Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə9/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   ...   6   7   8   9   10   11   12   13   14

Ədəbiyyat siyahısı


  1. M.İ.Adilov, Z.H.Verdiyeva, F.M. Ağayeva “İzahlı dilçilik terminləri” B.1979.

  2. Rafiq Manafoğlu, Nizami Tağısoy, Rüstəm Kamal. “İzahlı tərcüməşünaslıq terminləri lüğəti” B. 2010.

  3. Бодуен де Куртене И.А. Избранные труды по общему языкознанию.Т.П.М.,1963.

  4. Виноградов В.В. «Синтаксичеслие взгляды и наблюденя акад. Л. Щербы. Уч. зап. МГУ. Вып.150. Руский яз.1952.

  5. Л. Щерба. Фонетика французского языка. М.,1953.

  6. Elçin “Seçilmiş əsərləri” B.,1987

  7. A.Babayev “Azərbaycan dili və nitq mədəniyyəti” B., 2011.

  8. Müasir Azərbaycan dili (sintaksis) IV hissə III nəşr B. 2007.

  9. C. Məmmədquluzadə “Dram və nəsr əsərləri” B. 1958

  10. N.Cəfərov, N.Araslı, S. Hüseynoğlu “Ədəbiyyat” 8-ci sinif üçün dərslik B.,2009.

  11. Q.Kazımov. “ Dil, tarix, poeziya”.

  12. M.İ.Adilov . “Mətbuat (qəzet) dili haqqında”. “Nitq mədəniyyəti məsələləri” B.1969.

  13. M.Babadağlı. “Şairlər dastanı” B., 2013.


Эльдар Агаев

Нарушение синтактических норм в литературном языке

Резюме

В этой статье говорится о нарушение синтактических норм в литературном языке. Автор постарался раскрыть обозначение синтактических терминов тема, рема, синтагм и.т.д.

В последнее время эта тема становится еще боле актуальной.
Agayev Eldar

Violations of syntactical norms in literary language

Summary
In this text is spoken about the syntactical violantions of norms the litrary language. It is mainly explained the essence of theme, sintaqim, rema, in syntax.This theme is very actual recently.

Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Rəyçilər: filologiya elmləri doktoru,professor Q.Kazımov

filologiya elmləri doktoru İ.Cəfərsoy

Gülnar Bəşirova

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

e-mail: Bashirova.gulnar@mail.ru
DƏNİZÇİLİK LEKSİKASI ƏSASINDA YARANAN

FRAZEOLOJİ VAHİDLƏR

(İngilis və Azərbaycan dillərinin materialları əsasında)
Açar sözlər: sırf dənizçilik sahəsi, məcazi xarakter daşıyan dənizçiliyə dair frazeologizmlər, frazeoloji səciyyəli dənizçilik terminləri, “dəniz” konsepti, “yelkən” konsepti.

Ключевые слова: чисто морская сфера, фразеологичность переносного характера относящиеся к мореходству, морские термины фразеологического характера, морская концепция, парусная концепция.

Key words: pure marine sphere, phraseologisms of fiqurative meaning belonging to naviqation, maritime terms of phraseological character, marine conception, sail conception.
Frazeoloji vahidlər dildə ayrı-ayrı leksik-terminoloji vahidlər əsasında əmələ gəlir. Sözlər, terminlər adilikdən, nominativ mənaların­dan uzaqlaşır, dilin mümkün obrazlı, ifadəli, ekspressiv, intensiv ifadələrindən istifadə edilir, leksik səviyyəyə məcazilik, çoxmənalılıq, omonimlik, sinonimlik və antonimlik və s. poetik keyfiyyətlər “müdaxilə edir”.

Məsələn, xalq şairi Zəlimxan Yaqub bir şeirində «dəniz» terminini “ömür” sözü ilə əlaqələndirərək orijinal bir frazeologizmi yaratmışdır. Demək, bu deyim dənizçilik termini olan “dəniz” sözünün vasitəsilə formalaşmışdır:

Yağış yağsa barlı bağda xeyri var,

Tər çiçəyə, yaşıl tağa xeyri var.

Nə zəmiyə, nə torpağa xeyri var

Dəniz ömrü yaşamasan yaxşıdı (Zəlimxan Yaqub. Bir əli torpaqda bir əli haqda. Bakı, 1997: 164)

Digər şairlər də «dəniz» konseptindən frazeoloji məqamlarda ifadəliliyi, təsirliliyi qüvvətləndirmək üçün istifadə etmişlər:



Yalan dənizində üzən kəslərin

Yalnız rəzalətdir qiblənüməsi (B.Vahabzadə)

Ey inci, üzə çıx söz dənizindən.

Sultanın tacında get elə məskən (Nüsrət Kəsəmənli)

N.Kəsəmənli şeirlərində “xatirə dənizi”, Z.Yaqub “qüdrət dənizi”, V.Səmədoğlu “ayrılıq dənizi”, Y.Nəğməkar “qara ölüm dənizi”, “dəniz çiyni” kimi deyimləri işlədirlər, bu ifadələrdə insanı əhatə edən obyektiv gerçəkliklər və bunlar arasındakı əlaqələr inikas olunur.

Və yaxud “vulkan” dənizçilik termininin yaratdığı frazeolo­giz­mə diqqət yetirək:

Gəmilər fit verir...qara buluddan

Göylər bu matəmə bayraq endirir.

Bu səs qəlbimizdə alışan oddan

Qəzəb vulkanını ləpələndirir (Vahabzadə B. Qəlbi dolu gecələr. Bakı, 2003: 461)

Şair xalqın qəzəbini, hiddətini şimşək, vulkan sözləri vasitəsilə yaratdığı deyimlərdə daha güclü bir biçimdə verə bilmişdir.

Dilçilikdə frazeologiyaya həsr olunmuş araşdırmalarda frazeoloji vahidlərin formalaşması, bir qayda olaraq, dilin milli-mədəni özünəməxsusluğu ilə əlaqələndirilir. Bu cəhət frazeoloji vahidlərin formalaşma yollarına da təsirsiz ötüşmür. Əlbəttə, frazeoloji vahidlərin yaranma yolları müxtəlifdir. Onlardan biri də dənizçilik leksikası əsasında əmələ gələnlərdir. Hər bir dilin milli xüsusiyyətlərindən asılı olaraq dənizçilik leksikası əsasında yaranan frazeoloji vahidlərin spesifik cəhətləri ola bilər. Aydındır ki, ingilis və Azərbaycan dillərinin öz linqvistik qayda-qanunları vardır. Elə bu qayda-qanunlara, orijinallığa əsasən də həmin dillərin diferensial əlamətləri meydana çıxır. Lakin xalqların və dillərin əlaqəsinin daha da yaxınlaşdığı, dillər arasında kommunikasiyanın xeyli dərəcədə artdığı bu dövrdə frazeoloji vahidlərin leksik-semantik özəlliyinin, həmçinin də ümumi cəhətlərin dərindən tədqiqi tipoloji dilçiliyin qarşısında mühüm bir məsələ kimi durur.

Apardığımız araşdırmalar da göstərir ki, dənizçilik terminləri frazeoloji birləşmələrin tərkibində aktiv işlənməkdədir. Məs.: «Все руки на палубу!» (ing. All hands on deck! «Свистать всех наверх!»).

Belələrini frazeoloji səciyyəli dənizçilik terminləri də adlandırmaq olar. Bədii dildə bir çox terminlər funksionallaşan mənasından fərqlənərək məcaziliyə meyil göstərir. Dənizçilik terminlərinin bəziləri də funksionallaşan mənasından uzaqlaşdıqca həm ümumişlək sözlərlə sistem əlaqəliliyi daha da genişlənir, həm də «bədii dona bürünür». İngilis dilində frazeoloji vahidlər çox yayıldığı üçün dənizçilik terminologiyasında da öz əksini bu və ya digər dərəcədə tapır. Yəni ingilis dilində elə frazeoloji vahidlər mövcuddur ki, sırf dənizçiliyin müxtəlif sahələrinə aiddir və həmin sahələrdə istifadə olunur. Həmin frazeoloji terminləri 2 qrupa ayırmaq olar:

1) sırf dənizçilik sahəsinə aid olanlar;

2) məcazi xarakter daşıyan dənizçiliyə dair frazeoloji vahid­lər.

Sırf dənizçiliyə aid frazeologizmləri ifadə etmək üçün lüğətlərdə onların qarşısında frz (frazeologiya) işarəsi qeyd olunur. Məsələn,



Acknowledge. Frz. Etiraf etmək, boynuna götürmək; təsdiq etmək, razılıq bildirmək, təşəkkür etmək; break ground- lövbərdən çıxarmaq; on ones beam-ends- böyrü üstə qoymaq (gəmiyə aid).

İkinci qrupa daxil olan dənizçiliyə aid frazeoloji vahidlər isə həm də məcazi mənada işlədilir. Lüğətlərdə belə hallarda həmin vahidin qarşısında məc (məcazi) söz-işarəsi göstərilir. Məs.: all hands to the pumps- hamı nasosa.

Bu forma əslində elliptik səciyyə daşıyır. Həmin frazeoloji vahiddin əsas nüvə mənası «Bütün qüvvə mübarizəyə» elliptik konstruksiyasıdır.

Dənizçiliklə əlaqədar frazeoloji məna adi terminlər vasitəsilə də üzə çıxır. Məsələn, absorb- özünə\canına çəkmək (İADTL*- 1: 28), accelate-sürətini artırmaq (gəminin, 29), afterglow-şəfəq (gün batandan sonra səmada qalan parıltı; xoş xatirə, 42).

İndi isə ayrı-ayrı dənizçilik terminləri əsasında yaranan frazeologizmləri, atalar sözləri və məsəlləri aydınlaşdıraq:

«Yelkən» konsepti ilə yaranan dənizçiliyə dair frazeoloji ifadələr: *under canvas (yelkən altında); A small ship doesn’t ask deep waters (Yelkəni sınmış gəmiyə nə xəzri, nə gilavar tuş gələr); To give oneself up\to give in\to resign oneself to someone or smth- (*yelkəni suya salmaq-bir kəsə təslim olmaq).

Yelkəni suya vermək- yelkəni suya salmaq sinonim frazeoloji variantlardır (2: 900, 901).

Həmin adlardan biri sail-yelkən, yelkənli gəmi; üzmə; boat (s) sail-qayıq yelkəni; crossing jack sail-arxa qrot; stay sail; lower\to strike-yelkəni endirmək; hoist\to set-yelkəni qaldırmaq, açmaq; sail round the world- dünya səyahətinə çıxmaq (yelkənli gəmi ilə); azərbaycan dilində «yelkən gəmi» işlədilir. «Yelkən» sözü azərbaycan dilində bir neçə mənada işlədilir. Həmin mənalar izahlı lüğətdə bu cür əks olunmuşdur: 1.Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq. Yelkən açmaq (qaldırmaq)-yelkənləri açıb hərəkət etmək, yola düşmək. Yelkən gəmisi-yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkənləri endirmək-hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq; 2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. 3.Badban, çərpələng. Yelkən uçurtmaq.(3:529).

İngilis dilində «graff-sail» çəp yelkən anlamındadır.

İngilis dilində «sail» (yelkən) termini ilə əlaqədar xeyli sayda ifadələr yaradılmışdır: sailboad-yelkənli qayıq; sail-burton-yelkən yığan tal ipi; sailcloth-parusun (qalın kətan parça); sailcraft-yelkənli qayıq; sail-hook-yelkən qarmağı; sailing-boat-yelkənli qayıq; sailing-ship-yelkənli gəmsi; yelkənli qayıq; sailless- yelkənsiz; sail-loft-yelkən atelyesi; sailmaker-yelkən ustası; sailmaking-yelkən istehsalı; Yelkənli qayıqlar da növlərə ayrılır: salapooriah-salapurna (türk yelkənli gəmi), sandbagger-sandbaqqer (yelkənli yarış gəmisi), schuyt-skut (Hollandiya yelkənli gəmisi), serua-serua (hind yelkənli qayığı),

«Dəniz» konsepti vasitəsi ilə yaranan frazeologizmlər. Bunlar atributiv xarakter daşıyır. Məs.: * a good sailor (dəniz xəstəliyinə düçar olmayan insan); müqayisə bildirir: to feel quite at home\to be in ones element\to take to smth. Like a duck to water (dənizdə balıq kimi-öz oylağında olmaq); ritorik sual səciyyəli: why do you look down in the mouth?\why do you pull a long face\ why do you lose heart? (dənizdə gəmilərin batıb?); mürəkkəb cümlə biçimində olur: One is too slow for a funeral.\One is John Qong the carrier (Dənizə getsə, dənizi qurudar); obyekt xarakteri daşıyır: it may or may not come off\its none so sure\its not certain yet\it is still quite up in the air\it is a castle in the air\it is waiting for dead mens shoes (dənizdə balıq sevdası), a drop in the ocean –a drop in the bucket\next to nothing (dənizdə bir damçı) (2: 576).

«Dənizdən çıxmış balığa dönmək» frazeoloji vahidinin mənası belədir: köhnə işindən ayrılıb yeni işinə başlayınca dənizdən çıxmış balığa dönmüşdü.

«Gəmi» konsepti vasitəsi ilə yaranan frazeologizmlər: to puke overboard\to snap (drop, throw) ones cookies\to pump ship (Gəmi tutması (dəniz xəstəliyi); *a bad sailor (dəniz tutmasına düçar olan insan); a ship-timber (gəmi üçün taxta-şalban), *before the mast (gəmiçi kimi (gəmiçinin yeninə), being unjust one argues with someone about\ to chop off the limb of the tree one sits on\to saw off the bough on which one is sitting (gəmidə oturub gəmiçi ilə dava eləmək), what can’t be cured must be endured.\You must grin and bear it.(gəmidə oturub gəmiçi ilə dava etmək olmaz), a miserable\dejected\downcast\crestfallen\down in the chops\down in the dumps\down in the mouth\like a lost soul\with a face as long as a poker\with a hang-dog look on ones face (gəmiləri batmış kimi...) (2:798).

«Lövbər» konsepti ilə bağlı frazeologizmlər: Bu söz feli frazeoloji vahidlərin tərkibində işlədilir.Məs.: to cast an anchor\to drop an anchor\to find a haven (to settle down) (lövbər salmaq (bir yerdə uzun müddət olmaq).

Anchor (lövbər), anchor to be at (lövbərdə durmaq), anchor (handing) arrangement (lövbər quruluşu), anchor capstan hril (lövbəri qaldırmaq üçün dolama çarx), anchor linght (lövbər işığı), anchor talks (yaxud anchor comes home) «lövbər danışır» (yaxud lövbər evə gedir) – sürünür, tutmur. Gəmi lövbərə üzür (axınla hərəkət edir, dreyf edir), anchor throat (lövbər buynuzlarının lövbər qoluna birləşdirildiyi yer); anchorage (lövbər dayanacağı, lövbər yeri) (4: 50).

Dənizdə buzqıran gəmilər fəaliyyət göstərir. Bununla bağlı olaraq «an ice reconnaissance»-buz kəşfiyyatı» frazeoloji vahidi işlədilir. Digər bir deyimə də rast gəlmək olur: «to stun fish» - buza vurmaqla yaxud sualtı partlayışlarla balığı gicəlləndirmək. Rus dilində bu ifadə «глушить рыбу» deyimi ilə ifadə olunur (2: 445).

«Buzu sındırmaq, qırmaq» feili birləşməsinin omonimi kimi, məcazi mənada birləşmə frazeoloji deyimə çevrilə bilir. Bu zaman məna «bir kəslə münasibətlərdə gərginliyi aradan qaldırmaq, birinci addım atmaq mənasını kəsb edir»: to break the ice\to melt the ice (2: 446).

Gəmidə qəzalar da baş verə bilir. Bu zaman həmin hadisə ilə bağlı «by the skin of your teeth» frazemi işlədilir. Yəni «qəzadan bir təhər can qurtarmaq» mənasında istifadə olunur.

Buxar gəmisində «to blow off steam» frazeoloji vahidi işlədilir. Bu deyimin mənası «buxarı buraxmaq» anlamına uyğun gəlir.

İngilis dilində digər bir ifadəyə də rast gəlmək olur: «to smoke like a shimney»-boru kimi tüstüləyir, yəni siqareti bir-birinin ardıca çəkir. Rus dilində bu ifadə belə səslənir: дымит, как труба.

Azərbaycan dilində «lövbər» termini ilə bağlı başqa frazeologizmlərə rast gəlmək olur: lövbərini qaldırmaq- oturduğu yerdən çox çətinliklə, istəməyə-istəməyə, ağır-ağır qalxmaq. Lövbərini qaldır, gedək. Lövbərotu - dəmirtikan mənasında istifadə olunur.

Dənizçilik leksikası əsasında yaranan frazeoloji vahidləri ifadə vasitələrinə görə iki yerə ayırmaq olar:

1) ismi frazeoloji vahidlər

2) feli frazeoloji vahidər.

Hər iki tip frazeoloji vahidlərin formalaşması, bir qayda olaraq, dilin milli-mədəni özünəməxsusluğu ilə bağlıdır. «Hər bir dilin milli xüsusiyyətlərindən asılı olaraq frazeoloji vahidlərin özünəməxsus cəhətləri ola bilər və bu da təbiidir. Aydındır ki, bu və ya digər dilin öz qayda-qanunları mövcuddur. Elə bu qayda-qanunlara, orijinallığa əsasən də dillərin fərqli xüsusiyyətləri meydana çıxır. Lakin xalqların və dillərin əlaqəsinin daha da yaxınlaşdığı, dillər arasında ünsiyyətin xeyli dərəcədə artdığı bir dövrdə frazeoloji vahidlərin leksik-semantik özəlliyinin, eləcə də ümumi cəhətlərin dərindən araşdırılması tipoloji dilçiliyin qarşısında bir məsələ kimi dayanır» (5: 5).

İsmi frazeoloji vahidlərin tərəfləri adlardan düzəlir. İfadənin dominant sözü birləşmənin struktur-sintaktik nüvəsi isimdir.

Dənizçiliyə aid ismi frazeoloji vahidlər ismi birləşmə modelindədir. Bunları birinci, ikinci və üçüncü növ ismi birləşmələr kimi qruplaşdırmaq olar:

I növ təyini söz birləşməsi modelində: gəmi tutmasına düçar olan insan- a bad sailor- человек, подверженный морской болезни; *dor dibindən qaçan- a confirmed swindler-заядлый мошенник (вор, подонок); yelkən altında-* under canvas – под парусами.

II növ təyini söz birləşməsi modelində: gəmi tutması (dəniz xəstəliyi)-to puke overboard\ to snap (drop, throw) ones cookies\ to pump ship; manifest cargo- yük manifesti; buz kəşfiyyatı-an ice reconnaissance – ледовая разведка.

III növ ismi söz birləşməsi modelində: zəncirin halqaları (bir-birinə bağlı məsələlər) - the links in the chalin. Звенья одной цепи (друг с другом тесно связанные вопросы).

Qoşmalı ismi birləşmə modelində: gəmiləri batmış kimi...-a miserable\dejected\downcast\crestfallen\down in the chops\down in the dumps\down in the mouth.like a lost soul\with a face as long as a poker\with a hang-dog look on ones face – как-будто (словно, точно) в воду опущенный; gəmiçi kimi (gəmiçinin yerində).*before the mast- в качестве матроса; balıq kimi üzmək-to swim like a duck\to swim like a fish – плавать, как рыба; balıq kim lal olmaq (sakit, dinməz)-one keep mum as a fish\to be as silent as the grawe\one is dumb as oyster\one is close as wax\to be a dumb dog\to be as dumb as a fish\to be as still as depth – быть немым, как рыба (молчун\могила\гроб (человек, из которого слова не вытянешь).

Feili frazeologizmlərin ikinci tərəfi feil, birinci tərəfi isə əsasən isimdən qurulur. Məs.: lövbər salmaq (bir yerdə uzun müddət olmaq)- to cast an anchor\to drop an anchor\to find a haven (to settle) – бросить якорь\кинуть якорь\сесть на якорь (засидеться, обосноваться) \дневать и ночевать (где-либо находиться неотлучно, безвыходно или бывать очень часто)7

Birinci və ikinci tərəfə görə feili frazeologizmləri (dənizçiliyə dair) müxtəlif biçimdə təsnif etmək mümkündür.

Yönlük halda olan isimlə feilin birləşməsi əsasında: tora düşmək\tora salmaq (bir kəsi aldatmaq, hiylə işlətmək) - to catch someone neptly\to catch someone with chaff\to lure someone into a trap\to entice someone in a trap\to set nets\to put out feelers - поймать (поддеть, жульничать) на (свою) удочку (перехитрить, провести кого-либо) \завлечь в западню\ расставлять (кому-либо) сети; (bir kəsin) toruna düşmək.-1. (asılı olmaq)-to fall into someones net (to fall in love with someone) – попасть(ся) в сети (влюбиться); 2. (pis işə cəlb olunmaq)-to fall (to get) into someones toils (clutches, fangs) \to get mixed up in a mess\to fall into ones trap – попасть(ся) в сети (быть вовлечённым в какое-либо предосудительное, темное дело).

Təsirlik halda olan isimlə feilin birləşməsi əsasında: *yelkəni suya salmaq\yelkəni suya vermək (bir kəsə təslim olmaq) - to give oneself up\to give in\to resign oneself to someone or smth. – поднимать белый флаг (сдаваться, покориться); buzu sındırmaq (bir kəslə münasibətlərdə gərginliyi aradan qaldırmaq, birinci addım atmaq)= to break the ice\to melt the ice.

Yerlik halda olan isimlə feilin birləşməsi əsasında: dalğanın zirvəsində qalmaq (şöhrətli olmaq)-to ride the crest of the vawe – подняться на гребне волны (быть на вершине славы); gəmidə oturub, gəmiçi ilə dava eləmək- being unjust one argues with someone about smth.\to chop off the limb of the one sits on\to saw off the bough on which one is sitting – будучи неправым, спорить\рубить сук, на которомсидишбь (поступать необдуманно, себе во вред).

Çıxışlıq halda olan isimlə feilin birləşməsi əsasında: tordan çıxmaq (ağır, çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq)- to work out ones own salvation – нахолить своё спасение (самому найти выход из затруднений)

Məsdər formasında olanlar: buza vurmaqla yaxud sualtı partlayışlarla balıbı gicəlləndirmək-to stun fish – глушить рыбу.

Frazeoloji cümlə modelində olanlar: Yelkəni sınmış gəmiyə nə xəzri, nə gilavar tut gələr.- A small ship doesn’t ask deep waters. – Кораблю разломанному всякий ветер противен.

Yarımçıq cümlə modelində olanlar: Bunlarda buraxılmış üzv mətnə görə müəyyənləşir, daha doğrusu, birinci hissədə olan feili xəbər ikinci hissədə buraxılır və mətni yarımçıq cümlə formalaşır. Buzu gün əridər, insanı xəcalət.-Conscience was hanged long ago. – Бесстыжих глаз и дым неймёт.\Стыд не дым, глаза не выест.\ Есть совесть – есть стыд, а стыда нет – нет и совести.

Beləliklə, dənizçilik leksikası əsasında yaranan frazeologizmlər ingilis və Azəraycan dillərinin lüğət tərkibinin, frazeoloji fondunun zənginləşməsində mühüm rol oynayır. Dənizçiliyin bir çox sahələri ilə bağlı frazeloji vahidlərin spesifik əlamətlərinin aşkarlanması onların həm birləşmələrdən, həm də dəniz leksikasından ayrılan, fərqlənən əlamətdar xüsusiyyətlərinin öyrənilməsi ilə bağlıdır.

Hər iki dilin materialları göstərir ki, dəniz leksikası ilə bağlı frazeoloji vahidlərin başlıca xüsusiyyətlərindən biri onların obrazlı, emosional, ifadəli olmasıdır. Həmin tip frazeologizmlər də tutuşdurulan dillərin ekspressivliyində, intensivliyində, onun ifadəliliyində əsas rol oynayır. Həmin birləşmələr və cümlələr hər hansı bir anlayışı digər frazeologizmlərdən daha təsirli və obrazlı əks etdirir.

İngilis və Azərbaycan dillərində dəniz leksikası ilə əlaqədar olan frazeologizmlər variantlıq, sinonimlik, çoxmənalılıq, omonimlik və antonimlik kimi zəngin semantik quruluşa malikdir.


Ədəbiyyat siyahısı

1. İngiliscə-rusca-Azərbaycanca dənizçilik terminləri lüğəti. Bakı, 2000.

2. Vəliyeva Nigar. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. 2 cilddə, II cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 2010.

3. Azərbaycan dilinin izahlı lüğəti. III, cild, Bakı, 2000.

4.Rənahi M.A., Osmanova N.L., Bəşirova G.R. İngiliscə-Azərbaycanca dəniz terminləri lüğəti. Bakı, 2012.

5. Hacıyeva Əzizə. İngilis və Azərbaycan dillərində somatik frazeologizmlərin struktur-semantik xüsusiyyətləri. Bakı, «Nurlan», 2004.


Гюльнар Баширова

Фразеологические единицы, образованные на основе морской лексики (на основе английского и

азербайджанского языков)

Резюме

В статье изучаются фразеологические единицы, связанные с морскими единицами английского и азербайджанского языков, а в некоторых случаях по материалам русского языка. Образованные на основе морской терминологии высказывания показывают распределения существительных морской термино­ло­гии по падежам. Кроме того, отличающиеся в типологическом отношении такого рода фразеологизмы показывают богатство морской речи.


Gulnar Bashirova

Phraseological unit formed on the basis of marine lexics (on the basis of the materials of English and Azerbaijan languages)

Summary

The article deals with the phraseological units connected with marine units of English and Azerbaijan languages, but in some cases on the material of Russion language. Units formed on the basis of marine terminology show division of nouns of marine terminology according to the cases. Moreover phraseologisms of this type differing from the typological point of view show richness of marine speech.




Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu

Rəyçilər: filologiya elmləri doktoru İ.Tahirov

filologiya üzrə fəlsəfə doktoru İ.Abdullayeva

İradə Qəniyeva

AMEA, Nəsimi adına Dilçilik İnstitutu

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TOPONİM TƏRKİBLİ FRAZEOLOJİ İFADƏLƏR
Açar sözlər: dillər, toponimlər, frazeoloji ifadələr, kommunikativ, tərkib

Ключевые слова: языки, топонимы, фразеологические выражения, коммуникативный, компонент.

Key words: languages, toponyms, idiomatic expressions, communicative, component.
Toponimlər dildə və nitqdə coğrafi obyekt, yaşayış məskəni adı bildirməklə yanaşı, həm ayrılıqda, həm də frazeoloji vahidlərin tərkibində işlənərək məcazi mənalar ifadə edir. İstər Azərbaycan, istərsə də ingilis dillərində işlənən toponim tərkibli frazeoloji vahidlərdə özünü göstərən obraz­lılıq, emosionallıq, informativlik, ekspressivlik, yığcamlıq, sərrastlıq, ahəngdarlıq və s. kimi xüsusiyyətlər onları həm dil, həm də nitq nümunələrinə çevir­mişdir. Frazeoloji vahidlərin komponentləri müstəqil mənadan məhrum olub, ümumi bir mənanın yaranmasına xidmət edir. Hər iki dildəki frazeoloji vahidlərin bir qismi xalq tərəfindən digər bir qismi isə yazıçılar tərəfindən yaradılmışdır. Onlardan idiomlar, atalar sözləri, zərbi-məsəllər xalq yaradıcılığının, aforizmlər, ibarələr və hikmətli sözlər isə sənətkar yaradıcı­lı­ğı­nın məhsuludur.

Xalq öz ağıllı və müdrik sözlərinin məna dərinliyinə fikir verdiyi kimi ifadə formasını da gözəlləşdirmişdir. Atalar sözləri, xalq məsəlləri və idiomların tərkibini təşkil edən səslərin və sözlərin yaratdığı ahəngdarlıq, melodiya, daxili qafiyə, vəzn və s. oxucuya ləzzət verir, onun estetik zövqünü oxşayır. Bu poetik keyfiyyətlər bədii əsərin əsas tələbləri, ümumi ahəngi ilə birləşərkən daha təsirli olur. [2, s.140]

a) Azərbaycan dilində tərkibində yer, məkan bildirən sözlər işlənən frazeoloji vahidlərdə konkret yer adlarına ingilis dilli vahidlərlə müqayisədə daha az təsadüf olunur. Azərbaycan dilindəki belə sabit birləşmələrin əksəriyyətində ümumi yer – məkan nəzərdə tutulur. Misallara müraciət edək:

Dərə xəlvət, tülkü bəy.

Dağdan, dərədən danışmaq.

Elə bil alçaq dağları bu yaradıb.

Ağır gedən dağlar aşar.

b) İngilis dilində isə belə frazeoloji ifadələrə misal olaraq aşağıdakıları göstər­mək olar:

to the same reason that Aberdeenshire cats never drink milk – imkan xaricində olmaq

the black bear in Arden – qorxu yaradan

has gone over Assford [Asfordby] Bridge backwardstərsinə iş görmək

carry (send) owls to Athens – mənasız iş görmək.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin