Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün e-ərizələrin qəbulu və imtahan nəticələri haqqında məlumatların əldə edilməsi
üzrə inzibati reqlament
Ümumi müddəalar
Elektron xidmətin adı: Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün e-ərizələrin qəbulu və imtahan nəticələri haqqında məlumatların əldə edilməsi.
Elektron xidmətin məzmunu: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin və gənclərin çağırışaqədər ki, hazırlıq rəhbərlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament”, “Vakant yerlər barədə məlumat forması”, “Elektron ərizə forması”, “Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat”, “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları”, “Test suallarının cavablandırılmasına dair təlimat”, “Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat” və “Şəxsi səhifə” yerləşdirilir.
Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Təhsil Sektorunun İnkişafı üzrə İkinci lahiyənin (TSİİL) (2009-2014-cü illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt komponenti, Təhsil Nazirliyinin “Elektron xidmətlərin təşkili barədə” 01 mart 2012- ci il tarixli, 324 nömrəli əmri, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament”. Təhsil Nazirliyinin 13 iyun 2012-ci il tarixli, 1093 nömrəli əmri.
Elektron xidmət göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Elektron xidmətin digər icraçıları: yoxdur
Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: tam
Elektron xidmətin icra müddəti: Elektron ərizələrin qəbulu-15 gün (1-15 iyul), müsabiqənin keçirilməsi-2 ay (iyul-avqust)
Elektron xidmətin göstərilməsinin nəticəsi:təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə və elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilməsinin təmin edilməsi
Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar
İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi heç bir qaydada məhdudlaşdırıla bilməz.
İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri elektron ərizəni doldurduqdan sonra Təhsil Nazirliyi tərəfindən kod və parol verilməlidir. Bunlardan istifadə etməklə istifadəçi öz səhifəsinə daxil olur və lazımı informasiyaları alır.
sorğunun formalaşdırılması: Təhsil nazirliyinin rəsmi İnternet səhifəsində nəzərdə tutulmuş formada həyata keçirilir.
sorğunun qəbulu. Müsabiqədə iştirak etmək üçün İnternet vasitəsilə www.edu.gov.az səhifəsindən «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu bir qayda olaraq hər il 01-15 iyul tarixlərində aparılır. Zərurət yaranarsa, elektron ərizələrin qəbulu vaxtı dəyişdirilə bilər və bu barədə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan verilir. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər kod və parol vasitəsilə “Şəxsi səhifə”yə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər.
elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
sorğunun yerinə yetirilməsinə imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun olaraq xüsusiyyətləri nəzərə alınmaqla);
Elektron ərizədə qeyd olunan diplom üzrə ixtisas pedaqoji ixtisas olmadıqda və ya həmin ixtisas müsabiqə üçün seçilən ixtisasa uyğun gəlmədikdə ərizə ləğv edilir.
Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizədin müsabiqə nəticələri ləğv olunur və bu barədə şikayətə baxılmır.
Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər və işə qəbul üzrə müsabiqəyə buraxılmırlar.
3.3.2 sorğunun qəbulu:İmtina üçün əsas olmadıqda qeydiyyat qəbul edilir.
sorğunun icrası:
ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məhsul şəxs haqqında məlumat;
Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür;
Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yetirilmə müddəti;
Elektron ərizənin doldurulması müddəti 15 gündür
İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;
Yoxdur.
Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası.
Qeydiyyatdan olan istifadəçinin şəxsi səhifəsinə bildiriş təqdim edilir.
Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan
nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Qaynar xətt (146) xidməti fəaliyyət göstərir.
Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət edə bilər.
İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron
xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya;
şikayətin baxılma müddəti;
Xidmətin yerinə yetrilməsinə nəzarəti Təhsil Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə 146 Qaynar xətti fəaliyyət göstərir.
Mübahisə predmeti üzrə müsabiqənin qaydaları əsasında qarşılıqlı anlaşma əldə etmək mümkün olmadıqda mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qayda da baxılır.