Telman Ümman Tircanlı BƏNÖVŞƏ ƏTİRLİ qar 2020 Redaktorları: Könül Telmanqızı



Yüklə 292,48 Kb.
səhifə1/52
tarix10.01.2022
ölçüsü292,48 Kb.
#107892
  1   2   3   4   5   6   7   8   9   ...   52


Telman Ümman

Tircanlı

BƏNÖVŞƏ ƏTİRLİ
QAR

2020

Redaktorları: Könül Telmanqızı

İlyas Naxçıvanlı

Telman Ümman Tircanlı
Bənövşə ətirli qar”
Telman Ümman Tircanlı (Ramazanov Telman Nurbaba oğlu)

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Qızıl Qələm” media mükafatı laureatı,

Uğurlu yol“ ictimai-siyasi qəzetinin redaktorudur.
Alabəzək dünya“,

Sənə sözüm var“,

Qızıl xəzinə“ (həmmüəlliflərdən biri),

Ünvanı bəlli sevgi“ ,

Sözün zirvəsinə doğru“,

Bir gün görüşərik”,

Kaş yanımda olaydın”,

Ruhumuz sözlə bələnib”,

Uşaqlara hədiyə”kitablarının müəllifidir.

Bənövşə ətirli qar” şairin növbəti kitabıdır.






NAĞIL İSTƏMİRƏM
Göydən düşdü üç alma,
Meylini ona salma.
Hamı nağıl dinləyir,
Heç kimdən dala qalma.

Cırtdan qoçaq oğlandı,


Məlikməmməd özəldi.
Keçəl qızın bəxti var,
Fatma da çox gözəldi.

Ağıl, demə yaşdadı,


Fərasətli başdadı.
Çoban dağ ətəyində,
Təpəgöz təlaşdadı.

Divlə döyüşdü Cırtdan,


Hiyləylə saldı atdan.
Nağıllar dinləməkdən
Yoruldum bu həyatdan.

Eşitsin, bilsin hamı,


Həyat döyüş meydanı.
Eyyy, alın intiqamı,
Şüşədə divin canı.

İstəmirəm nağılı,


Çünki bezdim yatmaqdan.
Suda boğulan kəsin,
Qorxusu yox batmaqdan.







ALNIMDAKI QIRIŞLAR


Alnımdakı qırışlar
Neçə qüssə-kədərdən,
neçə qəmdən yaranmış.
İllərlə əllərimlə
sığallanmış,
daranmış.

Suallı baxışlarım
Etirazın səbəbi.
Kükrəyib coşan halım
korlanmış zamanəyə
iç dünyamın qəzəbi.

Alnımdakı qırışlar
bir qocaman ağacın
köklərinə bənzəyir,
düyün-düyün,
buruq-buruq.
Göz yaşlarım
dağdan enən şəlalətək
Axır hər gün, daşır hər gün
gilə-gilə,
muncuq-muncuq.













HANI MƏRD OĞULLAR


Hanı bu millətin mərd oğulları,
Sayılıb-seçilən, fərd oğulları.
Allahım, hər şeyin məlhəmi Səndə,
Qoyma ki, öldürə dərd oğulları.

Dar gündə millətə dayaq oğullar,


Yatmayıb, həmişə oyaq oğullar.
Dağ kimi vüqarlı, zirvətək qarlı,
Ey igid oğullar, qoçaq oğullar!

Vətənin sərhədi sizə əmanət,


Kimdir əmanətə  edir xəyanət?
Zəfər çalacaqır mütləq ədalət,
Yığışar bir yerə qaçaq oğullar.



ÇÖRƏK İTİRƏNLƏR


İllərdi tapdanır müqəddəs torpaq,
Dağılan evlərdə boy verib ağac.
Yoxdur silahımız, götürək çomaq,
Millət, özümüzə eyləyək əlac.

Günü-günə satdıq, ili də ilə,


Təsəlli olacaq işimiz yoxdur.
Söz verdi məmurlar, xəbər yox hələ,
Yalançı vədlərdən qarnımız toxdur.

Millətin vəkili millətə düşmən,


Məmuru haydan da betər hay oldu.
Yetər səssizliyin oyan, dur həmən,
Qonşun çox şərəfsiz, "dost"un zay oldu.




XEYİR VƏ ŞƏR


Nizami yazdı bir vaxt
"Xeyir və Şər" əsəri.
Şad etdi, xar eylədi
Yaxşı-yaman bəşəri.

Xeyir elə xeyirdir,


At oynadır yenə şər.
Yaxşılar yaddan çıxıb,
Yalanlar dildə əzbər.

Şərin topu-tüfəngi,


Topxanası, gücü var.
Tülküdən də hiyləgər,
Bicdən betər bici var.

Gör nə qədər sarsağın


Sərvəti var, pulu var,
Ətrafında oyunbaz
Həm sağı, həm solu var.


Xeyir-yaxşının üzü,

Günəş kimi nur saçar.

Şər zülmətdə gizlənər,

Yaxşı görüncə qaçar.


Amma sakit durmaz heç,

Quyu qazar xeyirə.

Alçaq, əclaf, şərəfsiz,

Oyunbaz və sairə.







YUXU


Yuxu səfanı sevər,
Cəfa ilə yox işi.
Doğru irfanı istər,
Yoxdur başqa vərdişi.

Yuxu gecənin payı,
Şəfadır Yaradandan.
Bu pay bir ərmağandır
Can verən o Canandan!

Yat, ey insan, dərin yatma!


Şər ayaqlar yoxsa səni.
Yetər, günü-ğünə satma,
Oyan, tanı dost-düşməni.



PUL QOCAYA GƏRƏKDİR

Şair dostum Polad Qazançılıya

Pul elə qocaya gərəkdir, qardaş,


Qoymaz yıxılmağa, dirəkdir, qardaş.
Cavanın cibində qorxusu çoxdur,
Qocaya əsadır-çəlikdir, qardaş.

Pul varsa, qocanın sağ olar canı,


Durular damarda cağ olar qanı.
Qocanın cibidir gözəl ünvanı,
Cavanın cibində körükdur, qardaş.

Qocanın cibində qədir-qiymətli,


Sayılır, seçilir, həm də hörmətli.
Dəyəri bilinir, deyil minnətli,
Cavanın əlində köpükdür, qardaş.

HƏSRƏTƏM
Cavabsız qalıbdır harayım, hayım,
Qonşudan, qardaşdan gəlməyir payım.
Ləzzətlə keçirdi qışım həm yayım,
Bu günsə günəşə, aya həsrətəm.

Yollardan silinib dost-tanış izi,


Görmürəm çoxdandır dağı, dənizi
Qohumun, qonşunun gülməyir üzü,
Çoxdandır çal-çağır, toya həsrətəm.

Göynəyir burnumun ucu dost üçün,


Şərəfə deyilən şirin tost üçün.
Kimlərsə dartışır kürsü, post üçün,
Yaxşılar bir yana, zaya həsrətəm.

Dağların qarına, düzün otuna,


Murada yetirən köhlən atına,
Təndir çörəyinə, yuxa qatına,
Bulaqda qaynayan suya həsrətəm.

Yaman darıxmışam səninçün, kəndim,


Sığındım qoynuna sənə güvəndim.
Əziyyət çəkməkdən bitdim, tükəndim,
Girdiman adında çaya həsrətəm.

İnsanı insandır divara sıxan,


İnsandır insanı alçaldan, yıxan.
İnsandır Allahın yolundan çıxan,
Minnətsiz verilən paya həsrətəm.
Deyirlər yasaqdı toy-büsat, görüş,

Deyirlər bu hala eyləyin vərdiş.

Deyirlər bu yayda düzələr hər iş,

Yaydı, amma yenə yaya həsrətəm.


HANI ŞUŞA
Sualıma verin cavab,
Deyin, hanı gözəl Şuşa?
İşğala dözməkdi əzab,
Necə yazım mən yaddaşa?

Hay əl çalır, edir bayram,


Kışı olan dözər buna?
Necə deyim mən də varam,
Rəzil olmuşuq cahana.

Yallı gedir axçikləri,


Arçax, arçax anqıraraq.
"Kişi" olub xaçikləri,
Vətənmizi yandıraraq.

Şuşam, səni qoyub qaçan


Dovşan burda şirə dönüb.
O soxulcan, o boz siçan
Kişilikdən çoxdan enib.

Papağını, əgər varsa,


Qoy qarşına düşün bir az.
Millət bir gün səni cırsa,
Heç kim sənə tərəf çıxmaz.

Görün çatlasın, Pənah xan,


Şuşanı satdı dovşanlar.
Şuşasız yox Azərbaycan,
Ey Şuşalı mərd insanlar.



Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə