Tenderə DƏVƏT “Azərsu” Açıq Səhmdar Cəmiyyəti



Yüklə 43 Kb.
tarix01.01.2022
ölçüsü43 Kb.
#105799
TENDERƏ DƏVƏT

Azərsu” Açıq Səhmdar Cəmiyyəti
İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinə dəstək” programı çərçivəsində Azərbaycan Hökumətinin pay iştirakı hesabına Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi işlərinin satınalınması üzrə
AÇIQ TENDER ELAN EDİR
İşlərin təhvil verilmə müddəti: müqavilə imzalandığı gündən 24 ay müddətində.

Müqavilənin identifikasiya nömrəsi və adı: A1/CW/02/2014

Astara şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin Tikintisi:

Su təchizatı sistemi


  1. Magistral su xətti – 24,8 km;

  2. Su anbarları – 2x5000 m3 ;

  3. Xlorlama binası;

  4. Su şəbəkəsinin tikintisi – 112,8 km;

  5. Su sayğaclarının təchizatı və quraşdırılması daxil olmaqla, ev qoşulmaları – 5119 ədəd.


Kanalizasiya sistemi

  1. Kanalizasiya şəbəkəsinin tikintisi – 70,5 km;

  2. Ev qoşulmaları – 5119 ədəd;

  3. Kanalizasiya quyuları – 4565 ədəd;

  4. Nasos stansiyası – 2 ədəd;

  5. Kanalizasiya kollektoru (mikrotunel) – 8 km.

Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Həmin təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin yerinə yetirilməsi, podratçının aidiyyətı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu meyarlarına üstünlük veriləcək. Müqavilənin yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin idarə olunması şöbəsindən (Əlaqələndirici şəxs: Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 431 47 67/87, Fax: + 99 412 4314792 E-mail: i.tagiyev@azersu.az, arzuman.bayramov@azersu.az, gunel.safaraliyeva@ azersu.az) ala bilərlər.
Tenderdə iştirak haqqı: 400,00 (dörd yüz) AZN və ya 500,00 (beş yüz) ABŞ $





Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN:

9900001751

Bank:

“Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu:

200112

VÖEN:

9900003611

Yerli valyutada hesab nömrəsi

AZ65AIIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi

AZ55AIIB33170018401100216111

M/h:

AZ37NABZ01350100000000001944

SWIFT

AIIBAZ2X

Ödəniş sənədində məqsədli maliyyələşdirmə olması göstərilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 90 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- İddiaçının son 5 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;

-Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 02 iyul 2014-cü il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 iyul 2014-cü il saat 15:30-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların təklifləri Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 11 iyul 2014-cü il saat 16:00-da açılacaqdır.



İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.


Tender komissiyası
Yüklə 43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin