Təsdiq edilmişdir 2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə



Yüklə 66,39 Kb.
tarix30.06.2018
ölçüsü66,39 Kb.
#55326

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 26 noyabr

tarixli 224 nömrəli qərarı ilə

sdiq edilmişdir

2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Hemofiliya – bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.

Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.

Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.

Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olmuşdur. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Lakin buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbi-qi həllini gözləyən məsələlərdir.

2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

- hemofiliyalı xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması;

- hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilməsi;

- hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili.



4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan

tədbirlər


Sıra

-si



dbirin adı

İcraçı təşkilatlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

1. Hemofiliyalı xəstələrin müalicəsi

1.1.

Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası üçün faktor preparatları ilə müalicənin və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2012

1.2.

Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopik sinovektomiya, eləcə də oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatlarının Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkili


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2012

1.3.

Hemofiliyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə rayonlararası kabinetlərin təşkil edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi


2011

1

2

3

4

1.4.

Hemofiliya üzrə kliniki protokolların, metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2012

1.5.

Hemofiliyalı xəstələrin registrinin yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

2. Hemofiliyaya dair maarifləndirmə

2.1.

Hemofiliyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3. Kadr hazırlığı

3.1.

Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

3.2.

Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015


5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr
Tədbirlər Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- hemofiliyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsi;



- hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması;

- hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.
Kataloq: LDB -> LegalDB.nsf
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Elektron xidmət növlərinin Sİyahisi
LegalDB.nsf -> İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin s I yahis I
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Ali baza təhsili istiqamətləri və ixtisaslarının s I yahis I
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) t ə s n I f a t I
LegalDB.nsf -> Təsdiq edilmişdir
LegalDB.nsf -> Təsdiq edilmişdir Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) t ə s n I fati bakalavriat səviyyəsi üzrə

Yüklə 66,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə