Test suallari



Yüklə 19,61 Kb.
tarix22.10.2017
ölçüsü19,61 Kb.
#9273

Modul I – ƏMƏK MÜNASİBƏTLƏRİNİN KARGÜZARLIĞI

Vəsaitlərin tərtibatı və adaptasiyası

Hidayət Əzimov və İlfanə Pənahova tərəfindən aparılıb




ƏMƏK MÜNASİBƏTLƏRİNİN KARGÜZARLIĞINA DAİR

TEST SUALLARI.





  1. Əmək müqaviləsi neçə nüsxədən ibarət tərtib edilməlidir?

  1. 1;

  2. 2;

  3. 3;

  4. 4



  1. Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri işəgötürənə təqdim etməlidir?

  1. Əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və diplomu;

  2. Əmək kitabçasını, diplomu və dövlət sosial sığorta şəhadətnaməsini;

  3. Əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini;

  4. Əmək kitabçasını, hərbi bileti və diplomu;



  1. İşəgötürən tərəfindən əmək müqaviləsinə neçə əsasla xitam verilə bilər?

  1. Bir neçə əsasla birdəfəlik;

  2. Əmək məcəlləsində nəzərdə tutulmuş əsaslardan biri ilə;

  3. Yalnız iki əsasla;

  4. Müvafiq icra hakimiyyətinin normativ sənədində göstərilmiş sayda;



  1. Ümumi qaydada işçi işdən çıxarkən işəgötürəni hansı müddət öncə xəbərdar etməlidir?

  1. 10 gün öncə;

  2. Əmək müqaviləsində nəzərdə tutulmuş müddətdə;

  3. 1 təqvim ayı öncə;

  4. 15 iş günü öncə;



  1. 16 yaşdan 18 yaşadək olan işçilərə qısaldılmış iş vaxtının müddəti həftə ərzində neçə saat təşkil edir?

  1. 24 saat;

  2. 36 saat;

  3. 40 saat;

  4. 32 saat;



  1. Hansı vaxt gecə vaxtı sayılır?

  1. saat 21-dən saat 6-dək;

  2. saat 20-dən saat 5-dək;

  3. saat 22-dən saat 6-dək;

  4. saat 22-dən saat 7-dək;



  1. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı neçə saat olmalıdır?

  1. azı 12 saat;

  2. azı 10 saat;

  3. azı 8 saat;

  4. azı 14 saat;



  1. İşçidə on ildən on beş ilədək əmək stajı olduqda əlavə məzuniyyətin müddəti neçə gündən ibarətdir?

  1. 4 təqvim günü;

  2. 5 təqvim günü;

  3. 6 təqvim günü;

  4. 2 təqvim günü;



  1. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən azı neçə gün qalmış ödənilir?

  1. 3 gün qalmış;

  2. 4 gün qalmış;

  3. 5 gün qalmış;

  4. 6 gün qalmış;



  1. Əmək haqqı hansı pul vahidi ilə ödənilir?

  1. Əmək müqaviləsində nəzərdə tutulmuş pul vahidi ilə;

  2. Manatla;

  3. ABŞ dolları ilə;

  4. İstənilən pul vahidi ilə;



  1. İşçinin yazılı razılığı olmadan işəgötürən onun əmək haqqından müvafiq məbləğlər tuta bilərmi?

  1. xeyir;

  2. hər bir halda tuta bilər;

  3. Əmək müqaviləsində nəzərdə tutulmuş hallarda;

  4. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla heç bir halda;



  1. Hansı hallarda əmrlərin uçotu aparılmalıdır?

  1. Yalnız işə qəbul haqqında əmrlər;

  2. Bütün hallarda;

  3. Təsərrüfat sahəsinə aid olan əmrlər istisna olunmaqla başqa bütün hallarda;

  4. İşəgötürənin şəxsi mülahizəsinə əsasən;



  1. Ezamiyyətin müddəti neçə gündən artıq ola bilməz?

  1. 30 təqvim günündən;

  2. 40 təqvim günündən;

  3. 45 təqvim günündən;

  4. 25 təqvim günündən;



  1. İşçinin məzuniyyəti işəgötürən tərəfindən əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidirmi?

  1. bütün hallarda rəsmiləşdirilməlidir;

  2. xeyir;

  3. işəgötürənin mülahizəsinə əsasən rəsmiləşdirilə bilər;

  4. Qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallarda rəsmiləşdirilir;






Allianz Group Ltd. www.allianzgroup.az +994 12 465 00 36/37/38 hrschool@allianzgroup.az





Yüklə 19,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə