Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 61,62 Kb.
tarix14.07.2018
ölçüsü61,62 Kb.
#56778


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülündə qazılan 16 saylı quyunun tamamlaması zamanı istifadə olunacaq məhlulların və kimyəvi qatqıların satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (TM-001/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 7 Iyun 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 8 Iyun 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 502 (Beş yüz iki) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 3 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob: (+994 50) 278 8740

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 8 Iyun 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.

(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 16 saylı quyunun tamamlaması zamanı istifadə olunacaq məhlulların və kimyəvi qatqıların satın alınması ilə əlaqədar keçirilən TM-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Tamamlama məhlulu və kimyəvi qatqılar paketi

s/s

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdar

1

CaCl2 məhlulu

  • CaCl2 məhlulun minimum xüsusi çəkisi 1.36 x.ç-yə və ya daha yüksək olmalıdır (maksimum təmin edilməlidir)

  • CaCl2 ekoloji cəhətdən təmiz olmalıdır

  • CaCl2 plastik çənlərdə daşınmalıdı

m3

300

2

KCl

  • KCl ekoloji cəhətdən təmiz olmalıdır

  • Quru halda (kisə)

ton

65

3

Kimyəvi qatqı (300 m3 məhlula (texniki şərtlərdə ətraflı qeyd edilmişdir) nəzərdə tutulmuş kimyəvi qatqı miqdarı)

3.1

Korroziyaya qarşı kimyəvi qatqı (hər biri 55 qallon)

çəllək

28

3.2

Bakteriyalara qarşı kimyəvi qatqı (hər biri 5 qallon)

çəllək

16

3.3

Oksigen təcrid edici kimyəvi qatqı (hər biri 15 funt)

kisə

28

3.4

Təmizləyici-yuyucu kimyəvi qatqı həcmi yumaq üçün (şampun) (hər biri 55 qallon)

çəllək

12

Note:Tamamlama məhlulun keyfiyyətini təmin etmək üçün əlavə lazım olan kimyəvi qatqı (alıcı şirkət tərəfindən müzakirə edilməli və təsdiqlənməlidir)

Texniki Şərtlər

Tamamlama məhlulu

  1. Plan üzrə iki strategiya mövcuddur:

    • 1.7 x.ç CaBr2 5-1/2” istismar quyruq kəmərinin daxilini dolduracaq şəklində (900-1000 m) və üzərinə CaCl2 10” istismar kəmərinin daxilini yerüstünə qədər dolduracaq şəklində.

    • CaCl2 və CaBr2 məhlullarını qarışdıraraq quyunun doldurulması.

Qeyd: CaBr2 duzlu məhlulu Satın alan şirkətdə mövcuddur və bu məhluldan istifadə ediləcək.

Bu iki variant arasından seçim ediləcək və müsabiqə iştirakçıları müsabiqədən əvvəl Satın alan şirkət ilə görüşməli və variantları müzakirə etməlidir. Seçim müsabiqədən əvvəl ediləcəkdir.



  1. Tədarük müddəti ən geci Avqust olmalıdır.

  2. Təklif edilən məhsulların təhlükəsizlik sertifikatları (MSDS – Material Safety Data Sheet) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

- zəmanət verilən istifadə müddətinə dair məlumat

- uyğunluq sertifikatı



  1. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  2. Satın alınan mallar istifadə edilməmiş olmalıdır.

  3. Tədarük zamanı satın alınan malların qablaşdırılması 1000 litrlik (1 m3) çənlərdə (IBC tank) olmalıdır, daşınma və saxlanma zamanı onların təhlükəsizliyini, asan yerdəyişməsini təmin etməlidir.

  4. Tələb olunan avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  5. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malı qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  6. Satın alınan malların minimal istifadəyə yararlılıq müddəti ən azı 24 (iyirmi dörd) ay olmalıdır.

  7. Müsabiqədə qalib gələn Podratçı şirkəti ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra Satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Keyfiyyət sertifikatı (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Məhlulların aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:

    • ISO 13503-3 və/və ya API 13J

Qeyd: Burada göstərilməmiş ancaq yuxarıda sadalanan standartlara uyğun standartlar və sertifikatlar podratçı şirkət tərəfindən təqdim edildikdə satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.

Kimyəvi qatqılar paketi

  1. Plan üzrə iki strategiya mövcuddur:

    1. 1.7 x.ç CaBr2 5-1/2” istismar quyruq kəmərinin daxilini dolduracaq şəklində (900-1000 m) və üzərinə CaCl2 10” istismar kəmərinin daxilini yerüstünə qədər dolduracaq şəklində.

    2. CaCl2 və CaBr2 məhlullarını qarışdıraraq quyunun doldurulması.

Qeyd: CaBr2 duzlu məhlulu Satın alan şirkətdə mövcuddur və bu məhluldan istifadə ediləcək.

Bu iki variant arasından seçim ediləcək və müsabiqə iştirakçıları müsabiqədən əvvəl Satın alan şirkət ilə görüşməli və variantları müzakirə etməlidir. Seçim müsabiqədən əvvəl ediləcəkdir və kimyəvi qatqılar strategiyaya uyğun verilməlidir.



  1. Tədarük müddəti ən geci Avqust olmalıdır.

  2. Müsabiqə iştirakçıları tərəfindən təqdim edilən kimyəvi qatqıların hər biri ayrı-ayrılıqda həcmi və qiyməti qeyd edilməlidir. Hər bir kimyəvi qatqı üçün qeyd edilmiş həcm əsaslandırılmalıdır, yəni istifadə ediləcək məhlul üçün az olmamalı, lazım olan miqdara ehtiyat əmsalını əlavə edərək verilməlidir.

  3. Təklif edilən məhsulların təhlükəsizlik sertifikatları (MSDS – Material Safety Data Sheet) Azərbaycan və İngilis dillərində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

- zəmanət verilən istifadə müddətinə dair məlumat

- uyğunluq sertifikatı



  1. Satın alınan mallar yuxarıdakı cədvəllərdə verilmiş parametrlərə uyğun olmalıdır.

  2. Satın alınan mallar istifadə edilməmiş olmalıdır.

  3. Yuxarıdakı cədvəldə ən vacib kimyəvi qatqılar qeyd edilmişdir. Müsabiqəyə qatılacaq şirkətlər əlavə lazım olan kimyəvi qatqılar təklif və ya tövsiyə edə bilər. Satınalan şirkət ilə razılaşdırıldıqdan sonra tövsiyə edilən qatqı alına bilər. Müsabiqə iştirakçısı cədvəldə qeyd edilmiş kimyəvi qatqıların tamamlama əməliyyatlarında lazımlığı ilə bağlı rəy bildirə bilər və tövsiyədən asılı olaraq kimyəvi qatqı əvəz edilə və ya ləğv edilə bilər.

  4. Tədarük zamanı satın alınan malların daşınma və saxlanma zamanı onların təhlükəsizliyini, asan yerdəyişməsini təmin etməlidir.

  5. Tələb olunun avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibdir.

  6. Satın alınan malların istehsal tarixi 01.01.2017-ci il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarsa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malı qəbul etməmək hüququnu özündə saxlayır. Bu halda Podratçı şirkət tərəfindən Satınalan təşkilata dəymiş maddi zərər ödənilməlidir.

  7. Satınalınan malın saxlanma müddəti ən az 24 (iyirmi dörd) ay olmalıdır.

  8. Müsabiqədə qalib gələn Podratçı şirkəti ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra Satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Keyfiyyət sertifikatı (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);



  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. Məhlulların aşağıda sadalanmış və ya yenilənmiş standartlara uyğun olmalıdır:

    • ISO 13503-3 və/və ya API 13J

  1. Ekoloji cəhətdən təmiz olmalıdır

  2. Kimyəvi qatqıdan asılı olaraq minimum saxlanma müddəti 2 və ya 3 il



Qeyd: Burada göstərilməmiş ancaq yuxarıda sadalanan standartlara uyğun standartlar və sertifikatlar podratçı şirkət tərəfindən təqdim edildikdə satınalan təşkilat ilə razılaşdırıldıqdan sonra istifadə oluna bilər.


Yüklə 61,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin