Təlim və təhsil prosesinin mahiyyəti



Yüklə 19,84 Kb.
tarix23.03.2022
ölçüsü19,84 Kb.
#114941
referat 4737

Təlim və təhsil prosesinin mahiyyəti.

Təlim və təhsil-tərbiyə nəzəriyyəsi pedeqogikanın əsasını təşkil edir. Elmin bu hissəsinə ənənəvi olaraq "Didaktika"deyilirdi. Müasir pedeqoji gerçəkliyi daha sonra məktəb təliminin yerinə yetirdiyi çox saylı funksiyaları "didaktika" anlayışı əhatə edə bilmir.Yəni öz tarixi missiyasını yerinə yetitmişdir.

«Didaktika» anlayışı pedaqogika elminə on yeddinci yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çeх pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəхslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Didaktika yunanca didakticos (öyrədən) və didasko (öyrənən) sözlərindən götürülmüşdür. Təlim prosesinin əsas mərhələləri mənimsəmə prosesinin strukturunu əks etdirir.

Didaktika pedaqogikanın əsas bölmələrindən biridir. Pedaqogikanın təhsil və təlimin mahiyyətindən, məqsəd və vəzifələrindən, məzmunundan, prinsip və metodlarından, qanun və qanunauyğunluqlarından, vasitələrindən, təşkili formalarından bəhs edən hissəsi təlim və təhsil nəzəriyyəsi və ya didaktika adlanır. Belə halda təhsil təlimin nəticəsi, təlim isə təhsilə yol kimi çıxış edir.

Didaktika təlim prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün normativ tələblər işləyib hazırlayır. Cəmiyyətin ictimai sifarişinə, elm və məktəbin müasir səviyyəsinə əsaslanaraq, didaktika öyrənmə predmetini – təlimin məqsədini (nə üçün öyrətmək, nəyə hazırlamaq); təlimin məzmununu (nəyi öyrətməli); təlimin metodlarını və təşkili formalarını (necə öyrətməli); təlimə nəzarət və onun nəticələrinin hesaba alınması və s. bu kimi məsələləri müəyyənləşdirir.

Didaktikanın predmeti – müəllimin rəhbərliyi altında müхtəlif tip təlim-tərbiyə müəssisələrində həyata keçən təhsil və təlim prosesidir və yaхud didaktikanın predmetini tədrisin, başqa sözlə, öyrətmənin (müəllimin fəaliyyəti) və öyrənmənin (məktəblinin idrak fəaliyyəti) əlaqəsi və onların qarşılıqlı fəaliyyəti təşkil edir. Didaktika bu prosesin qanunauyğunluqlarını nəzərdən keçirir, təhsilin məzmununun müəyyənləşdirilməsinin elmi əsaslarına aydınlıq gətirir, təlimin metodlarının və vasitələrinin səmərəliliyinin yüksəldilməsi yollarının, həmçinin təlimin təşkilati formalarının müəyyənləşdirilməsinə kömək göstərir.Odur ki, didaktika-təlim və təhsil -tərbiyə nəzəriyyəsini və texnologiyası tam pedaqoji prosesin konkret problemlərinin tədqiqinə həsr olunmuş nəzəriyyələrin məcmusudur.

Öyrəndiyi varlığın genişliyinə görə bu nəzəriyyə 2 yerə ayrılır:

1.Ümumi və xüsusi təlim və təhsil-tərbiyə nəzəriyyəsi.

2.Texnologiya nəzəriyyəsi .

Ümumi tədqiqat sahəsini təlim və təhsil-tərbiyə hadisələri və prosesləri təşkil edir.Xüsusi tədqiqat sahəsi metodikalar tədris metodikaları adlanır.Hər bir tədris fənninin öz metodikası var.

"Təlim anlayışı" hadisəni bildirir. "Tədris prosesi", "təlim prosesi" isə müəyyən zaman və məkanda təlimin inkişafı ilə əlaqədardır,təlim işinin ardıcıllığını bildirir.

Təlim obyektiv gerçəkliyin çox mürəkkəb prosesidir.

Təlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur.

Təlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır. Təlim prosesi üçün xarakterik ziddiyyətlər bunlardır: cəmiyyətin artan tələbləri ilə təlim prosesinin real imkanları arasında ziddiyyət; yeni vəzifələrlə təlimin mövcud səviyyəsi arasında ziddiyyət; müəllimin öyrətmə fəaliyyəti ilə şagirdin (tələbənin) öyrənmə fəaliyyəti arasında ziddiyyət; şagirdin (tələbənin) qavraması və anlaması arasında ziddiyyət; mövcud biliklərlə onları tətbiq etmək bacarıqları arasında ziddiyyət və s.



Müəllim təlim prosesindəki ziddiyyətləri görməli və onların ardıcıl həllinə nail olmalıdır. Göstərilən ziddiyyətlərin həll olunması təlim prosesi və onun tərkib hissələrinin (təlimin məzmunu, metod və formalarının) inkişafı və təkmilləşdirilməsinə, şagirdlərin dərin biliklərə, bacarıq və vərdişlərə yiyələnməsinə, zehni inkişafın, fəallıq və müstəqilliyin güclənməsinə səbəb olur.Təlim prosesinin ziddiyyətlərini nəzərə almaqla müəllim bu prosesi daha səmərəli qurmağa, təlimin qarşısında duran funksiyaları daha müvəffəqiyyətlə yerinə yetirməyə çalışmalıdır.

Təşəkkürlər üçün faigkhidirov@gmail.com ünvanına yaza bilərsiniz. Şəxsən özüm hazırlamışam. Vaxtı ilə bu sərbəst işləri bütun qurup üçün çıxartdırmışdım! Hamı da 5 balını oturduğu yerdə almışdı!

Uğurlar!

(ADPU-nun tələbəsi X.Faiq)
Yüklə 19,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə