TəSDİq ediRƏm tədris şöbəsinin müdiri 2022/2023-CÜ TƏDRİS İLİ ÜÇÜN



Yüklə 52,81 Kb.
səhifə1/7
tarix29.06.2022
ölçüsü52,81 Kb.
#117301
  1   2   3   4   5   6   7
fərdi iş planı nümunə-1 (1)


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
TƏSDİQ EDİRƏM
Tədris şöbəsinin müdiri
_____________________
2022/2023-CÜ TƏDRİS İLİ ÜÇÜN
MÜƏLLİMİN FƏRDİ İŞ


P L A N I
_________________________________________________________________
(soyadı, adı və atasının adı)
_________________________________________________________________
(vəzifəsi)
_________________________________________________________________
(elmi dərəcəsi)
_________________________________________________________________
(elmi adı)
_________________________________________________________________
(kafedra)
_________________________________________________________________
(fakültə)
_________________________________________________________________
(pedaqoji iş stajı)


GƏNCƏ – 2022

Müəllimin dərs yükünün planlaşdırılması və icrasına dair
ÜMUMİ MÜDDƏALAR



  1. Müəllimlərin dərs yükünün planlaşdırılması “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarı və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.02.1994-cü il tarixli 17/6634 nömrəli “Professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin növləri barədə” Qərarının tələblərinə əsasən həyata keçirilir.

  2. Professor-müəllim heyəti vəzifələrinə daxildir: professor, dosent, baş müəllim, assistent və müəllim.

  3. Universitetin professor-müəllim heyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tutduğu vəzifədən, elmi dərəcəsindən və elmi adından asılı olmayaraq həftədə 36 saat ümumi iş vaxtı hüququndan istifadə edir.

  4. Professor-müəllim heyətinin iş vaxtı tədris ili hesab edilir. Bütün növ tədris, tədris-metodiki, elmi-tədqiqat və digər iş növləri üzrə fəaliyyəti üçün ayrılan vaxt müəllimin ümumi yüküdür. Tam ştatlı müəllimin illik ümumi iş yükü 1536 saat təşkil edir. 0,25 və 0,5 ştat vahidi ilə işləyən müəllimlərin illik ümumi iş yükü müvafiq olaraq 384 və 768 saat olmalıdır. Payız və yaz semestrinin dərs saatları balanslı olmalıdır.

  5. Professor-müəllim heyətinin dərs yükü 45 dəqiqəlik akademik saat hesabı ilə qəbul edilir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Müəllimlərin digər normallaşdırılmış iş növləri üçün hesablama müddəti 60 dəqiqə hesabı ilə aparılır.

  6. Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi-tədqiqat işləri, kurs işi (layihəsi) və digərləri daxildir.

  7. Kafedranın tədris ili üçün tədris işinin həcmi və növləri professor-müəllim heyətinin ixtisasına, onların əməyinin xüsusiyyətlərinə, kafedranın profilinə, konkret daxili şəraitinə görə Universitetin Elmi Şurasının qərarlarına uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nıda qeyd olunan əmək funksiyası və ixtisas tələbləri nəzərə alınmaqla planlaşdırılır.

  8. Müəllimin fərdi iş planı tədris ilinin başlanğıcında kafedranın ilk iclasında (1 saylı protokol) müzakirə edildikdən sonra kafedra müdiri tərəfindən, kafedra müdirinin fərdi iş planı isə fakültə dekanı tərəfindən təsdiq edilir.

  9. İş planı sentyabrın 20-dən keç olmayaraq fakültə dekanlığına və kafedraya təqdim olunur.

  10. Planın yerinə yetirilməsi barədə müəllimlərin yarım illik hesabatı hər semestrin sonunda müzakirə olunmalıdır.

  11. Müəllimin fərdi iş planı İSO sənəd registrinə ADAU/F/29 nömrəsi ilə daxil edilmişdir.




Yüklə 52,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin