Təsdiq edirəm: Kafedra müdiri ( Sərdarov B. S. )



Yüklə 62,17 Kb.
tarix14.06.2018
ölçüsü62,17 Kb.
#53679
növüУчебное пособие

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

( Sərdarov B.S. )

“___”____________2016-cı il



Fənn proqramı (sillabusu)
Kafedra“Yapışdırıcı materiallar və betonlar texnologiyası”

Fənnin adı“Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma”

1. Fənn haqqında məlumat:

Kodu 050638

Tədris ili 2014-2015 semestr V (payız)

Fakültə “İnşaat-texnologiya”

Qrup 694 a

Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 30 saat,

laboratoriya saat. Cəmi 60 saat.

Kredit: 4

Auditoriya: № ________

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Əzimi Məhəbbət Zülfiqar qızı assistent

Kafedranın ünvanı: Ayna Sultanova 11

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: mahabbat.az.imi@mail.ru

İş telefonu: (012) 539-10-25



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Məmmədov N.R., Məmmədov M.S. “Metrologiya” dərs vəsaiti. II hissə, Bakı, Çaşıoğlu-2000.

2. Məmmədov N.R. “Standartlaşdırmanın əsasları” dərs vəsaiti. II hissə, Bakı, Çaşıoğlu-1999.

3.Сергеев А.Г., Латышев М.В. «Сертификация»Учебное пособие для студентов вузов-М. Издательская корпорация «Логос» 1999.


4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


Metrologiya elmi ölçmənin nəzəri və təcrübi məsələləri ilə məşğul olur. Daha geniş mənada ölçmələr, ölçmə metodları və vasitələri, onların təmin edilməsi haqqında elm kimi başa düşülür. Elmdə ölçmənin əsas vəzifəsi fiziki, fiziki-kimyəvi, bioloji və tibbi problemlərdə qanunauyğun əlaqələr tapmaqdır.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Giriş. Metrologiya haqqında qısa məlumat.

Metrologiya – ölçmə, onların tək və tələb olunan dəqiqliyinə nail olma üsulların təmin edən vasitə və metodları haqqında elmdir


2

15.09.16

2

Mövzu№2

Ölçmə, ölçmənin növləri. Ölçü vahidi



2

22.09.16

3

Mövzu№3

Etalonlar və onun təsnifatı



2

29.09.16

4

Mövzu№4

Ölçmə metodları və növləri



2

6.10.16

5

Mövzu№5

Ölçmə nəticələrinin dəqiqliyi.

İnşaat materialları və məmulatları sahəsində ölçmə vasitələri


2



13.10.16

6

Mövzu№6

Ölçmənin xətaları. Ölçənlər, ölçü dəsti və ölçü dəyişdiriciləri



2

20.10.16

7

Mövzu№7

Standartlaşdırma haqqında anlayış.

Standartlaşdırma haqqında məlumat. İnşaat materialları və məmulatlarının standartlaşdırılmasının metodiki xüsusiyyətləri. Standartlaşdırma metodları. Standartlaşmanın əsas prinsipləri. Kompleks və qabaqlayan standartlaşdırma


2


27.10.16

8

Mövzu№8

Standartlaşdırmanın obyektləri, kateqoriyaları və növləri.

Standartlaşdırma obyektləri, kateqoriyaları və növləri. Standartlaşdırma və unifikasiya səviyyəsinin əsas göstəriciləri. Standartların obyektləri, kateqoriyaları və növləri. Standartlaşdırmanın məqsədi. Standartlaşdırma sisteminin əsas prinsipləri

2


03.11.16

9

Mövzu№9

Məhsulun keyfiyyət anlayışı və göstəriciləri.

Metrologiya, standartlaşdırma və məhsulun keyfiyyəti sahəsində beynəlxalq elmi-texniki əməkdaşlıq

2


10.11.16

10

Mövzu№10

Qeyri-üzvi yapışdırıcı materialların standartlaşdırılması.

Standartların yoxlanılması, dəyişdirilməsi və ləğv edilməsi qaydaları. Qeyri-üzvi yapışdırıcı materialların standartlaşdırılması və sertifikatlaşdırılması


2


17.11.16

11

Mövzu№11

Sertifikatlaşdırma haqqında qısa məlumat. Sertifikatlaşdırma və ekspertizanın əsas anlayışları və prinsipləri. Sertifikatlaşdırma proseslərinin əsas mərhələləri və strukturu. Sertifikatlaşdırmanın tətbiq sahələri. Milli sertifikatlaşdırma sistemi. Məcburi və könüllü sertifikatlaşdırma



2


24.11.16

12

Mövzu№12

Sertifikatlaşdırmanın əsas və ümumi müddəalar.

Sertifikatlaşdırmanın prinsipləri. İnşaat materialları və məmulatlarının sertifikatlaşdırılmasının normativ-metodiki strukturu. Sertifikatlaşdırma obyektlərinin standartlaşdırılması


2


01.12.16

13

Mövzu№13

Sertifikatlaşdırmanın tətbiq sahələri. Uyğunluğun qiymətləndirilməsi metodlarının standartlaşdırılması. Sertifikatlaşdırma, akkreditləşdirmə və keyfiyyətin idarə edilməsi sahəsində terminlərin və təyinatın standartlaşdırılması


2


08.12.16

14

Mövzu№14

Sertifikatlaşdırmanın sınaq növləri. Sertifikatlaşdırma üzrə orqanların fəaliyyətinin təşkili. Sınaq laboratoriyalarının fəaliyyətinin təşkili. “Keyfiyyət üzrə rəhbərlik” sənədinin tərtib edilmə qaydaları



2


15.12.16

15

Mövzu№15

Beynəlxalq sertifikatlaşdırma. Xarici ölkələrdə sertifikatlaşdırma. Regional sertifikatlaşdırma. Beynəlxalq sertifikatlaşdırma. Sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatlar. Akkreditasiya üzrə beynəlxalq təşkilatlar. Sertifikatlaşdırma sahəsində İSO-nun fəaliyyəti



2


22.12.16

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Məhsulun keyfiyyətinin yoxlanılması. Məhsulun keyfiyyətinin idarə edilməsinin ərazi sistemi



4

20.09.16

27.09.16


2

Mövzu№2

İnşaat materiallarının, məmulatlarının və konstruksiyalarının keyfiyyətinə nəzarətin növləri. Keyfiyyət göstəriciləri sistemləri. keyfiyyətin attestasiyası. Məhsulun keyfiyyətinin vahid dövlət idarəetmə sistemi



4

04.10.16

11.10.16


3

Mövzu№3

Keramik materialların keyfiyyətinə nəzarət. Portlandsementin standartlaşdırılması və sertifikatlaşdırılması



4

18.10.16

25.10.16


4

Mövzu№4

Məmulatların dağılmadan sınanılma üsulları. Dağıtmadan inşaat materialları və məmulatlarının sınanılması metodları. Nəzarətin növləri. Sınaq üsulları. Keyfiyyəti ölçmə metodları



4

01.11.16

08.11.16


5

Mövzu№5

“Keyfiyyət üzrə rəhbərlik” sənədinin tərtib edilmə qaydası



2

15.11.16

6

Mövzu№6

Sementin həcminin müntəzəm dəyişməsi. Gips yapışdırıcısının standartlaşdırılması və sertifikatlaşdırılması



4

22.11.16

29.11.16


7

Mövzu№7

Alınan nəticələrin DÜİST 10178-76 tələbləri ilə müqayisəsi. Nəzarətin növləri. Sınaq üsulları. Beton və dəmir-beton məmulatlarının standartlaşdırılması və sertifikatlaşdırılması



4

06.12.16

13.12.16


8

Mövzu№8

Məhsulun keyfiyyətinin qiymətləndirilməsi. Məhsulun keyfiyyətinin idarə edilməsinin kompleks sisteminin təkmilləşdirilməsi və onun effektliyinin yüksəldilməsi. Dağıtmadan inşaat materialları və məmulatlarının sınanılması metodları



4

20.12.16

27.12.16


5.3. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1

Etibarlılıq anlayışı

2

Oxşar məhsulun sertifikatlaşdırma sistemi

3

Sertifikatlaşdırmanın əsas müddəaları

4

Etibarlılıq göstəriciləri

5

MDB-də sertifikatlaşdırma

6

Beynəlxalq sertifikatlaşdırma

7

Məhsulun məcburi sertifikatlaşdırılması

8

Könüllü sertifikatlaşdırılma

9

Milli sertifikatlaşdırılma sistemi

10

Sertifikatlaşdırmanın ümumi müddəaları


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Mühazirə rəhbəri ____________ ass. Əzimi M.Z.

Məşğələ rəhbəri ____________ ass. Əzimi M.Z.


_____”________________ 2016-cı il
Yüklə 62,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin