Təsdiq edirəm: Azərbaycan Respublikasının Təhsil Nazirliyi Nazir M. Mərdanov



Yüklə 27,26 Kb.
tarix22.10.2017
ölçüsü27,26 Kb.
#11527

Təsdiq edirəm:

Azərbaycan Respublikasının

Təhsil Nazirliyi

Nazir________M.Mərdanov

___”____________2013-cü il



Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar elektron müraciət üzrə inzibati reqlament


  1. Ümumi müddəalar




    1. Elektron xidmətin adı: Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar elektron müraciət.

    2. Elektron xidmətin məzmunu: Nostrifikasiyaya aid olan sayt üç əsas hissədən ibarət olacaq: məlumat hissəsi (xəbərlər, qeydlər, nostrifikasiya qaydaları , Təhsil sənədlərinin tanınması işi üzrə sektorun fəaliyyəti və s.), diplomun təsdiqi üzrə ərizələrin verilməsi üçün formalar və ərizələrin statusunu izləyən bölmə.

    3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyasi) qaydaları”nın təsdiq edilməsi haqqında
      Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı 

    4. Elektron xidmət göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi.

    5. Elektron xidmətin digər icraçıları: yoxdur

    6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: tam

    7. Elektron xidmətin icra müddəti: müddətsiz.

    8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Saytın Məlumat hissəsində Təhsil nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektor barədə xəbərlərdən, hesabatlardan ibarət olacaq. Saytın ziyarətçiləri sektorun fəaliyyəti barədə tam dəyərli və operativ məlumat alacaqlar. Saytın xüsusi bölməsində ziyarətçilər diplomun təsdiqi üzrə ərizəni onlayn rejimdə doldura və göndərə biləcəklər. Həmçinin ərizələrinin baxılma prosedurunu izləyə biləcəklər.

  1. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

    1. Elektron xidmətin növü: interaktiv

    2. Elektron xidmət üzrə ödəniş: dövlət rüsumu

    3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər, hüquqi şəxslər, dövlət orqanları

    4. Elektron xidmətin təqdim olunma yeri: http://nostrifikasiya.edu.az

    5. Elektron xidmət barədə məlumatlandırma: 146 nömrəli qaynar xətt, 4969113, www.edu.gov.az

    6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

      1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:

İAMAS - İdarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sistemi



Sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestat və s) nömrəsini və ya onu identikləşdirməyə imkan verən digər rekvizitlər


      1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:




  1. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar




    1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

    2. İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri elektron ərizəni doldurduqdan sonra bütün təqdim edilən sənədlərin kağız formaları Təhsil Nazirliyinə təqdim edilməlidir.

      1. Sorğunun formalaşdırılması: Təhsil nazirliyinin rəsmi İnternet səhifəsində nəzərdə tutulmuş formada həyata keçirilir.

      2. http://nostrifikasiya.edu.az/

    3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

      1. Sorğunun yerinə yetirilməsində imtina halları: Müvafiq sənədləri və elektron ərizədəki xanaları dolduraraq, məlumatları təsdiq etməli və ərizənizi nazirlikdə təsdiq etmək üçün sonrakı səhifədə verilən qəbul vaxtını müəyyən etməlisiniz. Əks təqdirdə, müraciətiniz qeydiyyata alınmayacaqdır.

      1. Sorğunun qəbulu.

Ərizə vermək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://nostrifikasiya.edu.az) yerləşdirilmiş elektron ərizə ilə müraciət edib, qeydiyyatlarını Təhsil Nazirliyində təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.

    1. Sorğunun icrası:

      1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məhsul şəxs haqqında məlumat: Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür;

      2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yetirilmə müddəti: Elektron ərizənin doldurulması müddəti 80 gündür.

      3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.

      1. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Qeydiyyatda olan istifadəçinin şəxsi səhifəsinə bildiriş təqdim edilir.

    1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

      1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan

proseslərə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir

      1. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Qaynar xətt (146) xidməti fəaliyyət göstərir.

    1. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət edə bilər.

      1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron

xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

      1. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3 Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

    1. Sorğunun icrası:

  • Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür.

  • Qeydiyyat proseduruna nəzarətçi – Təhsil Nazirliyi

  • Elektron ərizəyə baxılma müddəti 30 gündür.

    1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetrilməsinə nəzarəti Təhsil Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə 146 Qaynar xətti fəaliyyət göstərir.


    1. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Mübahisə predmeti üzrə müsabiqənin qaydaları əsasında qarşılıqlı anlaşma əldə etmək mümkün olmadıqda mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
Yüklə 27,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin