Tutulmuş VƏ ya həbs ediLMİŞ ŞƏxsləRİn hüquqi VƏZİYYƏTİNƏ daiR



Yüklə 6,87 Kb.
tarix21.10.2017
ölçüsü6,87 Kb.


Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisi İnsan Hüquqları üzrə Təlim Təşəbbüsü layihəsi çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Azadlıq hüququ və işgəncələrin qadağan olunması” mövzusunda iki günlük təlim təşkil edəcək.


Təlim 04-05 fevral 2012-ci il tarixlərində saat 10:00-dan 17:00-dək ATROPAT otelin konfrans zalında keçiriləcək. (Ünvan: Bakı şəhəri, İçəri şəhər, Maqomayev küçəsi 11-13; BP Enterprise Mərkəzinin yanı).
Təlimi ekspert İlqar Cəfərov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva aparacaq.
Təlimdə müzakirə obyektinin əsasını  məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin tətbiqinin hüquqi əsasları: qanunauyğunluğu və məqsədəuyğunluğu, mövcud qanunvericilikdə kolliziyalar, boşluqlar, işgəncələrin qadağan edilməsinə dair milli qanunvericiliyin tələbləri, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların və Avropa Məhkəməsi praktikasının nəzərdən keçirilməsi təşkil ediləcək.
Təlimi uğurla bitirən vəkillərə sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak barədə niyyətinizi 02 fevral 2012-cu il, saat 18:00-dək elektron poçtla (əlaqə: Nurlana Əliyeva, ABACEELI-nin İnsan hüquqları Proqramı üzrə hüquqşünası, e-mail: nurlana.aliyeva@aba-az.org) və ya ABA CEELİ-nin Bakı ofisinə zəng vurmaqla (Tel: 447 38 18; 497 87 69) bildirə bilərsiniz.
Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz
Əlaqələndirici şəxs: Nurlana Əliyeva




Yüklə 6,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə