Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı


Demokratiyanın şah üsul-idarəsinə zidd olması



Yüklə 3,55 Mb.
səhifə37/38
tarix24.05.2018
ölçüsü3,55 Mb.
1   ...   30   31   32   33   34   35   36   37   38

Demokratiyanın şah üsul-idarəsinə zidd olması


İnqilabdan öncə ölkə siyasi baxımdan asılı idi, yəni hökumət - istər Məhəmmədrzanın özü, istər müxtəlif orqanlar Amerikaya tabe idilər, onun icazəsini gözləyirdilər. Buna dair çoxlu faktlar var. Doktor Əmini İranda Baş nazir olmaqdan ötrü qalxıb Amerikaya getdi, amerikalıları razı saldı və gələndən sonra Baş nazir oldu. Şah buna razı deyildi, bir-iki ildən sonra o da qalxıb Amerikaya getdi, onu vəzifəsindən kənarlaşdırmaq üçün amerikalılardan icazə aldı və gəlib işdən çıxardı. Bizim məmləkətimiz bu vəziyyətdə idi. Baş nazir seçmək üçün məmələkətin şahı, ölkənin başçısı Amerikanın razılığını almalı idi. Bir çox məsələlərdə şah Amerika və İngiltərənin səfirlərini sarayına dəvət edir və görmək istədiyi işi onlarla müzakirə edirdi. Əgər onlar müxalif olsaydılar, həmin işi görməzdi. Siyasi asılılıq budur. Onlar Amerikaya, ondan öncə isə İngiltərəyə tabe idilər. Rza xanı ingilislər özləri hakimiyyətə gətirdilər, sonra işlərinə yaramadığını görüb özləri də hakimiyyətdən kənarlaşdırdılar, ölkədən çıxardılar, oğlunu gətirdilər. İnqilabdan qabaq belə idi.

İnqilab gəlib ölkəyə tam siyasi müstəqillik verdi. Bu gün bu böyük dünyada, bu böyük güclər arasında elə bir güc yoxdur ki, öz istək və iradəsinin İranın məmurlarının, yaxud xalqının iradəsinə azca təsir etdiyini iddia edə bilsin. Bu məsələ - yəni müqavimət, müstəqillik və siyasi iqtidar xalqlar tərəfindən xüsusi şəkildə sevilir. Digər xalqların böyük İran xalqına hörmətinin əsas səbəbi onun siyasi müstəqilliyidir.

İnqilabdan öncə şah üsul-idarəsi hakim idi. Bunun əksi demokratiyadır. Şah üsul-idarəsində xalqın heç bir siyasi rolu olmur, demokratiyada isə söz sahibi xalqdır. İnqilabdan öncə hakimiyyət sülalə hakimiyyəti idi; biri öləndə öz yerinə canişin təyin edirdi və xalqın heç bir rolu olmurdu; istəsəydilər də, istəməsəydilər də, qəbul etməyə məcbur idilər. İslam Respublikasında isə inqilabın sayəsində hökumət seçki ilə müəyyənləşir, xalq seçir, onun iradə və istəyi təyinedicidir. İnqilabdan öncə ölkəyə sərt diktatura hakim idi. Mənim yadımdadır, bizim dostlarımızdan biri Pakistandan qaçaq yolla Məşhədə mənim yanıma gəlmişdi. O danışanda dedi ki, biz filan elanı parkda dostlarımızla oxuyurduq. Mən təəccüb etdim ki, məgər parkda elan oxumaq mümkündür? Biz əsla təsəvvür etmirdik ki, kiminsə cibində hakimiyyəti bir qədər tənqid edən bir elan olsun və küçədə yol yeriyə bilsin. Ozamankı təhlükəsizlik qurumlarının nəzarəti bu həddə idi. İnqilab gəlib azad tənqid, islahat, müzakirə və hətta müxalifət və etiraz şəraiti yaratdı. Bu 32 il ərzində, hətta inqilabın ilk illərində də belə olmuşdur.

İnqilabdan öncə ölkənin elm və texnologiyası tamamilə Qərbə bağlı idi. Dəfələrlə demişəm: bizim hərbi təyyarəmizin bir ehtiyat hissəsi xarab olanda, yeyiləndə, təmirə ehtiyacı olanda Hərbi Hava Qüvvələrinin yerli mühəndislərinin nəinki onu düzəltmələrinə, heç açıb baxmalarına belə icazə vermirdilər. Həmin hissəni təyyarəyə qoyub Amerikaya aparır və əvəzinə başqasını gətirirdilər. Əgər təmir lazım olsaydı da, orada təmir edirdilər. Mövcud sənaye tamamilə montaj sənaye idi, heç bir yaradıcılıq yox idi. İnqilabdan sonra isə elmi və milli özünəinam yarandı, müxtəlif fənlərdə bu qədər dəyərli və böyük alimlər meydana çıxdı. Bu gün ölkə daxilində elə alimlərimiz var ki, bütün dünyada onların misli azdır. Bizim alimlərimiz inkişaf etmişlər və əksəri də gənclərdən ibarətdir.

İnqilabdan öncə İranın dünya və hətta region məsələlərinə heç bir təsiri yox idi, təhqir olunmuş bir ölkə idi, hadisələrə heç bir təsir göstərə bilmirdi. İnqilabdan sonra bu xalqın dünyadakı hörmət və əzəməti, regionda baş verən hadisələrə təsiri düşmənləri heyrətə saldı, onlar etiraf etməyə məcbur oldular. Siz bu gün baxın, xarici xəbərlərin verildiyi saytlarda həmişə İranın nüfuzundan, təsirindən və region hadisələrindəki rolundan danışır, qərəzli formada olsa da, bunu etiraf edirlər.

İnqilabdan öncə mədəni sahələrdə sırf təqlidçi idik, amma inqilabdan sonra mədəni hücum bir təhlükə kimi tanındı. Bu qəbildən olan başlıqlar çoxdur, bunlar əsaslarıdır.

Bir ölkədə bu təməllər qoyulduqda xalq həmin təməllər üzərində yeni və möhtəşəm bir sivilizasiya qurmağa ümid bəsləyə bilər. Bu xüsusiyyətlərin hər biri bir formada xalqların diqqətini cəlb edir. Digər xalqlar baxır, görür, sevir və alqışlayırlar. Əlbəttə, hamısından əhəmiyyətlisi düşmənlərin, hegemonluğun qarşısında siyasi müstəqillik və duruş gətirmək məsələsidir.

Mən qərbli bir rəsmidən bir cümlə demək istəyirəm. Mən adətən qərbli siyasətçilərdən və məşhurlardan sitat gətirmirəm, amma bu, maraqlı cümlədir. O deyir ki, iki şey müsəlmanlar tərəfindən yaxşı tanınsa, müsəlman xalqlar bu iki şeydən xəbərdar olsalar, Qərbin bütün tabuları - qəti prinsipləri dağılıb məhv olacaq. Bu iki şey nədir? Bu qərbli mütəfəkkir deyir ki, biri İslam Respublikasının konstitusiyasıdır. Bu konstitusiya dünya müsəlmanlarına mütərəqqi və eyni zamanda dini bir xalq hakimiyyətinin mümkünlüyünü isbat edir. Bu konstitusiya göstərir ki, həm modern və mütərəqqi, həm də tam dini bir hökumət qurmaq olar. Konstitusiya bunu təsvir edir, bunun mümkünlüyünü göstərir. Biri budur. İkincisi isə İslam Respublikasının elmi, iqtisadi, siyasi və hərbi nailiyyətləridir. Əgər müsəlmanlar bunu bilsələr, görərlər ki, həmin mümkün iş həyata keçmiş və baş vermişdir. O deyir ki, müsəlman xalqlar bu gün müsəlman İranda nisbətən həyata keçmiş bu mümkün məsələdən, onun nisbi reallaşmasından xəbərdar olsalar, belə quruluş yaratmağa can atacaqlar və daha inqilabların önünü kəsmək mümkün olmayacaq.

Bu gün bu baş vermişdir. Əlbəttə, bu hadisə bu gün baş verməmişdir, 30 ildir xalqların beyninə yavaş-yavaş və tədricən hopur, inkişaf edir, püxtələşir. Bu gün isə Şimali Afrikada və digər yerlərdə bəlli formada təzahür etməkdədir.

Tehranın cümə namazı xütbələrindən: 2011.




Qərbin siyasi səhvlərinin İranın inkişafına fürsət olması


Qərblilərin özlərinin də siyasi səhvləri olmuşdur. Bu siyasi səhvlər İslam Respublikasına kömək etmişdir. Baxın, bu nüvə məsələsində qərblilər səhv etdilər. İranın nüvə işinə qarşı çıxmaq üçün onu böyütdülər, ajiotaj yaratdılar, İslam Respublikasını geri oturtmaq üçün təzyiq göstərdilər. Onlar yeddi ildir çalışırlar. Bu yeddi il ərzində dünya xalqına iki şey aydın oldu: biri budur ki, İran nüvə sahəsində gözlənilməz inkişaflara nail ola bilmişdir; ikincisi budur ki, İran bütün təzyiqlərə baxmayaraq duruş gətirir və geri çəkilmir. Bunlar İran xalqının xeyrinədir. İndi bütün dünya bilir ki, Amerika, Avropa, onların müttəfiqləri və muzdurları göstərdikləri bütün təzyiqlərə rəğmən, İslam Respublikasına üstün gəlib onu geri çəkilməyə vadar edə bilməmişlər. Bu, İran xalqının düşmənlərinin vasitəsi ilə məlum oldu və onlar İran xalqının tanınmasına kömək etdilər.

Digər hadisələrdə də belədir. Səs-küy saldılar ki, benzinə embarqo qoyacağıq və benzin idxal olunmayacaq. Bəli, biz benzin idxal edirdik və edirik. Dedilər ki, benzinin idxalının qarşısını almaq istəyirik. Ajiotaj və qalmaqal yaratdılar, analitikləri proqnoz verib dedilər ki, ölkə qarışacaq, xalq filan edəcək. Bu, ölkə məmurlarının daha çox benzin istehsalı haqda düşünməsinə səbəb oldu. Bu gün məndə olan məlumata əsasən, ölkə Allahın köməyi ilə bəhmənin 22-ə (11 fevrala) qədər benzin idxalına tamamən son qoyacaq. Mənə verilən məlumata görə, hətta ondan sonra benzinin ixracına başlanacaq. Deməli, onların bu ajiotajı İran xalqının xeyrinə bitdi. Beynəlxalq müşahidəçilər də bunu gördülər. Bütün məsələlərdə belədir. Müharibə zamanı silah embarqosunda belə oldu, paralel və ifratçı İslam cərəyanı yaratmaqda da belə oldu. İslam Respublikasının kökünə balta vurmaq üçün gəlib bizim qonşuluğumuzda bir ifratçı İslam cərəyanı yaratdılar. İndi isə öz canlarının bəlasına çevrilib, qarşısını ala bilmir və çıxış yolu tapmırlar. Məzhəb ixtilafları yaratmaqda da belə oldu, 2009-cu il fitnəsində də belə oldu. Ajiotaj yaratdılar, səs-küy saldılar, dedilər ki, İslam Respublikası bitdi və sair. Sonra baxıb gördülər ki, İran xalqı qələbə çaldı. Ötən ilin 9 deyi (30 dekabrı) və bu ilin 22 bəhməni (11 fevralı) sözün həqiqi mənasında Allah günlərindən idi. Ürəklər Allahın əlindədir, Allah-Taala onları meydana çıxardı və İran xalqı öz əzəmətini göstərdi. Nə edirlərsə, ziyanlarına bitir. Bundan sonra da belə olacaq. Bu, hazırkı dünyanın reallığıdır; nə istəyirdilər, amma nə oldu.

Tehranın cümə namazı xütbələrindən: 2011.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə