Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 53,17 Kb.
tarix17.06.2018
ölçüsü53,17 Kb.
#53912

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülü üçün Nasos Kompressor Borularının satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (NKB-001/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət (Hər iki Lot üçün) ən geci 12 Mart 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 13 Mart 2018-ci il, Lot 1 Bakı vaxtı ilə saat: 13:30 da, Lot 2 14:00 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər LOT 1 üçün 2 400 (Iki min dörd yüz ) manat (ƏDV daxil), LOT 2 üçün 2 600 (İki min altı yüz) manat (ƏDV daxil) məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 6 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

E-mail: procurement@socar-umid.com




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 13 Mart 2018-ci il tarixdə, Lot 1 Bakı vaxtı ilə saat 14:00-da, Lot 2 14:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülü üçün Nasos Kompressor Borularının satın alınması ilə əlaqədar keçirilən NKB-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Lot 1

5-1/2” Nasos Kompressor Borular

s/s

Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdarı

1

5-1/2” Nasos Kompressor Boruları

-26 ppf ağırlıq

-min Daxili D.-4.5”

-Keçid Daxili D. – 4.423”

-Dartınma reytingi – 110,000 psi (110 ksi)/

-Qırılma təzyiqi>16,000 psi; Bükülmə təzyiqi>16,000 psi

- Super 13 Xrom xəlitə

-min işçi temperaturu 120 °C


m

6000



Lot 2

4-1/2” Nasos Kompressor Borular

s/s

Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdarı

1

4-1/2” Nasos Kompressor Boruları

-17 ppf ağırlıq

-min Daxili D. – 3.7”

-Keçid D. – 3.615”

-Dartınma reytingi – 110,000 psi (110 ksi)

-Qırılma təzyiqi>16,000 psi; Bükülmə təzyiqi>16,000 psi

- Super 13 Xrom xəlitə

- min işçi temperaturu 120 °C


m

6300

Texniki Şərtlər (Lot 1, Lot 2)

  1. Iddiaçılar hər avadanlığa uyğun texniki xüsusiyyətləri və məlumatları göstərməlidir:

    • Minimal Daxili Diametr

    • Keçid Diametri

    • Maksimal Xarici Diametr

    • Əgər avadanlığa aiddirsə, qırılma, bükülmə, dartılma, sıxılma göstəriciləri

    • Maksimal işçi temperaturu

    • Ağırlıq (ppf)

    • Uzunluq

    • Metallurgiya

  2. İddiaçılar öz müsabiqə təkliflərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödənilməli olan bütün vergiləri və məcburi ödəmələri, həmçinin nəqliyyat, sığorta və digər xərcləri nəzərə almalıdırlar.

  3. İddiaçı tərəfindən təqdim olunan Qiymət təklifi siyahısında göstərilən avadanlıqların sertifikatları və pasportları əlavə olunmalıdır.

  4. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  5. Tələb olunan avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  6. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  7. Tədarük edilməsi üçün nəqliyyat vasitəsilə yüklənməmişdən əvvəl satın alınan malların  müqavilədə göstərilmiş parametrlər üzrə satınalan təşkilatın təyin etdiyi 2 nəfər tərəfindən təftişi aparılmalı və təftişin nəticələri rəsmi sənədlərlə təsdiq edilməlidir:

Təftiş üzrə xərclər Kontragentin hesabına ödənilməli və qiymət təklifində bu xərclər nəzərə alınmalıdır.

  1. Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və digər məlumatlar) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

  2. Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı  (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİF şərti olduqda) (əsli);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Avadanlıqların sınaq işləri üçün bütün xərclər müsabiqənin qiymət təklifinə daxil edilməlidir.

  3. Hər lot üzrə ayrıca maliyyə və texniki təklif təqdim olunmalıdır.

  4. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra nasos kompressor boruların istismar təlimatları (anbarda saxlanma şəraiti, daşınması, boruların endirilməsinə hazırlıq və s.) haqqında ətraflı məlumat ilə təmin etməlidir.

  5. Nasos kompressor boruları təhvil alınanda vizual baxış keçirilən zaman hər hansı bir qüsur aşkarlanarsa, dəymiş zərəri Podratçı şirkət qarşılamalıdır.

  6. Podratçı şirkət satınalan təşkilat ilə müqavilə bağladıqdan sonra tamamlama əməliyyatlarından ən gec 1 (bir) ay əvvəl quraşdırma parametrlərini təqdim etməlidir.

  7. Podratçı şirkət satınalan təşkilat ilə razılığa gəldikdən sonra avadanlıqların metallurgiyası çərçivəsində Super 13 Xrom (Super 13 Chrome) materialına başqa ad altında eyni xüsusiyyətləri daşıyan materialdan istifadə edə bilərlər.

  8. Qaz mühitində qaz keçirməyən birləşmələr (gas tight connection) olmalı, ISO 13679 uyğun, CAL IV kvalifikasiyalı olmalıdır.

Qeyd: Əgər ISO 13679 standartına uyğun standartlar və/və ya sertifikatlar podratçı şirkət tərəfindən təqdim edilərsə, satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.
Yüklə 53,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin