Təsdiq edilmişdir 2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə



Yüklə 66,39 Kb.
səhifə1/4
tarix07.01.2022
ölçüsü66,39 Kb.
#85632
  1   2   3   4

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 26 noyabr

tarixli 224 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Hemofiliya – bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.

Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.

Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.

Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olmuşdur. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Lakin buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbi-qi həllini gözləyən məsələlərdir.

2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlmişdir.


Yüklə 66,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin