Umid Babek Operating Company Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 81,29 Kb.
tarix27.12.2018
ölçüsü81,29 Kb.
#86663


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid yatağı 1 saylı Stasionar Dəniz Özülündə quraşdırılacaq Azotlu üfürmə sisteminin avadanlıqlarının alınması və işə buraxılmasının satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (AÜS-001/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 1 Oktyabr 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 9 Oktyabr 2018-ci il, Bakı vaxtı ilə saat: 14:00 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236 (İki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

VOEN: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasının 90 gün ərzində yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob: (+994 50) 278 8740

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 9 Oktyabr 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab E. Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Ümid yatağı 1 saylı Stasionar Dəniz Özülündə quraşdırılacaq Azotlu üfürmə sisteminin avadanlıqlarının alınması və işə buraxılması işlərinin satın alınması ilə əlaqədar keçirilən AÜS-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN AVADANLIQLARIN VƏ XİDMƏTLƏRİN SİYAHISI

s/s

Avadanlığın adı, markası

Ölçü vahidi

Miqdarı

1

Azot generatoru

Tipi: Membran

Məhsuldarlığı – 50 m3/saat

Giriş təzyiqi: 5-13 Atm

Çıxış təzyiqi: 5-13 Atm

Azotun təmizliyi: 97%

Giriş/Çıxış: 1½”, fləns dəsti ilə birlikdə klas 150 RF

Quraşdırılacağı sahə: Təhlükəsiz Zona

Ətraf mühit: -10 + 40 DegC


ədəd

1

2

Hava quruducu

Məhsuldarlığı – 100 m3/saat

Giriş təzyiqi/Çıxış təzyiqi: 5-13 Atm

Giriş/Çıxış: 1½”, fləns dəsti ilə birlikdə klas 150 RF

Quraşdırılacağı sahə: Təhlükəsiz Zona

Ətraf mühit: -10 + 40 DegC



ədəd

1

3

Tutum 2-2-1-1,6-1

Fləns dəsti ilə birlikdə

V-2 m3

P-1,6 Mpa



D-1000 mm

H-3560 mm



ТУ 3683-101-00217298-98

ədəd

1

4

Filtr -1mm x 1mm, 1,6 Mpa, У şəkilli, Giriş/Çıxış: 1½, fləns dəsti ilə birlikdə klass 150 RF

ədəd

1

5

Şlanq, azot üçün, 1,6 MPa, 1/2" , hər iki tərəfi 1/2" tezqoşulan birləşdirici ilə təchiz olunmuş (əks tərəfi ½” NPTM), L- 10 metr, birləşdiricinin materialı SS 316, Oxşar model - Macdonald Quick Action Couplings (birləşmə tipi: şlanqın bir tərəfi H.M.- O.F. , digər tərəfi H.F. – O.M.)

dəst

3

6

Azot üçün mexaniki sərfölçən- Dş-1/2” , ölçmə diapazonu 0-100 m3/saat, 1.6 MPa, gövdəsinin materialı SS 316

ədəd

1

7

Əks klapan 1½”, fləns dəsti ilə birlikdə klas 150 RF

ədəd

1

8

Adaptor 1½ ” NPTM - 1½ ” OD

ədəd

16

9

İynəvari ventil 1/2 NPT(F) 6000 psi

ədəd

16

10

Adaptor M 20 x 1/2 NPTM

ədəd

20

11

Boru (SS316) tikişsiz XD 12,75xDD 9,44 mm (331 bar)

metr

50

12

Qoruyucu klapan oxşar model: 17с7нж (СППК4-50-16), yay №11

ədəd

1

13

Tıxac П-М20х1,5 ТУ 36.1142-75

ədəd

20

14

Babışka БП1-М20х1.5- 55 ОСТ 36.7-74

ədəd

20

15

Fum

ədəd

10

16

Tanget

ədəd

10

17

Paslanmayan korob (SS 316) УЛ(П) -50х50х3000 (1 мм)

ədəd

16

18

Paslanmayan qapaq (SS 316) КЛЗТ -50х3000 (1 мм)

ədəd

16

19

Paslanmayan T şəkilli korob (SS 316) УСТР-50х50 УЛ

ədəd

2

20

Paslanmayan T şəkilli qapaq (SS 316) КУСТР-50 УЛ

ədəd

2

21

Paslanmayan künc korob (SS 316) УСПР-50х50 УЛ

ədəd

4

22

Paslanmayan künc qapaq (SS 316) КУСПР-50 УЛ

ədəd

4

23

Paslanmayan xarici künc korob (SS 316) УСBР-50x50 УЛ

ədəd

1

24

Paslanmayan xarici künc qapaq (SS 316) КУСBР-50 УЛ

ədəd

1

25

Paslanmayan daxili künc korob (SS 316) УСBHР-50x50 УЛ

ədəd

1

26

Paslanmayan daxili künc qapaq (SS 316) КУСBHР-50 УЛ

ədəd

1

27

Azot qurğusunun işə buraxılması



1

Texniki Şərtlər

  1. Avadanlıqlar təklif edilərkən aşağıdakı texniki göstəriciləri nəzərə alınmalıdır.

  • Dəniz şəraitində işləməsi nəzərə alınmalıdır.

  • Avadanlıqların materialı yuxarıda qeyd olunan cədvəllərdəki göstəricilərə uyğun olmalıdır.

  • Təklif olunan malların seritifaktları təqdim olunmalıdır.

  • IP dərəcələnməsi siyahıda qeyd olunan IP dərəcələrə uyğun olmalıdır.

  1. Satın alınan mallara istismara verildiyi gündən ən azı 12 (on iki) ay zəmanət verilməlidir.

  2. Satın alınan malların istehsal tarixi 01.01.2018-cü il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarasa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  3. Satın alınan mallar istifadə edilməmiş olmalıdır.

  4. Tədarük zamanı satın alınan malların qablaşdırılması tələb olunan standarta uyğun olmalıdır, daşınma və saxlanma zamanı onların təhlükəsizliyini, asan yerdəyişməsini təmin etməlidir;

  5. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  6. Avropa Birliyi və ABŞ avadanlıqlarına üstünlük verilir.

  7. Satın alınan mallar 90 təqvim günü ərzində Satınalan təşkilata çatdırılmalıdır.

  8. Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

- cizgilər

- zəmanət verilən istismar müddətinə dair məlumat

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Bəndlər üzrə konkret təklif edilən avadanlıqların ayrı ayrılıqda kataloqları təqdim edilməlidir.



  1. Hər bir iddiaçı yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təkliflərə baxılmır.

  2. Təklif olunan malları istehsal edən şirkətlərin istehsal etdikləri məhsullar Avropa Birliyi ölkələrində, MDB ölkələrində və ya digər ölkələrdə istismar və ya istifadə edilmiş olmalıdır.

  3. Malgöndərən (podratçı) təklif etdiyi mallara istismar müddəti ərzində texniki xidmət göstərilməsi üçün Azərbaycan Respublikası ərazisində mövcud olan müvafiq xidməti göstərən, ixtisaslı kadrlara və zəruri texniki imkanlara malik xidmət mərkəzi (müəssisə və ya ofis) təklif etməlidir.

  4. Avadanlıqları təmin edən şirkət qurğunun işə buraxılmasını təmin etməlidir.

  5. İşə buraxılma əməliyyatını yerinə yetirəcək şirkət işçilərinin ixtisas və dəniz şəraitində işləmək icazəsi ilə bağlı müvafiq sertifikatları təqdim olunmalıdır.

QEYD: Quraşdırma işləri Sifarişçinin subpodratçı şirkəti tərəfindən yerinə yetiriləcək.




Yüklə 81,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin