TəRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ نام کتاب


İyirmi dördüncü dərs: Kamal yolunda oLAN Yolçunun əxlaqı



Yüklə 2,5 Mb.
səhifə22/25
tarix21.10.2017
ölçüsü2,5 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25

İyirmi dördüncü dərs:

Kamal yolunda oLAN Yolçunun əxlaqı

ƏMƏLİN DƏYƏR MƏRTƏBƏLƏRİ


Başqalarının ləyaqətsiz hərəkətinə insan bir neçə cür cavab verə bilər:

- daha pis rəftar edə bilər,

- eyni şəkildə cavab verə bilər,

- göz yuma bilər,

- pisliyə yaxşılıqla cavab verə bilər.

Pisliyə daha pis şəkildə cavab vermək zülmdür və İslamda bəyənilmir. Xüsusi şəraitlərdə pisliyə cavab vermək olar. Pislik qarşısında göz yummaq və ya pisliyə yaxşılıqla cavab vermək yüksək kamillik sifətlərindəndir. «Mö᾽minun» surəsinin 96-cı ayəsində buyurulur: «Sən pisliyi yaxşılıqla dəf et». Başqa bir ayədə oxuyuruq: «Yaxşılıqla pislik eyni ola bilməz»1.

Pis rəftara qarşı yaxşı rəftar göstərmək yüksək əxlaqi dəyər olmaqdan əlavə, qarşı tərəfdə də insani hisslər oyadır. İslamda rəftarın müxtəlif dərəcələri vardır. Mənfi və müsbət rəftarların da dərəcələri vardır. Məsələn, pisliyə eyni pisliklə cavab vermək rəftarın sıfır nöqtəsidir. Amma pisliyə yaxşılıqla cavab vermək müsbət rəftarın zirvəsidir.

Bə᾽ziləri iddia edirlər ki, rəftar ya yaxşıdır, ya da pis. İnsan bir işi vicdanın və ya təbiətinin tələbi ilə görə bilər. Məsələn, alman filosofu Kant iddia edir ki, ananın gecə yarı şirin yuxudan durub körpəsinə süd verməsi əxlaqi dəyər deyil. O, bu fikrini belə əsaslandırır ki, ana bu işi əqlinin yox, analıq təbiətinin göstərişi ilə yerinə yetirir.

İslamda isə belə deyil. Müxtəlif dərəcəli dəyərlər vardır. Bir əməl sıfırdan sonsuzluqadək dəyərə malik ola bilər. Məsələn, dində ən yüksək ixlas, səmimiyyət həzrət Əliyə (ə) aid edilir. Çünki Həzrət (ə) Allaha cənnətlə cəhənnəmə görə yox, ibadətə layiq olduğu üçün ibadət edirdi. Bir çox əməllərin dəyəri insanın niyyətindən asılıdır. İxlas «qürbətən iləllah» deməkdən yox, ibadəti səmimi qəlbdən icra etməkdən asılıdır.

MƏ᾽RİFƏT VƏ ME’YAR


İnsan bir dəfəyə yüksək təkamül mərtəbəsinə çata bilməz. Çünki bu iş nəfsin tərbiyəsi yolu ilə mümkün olur. İslam cəmiyyətində insan onun mə᾽rifət və düşüncəsinə uyğun tərbiyə oluna bilər. Mə᾽rifətdən asılı olaraq tərbiyələr də fərqlənir.

Hamı bilir ki, Allaha yaxınlıq niyyəti ilə qılınan namaz namazın düzgün formasıdır. Amma bütün müsəlmanlar bu səviyyədə namaz qıla bilərmi? Bu olduqca çətin işdir. Çünki insanlar mə᾽rifət və agahlıq baxımından müxtəlif səviyyədədirlər. Məsələn, doqquz yaşlı qızdan ixlas gözləmək sadəlövhlük olardı. Uşağı namaza həvəsləndirmək üçün onu başqalarının yanında tə᾽rifləmək də olar. Belə bir iş uşağın niyyətinə pis tə᾽sir göstərsə də başqa çıxış yolu yoxdur. Uşağın vaxtında namaz qılması kifayətdir.

Kantın fikrincə, əxlaqi hərəkət yalnız əql və vicdanın hökmü ilə gerçəkləşir. Əgər əməllərimizi Kantın süzgəcindən keçirsək çox cüz᾽i hərəkətin belə bir xarakterdə olduğunu müşahidə edərik. Amma İslamda əxlaqi hərəkətlərin xarakter müxtəlifliyi göz qabağındadır. Kantın fikrincə, insan yalnız vicdanın hökmü ilə cihada gedə bilər. Amma İslamda cəhad dini bir vəzifədir və ibadət hesab olunur. Əslində cihada gedənin məqsədi Allahın razılığını qazanmaq olmalıdır. Bəs əslində necədir? «Fəth» surəsinin 20-ci ayəsində buyurulur: «Allah sizə çox-çox qənimətlər d etmişdir». Ayədən həvəslənərək qazanc dalınca cihada gedənlər də az olmayıb. Bu hərəkətdə me’yar maddiyyatdır. Biz uşağı namaza həvəsləndirmək üçün ona oyuncaq və᾽d edirik. Dünyanın əksər cəmiyyətlərini uşaq xasiyyətli böyüklər təşkil edir. Bu insanları şirin və᾽dlərlə doğru yola çəkməkdən savayı çıxış yolu yoxdur. Əlbəttə ki, insanı kamillik məqamında görmək istəyən Allah insandan əql və vicdandan doğmuş ali niyyətlər tələb edə bilərdi. Görəsən, bəşəriyyətin neçə hissəsi bu tələbə cavab verərdi? Amma Allahın mərhəməti genişdir. Bu mərhəmət bütün bəşəriyyəti əhatə edir.

Əlbəttə ki, tamah məqsədi ilə cihada gedənlər qınanır; «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir»1. Ən böyük niyyət olan axirət fikrinin də mərtəbələri vardır: əzab qorxusu, behişt ne᾽mətləri, Allahla görüş. Allahı razı salmaq, Onunla görüş agah və imanlı insanların zövqüdür. Bəs bu zövqdən məhrum olanlar kimə sığınmalıdırlar? Əgər bir insan cəhənnəm əzabının qorxusundan həqiqətə qul olub, hətta canından keçirsə bunun nəyi pisdir?!

Beləcə, İslam dini insanlarla onların səviyyəsinə uyğun rəftar edir. Allah tərbiyəni yalnız Səlman və Əbuzər üçün qərar verməyib. Hər kəs İslam tərbiyəsindən öz mə᾽rifətinə uyğun bəhrələnməlidir.

QARAQABAQLARLA MEHRİBANLIQ


Acıdil, ədəbsiz, daşürək, qaraqabaq adamlarla rəftarın müxtəlif mərtəbələri vardır. Ən yaxşı rəftar ehsandır. Belə adamlarla yaxşı rəftar etmək insanı onların şərindən qoruyur, bə᾽zən isə onları dosta çevirir. «Fussilət» surəsinin 34-cü ayəsində buyurulur: «Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi də görə bilərsən.» Xoş rəftar insanın bütün işlərinə ilahi rəng verir. Allahın razılığını qazanmaqdan böyük iş təsəvvür olunmur. İslam insanın belə ali mə᾽rifət məqamına çatmasını istəyir.

İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Səninlə əlaqəni kəsmiş qohum-əqraba, qonum-qonşu ilə əlaqələri möhkəmləndir və onlar kimi hərəkət etmə. Ehtiyaclı olduğun zaman səndən üz döndərən şəxs çətinliyə düşərsə ona kömək əlini uzat. Pis rəftara yaxşı rəftarınla cavab ver. Səni acıqlayana da ehtiram göstər. Namərdiliyə mərdliklə cavab ver. Zülmü görməməzliyə vur. Heç istəyirsinizmi ki, Allah sizi bağışlasın? Məgər bağışlanmaq istəyən şəxs başqalarını bağışlamaz?!».

«Nur» surəsinin 22-ci ayəsində buyurulur: «Əgər Allahdan bağışlanmaq istəyirlərsə, onları əfv edib bağışlasınlar».

Rəvayətlərdə bildirilir ki, başqalarını bağışlayanların günahı qiyamət günü bağışlanar və Allah onların hesabını yüngül edir. Amma alverdə qəpiyindən keçməyənlərin hesabı da ağır olar.


BAĞIŞLAMANIN DƏYƏRİ


Ayə və rəvayətlərdə çox tə᾽kid olunmuş məsələlərdən biri bağışlamaqdır. Bağışlayanlar haqqında buyurulur: «O müttəqilər ki, bolluqda da qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər»1.

Sual oluna bilər ki, bağışlamağın dəyəri mütləqdir, yoxsa nisbi? Başqa sözlə, bütün şəraitlərdə bağışlamaq yaxşıdırmı?

Zalımın əlindən qaçıb bizə pənah gətirmiş adamı həmin zalıma təhvil vermək olarmı? Məzlumu zalımın əlindən almaq vacib dini vəzifədir. Bəs nə edək? Qapımızı döyən quldura «burada deyil», «görməmişik» desək yalan olmazmı? Sözsüz ki, zülmün qarşısını almaq üçün yalan danışmağa dəyər.

Bağışlamaq üçün də müxtəlif şəraitlər vardır. Əgər zalımı bağışlamaq onun zülmünü artıracaqsa bağışlamaq olmaz. Məsələn, şərikli maldan oğurluq olur. Şəriklərdən biri oğrunu bağışlayarsa, o biri şərikin hüququnu pozar. Bir sözlə, bağışlamağın nəticəsi zülm yox, savab və hidayət olmalıdır.

Bağışlamaq istəyən şəxs cəmiyyəti də düşünməlidir. Peşəkar cinayətkarı bağışlamaq cəmiyyəti təhlükəyə atmaqdır. İslam dini çox dəyərli olan bir qanunla bə’zən cinayətkarı cəmiyyətin gözü qarşısında cəzalandırır ki, başqalarına da ibrət olsun.

On ikinci imam həzrət Mehdi (ə) zühur edən zaman cinayətkarlıq öz kuliminasiya nöqtəsində olacaq. Həzrət (ə) o qədər cani qanı axıdacaq ki, nadanlar onun Fatimə (ə) balası olduğuna şəkk edəcəklər. Amma həqiqi ədalətli cəmiyyəti qurmaq üçün islahedilməz cinayətkarlar öz cəzasına çatmalıdır: «Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir»1.

Cəmiyyət ilahi qanunların icrası ilə dirçəlir. «Allahın hökmlərindən kənara çıxanlar sözsüz ki, özlərinə zülm edənlərdir»2. Rəvayətdə buyurulur ki, bir günaha görə şər᾽i cəzalandırma cəmiyyət üçün bərəkətli yağışdan daha fadalıdır. Xalqın xəzinəsinə təcavüz etmiş insanı heç vəchlə bağışlamaq olmaz. Xalqın namusuna təcavüz edənlər üçün xüsusi cəzalar nəzərdə tutulur və tapşırılır ki, belələrinə ürəyiniz yumşalmasın.

İmam Sadiq (ə) buyurur: «Öz bağışlanmağınızı sevdiyiniz kimi sizə zülm edənləri də bağışlayın».

Qeyd olundu ki, insan başqasının haqqını yox, öz haqqını bağışlaya bilər.

Başqa bir mühüm nöqtə «həqqullah» (Allahın haqqları) və «həqqunnas» (insanların haqqları) məsələləridir. Yə᾽ni oğru dükan sahibindən halallıq alıb onun tərəfindən bağışlanırsa bu hələ o demək deyil ki, Allah da bu adamı bağışlayıb. Allah bəndəni tövbə etdiyi halda bağışlayır.

Həzrət (ə) buyurur: «Allahın sifətlərindən biri budur ki, həm pis, həm də yaxşını bağışlayır». Bəndə öz Allahından nümunə götürməlidir. Amma ilahi sifətləri özündə cilvələndirmək daxilən böyük insanların şə᾽nindədir. Günəşə bax! O həm yaxşını, həm də pisi isidir!



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə