Təsdiq edilmişdir 2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin d ö V l ə tproqram I



Yüklə 157,3 Kb.
səhifə1/2
tarix07.01.2022
ölçüsü157,3 Kb.
#84198
  1   2

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 23 fevral

tarixli 38 nömrəli qərarı ilə

təsdiq edilmişdir
2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
«2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın (bundan sonra – Proqram) başlıca məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlillərin) tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.

Dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.

Bu Proqram «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunundan, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyadan və Azərbaycan Hökümətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir.

Bu Proqrama əsasən əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanılması xərcləri hər il dövlət büdcəsindən ayrılan vəsait daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;

əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, onların asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şərait yaradılması;

əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardım göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi.


Yüklə 157,3 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin