Təsdiq edilmişdir Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin



Yüklə 0,66 Mb.
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#7292

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 18 iyul

tarixli 138 nömrəli qərarı ilə

təsdiq edilmişdir


Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması

QAYDASI

1. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin Birliyin uzunmüddətli istifadəsinə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması Qaydası “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 165 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

2. Bu şərtlər və Qayda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarələrinin balansında olan və Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən meliorasiya və irriqasiya sistemlərinə (bundan sonra- sistemlər) şamil edilir.

3. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarələri tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılan Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli (20 ildən az olmayan müddətə) istifadəsinə aşağıdakı şərtlərlə verilir:

3.1. sistemlərin mövcud qaydalara uyğun istismarının təmin edilməsi, onlara texniki xidmət göstərilməsi, saz və işlək vəziyyətdə saxlanması;

3.2. sistemlərdən yalnız Birliyin xidmət göstərdiyi ərazi hüdudlarında torpaqların suvarılmasında, meliorasiya tədbirlərinin aparılmasında, üzvlərinə və üzvü olmayan şəxslərə suyun verilməsində istifadə edilməsi;

3.3. suvarma zamanı sistemlərə, onların üzərindəki qurğulara, başqa əmlaka və insanların sağlamlığına zərər vura biləcək hallara yol verilməməsi;

3.4. sistemlərin istifadəsinə götürdüyü zaman olduğu vəziyyətinin pisləşməsinə yol verilməməsi;

3.5. sistemlərin mütəmadi olaraq lildən və alaqdan təmizlənməsi, kanal və hidrotexniki qurğuların su mühafizə zolaqlarının istifadə rejiminə riayət edilməsi;

3.6. sistemlərə göstərilən texniki xidmətin müvafiq qaydalara uyğun uçotunun aparılması, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin yazılı tələbi əsasında göstərilmiş xidmətlər haqqında məlumatların ona təqdim edilməsi;

3.7. sistemlərə verilən suyun dəyərinin və onların istismarı zamanı istifadə edilmiş elektrik enerjisi xərclərinin vaxtında ödənilməsi;

3.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin yazılı icazəsi olmadan sistemlərdə və qurğularda hər hansı bir yenidənqurma işlərinin aparılmaması;

3.9. sistemlər üzərində istifadə hüququnun tam və ya qismən üçüncü şəxsə verilməməsi.

4. Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan sistemlərin Birliyin uzunmüddətli istifadəsinə verilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi ilə Sudan İstifadəedənlər Birliyi arasında bağlanılan müqavilə və inventarlaşdırma aktı əsasında həyata keçirilir. Müqavilənin və inventarlaşdırma aktının nümunəvi formaları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi tərəfindən təsdiq edilir.

5. Sistemlərin Birliyin uzunmüddətli istifadəsinə verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinin və Sudan İstifadəedənlər Birliyinin mütəxəssislərindən ibarət komissiya yaradılır.

6. Komissiya Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli istifadəsinə verilən sistemlərin inventarlaşmasını aparır. Birliyin istifadəsinə verilən sistemlərin texniki vəziyyəti inventarlaşdırma aktında qeyd edilir.

7. Bu Qaydanın 3-cü bəndində göstərilən şərtlər pozulduqda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi Birlikdən pozuntu və nöqsanların optimal müddətlərdə aradan qaldırılmasını tələb edir və bu məqsədlə ona zəruri metodik-texniki yardım göstərir.

8. Bu tələb yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi həmin sistemlərin vaxtından əvvəl geri qaytarılmasını, habelə sistemin xarab edilməsi ilə əlaqədar zərərin ödənilməsini tələb edə bilər.

9. Bu Qaydanın 8-ci və 11-ci bəndlərində göstərilən hallarda və sistemlərdən istifadə hüququ başa çatdıqda, Birlik sistemləri inventarlaşdırma aktı əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinə təhvil verilir.

10. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulan suyun verilməsi qrafikinə dair illik müqavilənin qüvvədə olma müddəti başa çatanadək, həmin müqavilədə nəzərdə tutulan qrafik üzrə suyun verilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi tərəfindən yerinə yetirilir.

11. Sudan İstifadəedənlər Birliyinin sistemin normal istismarını təmin etmək imkanı olmadıqda, Birlik bu sistemi tam və ya hissə-hissə, vaxtından əvvəl, işlək vəziyyətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsinə qaytara bilər.

12. Sudan İstifadəedənlər Birliyinin uzunmüddətli istifadəsinə verilmiş sistemlərin mövcud qaydalara və şərtlərə uyğun istismarına və saxlanmasına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin yerli istismar idarəsi nəzarət edir.

13. Tərəflər arasında yaranan mübahisələr qarşılıqlı razılıq əsasında həll edilməlidir. Tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, mübahisələr qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə həll olunur.
________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 18 iyul

tarixli 138 nömrəli qərarı ilə

təsdiq edilmişdir
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə

sazişin forması

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə

saziş
____” _____________200 -ci il

Bu saziş




( su verən idarənin adı)

Bundan sonra sazişin mətnində İcraçıadlanan







(vəzifəsi

soyadı, adı, atasının adı)

ilə







(Sudan İstifadəedənlər Birliyinin adı)

Bundan sonra sazişin mətnində Sifarişçi adlanan







(vəzifəsi




soyadı, adı, atasının adı)

arasında bağlanılmışdır.


İcraçı” - “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin hüquqi şəxs kimi nizamnaməyə əsasən fəaliyyət göstərən _________________________________ idarəsidir.
Sifarişçi - “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə nizamnaməyə əsasən hüquqi şəxs kimi fəaliyyət göstərən ________________________________

__________________________________ Sudan İstifadəedənlər Birliyidir.


Tərəflər bu sazişi “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən bağlayırlar.
1. Sazişdə istifadə olunan əsas anlayışlar:


1.1. illik müqavilə -

bu sazişin şərtlərinə uyğun olaraq “İcraçı” ilə “Sifarişçi” arasında hər il bağlanılan müqavilə;

1.2. sifarişçinin xidmət

göstərdiyi ərazi -



bu sazişin əlavəsində göstərilən, Birliyin istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərindən suvarıla bilən torpaq sahəsidir;

1.3. yuxarı hədd-

su mənbələrində ( su götürülən su təsərrüfatı obyekti, hidrotexniki qurğu və s.) suyun bolluğu səviyyəsinə (su mənbəyinin sululuğuna) müvafiq olaraq bu sazişin əlavəsində göstərilən, “Sifarişçi”nin “İcraçı”dan tələb edə biləcəyi (suvarma normalarına əsasən) suyun maksimum illik həcmi;

1.4. aşağı hədd-

bu sazişə uyğun olaraq ”İcraçı” tərəfindən “Sifarişçi”yə verilməli olan, bu sazişin əlavəsində göstərilən suyun minimum illik həcmi;

1.5. bildiriş günü -

“Sifarişçi”nin suvarma mövsümündə istifadə olunacaq suyun həcmi və suyun verilməsi qrafiki haqqında bildirişi ”İcraçı”ya təqdim etdiyi gün. Bildirişin təqdim edilməsi üçün son müddət bu sazişin əlavəsində göstərilir;

1.6. su mənbəyi -

bu sazişin əlavəsində göstərilən suyun götürüləcəyi su obyekti və hidrotexniki qurğular;

1.7. su vermə məntəqəsi -

“İcraçı”nın bu sazişin əlavəsində göstərilən kanal, boru və ya digər qurğudan suyu verəcəyi məntəqə, yaxud məntəqələr (su ayrıclar).

2. Sazişin qüvvədə olma müddəti

Bu saziş onun bağlanıldığı gündən 10 il müddətində qüvvədə olur və “__” “ _______ ” 20__ il tarixindən qüvvədən düşür.


3. Suvarma üçün suyun verilməsi

3.1. ”İcraçı” bu sazişin qüvvədə olduğu müddət ərzində yuxarı və aşağı hədlər daxilində illik müqavilə ilə müəyyən edilmiş həcmlərdə və müddətlərdə su vermə məntəqəsindən ”Sifarişçi”yə su verəcəkdir.

3.2. ”Sifarişçi” satın alınmış sudan xidmət göstərdiyi ərazi hüdudlarında öz nizamnamə məqsədləri üçün istifadə edəcəkdir.
4. İllik müqavilələrin bağlanması ilə əlaqədar tərəflərin hüquq və vəzifələri

4.1. “Sifarişçi” bildiriş günü və ya ondan qabaq, barəsində illik müqavilənin bağlanacağı suyun həcmi, suyun verilməsi qrafiki və əkinlərin növləri haqqında ”İcraçı”ya məlumat verməlidir.

4.2. “Sifarişçi” yuxarı həddə bərabər və ya ondan az olan həcmdə suyun verilməsini tələb edə bilər.

4.3. “İcraçı” bildirişi aldıqdan sonra hidrometeoroloji məlumata əsasən növbəti il (və ya suvarma mövsümü) ərzində su mənbəyində ehtimal olunan suyun həcmini hesablayır və bu həcmin “Sifarişçi” də daxil olmaqla bütün birliklərin tələbatına uyğun olub - olmamasını müəyyən edir.

4.4. Hesablama nəticəsində “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olduğu müəyyən edilərsə, “İcraçı” bunu “Sifarişçi”yə bildirir və tərəflər müəyyən olunmuş formada illik müqavilə bağlayırlar.

4.5. Hesablama nəticəsində “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olmadığı müəyyən edilərsə, tərəflər digər birliklərin tələbatını nəzərə almaqla, su mənbəyindən veriləcək suyun həcminin azaldılmasına dair qarşılıqlı razılığa çatmaq üçün xoş niyyətlə, təxirə salmadan danışıqlara başlayır və bildiriş günündən iki həftə müddətində müəyyən edilmiş formada illik müqaviləni bağlayırlar.

4.6. İllik müqaviləyə uyğun olaraq “İcraçı” tərəfindən “Sifarişçi”yə veriləcək suyun həcmi bu sazişin 14-cü maddəsində göstərilmiş fövqəladə hallar (fors-major) istisna olmaqla bütün digər hallarda sazişin əlavəsində müəyyən edilmiş aşağı həddən az ola bilməz.

4.7. Əgər bu sazişin 4.1-ci yarımbəndinə uyğun olaraq bildlriş günü və ya ondan qabaq bildiriş təqdim edilməyibsə, “Sifarişçi”nin sonradan illik müqavilə bağlayarkən “İcraçı”dan aşağı həddən çox su tələb etmək hüququ yoxdur.

4.8. Əgər bu sazişin 4.1-ci yarımbəndinə uyğun olaraq bildiriş günü və ya ondan qabaq bildiriş təqdim edilməyibsə və “Sifarişçi” bildiriş günündən iki ay müddətində illik müqaviləni bağlamaq niyyətini yazılı surətdə bildirməyibsə, “İcraçı” “Sifarişçi”nin su istəmədiyini ehtimal etməyə haqlıdır və həmin suyu eyni su mənbəyindən təchiz olunan digər birliklərə verə bilər.
5. Dürüstləşdirmə

5.1. İllik müqavilə bağlandıqdan sonra “Sifarişçi” verilən suyun həcminin azaldılmasını və (və ya) suyun verilməsi qrafikinin dəyişdirilməsini tələb edə bilər.

5.2. Belə tələb 14 gün əvvəl yazılı surətdə irəli sürülübsə, “İcraçı” onu yerinə yetirməlidir. Bu halda “Sifarişçi” əvvəl tələb etdiyi, lakin sonradan imtina etdiyi su həcminin dəyərini ödəməyə borclu deyildir.

5.3. “İcraçı” eyni su mənbəyindən təchiz olunan digər birliyi qarşısında öz müqavilə öhdəliklərini nəzərə almaqla, “Sifarişçi”nin tələbatına uyğun olaraq suyun verilməsi qrafikinin dəyişdirilməsi üçün bütün imkanlardan istifadə etməyə səy göstərməlidir. Lakin qrafiki dəyişdirmək iqtidarında olmadığı halda o, “Sifarişçi”yə vurula bilən zərərin əvəzini ödəməyə borclu deyildir.


6. Əlavə verilən suyun həcmi

6.1. Bildiriş günündən qabaq “Sifarişçi” suyun həcmini və verilməsi qrafikini göstərməklə yazılı surətdə tələb edə bilər ki, “İcraçı” ona yuxarı həddən çox su versin.

6.2. “İcraçı” eyni su məntəqəsindən təchiz olunan digər sudan istifadəedənlər üçün suyun kifayət qədər olduğuna əmin olarsa o, əlavə olaraq yuxarı həddən çox “Sifarişçi”yə su verə bilər.

6.3. Əlavə verilən suyun həcmi və qrafiki illik müqavilə ilə müəyyən edilməlidir.


7. Suyun verildiyi yer

“İcraçı” tərəfindən “Sifarişçi suyun verildiyi yer bu sazişə uyğun müəyyən edilən su vermə məntəqəsi və ya qarşılıqlı razılaşmaya əsasən yazılı surətdə rəsmiləşdirilmiş digər yerlərdir.


8. Su həcminin ölçülməsi

8.1. Bu sazişə uyğun olaraq “Sifarişçi”yə verilən suyun həcmi “İcraçı” tərəfindən gündə iki dəfə ölçülməlidir. Ölçü avadanlığının quraşdırılması, istismarı və ona texniki xidmət “İcraçı”nın hesabına aparılır. “Sifarişçi” su ölçmə məntəqələrinin saz halda saxlanılmasına və qorunmasına səy göstərməlidir. “Sifarişçi”nin səlahiyyətli nümayəndəsinin ölçmələri müşahidə etmək və suyun həcminin uçotunu aparmaq hüququ var.

8.2 Ölçmələrin nəticələri yazılmalı və hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq edilməlidir. Əgər “Sifarişçi”nin nümayəndəsi ölçmələrdə iştirak etmirsə, “Sifarişçi” “İcraçı”nın ölçmələri ilə razılaşmalıdır.
9. Sifarişçinin vəzifələri:

9.1. sudan səmərəli və qənaətlə istifadə etmək, israfçılığa yol verməmək;

9.2. istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərinin saz (lazımi) vəziyyətdə saxlanmasını təmin etmək, onların korlanmasına yol verməmək;

9.3. istifadəsinə verilmiş meliorasiya və irriqasiya sistemlərini istismar etmək, onlarda müvafiq təmir- bərpa işlərini aparmaq;

9.4. yalnız xidmət göstərdiyi ərazi hüdudlarında su paylamaq;

9.5. bu sazişə uyğun olaraq “İcraçı”dan götürdüyü suyun dəyərini tam və vaxtında ödəmək;

9.6. xidmət göstərdiyi ərazidə olan əkinlərin növləri və miqdarı üzrə uçotunu aparmaq və bu sazişin 4.1-ci bəndinə uyğun olaraq göstərilən məlumatları “İcraçı”ya təqdim etmək;

9.7. xidmət göstərdiyi ərazidə suların mühafizəsini, onların çirklənməkdən və zibillənməkdən qorunmasını təmin etmək.


10. “İcraçının vəzifələri:

10.1. bu sazişin şərtlərinə uyğun olaraq “Sifarişçi”ni su ilə təmin etmək;

10.2.”Sifarişçi”yə verilən suyun keyfiyyətində ciddi dəyişikliklər müşahidə edilərsə, bu barədə “Sifarişçi”ni dərhal məlumatlandırmaq;

10.3. hər hansı iki ölçmə arasındakı vaxtda birinci ölçmədə olan su sərfini ikinci ölçməyədək saxlamaq;

10.4. bu sazişin 4.5-ci bəndinə uyğun olaraq su təchizatının azaldılmasına dair əsaslandırılmış təklifini, tələb olunan məlumat və izahatları “Sifarişçi”yə təqdim etmək.

11. Ərazidən axıb çıxan sular

Bu sazişə uyğun olaraq “Sifarişçi”yə verilən və onun xidmət göstərdiyi ərazidən artıq olub kənara axıb çıxan suya hüquqlar “İcraçı”ya məxsusdur.


12. Su təchizatının azaldılması dayandırılması

12.1. Su mənbəyində sululuğun azalması nəticəsində illik müqaviləyə uyğun olaraq “Sifarişçi”nin tələbatını ödəmək üçün suyun kifayət qədər olmadığı halda, “İcraçı” həmin azalmaya mütənasib olaraq “Sifarişçi”yə verilən suyun həcmini azalda bilər.

12.2. İnsanların həyatına, mülkiyyətə və ya su təsərrüfatı sistemlərinə əhəmiyyətli dərəcədə zərərin vurulması təhlükəsi yarandıqda, onun qarşısını almaq məqsədilə həmin sistemlərdə zəruri araşdırma, yoxlama və ya təmir işlərinin aparılması üçün “İcraçı” “Sifarişçi”yə suyun verilməsini müvəqqəti olaraq dayandıra, yaxud azalda bilər.
13. Su tarifi su haqlarının ödənilməsi

13.1. “Sifarişçi” götürdüyü suyun həcminə, qanunvericiliklə müəyyən edilmiş tarifə və bağlanmış illik müqavilənin şərtlərinə uyğun olaraq “İcraçı”ya su haqqını ödəməlidir.

13.2. “Sifarişçi” illik müqavilədə müəyyən edilmiş suyun ümumi həcminə görə su haqlarının 30 faizini qabaqcadan ödəməlidir. Növbəti su haqları isə, suyun verilməsi və alınması barədə hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq edilmiş hesabat əsasında hər ayın sonunda illik müqavilədə göstərilmiş müddətlərdə ödənilməlidir. Su haqqının tam ödənilmə müddəti bütün hallarda suvarma mövsümü qurtardıqdan 30 gündən gec olmamalıdır.

13.3. “Sifarişçi” illik müqaviləyə əsasən verilən sudan imtina etdikdə, bu sazişin 5-ci bəndinin tələblərinə uyğun olaraq dürüstləşdirmə barəsində bildirişi çatdırmayıbsa, ona verilmiş suyun həcminə görə su haqqını ödəməkdən azad olunmur.


14. Fövqəladə hallar (fors-major )

Fövqəladə hallarda (təbii fəlakət, quraqlıq, daşqınlar, sellər və sair qarşısı alınmaz qüvvə) bu sazişlə nəzərdə tutulan öhdəlikləri icra etmək və ya lazımi qaydada icra etmək mümkün olmayıbsa, Tərəflərdən heç biri sazişi pozmuş Tərəf kimi hesab olunmur və bunun üçün məsuliyyət daşımır. Fövqəladə hallar nəticəsində öhdəliklərini yerinə yetirə bilməyən Tərəf belə halların nə vaxt başlandığı və nə vaxt qurtardığı barədə digər Tərəfə təxirə salmadan xəbər verməlidir.


15. Zərərin əvəzinin ödənilməsi

15.1. “İcraçı” suyu illik müqavilədə nəzərdə tutulmuş həcmlərdə və vaxtlarda verə bilmədiyinə görə və ya illik müqaviləni bağlamaqdan imtina etdiyinə görə “Sifarişçi”yə vurulmuş zərərin əvəzini mülki qanunvericiliyə uyğun olaraq aşağıdakı hallar istisna olmaqla ödəməlidir:

15.1.1. fövqəladə hallarda (fors-major);

15.1.2.“İcraçı”nın təqsiri olmadan “Sifarişçi”yə verilməli olan su çirkləndirildikdə;

15.1.3.su qanunvericiliyinə əsasən “İcraçı”nın su götürmək və su satmaq hüquqları dayandırıldıqda və ya dəyişdikdə.

15.2. Zərərin miqdarı müəyyənləşdirilərkən suyun “Sifarişçi”yə verilməsinə çəkilən faktiki xərclər və təsdiq olunmuş su tarifləri nəzərə alınır.


16. Öhdəliklərin yerinə yetirilməsinə görə su təchizatının dayandırılması

“Sifarişçi” tərəfindən suvarılan torpaq kimi uçota düşməyən torpaqlarda suvarma apardıqda, “Sifarişçi”nin su haqqının ödəmə vaxtının təxirə salınması haqqında “İcraçı” ilə yazılı razılaşması olmadığı halda su haqqının ödənilməsi 30 gündən çox gecikdirildikdə və bu sazişin 9-cu bəndində göstərilən digər vəzifələr yerinə yetirilmədikdə “İcraçı” müvəqqəti olaraq “Sifarişçi”yə suyun verilməsini dayandıra bilər.


17. Dəbbə pulu

“İcraçı” su haqlarının ödənilmə müddətindən hər bir ötmüş gün üçün “Sifarişçi”dən vaxtında ödənilməmiş məbləğdən (borc məbləğindən) 0,05 faiz miqdarında penya tutmaq hüququna malikdir.


18. Hüquqların başqasına verilməsi

“Sifarişçi” bu sazişə uyğun ona verilən suya öz hüquqlarını müəyyən müddətə, tam və ya qismən digər Sudan İstifadəedənlər Birliyinə verə bilər, o şərtlə ki, “İcraçı” buna yazılı surətdə öz razılığını bildirsin. İmtina üçün tutarlı əsas və dəlillər yoxdursa, “İcraçı” belə razılığı verməlidir.


19. Bildirişlər

Bu sazişə uyğun olaraq bütün bildirişlər yazılı formada olmalı və Tərəflərin ünvanlarına poçt vasitəsi ilə sifarişli olaraq göndərilməli və ya kuryerlə çatdırılmalıdır.


20. Sazişdə dəyişikliklərin edilməsi

Bu sazişdə dəyişikliklər yalnız yazılı surətdə edilə bilər. Dəyişikliklər haqqında sənəd Tərəflərin imzaları və möhürləri ilə təsdiqlənir.


21. Sazişin ləğvi

21.1. Bu saziş aşağıdakı hallarda ləğv edilə bilər:

21.1.1. “İcraçı”nın qanunvericiliyə uyğun olaraq bu sazişin məqsədləri üçün su götürmək hüququna xitam verildikdə;

21.1.2. “Sifarişçi” bu sazişin şərtlərini mütəmadi olaraq pozduqda;

21.1.3. Tərəflər bu sazişin ləğv edilməsi barəsində qarşılıqlı razılığa gəldikdə;

21.1.4. “Sifarişçi” iki il ərzində illik müqavilənin bağlanmasını tələb etmədikdə və ya onun bağlanmasından imtina etdikdə, yaxud üç il ərzində bu sazişə uyğun olaraq verilən sudan istifadə etmədikdə;

21.1.5. “Sifarişçi” ləğv edildikdə, yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma);

21.1.6. qanunla nəzərdə tutulmuş digər hallarda.

21.2. “Sifarişçi” ləğv edildikdə, yenidən təşkil edildikdə onun “İcraçı”ya olan bütün borcları qanunvericiliyə uyğun ödənilməlidir.
22. Mübahisələrin həlli

Tərəflər yaranan mübahisələri, o cümlədən bu sazişin ləğvi və onda dəyişikliklərin edilməsi ilə əlaqədar mübahisələri qarşılıqlı razılığa əsasən həll etməlidirlər. Tərəflər qarşılıqlı razılığa nail ola bilmədikdə, mübahisələrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə baxılır.


23. Sazişin növbəti müddətə bağlanması

“Sifarişçi” bu sazişin qüvvədə olma müddətinin qurtarmasına azı 6 ay qalmış “İcraçı”ya müraciət edə bilər ki, yuxarı və aşağı hədlərə yenidən baxmaq şərtilə növbəti müddətə bu sazişə oxşar yeni saziş bağlansın.


24. Əlavənin qüvvəsi

Bu sazişə əlavə onun ayrılmaz hissəsidir və sazişin qüvvəsinə malikdir.



25. Bu saziş Tərəflər arasında razılaşdırılmış və onların səlahiyyətli şəxsləri tərəfindən imzalanmışdır.


“Sifarişçi”nın tam adı

“İcraçı”nın tam adı

VÖEN №-si

VÖEN №-si

Bankın adı

Bankın adı

Bank hesabı

Bank hesabı

İmzalayan şəxsin adı, vəzifəsi və imzası

İmzalayan şəxsin adı, vəzifəsi və imzası

M. Y.


M. Y.


______________

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı

Nazirliyi yanında Dövlət Meliorasiya və Su

Təsərrüfatı Agentliyi ilə Sudan İstifadəedənlər

Birliyi arasında su təchizatı üzrə sazişin formasına

əlavə

1. “Sifarişçi”nin (Sudan İstifadəedənlər Birliyinin)

xidmət göstərdiyi ərazi

“Sifarişçi”nin (Sudan İstifadəedənlər Birliyinin) xidmət göstərdiyi ərazi ______________ çayından, su anbarından, ______________magistral kanalından sugötürən __________ irriqasiya sistemindən suvarılan, _________ rayonunun ___________ kəndlərinə məxsus olan _________________ hektar suvarılan, o cümlədən drenaj olunmuş ________ hektar torpaq sahəsidir (sxematik plan əlavə olunur).



2. Su mənbəyi

______________ çayı (su anbarı, yeraltı sular və s.)



3. Su vermə məntəqəsi

Su vermə məntəqəsi ___________kanalındakı (su anbarı, boru kəməri və s.) ____________ su buraxıcı (su bölüşdürən və s.) qurğudur.



4. Veriləcək suyun yuxarıaşağı hədləri

Su mənbələrində suyun bolluğu səviyyəsinə mütənasib olaraq «Sifarişçi»yə il ərzində aşağıda göstərilən maksimum və minimum hədlər daxilində suvarma suyu veriləcək:



Su gö-türmə məntə-

qələri


Veriləcək

suyun


miqdarı

(min kub.m)



A y l a r ü z r ə

Cəmi il ərzində (min kub.m)

1

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII







yuxarı hədd








































aşağı hədd











































yuxarı hədd








































aşağı hədd








































5. Bildiriş günü

Bildiriş günü hər il yanvar ayının 30-dur.



6. Bu əlavə tərəflər arasında razılaşdırılmış və onların səlahiyyətli şəxsləri tərəfindən imzalanmışdır.

“Sifarişçi”nin tam adı “İcraçı”nın tam adı

İmzalayan şəxsin adı, vəzifəsi və İmzalayan şəxsin adı,vəzifəsi və

imzası imzası

M. Y. M. Y.
_____________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2005-ci il 18 iyul

tarixli 138 nömrəli qərarı ilə



təsdiq edilmişdir

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi ilə Sudan

İstifadəedənlər Birliyi arasında su təchizatı üzrə sazişə

uyğun olaraq bağlanılan illik müqavilənin forması

İLLİK MÜQAVİLƏ

____” ____________200_____ il



Bu müqavilə




( su verən idarənin adı)

İcraçıadlanan







(vəzifəsi

adı, soyadı, atasının adı)










(Sudan İstifadəedənlər Birliyinin adı)

Sifarişçi adlanan







(vəzifəsi




adı, soyadı, atasının adı)

arasında bağlanılmışdır.



Tərəflər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin istismar idarəsi ilə birliklər arasında bağlanılan su təchizatı üzrə sazişin tələblərinə uyğun olaraq aşağıdakılar haqqında müqavilə bağlayırlar:

1. “Sifarişçi”nin suvarılan əkin sahələrində 200____ ildə aparılacaq əkinlərin strukturu:



Bitkilərin adı

Əkin altında olan suvarılacaq sahələr (hektar)

Taxıl




Pambıq




Yem bitkiləri




Çoxillik əkmələr




Bostan-tərəvəz




Həyətyanı sahələr




Cəmi




2. “İcraçı” “Sifarişçi“yə 200___ ildə aşağıda göstərilən qrafikə uyğun olaraq su verəcəkdir.


İlin ayları

Veriləcək suyun həcmi

min. kub.m


_________ ayı

________min.kub.m

_________ ayı

________min.kub.m

_________ ayı

________min.kub.m



















Cəmi

________min.kub.m

3. “Sifarişçi“ təsdiq edilmiş tariflərə əsasən götürdüyü suya görə aşağıdakı cədvələ uyğun olaraq su haqlarını “İcraçı”ya ödəyəcəkdir:



Su haqqının ödənilmə müddəti





Ödəniləcək vəsaitin məbləği,

min manat

İlkin ödəmə müqavilə bağlanılan gün

Ödəniləcək ümumi vəsaitin 30 faizi məbləğində

__________ayının 5-dək

________ayı ərzində götürülən suyun məbləği

__________ayının 5-dək

________ayı ərzində götürülən suyun məbləği

__________ayının 5-dək

________ayı ərzində götürülən suyun məbləği



















Cəmi



4. Bu müqavilə Tərəflər arasında razılaşdırılmış və onların səlahiyyətli şəxsləri tərəfindən imzalanmışdır.




“Sifarişçi”nin tam adı

“İcraçı”nın tam adı

VÖEN №-si

VÖEN №-si

Bankın adı

Bankın adı

Bank hesabı

Bank hesabı

İmzalayan şəxsin adı, vəzifəsi və imzası

İmzalayan şəxsin adı, vəzifəsi və

İmzası


M.Y.

M.Y.

__________________
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin