Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 53,66 Kb.
tarix10.06.2018
ölçüsü53,66 Kb.
#53250

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülündə yerləşən 16 saylı quyu üçün Fontan yolkasının və quraşdırma işlərinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (FY-001/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 12 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 17 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 13:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 2410 (İki min dörd yüz on) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 4 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

E-mail: procurement@socar-umid.com




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 17 Aprel 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 16 saylı quyu üçün Fontan yolkasının və quraşdırma işlərinin satın alınması ilə əlaqədar keçirilən FY-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

U1-16 Fontan Yolkası

s/s

Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdar

1

5-1/8” Fontan Yolkası

-bütün avadanlıqlar 15,000 psi işçi təzyiqinə uyğun

-fontan yolkasının Daxili Diametri - 5-1/8”

-mərkəzi mexaniki və hidravliki siyirtmələri, bufer siyirtməsi API 6A 5-1/8”x 15k

-5-1/8”x15k kör bufer flansı və flansın ventil və üfürmə manifoldu

-3-1/16”x15k atqı qollarının drossel flansı 1 dəstdə 2 ədəd

-3-1/16”x15k atqı qollarının aralıq flansı iki portlu 1 dəstdə 2 ədəd

-bütün birləşmələr üçün sancaq, qayka və halqa

-kipləşdiricilər metal-metala olmalıdır

-min Daxili diametri - 5-1/8”x15k bufer siyirtmə - 1 dəstdə 1 ədəd

-min Daxili diametri - 5-1/8”x15k mexaniki mərkəzi siyirtmə - 1 dəstdə 1 ədəd

-min Daxili diametri - 5-1/8” x15k hidravliki kabel-kanat kəsən mərkəzi siyirtmə -1 dəstdə 1 ədəd

- min Daxili diametri 3-1/16”x15k hidravlik və mexaniki atqı qolları siyirtmələri və drossellər – 1 dəstdə 2 ədəd hidravliki, 2 ədəd mexaniki, 2 ədəd drossel

-15,000 psi uyğun manometrlər və ventillər - 1 dəstdə 3 ədəd

-Bütün sistem API servisi, FF-NL material sisteminə uyğun olmalıdır



dəst

2




1 ədəd Fontan Yolkasının Quraşdırma Xidməti

s/s

Xidmətin təsviri

1

-Tələb olunan sahə üzrə beynəlxalq təhlükəsizlik tələblərini bilmək və əməl olunmasına ciddi riayət etmək

-Dənizdə yerləşən yüksək təzyiqli qaz quyularında (15,000 psi/1020atm) işləmək təcrübəsi

-Razılaşdırılmış tamamlama proqramına əməl olunmalıdır


Texniki Şərtlər



  1. Musabiqə iştirakçıları təklif etdiyi fontan yolkasının dizaynında bu məlumatları nəzərə almalıdır:

    • Qaz 2,500,000 m3/gün, kondensat 460 m3/gün

    • Lay təzyiqi – 955 atm

    • CO2 30 psi-dan yuxarı

    • H2S 0.5 psi-dan yuxarı

  2. Iddiaçılar hər avadanlığa uyğun texniki xüsusiyyətləri və məlumatları göstərməlidir:

    • Min Daxili Diametr

    • Keçid Diametri

    • İşçi təzyiqi

    • İşçi temperaturu

    • Metallurgiya

  3. İddiaçılar öz müsabiqə təkliflərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödənilməli olan bütün vergiləri və məcburi ödəmələri, həmçinin nəqliyyat, sığorta və digər xərcləri nəzərə almalıdırlar.

  4. Yalnız ən vacib avadanlıqlar yuxarıdakı cədvəldə qeyd edilmişdir. Müsabiqəyə qatılacaq şirkətlər müvafiq digər avadanlıqlar və alətləri təklifdə nəzərə almalı və daxil etməlidir.

  5. Quraşdırılma işləri fontan yolkası dəstinin müsabiqəsinin qalibi tərəfindən yerinə yetirilməlidir.

  6. Quraşdırma işlərinin və avadanlığın qiymətləri ayrı-ayrılıqda təklifdə öz əksini tapmalıdır

  7. Podratçı şirkət sınaq və quraşdırma xərclərini qiymət təkliflərinə daxil etməlidir.

  8. Endirmə alətləri qiymət təklifinə daxil edilməlidir.

  9. İddiaçı tərəfindən təqdim olunan Qiymət təklifi siyahısında göstərilən avadanlıqların sertifikatları və pasportları əlavə olunmalıdır.

  10. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  11. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  12. Satın alınan avadanlıqlara quyuya quraşdırılana qədər zəmanət verilməlidir. Əgər avadanlıq quraşdırıldıqdan sonra texniki problemlər və ya qüsurlar aşkarlanarsa, bu zaman istintaqın aparılması üçün 3-cü şirkət dəvət ediləcək və araşdırma aparılacaq.

  13. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  14. Müsabiqə üzrə qalib gəlmiş Podratçı şirkət məhsulun (avadanlığın) texniki göstəricilərini (cizgiləri, ölçüləri, istifadə təlimatı, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində təqdim etməlidir.

  15. Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı  (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu və istismar təlimatı (əsli);

- Malın Daşınma qaıməsi və qablaşdırma siyahısı (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİP şərti olduqda) (əsli);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra fontan yolkası istismar təlimatları (hər fontan yolkası üçün zavodda keçirilmiş sınaq ilə bağlı sənədlər və sertifikatlar, anbarda saxlanma şəraiti, daşınması, quraşdırılmasına hazırlıq və s.) haqqında ətraflı məlumat ilə təmin etməlidir.

  3. Avadanlıqların sınaq işləri üçün bütün xərclər müsabiqənin qiymət təklifinə daxil edilməlidir.

  4. Podratçı şirkət Azərbaycanda xidmət təşkil etməlidir.

  5. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra tamamlama əməliyyatlarından ən gec 1 (bir) ay əvvəl quraşdırma prosedurunu təqdim etməlidir.

  6. Fontan yolkası və müvafiq avadanlıqlar aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:

    • API 6A və/və ya ISO 10423, Quyuağzı və Fontan armaturu avadanlığı

Qeyd: Burada göstərilməmiş ancaq yuxarıda sadalanan standartlara uyğun standartlar və sertifikatlar podratçı şirkət tərəfindən təqdim edildikdə satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.
Yüklə 53,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin