“Təsdiq edirəm” Üzvlər: 1



Yüklə 13,52 Kb.
tarix08.03.2020
ölçüsü13,52 Kb.
#102260
növüYazı


Böyük summativ qiymətləndirmə.

II yarımil
Fənn – Ədəbiyyat
Şagirdin adı, soyadı _____________________________Tarix___________________Sinif_10__
1.Yeni dövrün I mərhələsində realist ədəbiyyatın ilk nümunələrin yaratmağa nail oldular:

A) fars dilində yazmağa üstünlük verən şairlər

B) şifahi xalq ədəbiyyatı nümunələrini yazıya alan katiblər

C) klassik poeziya ənənələrini davam etdirən sənətkarlar

D) xalq sənətkarları

E) saray şairləri


2.Koroğlu surətinə aid edilən fikirlərdən biri səhvdir:

A) Koroğlu mübarizəyə böyük ictimai hiss ilə başlayır.

B) Çənlibeli özünə məskən seçmişdir.

C) Özünü ilxıçı kimi təqdim edən Həmzə Koroölunu inandırmağı bacarır.

D) Koroğlu Həmzənin Qıratı qaçırması qolunda Toqatda olarkən özünü aşıq kimi təqdim edir.

E) Koroğlu Nigar xanımı gətirmək üçün gedərkən səfərə tək çıxır.


3. “Görmədim” müxəmməsi haqqında fikirlərdən biri səhvdir.

A) Fəlsəfi- ictimai məzmunda yazılmışdır.

B) İnkarçılıq,ittihamçılıq ruhu hiss olunur.

C) Sadə xalq dilində yazılmışdır.

D) Şairin əvvəlki yaradıcılığına xas obrazlılıq, canlı bənzətmələr , şux epitetlər yoxdur.

E) Şair şahid olduğu hadisələrdən danışır.


4. XIX əsrdə yeni yaranmış janrlar arasında səhv olanı göstərin.

A) komediya,dram B) povest,nəsrlə yazılmış roman C) nəsrlə yazılmış hekayə

D) hekayə,təxmis E) dodaqdəyməz, ayaqlı gəraylı
5. Verilən fikirlərdən biri Q .Zakir yaradıcılığına aiddir:

A) O,orjinal lirik şeirlər ,kəskin satiralar,geniş əhvalat və hadisələri əks etdirən epik əsrlər ustasıdır.

B) Yalnız heca vəznində şeirlər yazmışdır.

C) Həm heca vəznində,həmdə əruz vəznində yazdığı şeirlərin dili sadədir.

D) Qəzəl,qəsidə,qitə janrlarında gözəl əsrlər yaratmışdır.

E) Maarifçilk ideyalarını əks etdirən şeirlərinin dilində qəliz tərkiblərə rast gəlinir.

6.”Aldanmış kəvakib” əsəri ilə bağlı fikirlərdən biri səhvdir:

A) Əsər 1857- ci ildə yazılmışdır.

B) Bu əsərlə ədəbiyyatımızda yeni bir janrın əsası qoyulmuşdur.

C) Əsərdə şah mütləqiyyəti ,despotizm tənqid olunur.

D) Əsərin dili qəliz ərəb fars tərkibləri ilə zəngindir.

E) Əsərin məzmunu istifadə edildiyi mənbə ilə tam eyniyyət təşkil edir.


7. “Hekayəti –müsyo Jordan və dərviş Məstəli şah “ komediyasında Məstəli şahın həqiqi siması nə vaxt açılır?

A) avam qadınlardan çoxlu qızıl aldığı vaxtda

B) Parisi partlamasında

C) özünü bütün çətinlikləri aradan qaldırmağa qadir olan şəxs kimi tənqid etməsində

D) işinin öhdəsindən gələ bilməməsində

E) köməkçisi Qulaməli ilə söhbətində


8.Aşıq Ələsgərin yaradıcılığının əsas qolunu nə təşkil edir?

A) məhəbbət lirikası B) İctimai –fəlsəfi lirika C) təbiət lirikası

D) ictimai –siyasi lirika E) əxlaqi –tərbiyəvi şeirlər.
9. Biri N.Vəzirovun komediyası deyil:

A) “Daldan atılan daş topuğa dəyər” B) “Çay dəstgahı “ C) “Yağışdan çıxdıq,yağmura düşdük”

D) “Pəhləvani –zəmanə” E) “Adı var özü yox “
10. S.Ə. Şirvani mətbuatda nəşr etdirdiyi şeirlərində xalqın mənəvi geriliyinin əsas səbəbini nədə görürdü?

A) daha çox dinlə mə.ğul olmalarında B) ancaq sərvət toplamalarında C) işsizlikdə

D) elmsizlikdə E) mətbuata maraq göstərməmələrində
11. Ədəbiyyatşunaslıqda qafiyədən sonra təkrarlanan sözlər necə adlanır?

A) rədif B) təkrir C) litota D) anaphora E) simvol


12. Şeirin bölgüsünü müəyyən edin.
Bu dağda maral azdı,

Ovçu çox,maral azdı.

Ağlama , xumar gözlüm,

Ölmərəm, yaram azdı.



A) 4+3 B) 2+2+3 C) 5+2 D) 2+5 E) 3+4
Düz________ Səhv_________ Qiymət___________ Bal_______Müəllim
Yüklə 13,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin