The Key to Education Abroad



Yüklə 21,59 Kb.
tarix22.10.2017
ölçüsü21,59 Kb.

The Key to Education Abroad”



Universitetlər arasında ingilis dili müsabiqəsi

İştirak Ərizə Forması




1. Ad və Soyad:

Cins:


Yaş:




2. Təhsiliniz:
Universitet:

Fakültə:

Kurs:



3. İngilis dili səviyyəniz:



  • Beginner

  • Elementary

  • Pre-intermediate

  • İntermediate

  • Upper-intermediate

  • Advanced


4. Əlaqə vasitələri:
Mob. telefon:

Telefon:

E-mail:



Qeyd:anketi doldurduqdan sonra keyeducation@oskar.az e`mail adressinə yollamanız mütləqdir.

Oskar Xaricdə Təhsil Mərkəzi” “Azərbaycan Tələbələr Birliyi”



Bakı şəhəri, C. Cabbarlı 44, Caspian Plaza 1/8 Bakı şəhəri, Ş. Mehdiyev 93/915

Tel: + 994 12 4188284 / +994 12 5965638 Tel: +994 55 6321777

E`mail: info@oskar.az E`mail: office.asu@gmail.com

www. oskar.az www.asu.az

The Key to Education Abroad”



Universitetlər arasında ingilis dili müsabiqəsi
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu isti­qamə­tin­də uğur­lu addımlar atılmış, hökümət tərəfindən həyata keçirilən tədbirlər res­pub­li­ka­­mız­da təh­­silə olan qayğını daha da artırmışdır. Son dövrdə ölkəmizdə elm və təhsil sistemi də geniş inteqrasiya proseslərinə cəlb olunmuş, bu istiqamətdə alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Belə ki, mövcud intelektual potensialın zənginləşdirilməsi ölkə daxilində təhsillə bərabər, xarici ölkələrdə də kadr hazırlığı məsələsini aktuallaşdırır.

Gənclərin müvafiq ix­­­ti­sas­­lar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafında mühüm amilə çevrilmələrini təmin et­mək məqsədi ilə imzalanmış “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proq­ramı”ı mövcud intelektual potensialın zənginləşdirilməsi üçün kadr hazırlığı isti­qa­­mə­­­tin­də uğ­ur­­lu addımlardan biridir.


OSKAR Xaricdə Təhsil Mərkəzi həyata keçirdiyi proqramlar ilə tələbələrin təhsil imkanlarının genişləndirilməsi, maarifləndirmə, ingilis həmçinin digər xarici dil biliklərinin real şəraitdə təkmilləşdirilməsi, dün­ya­gö­rü­şü­nün artırılması, beynəlxalq təcrübə və mədəniyyətlərarası mübadilə istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb və görməkdədir.
Təhsil Mərkəzi olaraq ali və orta ümumtəhsil məktəbləri ilə bağlı layihələrin icrasına başlamışıq ki, bunlardan biri Azərbaycan Respublikası Gənclər və İdman və Azərbaycan Respublikası Təhsil Nazirliklərinin də məqsədəuyğun hesab etdiyi Azərbaycan Tələbələr Birliyi ilə birgə həyata keçirilən “THE KEY TO EDUCATİON ABROAD” (Xaricdə Təhsilin Açarı) adlı layihədir. Sözügedən layihə tələbə - gənclərin “2007-2015 – ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na marağını artırmaq məqsədi ilə 11 ali təhsil müəssisəsi arasında ingilis dili müsabiqəsinin keçirilməsini nəzərdə tutur. Tələbələrin asudə vaxtlarını təhsil məsələlərinə yönəltməklə səmərəli təşkil etmək, ingilis dili müsabiqəsi təşkil etməklə gənclərin xarici dillərə marağını artırmaq – layihənin əsas məqsədidir. Beləliklə, müsabiqə üç mərhələ olmaqla 2010`cu ilin mart-aprel aylarını əhatə edir. Layihənin sonunda 1`ci yerin qalibi iki həftəlik Londonda ingilis dili kursuna göndəriləcək.
İştirakçı Universitetlərin Siyahısı:
Bakı Dövlət Universiteti

Azərbaycan Dillər Universiteti

Azərbaycan Pedaqoji Universiteti

Azərbaycan Texniki Universiteti

Bakı Slavyan Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Turizm İnsitutu

Azərbaycan Beynəlxalq Universiteti

Xəzər Universiteti



Azərbaycan Dövlət İqtisad Universiteti
Qeyd: layihədə iştirak üçün (yalnız iştirakçı universitetlərin tələbələri) www.oskar.az saytında göstərilən müvafiq anketi tamamlayıb keyeducation@oskar.az ünvanına göndərmək kifayətdir.
Müraciət üçün son tarix: 19 mart


Qeyd: Layihə çərcivəsində başlanğıc olaraq müsabiqə haqqında daha ətraflı məlumat yuxarıda adları çəkilən Universitetlərdə təşkil olunacaq seminarlarda veriləcəkdir.


Elaqə vasitələri:

(+994 12) 4188284 Oskar oficce

(+994 55) 5501664 ATB / Bəhruz Kərimli
Yüklə 21,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə