sünnət mənbələrində aşkar şəkildə qeyd olunmuşdur. Bizim əsas dəlilimiz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və mə’sum İmamların (əleyhimussəlam) torpağa səcdə etmələridir. Onu da qeyd edək ki, İmam Hüseyn əleyhissəlamın türbətinə səcdə etməyin daha çox savabı vardır. Bu da ona görədir ki, Allahın sevimli bəndəsi və Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz övladıdır. Onlara hörmət göstərmək əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi Allahın nişanələrinə hörmət əlamətidir.

Bəhsimizin sonunda Allahdan diləyirik ki, bizi Qur’ani-Məcidin göstəriş verdiyi yolda müvəffəq olmağa tofiq versin ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və Əhli-beyt əleyhimussəlamın yolunu davam etdirə bilək. İlahi, Qur’anda buyurduğun kimi Əhli-beyt əleyhimussəlamın məhəbbətini bizlərin qəlbində daha da çoxalt!

Ey Peyğəmbər! De ki: Mən sizdən bunun [risaləti təbliğ etməyimin] müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm2.
Əlhəmdülillahi rəbbil-aləmin!

MÜNDƏRİCAT


TARİXİ VƏ DİNİ BƏHSLƏR 1

BİSMİLLAHİRRƏHMANİRRƏHİM 2

MÜQƏDDİMƏ 2

MÜƏLLİFDƏN 6

MÜXTƏLİF İSLAMİ MƏZHƏBLƏRİN YARANMASINA QISA BİR BAXIŞ 8

ƏRƏBİSTAN 11

ƏRƏBİSTANIN ƏHALİSİ 11

VƏHHABİYYƏT öZÜNÜ “SƏLƏFİYYƏ”NİN DAVAM×ISI HESAB EDİR 13

VƏHHABİLİK FİRQƏSİNİN ƏSASINI QOYAN KİMDİR? 15

İBNİ TEYMİYYƏ KİMDİR? 15

VƏHHABİLİYİN İLK YAYILMA MƏRKƏZİ 18

ŞEYX MÜHƏMMƏD İBNİ ƏBDÜLVƏHHAB BARƏSİNDƏ BİR NE×Ə SUAL-CAVAB 20

ŞEYX MÜHƏMMƏD İBNİ ƏBDÜLVƏHHABIN HƏYATI 22

NƏYƏ GöRƏ ƏRƏBİSTANA SƏUDİYYƏ ƏRƏBİSTANI ADI VERİLİB? 24

VƏHHABİLƏRİN MÜHARİBƏLƏRİ 27

MƏKKƏYƏ YÜRÜŞ 27

VƏHHABİLƏRİN MƏDİNƏYƏ YÜRÜŞÜ 29

VƏHHABİLƏRİN NƏCƏFÜL-ƏŞRƏFƏ HÜCUMU 30

VƏHHABİLƏRİN KƏRBƏLAYA YÜRÜŞÜ 31

OSMANLI HÖKUMƏTİNİN ALİ SƏUDLA (VƏHHABİLƏRLƏ) MÜBARİZƏSİ 34

VƏHHABİLƏRİN BƏ’Zİ E’TİQADLARINA QISA BİR BAXIŞ 35

VƏHHABİLƏRİN ƏQİDƏSİNƏ GöRƏ TöVHİD VƏ ŞİRK 39



VƏHHABİLƏRİN E’TİQADINA GöRƏ MƏ’SUM İMAMLARIN, BöYÜK ŞƏXSİYYƏTLƏRİN VƏ PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) QƏBRİNİN ZİYARƏTİNƏ GETMƏK HARAMDIR! 42

QƏBİR YANINDA NAMAZ QILMAQ BARƏSİNDƏ VƏHHABİLƏRİN NƏZƏRİ 45

VƏHHABİLƏR PEYĞƏMBƏRDƏN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) YADİGAR QALAN ŞEYLƏRƏ VƏ YA O HƏZRƏTİN QƏBRİNƏ ƏL SÜRTMƏYİ HARAM BİLİRLƏR! 47

DöRD ƏHLİ SÜNNƏT MƏZHƏBİ RƏHBƏRLƏRİNİN PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) QƏBRİNİN ZİYARƏTİ BARƏSİNDƏ 49

ƏHLİ SÜNNƏT KİTABLARINDA PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) ZİYARƏTİNDƏ OLAN MÜSTƏHƏBB ƏMƏLLƏR 51

QƏBRİN ÜSTÜNÜN DÜZƏLMƏSİ BARƏSİNDƏ VƏHHABİLƏRİN NƏZƏRİ 53

ŞƏRƏFLİ MƏKANLARDA QURBANLIQ 56

ALLAHA PEYĞƏMBƏRİN VƏ İMAMLARIN MƏQAMINA AND VERMƏK 58

ŞƏFAƏT 62

ŞİƏLƏRƏ VURULAN DAHA BİR BöHTAN! 65

ƏHLİ-BEYT ƏLEYHİSSƏLAMA ƏZADARLIQ 68

PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) DöVRÜNDƏ ƏZADARLIĞA MÜNASİBƏT 70

İSLAM PEYĞƏMBƏRİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİH) öZÜ AĞLAYIR 71

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMA ƏZADARLIĞIN FƏLSƏFƏSİ 73

TORPAĞA SƏCDƏ ALLAH DƏRGAHINDA TƏVAZÖ’ HALININ ƏN NƏHAYƏTİDİR 75




1 Британијанын кечмиш хариҹи ишләр назири Гладстонун сөзү.

1 “Зумәр” сурәси, 18-ҹи ајә.

2 Динин әсли бешдир: 1. Төвһид; 2. Әдл; 3; Нүбүввәт; 4. Имамәт; 5. Мәад.

1 Шиәләр һеч вахт елми рә’ј вә ја мүҹтеһидлик гапысыны бағламамыш вә инди дә Гур’ан, сүннәт, рәвајәт, ағыл вә мәнтиг үзрә олан мүҹтеһидләри гәбул едир.

2 “Фигһул-Мүгарин”ин нәглинә әсасән “Хүласәтүл-тәшриул-Ислами”, сәһ. 341.

1 Сәдәфи, 7-ҹи ҹилд, сәһ. 19 (Әли Әсҝәр Фәгиһинин “Вәһһабијан” китабынын нәглинә әсасән).

1 “Фәватүл-вәфајат”, 1-ҹи ҹилд, сәһ. 77, “Әл-Вафи бил-вәфајат”, 7-ҹи ҹилд, сәһ. 18, “Бәдрит-тале”, 1-ҹи ҹилд, сәһ. 67.

2 Ибни Тејмијјә барәсиндә һазырда мөвҹуд олан китаблардан ашағыдакылары гејд етмәк олар:

1. Ибни Кәсир “Китабул-бидајә вән-ниһајә”;

2. Сәлаһәддин Сәфәди “Әл-Вафи бил-вәфајат”;

3. Ибни Шакир Кәтәби “Вәјатүл-вафијан”;

4. Зәһәби “Тәзкирәтүл-Һүффаз”;

5. Ибни Бәтутә “Сәфәрнамә”, Төһфәтул-Һуззар”;

6. Әбдүллаһ ибни Әсәд Јафи “Мир’атул-Ҹәнан”;



7. Тәгиәддин Сәбәки “Шифаис-сигам фи зијарәти хәјрил-ән’ам вә дүррәтүл-мүфидә фи рәдди әла Ибни Тејмијјә;

8. Ибни Һәҹәр Мәкки “Ҹөһәрул-мәнзәм фи зијарәти гәбрин-нәбијјил-мүкәррәм вәд-дүррүл-каминә фи ә’јанил-мати саминә”;

9. Кәмаләддин Зәмләкани (727-ҹи һиҹри илиндә вәфат едиб) “Әд-дүррәтүл-мүзиәти фи рәдди әла Ибни Тејмијјә”.

Һәмчинин, онларҹа мәшһур Ислам алимләри бу јанлыш әгидәнии ҹәмијјәтдә јајылмасынын гаршысыны алмагдан өтрү китаблар јазмышлар.



1 “Тарихи Нәҹд”, сәһ. 28.

2 “Ҹәзирәтүл-Әрәб фил-гәрнил-ишринә”, сәһ. 313.

3 “Вәһһабијан”, сәһ. 230.

1 “Тарихул-мәмләкәти әрәбијјәтис-Сәудијјә”, 1-ҹи ҹилд, сәһ. 51.

1 “Дирасатүл-Исламијјә”, сәһ. 391.

1 “Даирәтүл-Мәарифил-Ислами”, 1-ҹи ҹилд, сәһ. 191 (Әрәбҹәдән тәрҹүмә).

1 Сејјид Ибраһим Рүфаи (“Рисаләтүл-оврагүл-Бәғдадијјә”, сәһ. 3.) нәглинә әсасән вәһһабиләр Мәккә әтрафында јүзләрлә мүсәлманы өлдүрүр. Онларын ичиндә алимләр, о ҹүмләдән: Мәккәдә Шафеи мәзһәбинин мүфтиси Сејјид Әбдүллаһ Зәвави, Шејх Әбдүллаһ Әбүлхејр, Мәккәнин газиси Шејх Сүлејман Мурад вә с. өлдүрүрләр.

2 “Әл-фәҹрүс-Садиг”, сәһ. 22.

3 “Сејфул-Ҹәббар”, сәһ. 2-дән сонра.

1 «Тарихүл-мәмләкәтил-әрәбијјәтис-Сәудијјә”, 1-ҹи ҹилд, сәһ. 91.

2 «Тарихүл-мәмләкәтил-әрәбијјәтис-Сәудијјә”, 1-ҹи ҹилд, сәһ. 92.

1 “Дүһәтүл-вүзәра”, сәһ. 213-217.

1 “Шура” сурәси, 23-ҹү ајә.

1 “Тарихүл-мәмләкәтил-әрәбијјәтис-Сәудијјә”, 1-ҹи ҹилд, сәһ. 73.

2 “Нүзғәтүл-ғәрра”, сәһ. 72.

1 Азәрбајҹанын мәшһур алимләриндән биридир.

“Һәдаигус-сәјаһәт”, сәһ. 427.



2 Бу сәтирләрин мүәллифи бу алимин һәјатыны “Азәрбајҹан Ислам алимләри” китабында ҝениш јазмышдыр.

1 “Үнванүл-Мәҹд”, 1-ҹи ҹилд, сәһ. 158.

1 “Гәваид” китабы, сәһ. 4.

1 Бид'әт Исламда һарамдыр. Диндә олмајан бир шеји дин үнваны илә динә дахил етмәк бид’әт адланыр.

1 Әбу Бәшир Мүһәммәд Рази “Әл-күнјә вәл-әсма”

1 “Бәгәрә” сурәси, 125-ҹи ајә.

2 «Сүнәни Бејһәги”, 4-ҹү ҹилд, сәһ. 78.

1 “Әл-минһаҹ фи шө’әбил-иман”.

2 Китаби “Әт-Тәҹрид”.

3 “Зијарати Ҹавад Мүһәддиси”.

4 “Әл-Мүстовәб”.

1 Бүтүн бу һөкмләр Факиһи Мәккинин “Һүснүт-тәвәссүл фи адаби зијарәти әфзәлүр-рәсул” китабындан ҝөтүрүлмүшдүр.

1 “Кәһф” сурәси, 21-ҹи ајә.

2 “Кәһф” сурәси, 21-ҹи ајә.

1 “Сәһифеји Әләвијјә”, сәһ. 370.

2 “Сүнәни Ибни Маҹә”, 1-ҹи ҹилд, сәһ. 441.

3 “Сәһиһи Ибни Маҹә”, 1-ҹи ҹилд, сәһ. 262.

1 «Јусиф” сурәси, 97-ҹи ајә.

2 “Јусиф” сурәси, 98-ҹи ајә.

1 “Лисанул-әрәб”, “Мүфрәдати Гур’ан”, Мө’ҹәмул-вәсит”.

1 “Сәһиһи Бухари”, бабе мүсибәт.

2 “Јусиф” сурәси, 84-ҹү ајә.

1 “Әзадаран әз дидгаһе мәрҹеијјәте шиә”, сәһ. 14.

1 “Рә’д” сурәси, 15-ҹи ајә.

1 “Әһзаб” сурәси, 21-ҹи ајә.

1 Гур’ани-Мәҹиддә ајдын вә дәгиг шәкилдә һансы шејә сәҹдә етмәк, јә’ни сәҹдә вахты алны нәјин үстүнә гојмаг дәгиг бәјан олунмајыб. Она ҝөрә дә бу мәсәлә Пејғәмбәрин (сәлләллаһу әлејһи вә алиһ) вә Әһли-бејт әлејһимуссәламын ҝөстәриши әсасында олмалыдыр.

2 “Кәнзүл-үммал”, ҹ. 7, сәһ. 465; “Әл-Мүсәнниф”, ҹ. 1, сәһ. 392 вә “Иршадус-Сари”, ҹ. 1, сәһ. 405.

3 “Сәһиһи Бухари”, ҹ. 1, сәһ. 91; “Сүнәни Бејһәги”, ҹ. 1, сәһ. 212; “Сәһиһи Мүслим”, ҹ. 1, сәһ. 371; “Сүнәни Нәсаи”, ҹ. 1, сәһ. 210 вә “Сүнәни Тирмизи”, ҹ. 2, сәһ. 131.

4 “Сүнәни Нәсаи”, ҹ. 2, сәһ. 208; “Сәһиһи Бухари”, “Сүнәни Бејһәги” вә “Сүнәни Әби Давуд”.

1 “Әс-Сүнәнүл-Күбра”, ҹ. 2, сәһ. 105; “Мүстәдрәки Һаким”, ҹ. 1, сәһ. 270; “Сүнәни Бејһәги”, ҹ. 2, сәһ. 103.

2 “Шура” сурәси, 23-ҹү ајә.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin