Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə4/30
tarix17.01.2017
ölçüsü2,45 Mb.
#468
1   2   3   4   5   6   7   8   9   ...   30

2) Musəvi Abdullah ibn Meymun adlı ravinin tərcümeyi halında yazır (16/122): “Ona Tirmizi istinad etmişd

Bu yalandır! Əgər kimsə bir nəfərdən rəvayyət nəql edirsə,bu o demək deyil ki,ona etimad etmək lazımdır. Heçdə bütün alimlər kitablarına yalnız səhih hesab etdikləri rəvayyətləri yazmağı lazım bilmirdilər. Onların çoxu kitablarına zəif hesab etdikləri ravilərin nəqllərini yazmışlar

Abdullah ibn Meymun İslam alimlərinin yekdil rəyinə görə zəif ravi olmuşdur.Tirmizi də onu zəif hesab etmişdir.”Sünən” kitabında Tirmizi onun haqqında yazır: “onun rəvayyətləri münkərdir” (İbn Hacər “Təhzib ət təhzib” 6/44/№92) İslam aliminin sözlərinə baxın,sonra bu yalançının sözlərinə diqqət edin.

3) Nafi ibn əl Haris adlı ravi haqqında danışarkən Musəvi yazır: “Ukeylii deyir: “O, rafizilikdə ifrata varardı.” Buxari demişdir: “O, şiə olduğu üçün ardınca danışardılar.”Mən deyirəm: Süfyan, Həmam, Şərik və bu təbəqədən olan başqa mühəddislər ondan hədis söyləmişlər. Tirmizi öz “Səhih”ində onun hədislərindən dəlillər gətirmişdir.(ərəbcə: قال العقيلي: كان يغلو في الرفض وقال البخاري: يتكلمون فيه - لتشيعه - قلت: أخذ عنه سفيان، وهمام، وشريك، وطائفة من أعلام تلك الطبقة، واحتج به الترمذي في صحيحه)

Birincisi,rafizi Buxarinin adından yalan deyir.Beləki,Buxari onun tənqid olunması üçün rafizi olmasını səbəb göstərmir.Onun tənqid olunması yalanda ittiham olunmasındadır.Onu yalanda Qatadə ittiham etmişdir.İbn Muin və Əbu Zura qeyd edirlər ki,Nafi “heçnə”-dir.Nəsai və Dəraqutni onun mətruk ravi olduğunu qeyd etmişlər.” (“Mizanul itidal” 4/272/№9115)

Rafizi alimləri həmişə İslam alimlərinin ədalətinə kölgə salmağa çalışmışlar ki,guya onlar raviləri məhz şiə olduqlarına görə tənqid etmişlər.Belə yalan iddianı ifşa etmək üçün təkcə Əbban ibn Təqlib adlı ravinin bioqrafiyasına baxmaq kifayətdir.O,öz şiəliyi ilə məşhur idi və onun mötəbər olmasını İslam alimləri təsdiq etmişlər.

İkincisi,Musəvi Nafinin siqa olmasını təsdiq edən bir alimin adını çəkə bilmədiyindən bu ravidən rəvayyətlər nəql olunduğunu demişdir.Sual yaranır: Məgər rəvayyətlər yalnız siqa ravilərdən nəql olunub? Əlbəttə ki,xeyr.



4) Musəvi yazır (16/156):Zəhəbi adlar sırasında onu “H” “hərfində və künyələr” hissəsində, “Mizanul-İtidal”da vermişdir. “Künyələr” hissəsində adının kənarında “T. Q.” yazmaqla ona etimad edən “Sünən” yazıçılarına işarə etmişdir. Onun Həsən və Qərzidən nəql etdiyi hədislərini “Səhih-Tirmizi” və başqalarında müşahidə edə bilərsiniz. Şeyban ibn Fərrux, Qəvariri və başqaları ondan hədis söyləmişlər.

Söhbət Hişam ibn Ziyad Əbu Məqdam əl Bəsri adlı ravi haqqında gedir.İmam Zəhəbi bu ravini kitabında zikr etmişdir və Musəvinin dediyi hərflər [ ت، ق ] bu ravidən Tirmizi və İbn Macənin nəqllər etdiyinə işarədir.Rafizi müəllif bu ravinin adının Zəhəbinin kitabında keçdiyini deməklə onun haqqında heç bir rəy söyləməmişdir.Halbuki,orada yazılır: “Onu Əhməd və başqaları zəif hesab etmişlər.” Nəsai onun haqqında: “mətruk (tərk olunmuş) ravidir.” İbn Hibban: “Mötəbər ravilərə istinad edərək uydurma nəqllər edərdi” Əbu Davud: “siqa deyil”, Buxari: “onu tənqid etmişlər” (“Mizanul itidal” 4/298/№9223)

Dəccalın istinad etdiyi Tirmizi də bu ravini zəif hesab etmişdir.O deyir: “qeyd olunduğu kimi Hişam Əbu Miqdəm zəifdir.” (“Sünən” №2889)

5) Rafizi yazır (34/203): Ömər ibn Xəttab,səhih hədisdə Buxari və Müslimin şərtlərinə əsasən, deyir: Əli ibn Əbu Talibə üç şey verilmişdir.Əgər onlardan biri məndə olsa idi, qırmızı tüklü dəvələrdən (ərəbin ən yaxşı sərvəti) mənim üçün daha yaxşı olardı. Zövcəsi Fatimə Peyğəmbər (s.a.s) qızı, məskəni (Allah rəsulu ilə birlikdə) məscid, Peyğəmbər (s.a.s)-ə halal olan hər bir şey Əliyə də halal idi. Və bir də “Xeybər günü” bayraq onun əlində idi.”

Haşiyədə yazır: “Müstədrək”in 3-cü cildinin 125-ci səhifəsində bu hədis vardır. Əbu Yəla “Səvaiq” kitabının 3-cü fəslinin 9-cu babında olduğu kimi onu nəql etmişdir. Onun 76-cı səhifəsinə müraciət et. Əhməd ibn Həmbəl həmin mənaya oxşar sözlərlə Abdullah ibn Ömərdən “Müsnəd”in 2-ci cildinin 26-cı səhifəsində nəql etmiş və yenə Ömərdən və oğlu Abdullahdan bir sıra məşhur şəxslər müxtəlif sənədlər ilə nəql etmişlər.

Bu rəvayyətin Buxari və Müslimin şərtlərinə görə səhih olduğunu deyən Musəvi yalan danışır.Hakim bu rəvayyəti nəql edərək yazır: “Sənədin ravilər silsiləsi səhihdir,amma onlar bunu nəql etməmişlər.”

(اخبرني) الحسن بن محمد بن اسحاق الاسفراينى ثنا أبو الحسن محمد بن احمد بن البراء ثنا علي بن عبد الله ابن جعفر المدينى ثنا أبي اخبرني سهيل بن ابي صالح عن ابيه عن ابي هريرة قال قال عمر بن الخطاب رضى الله عنه لقد اعطي علي بن ابي طالب ثلاث خصال لان تكون لى خصلة منها احب الي من ان اعطي حمر النعم قيل وماهن يا امير المؤمنين قال تزوجه فاطمة بنت رسو ل الله صلى الله عليه وآله وسكناه المسجد مع رسول الله صلى الله عليه وآله يحل له فيه ما يحل له والراية يوم خيبر * هذا حديث صحيح الاسناد ولم يخرجاه *

Zəhəbi “Təlxis” kitabında yazır: “Əksinə əl Mədini Abdullah ibn Cəfər zəifdir.” Başqa yerdə isə yazır: “Yekdil rəy vardır ki,bu ravi zəifdir.” (“Mizanul itidal” 2/401/№4247)

Rafizi İmam Əhmədin kitabına istinad edir.Öz adəti üzrə o mətni təhrif etmişdir.Hədisin mətni belədir:

حدثنا عبد الله حدثني أبي حدثنا وكيع عن هشام ابن سعد عن عمر بن أسيد عن ابن عمر قال: -كنا نقول في زمن النبي صلى الله عليه وسلم رسول الله خير الناس ثم أبو بكر ثم عمر ولقد أوتي ابن أبي طالب ثلاث خصال لأن تكون لي واحدة منهن أحب إلي من حمر النعم زوجه رسول الله صلى الله عليه وسلم ابنته وولدت له وسد الأبواب إلا بابه في المسجد وأعطاه الراية يوم خيبر

İbn Ömər deyir: “Peyğəmbər (s.a.s)-in zamanında deyirdilər: “Ən fəzilətli insanlar Əbu Bəkr,sonra isə Ömərdir və Əliyə də üç xüsusiyyət verilmişdir....”

Əbdulhüseyn mətndə olan bu mühüm hissəni ixtisar etmişdir.Çünki,ona və firqəsinə bu sərf etmir.İbn Ömər (r.a)-dən olan bu rəvayyət isbat olunmayıb.Şeyx Şueyb Arnaut deyir: “sənədin ravilər silsiləsi zəifdir və hədisin birinci hissəsi səhihdir.”

6) Musəvi yazır (34/203): Yenə doğru hədisə əsasən, bir gün Sədd ibn Malik Əli (r.a)-nin bəzi xüsusiyyətlərini nəql edərək dedi: “Peyğəmbər (s.a.s) əmisi Abbası və başqalarını məsciddən çıxartdığı vaxt, Abbas o həzrətə ərz etdi: “Bizi çıxardırsan, Əlini orada qoyursan? Həzrət cavab verdi: “Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”

Haşiyədə yazır: “Müstədrək”in 3-cü cildinin 117-ci səhifəsinin əvvəlində deyildiyi kimi, bu hədis doğrudur və “Sünən”də mövcuddur və sünnə əhlinin bir çox etimadlı şəxsləri onu nəql etmişlər.

Hakim bu rəvayyəti kitabında nəql etmişdir.Amma,bu rəvayyət haqqında heç bir söz söyləməmişdir.Bu həmin rəvayyətin tam mətnidir ki,orada bu ifadələr keçir:

فحدثناه أبو زكريا يحيى بن محمد العنبري ثنا إبراهيم بن أبي طالب ثنا علي بن المنذر ثنا بن فضيل ثنا مسلم الملائي عن خيثمة بن عبد الرحمن قال سمعت سعد بن مالك وقال له رجل إن عليا يقع فيك إنك تخلفت عنه فقال سعد والله إنه لرأي رأيته وأخطأ رأيي إن علي بن أبي طالب أعطي ثلاثا لأن أكون أعطيت إحداهن أحب إلي من الدنيا وما فيها لقد قال له رسول الله صلى الله عليه وسلم يوم غدير خم بعد حمد الله والثناء عليه هل تعلمون أني أولى بالمؤمنين قلنا نعم قال اللهم من كنت مولاه فعلي مولاه وال من والاه وعاد من عاداه وجيء به يوم خيبر وهو أرمد ما يبصر فقال يا رسول الله إني أرمد فتفل في عينيه ودعا له فلم يرمد حتى قتل وفتح عليه خيبر وأخرج رسول الله صلى الله عليه وسلم عمه العباس وغيره من المسجد فقال له العباس تخرجنا ونحن عصبتك وعمومتك وتسكن عليا فقال ما أنا أخرجتكم وأسكنته ولكن الله أخرجكم وأسكنه وأما ما ذكر من اعتزال أبي مسعود الأنصاري وأبي موسى الأشعري فإن أمير المؤمنين عليا رضى الله تعالى عنه وجه إلى الكوفة ليأخذ البيعة له محمدا ابنه ومحمد بن أبي بكر وكان على الكوفة أبو موسى الأشعري وأبو مسعود فامتنع أبو موسى أن يبايع فرجعا إلى أمير المؤمنين فبعث الحسن ابنه ومالك الأشتر

Zəhəbi “Təlxis”-də yazır: “Hakim rəvayyətin səhihliyi baradə heç bir söz söyləməmişdir.Müslim (əl Məlai) adlı ravi mətruk ravidir.” Rəvayyətin səhih olduğunu iddia edən Musəvi yalan danışmışdır.

7) Musəvi yazır (52/246): Bütün bunlardan başqa, müxaliflərimizin ayrıca söylədikləri rəvayyətləri və bəyan etdikləri fəzilətləri götür-qoy etdik, onlarda nə zikr olunmuş rəvayyətlərin əksini gördük, nə də onların əleyhinə olan dəlil. Elə buna görə də üç xəlifənin xilafətinin isbatı üçün heç kəs onlardan dəlil gətirməmişdir.

Söhbət üç Raşidi xəlifə barasində varid olan səhih hədislərdən gedir.Mənə maraqlıdır ki,bu sözü yazan rafizinin ağlı yerində idimi? Əhli Sünnə mənbələrində səhabələrin fəziləti mövzusunda onların xilafətinə dəlil yoxdur? Mən yalnız digər çalışmamdan bir neçə nümunə gətirəcəyəm.

Peyğəmbər (s.a.s) buyurdu: “Məndən sonra Əbu Bəkr və Ömərə itaət edin.”(Tirmizi “Sünən” №3662; İmam Əhməd “Müsnəd” №23946; Beyhəqi “Sünən” №10348 və s.)

Tirmizi yazır: “Hədis həsəndir.” İbn Əbd əl Birr Maliki “Cami bəynəul ilm vəl fədlihi” kitabında (2/1165) yazır ki,hədis həsəndir.” İbn əl Ərabi “Əvasim minəl kəvasim” kitabında (səh 252) yazır ki,hədis səhihdir.” Şəukani “İrşadul fusul” (c.2,səh 275) kitabında yazır ki,hədis səhihdir.” Albani yazır: “Hədis səhihdir.” (“Səhih əl cami” №1142)

Peyğəmbər (s.a.s) buyurdu: “Mən bilmirəm,bundan sonra sizin aranızda nə qədər qalacam.Məndən sonra gələnlərə itaət edin deyərək Əbu Bəkr və Ömərə işarə etdi.”(Tirmizi “Sünən” №3663)

Hədisi Tirmizi “Sünən” kitabında Huzeyfa ibn əl Yəmən (r.a)-dən rəvayyət etmişdir. Şeyx Albani “Səhih ibn Macə” -də (№80) yazır: “Hədis səhihdir.”

İmam Buxari Səhih”-də yazır ki,Cubeyr ibn Mutim (r.a) dedi: “Bir gün Peyğəmbər (s.a.s)-in yanına bir qadın gəldi.Peyğəmbər (s.a.s.) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirdi. Qadın: "Səni tapa bilməsəm necə?" deyə soruşduqda, O (s.a.s.) dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!" (“Səhih Buxari”, 7/22, 3659-cu hədis)

Əbu Sədd əl Məlini “Ərbain fi şuyuh əs sufiyyə” kitabında Ənəs ibn Malikə istinad edən sənədlə nəql edir ki,Ənəs dedi: “Bəni Mustəliq və bəni muntəfiq elçiləri Peyğəmbər (s.a.s)-in yanından gedərkən mən onlarla getdim.Onlar mənə dedilər: “Ənəs! Peyğəmbər (s.a.s)-in yanına qayıt və bizim adımızdan ondan soruş: “Ya Rəsulullah! Səni tərk edən zaman biz bu sualı soruşmağı unutduq: “Səndən sonra zəkatı kimə verək?” Mən qayıdaraq bu sualı soruşdum.O,buyurdu: “Bunu Əbu Bəkrə verin.” Onlara qayıdanda mən cavabı onlara dedim.Onlar dedilər: “Əbu Bəkr ölsə zəkatı kimə verməliyik?” bu sualın cavabını da öyrən.” Mən gedib soruşdum.Rəsulullah (s.a.s) buyurdu: “Bu halda Ömərə verərsiz.”Onlara qayıdıb,cavabı onlara çatdırdım.Onda onlar soruşdular: “Ömər öləndən sonra kimə verməliyik?” Mən geri qayıdıb,bu sualı Rəsulullah (s.a.s)-ə verdim.O,buyurdu: “Get və de ki,o halda Osmana versinlər.”

Bu kitabın redaktoru Əmir Həsən Səbri dedi: “Rəvayyətin ravilər silsiləsi həsəndir.Bu rəvayyəti Hakim “Müstədrək” (3/77) kitabında nəql edərək səhih olduğunu bildirmiş,Zəhəbi də onunla razılaşmışdır.

Səhih hədisdə Aişə (r.a) deyir: “Peyğəmbər (s.a.s) xəstələndiyi zaman mənə dedi: "Əbu Bəkri və qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram ki, kimsə iştahalı biri desin ki, mən daha layiqəm.Lakin, Allah və möminlər Əbu Bəkrdən qeyrisinə razı olmazlar". (Səhih Müslim “Kitab Fədailus Səhabə” № 2387; Səhih Buxari “Kitabul Marad” № 5666)

Əbu Bəkrin sünnəsinə tabe olmağına daha bir dəlil onun namazda Peyğəmbər (s.a.s) tərəfindən imam təyin edilməsidir. Muhəmməd ibn Cəfər əl Qəttani “Əbu Bəkr (r.a)-in Peyğəmbər (s.a.s) tərəfindən imam təyin olunması” fəslində yazır:

“Əbulhəsən əl Əşari dedi ki,bu hadisə çoxlu sayda səhabələr tərəfindən rəvayyət olunmuşdur.Heç kəs buna etiraz etməmişdir.Suyuti “Tarixul xulafə” kitabında yazır: “Bu hədis Buxari və Müslim tərəfindən Əbu Musa əl Əşaridən rəvayyət olunmuşdur.Hədis mütəvatirdir və bu Aişə,İbn Məsud,İbn Abbas,İbn Ömər,Abdullah ibn Zəməa,Əbu Səid əl Xudri,Əli,Həfsə və s.səhabələrdən rəvayyət olunmuşdur.” (“Nəzmul mutənasira minəl hədisəl mutəvatira” №228)

Əli (r.a) məhz bu hadisəyə əsaslanaraq Əbu Bəkr (r.a)-in xilafətinin səhih olduğunu demişdir.Onun oğlu İmam Həsən (r.a) atasından rəvayyət edir: “Peyğəmbər (s.a.s) vəfat etdikdə biz öz halımıza baxdıq.Biz gördük ki,Rəsulullah (s.a.s) namazda Əbu Bəkri önə çəkdi və bizdə ondan sonra dünyəvi işlərimizi dinimizin tapşırıldığı adama təhvil verdik.Beləcə Əbu Bəkri seçdik.” (İbn Cəuzi “Sifətus səffa” səh 113)

Yalançıdan başqa kim Əhli Sünnə mənbələrində ilk üç xəlifənin xilafətinə dəlil olmadığını iddia edə bilər?!



8) Musəvi yazır (58/269-270): Dəlil gətirənlərin güman etdikləri qərinə də yalandır və həqiqəti gizlətmək, onu yalanla qarışdırmaq üçün bir bəhanədir. Çünki, Peyğəmbər (s.a.s) Əlini iki dəfə Yəmənə göndərmişdir. Birinci dəfə hicri 8-ci ildə oldu və boşboğazlar aranı vurmağa başladılar. Mədinəyə qayıdandan sonra Peyğəmbər (s.a.s)-ə ondan şikayət etdilər və Peyğəmbər (s.a.s) çox narahat oldu və onların sözünü qətiyyətlə rədd etdi. Belə ki, bir daha onun haqqında belə sözlər danışmadılar. İkinci dəfə hicrətin 10-cu ilində baş verdi. Peyğəmbər (s.a.s) özü ona bayraq verib, öz mübarək əli ilə o həzrətin başına əmmamə qoydu və buyurdu: “Hərəkət et və heç nəyə fikir vermə.” Və o, doğru yolla başı uca, şərəflə hərəkət etdi və Peyğəmbər (s.a.s)-in fərmanını yerinə yetirdi. Sonra Vida həccində Allahın rəsuluna qoşuldu və həccin niyyətini Peyğəmbər (s.a.s) kimi etdi və Peyğəmbər (s.a.s)-in əməlinə uyğun ehram bağladı. Çünki Peyğəmbər (s.a.s) onu özünə qurbanda şərik etdi. Bu dəfə heç kəs Peyğəmbər (s.a.s)-ə onun haqqında bir söz demədi və heç bir boşboğaz onun haqqında pis söz danışmadı.”

Musəvi yenə yalan danışır.Çünki,məhz vida həcci olan ili Əli ibn Əbu Talib (r.a) Yəmənə göndərildikdən sonra,geri qayıdarkən bəziləri Peyğəmbər (s.a.s)-ə onun haqqında şikayət etməyə başladılar.İbn Hişam məşhur “Sirə” kitabında yazır: “Əli (r.a) Yəməndən Peyğəmbər (s.a.s) ilə Məkkədə görüşməsi üçün geri qayıdan zaman tələsirdi və yerinə dəstənin başına yaxın adamlarından birini təyin edir.Bu adam dəstədə olan hər adama gətirdiyi mallar arasında olan bahalı paltarlar geydirir.Dəstə Məkkəyə yaxınlaşan zaman Əli (r.a) onları qarşılamaq üçün şəhərdən çıxır.Onların üzərində bu bahalı paltarları görən zaman qəzəblənir və deyir: “Vay olsun sizə,bu nədir?!” Ona əmir deyir: “Mən onlara insanlar arasında gözəl görsənmələri üçün belə geydirdim.” Əli (r.a) qəzəblənərək dedi: “Peyğəmbər (s.a.s)-in hüzuruna qayıtmamışdan öncə bütün bu paltarları dəyişin.” O,insanlardan bütün bahalı paltarları aldı və onlar bu davranışa görə Əlidən narazı qaldılar.”

İbn Hişam davam edərək yazır: “İnsanlar Əli (r.a) baradə şikayət etdikdə Peyğəmbər (s.a.s) nitq söylədi.”Ey insanlar! Əlidən şikayət etməyin.Allaha and olsun ki,o belə qəzəblə yalnız Allaha görə davranmışdır.Şikayət etməyə dəyməz.” (“Vida həcci” fəsli)

Əli (r.a) haqqında şikayətlər çoxaldıqda Peyğəmbər (s.a.s) növbəti dayanacaqda nitq söylədi və orada bu ifadəni işlətdi: “Mən kimin mövlası isəm,Əli də onun mövlasıdır.”

Əli (r.a)-nin iki dəfə Yəmənə göndərilməsi hadisəsi isə isbat olunmamışdır.

9) Rafizi yazır (80/335): “Buxari və Müslim öz “Səhih”lərində və “Sünən” və “əxbar” müəllifləri Əli (r.a)-nin beyətə zidd olmasını yazmış, Fatimə (r.a)-nin beyətdən 6 ay keçməsinə baxmayaraq xilafətin başçısı ilə sülh və barışıqda olmadığını demişlər. Amma,6 ay sonra İslam ümmətinin xeyir-məsləhətini, ağır şərait və mövqeyini nəzərə alaraq məcbur oldu ki, onunla sülh etsin. Bu haqqda bir hədis də Aişədəndir. Orada aydın deyilib ki, Zəhra Əbu Bəkrdən küsdü və Peyğəmbər (s.a.s)-dən sonra onunla danışmadı.”

Bu açıq yalandır.Birincisi,Aişədən olan hədisdə Əli deməmişdir ki,guya Əbu Bəkr ondan xilafəti qəsb etmişdir.Orada Əli belə deyir: “Biz sənin fəzilətini və Allahın sənə verdiyi üstünlüyü etiraf edirik.Allahın sənə verdiklərinə görə paxıllıq etmirik.Lakin,bu məsələdə sən tək başına hərəkət etdin.Biz hesab edirdik ki,Peyğəmbər (s.a.s) ilə qohumluq əlaqələrimizə görə buna haqqımız çatır.”(“Səhih Müslim” №(1759)-52)

Qeyd etdiyimiz kimi burada Əlinin sözlərindən aydın olur ki,o idarə etmə işlərində onun fikrinin də nəzərə alınmasını istəyirdi.Daha sonra rafizi yazır ki,Aişədən olan hədisdə Əlinin Əbu Bəkrə beyət etməsinə işarə yoxdur. Bu isə yalandır.

İmam Müslimin “Səhih”-də deyilir: “Əli qalxaraq Əbu Bəkrin haqqını,fəzilətini qeyd edib,onun İslamı ilk olaraq qəbul etməsindən danışdı.Sonra o Əbu Bəkrə yaxınlaşaraq,ona beyət etdi.”(Səhih Müslim №(1759)-53)

Zeyd ibn Əli (İmam Zeyd-İmam Zeynəlabiddinin oğlu) öz atalarından rəvayyət edir ki,Əbu Bəkrin xilafəti zamanı Peyğəmbər (s.a.s)-in minbərinə qalxaraq camaat səsləndi: “Ey insanlar! Aranızda məni xəlifə görmək istəməyənlər varmı? Əgər varsa,mən onu beyətdən azad edirəm.” O,bu sözü bir neçə dəfə təkrar etdi və hər dəfə də Əli (r.a) qalxaraq: “Allaha and olsun ki,biz sənin istefanı qəbul etmirik və bunu istəmirik də. Rəsulullah (s.a.s)-in səni önə keçirtdiyi halda kim səni arxaya keçirməyə cürət edə bilər?”(“Həyatus sahabə”c.1,səh 400-401; Hindi “Kənzul ümmal”c.8,səh 863, №14145)

Əbu Səid əl Xudri (r.a) deyir ki, Peyğəmbər (s.a.s) vəfat etdikdən sonra camaat Sədd ibn Ubadənin evində toplaşdı. Onların arasında Əbu Bəkr və Ömər də var idi. Ənsarlardan bir nəfər dedi: “Bildiyiniz kimi biz Peyğəmbər (s.a.s)-in ənsarları (köməkçiləri) olmuşuq. İndi isə onun xəlifəsinin ənsarları olacayıq. Rəvayyətçi deyir ki, bu zaman Ömər ibn Xəttab qalxıb dedi: “Sizin adamınız doğru danışır. Əgər siz bundan başqa bir söz desəydiniz biz sizinlə beyət etməzdik.” Sonra Ömər, Əbu Bəkrin əlini tutub dedi: “Sizin admınız budur, ona beyət edin”, deyib özü beyət etdi, ardınca isə Mühacir və Ənsarlar beyət etdilər. Rəvayətçi deyir: “Əbu Bəkr minbərə çıxıb camaata nəzər yetirdi və onların arasında Zubeyrin olmadığını görüb, onu çağırtdırdı və dedi: “Ey Peyğəmbər (s.a.s)-in bibisi oğlu, müsəlmanların vəhdətini pozmaq istəyirsənmi?” Zubeyr: “Ey Peyğəmbər (s.a.s)-in xəlifəsi, heç şübhən olmasın,” deyib, beyət etdi. Sonra yenə də camaata nəzər yetirdi və Əlinin orada olmadığını görüb, onu da çağırtdırdı və dedi: “Ey Peyğəmbər (s.a.s)-in əmisi oğlu və kürəkəni, müsəlmanların vəhdətini pozmaq istəyirsənmi?” Əli: “Ey Peyğəmbər (s.a.s)-in xəlifəsi, heç şübhən olmasın, deyib, beyət etdi.”

Bu rəvayyəti Hafiz İbn Kəsir “əl Bidayə vən Nihayə” adlı kitabında (c.6,səh 306) qeyd etmiş və rəvayyəti Beyhəqiyə istinad etmişdir. Həmçinin, “Fəslul xitab fi məukiful əshab” kitbında (səh 61-62) bu hədisin ravilər silsiləsinin səhih olduğunu qeyd etmişdir.

Şiə alimi Seyyid Cəfər Şəhidinin Arif Əliyev tərəfindən azəri dilinə tərcümə olunmuş “İslam tarixi və təhlillər” kitabında müəllif səh 85-də yazır: “Bəzi tarixçilərin yazdığına görə Əli (r.a) Peyğəmbər (s.a.s)-in vəfatından 6 ay sonra,yəni Fatimə (r.a)-ın vəfatına qədər Əbu Bəkrə beyət etmədi.Lakin,bu deyilənlər heç də həqiqətə yaxın deyil.Birincisi,Fatimə (r.a) 6 aydan tez bir müddətdə vəfat etmiş,ikincisi Əli (r.a) ümmət arasına düşə biləcək təfriqədən ehtiyyat edərək beyəti gecikdirməmişdir.”

Əbu Səid və Aişənin hədislərini asanlıqla cəm etmək mümkündür.Aişə Əlinin ilk günlərdə beyət etməsini bilmirdi.Ona görə də onun ikinci dəfə beyət etməsini ilk beyət kimi təqdim etmişdir. Əli ibn Əbu Talib Fatimənin vəfatından sonra yarana biləcək şayiə və dedi-qoduların qabağını almaq üçün Əbu Bəkrə ikinci dəfə beyət etdi.”

10) Musəvi yazır (90/364): “Tarixçilər icma etmişlər ki,Əbu Bəkr və Ömər Usamənin ordusunda idilər.Bu baradə heç bir fikir ayrılığı yoxdur.”

Nəfsinin qulu və şeytanın dostu yalan danışır.Şeyxul İslam ibn Teymiyyə dedi: “Bu elə bir yalanlardandır ki,tarix və siyər elmindən xəbərdar olanlar bunun yalan olmasına şübhə etmirlər.Alimlərdən heç kəs Əbu Bəkr və ya Osmanın Peyğəmbər (s.a.s) tərəfindən Usamənin ordusuna göndərildiyini deməmişlər.Bunu yalnız Ömər baradə demişlər.Əbu Bəkr orduya necə göndərilə bilər ki,Peğəmbər (s.a.s)-in xəstələyi əsnasında o namazda imamlıq edirdi.” (“Minhəcus sunnə” 5/486)

Əbu Bəkr (r.a)-in Peyğəmbər (s.a.s) tərəfindən namazda imam təyin olunması hadisəsi əvvəldə qeyd olunduğu kimi mutəvatir xəbərdir.

11) Əbdulhüseyn yazır (110/420): Başqa birisi isə Əli (r.a)-nin dostu və özü yazıçı olan Abdullah ibn Əbu Rafedir. Bu, həmin şəxsdir ki, Allah rəsulu (s.a.s)-dan Cəfər Təyyara buyurduğu hədisi eşitmiş və rəvayyət etmişdir: “Sən yaranışda və əxlaqda mənə bənzəyirsən.” Bu hədisi bir qrup ondan nəql etmişlər. O cümlədən, Əhməd ibn Hənbəl öz “Müsnəd”ində, İbn Həcər “Əl-İsabə”nin 1-ci cildində onu Übeydullah ibn Əsləm adı ilə vermişdir Ubeydullah Peyğəmbər (s.a.s)-in əshabından “Siffeyn” döyüşündə iştirak edənlər barəsində bir kitab yazmışdır ki, İbn Həcər “Əl-İsabə” kitabında dəfələrlə bu kitaba müraciət edir. Ora müraciət edə bilərsiniz.”

Haşiyədə yazır: “Cubeyr ibn Hubab ibn Munzir Ənsarinin şərhi-halına (“Əl-İsabə”, 1-ci qisim) baxın.”

Şeyx Qamidi qeyd etdiyi kimi kim İbn Həcərin “əl İsabə” kitabına müraciət etsə,bu rafizinin əsl siması ilə tanış olmuş olacaqdır.İbn Hacər bu Ubeydullahdan heç nə nəql etməmişdir.O,yalnız yazır: “Onu Mutəyanu bir sıra səhabələr arasında zikr etmişdir.O deyir: “O (Cubeyr ibn Hubab) Ubeydullah ibn Əbu Rafinin tarixində Siffində Əli tərəfində vuruşan tərəfdarları arasında zikr edilmişdir.”(“əl İsabə” 1/590/№1090)

12) İslamın düşməni və nəfsinin qulu yazır (4/31): “İbn Hallikan “Vəfiat əl əyan” kitabında yazır ki,Malik anasının bətnində üç il qalmışdır.İbn Quteybə “Muarrif” kitabında 170 və 198-ci səhifələrdə qeyd edir ki,Malik o adamlardandır ki,anasının bətnində ümumi bilinən vaxtdan çox müddət qalmışdır.”

Biz burda da bu rafizinin qardaşlıq maskası altında gizlənmiş iç üzünü görmüş oluruq.Bu üz qəzəb,kin və rəqibini istənilən üsulla ləkələmək istəyindən ibarətdir.Mən kitablardan bu yalançı məlumatı gətirərək İmam Maliki,anasını və təmiz soyunu ləkələməyə çalışan şeytanlara rast gəlmişəm.Bu rafizilərdən nə gözləyəsən? Axı onlar kitablarında hər kəsi belə bu şəkildə ittiham etmişlər.

Haşim Bəhrani “Burhan” təfsirində Meysəm ibn Yəhyadan o da İmam Cəfər ibn Muhəmməddən nəql edir: “Elə bir dünyaya gələn körpə yoxdur ki,onun doğulmasında cinlərdən olan şeytan iştirak etməsin.Əgər o bilsə ki,doğulan körpə bizim şiələrdəndir onda o onu tərk edər.Əgər o bizim şiələrdən olmazsa onda şeytan barmağını onun arxasına salar və qabağdan çıxardar.Əgər körpə qızdırsa onda şeytan barmağını onun fəcrinə salar və o fahişə olar.Məhz buna görə də körpə ana bətnindən çıxan zaman belə möhkəm ağlayır.” (Haşim Bəhrani “Burhan” c.2,səh 300)

Bu sözü Malik haqqında gətirməkdə nə maraq var?Əgər fərz etsək ki,bu doğrudur,nə olacaq ki?Əgər bu qüsurdursa onda vaxtından qabaq doğulmuş uşaq haqqında nə deyək? Axı “Səduq” ləqəbli İbn Babveyh Qümmi öz İlaluş şəraə” kitabında qeyd edir ki,Fatimə (r.a) İmam Həsən (r.a) ilə 6 ay hamilə olmuşdur.Bu bidətçilərin cəsarəti çatarmı bu qadına dil uzatsınlar?



13) Rafizi 70-ci məktubun haşiyəsində yazır: “Peyğəmbər (s.a.s) ilə onun vəsisi arasında olan qardaşlıq mutəvatirdir.32-ci və 34-cü məktublara baxmaq kifayətdir.”

Bu da yalandır.Peyğəmbər (s.a.s) ilə qardaşlıq hədisləri ya zəif,ya da uydurmadır,heç cür mutəvatir deyildir.Peyğəmbər (s.a.s)-in mühacir və ənsarları qardaş etmələri varid olmuşdur.



DÖRDÜNCÜ FƏSİL.BU BÖLÜMDƏ RAFİZİNİN DƏLİLLƏRİ ARAŞDIRILACAQDIR.

Mən burada rafizinin doğruluğu təsdiq olunmayan mənbələrdən gətirdiyi arqumentlərə fikir bildirməyəcəm.Bu kitabında rafizi müəllif dəfələrlə Şərif Rzanın yazdığı “Nəhcul Bəlağa” kitabından sitatlar gətirir.Bu Əli ibn Əbu Talib (r.a)-ə nisbət edilən məktublar,xütbələr və sözlərin toplandığı məcmuadır. İbn Hallikan “Vəfiat əl əyan” (3/124) kitabında yazır: “İnsanlar Əli ibn Əbu Talib (r.a)-nin sözlərini toplayaraq bu kitabı yazanın kimliyi baradə ixtilaf etmişlər.” Bu kitabı Şərif ər Rza yoxsa qardaşı Əli yazıb? Həmçinin demişlər ki,burada olan sözlər Əli (r.a)-yə aid deyil və müəllif bunları ona nisbət verərək uydurmuşdur.Daha doğrusunu Allah bilir.”

Zəhəbi yazır: “Kim “Nəhcul Bəlağa” kitabını oxusa anlayar ki,bu Əli (r.a)-nin adından uydurulan bir əsərdir.” (“Mizanul itidal” 3/124/№5827)

İbn Hacər əl Əskalani Şərif Murtəza haqqında yazır: “O,bu kitabı uydurmada ittiham olunan adamdır.” (“Lisanul mizan” (4/223)

Şeyxul İslam İbn Teymiyyə yazır: “Elm əhli olanlar bilir ki,bu kitabda olan sözlərin çoxu Əli (r.a)-nin adından uydurulmuşdur.” (“Minhəcus sunnə” 4/24)

Ağıl sahibi olan kimsələr üçün bu kitaba etimad edilməməsinə dəlil olaraq təkcə bu fakt kifayətdir ki,bu kitabın müəllifini Əli (r.a) ilə bağlayacaq ravilər silsiləsi və sənədi yoxdur.

Rafizi həmçinin, İbn Quteybənin “İmamət və siyasət” kitabına müraciət edir.Bu kitab yalandan ona nisbət edilir.İmam Muhəmməd ibn Müslim ibn Quteybə bu əsərin müəllifi deyil.Onun tərcümeyyi halını yazanlar yazdığı tarix kitabları arasında yalnız “Muarrif” kitabını göstərmişlər.Öz kitablarını İbn Quteybə geniş müqəddimə ilə başlayar və kitabının yazılma səbəblərini qeyd edərdi. “İmamət və siyasət” kitabının müqəddiməsi isə yalnız bir neçə cümlədən ibarətdir.

“İmamət və siyasət” kitabının müəllifi İbn Əbu Leyladan sanki,ondan özü şəxsən eşitdiyi kimi nəql edir. İbn Əbu Leyla bu hicri 148-ci ildə vəfat etmiş fəqih Muhəmməd ibn Əbdurrahmən ibn Əbu Leyladır.İmam İbn Quteybə isə onun vəfatından 65 il sonra hicri 213-cu ildə doğulmuşdur. “İmamət və siyasət” kitabında onun digər kitablarında şeyxlərindən nəqllər etdiyi kimi qeyd etdiyi nəqllər yoxdur.Bu kitabda çoxlu məchul ravilərdən rəvayyət olunan nəqllər vardır.Məs: “bir Misirlidən rəvayyət olunur.”,”Misir mühəddislərindən eşidən Muhəmməd ibn Süleymandan rəvayyət olunur.”,”bizə Fasdan olan bir mühəddis nəql etdi”,”mühəddislərdən birindən rəvayyət olunur.” və s. Belə nəqllər İbn Quteybənin digər kitablarında etdiyi nəqllərdən köklü şəkildə fərqlənir. “İmamət və siyasət” kitabında Misirdən olan iki böyük alimdən sitatlar nəql olunur.İbn Quteybə isə Misirdə olmamışdır.”

Rafizinin gətirdiyi dəlillərə nəzər salaq.


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin