Umid Babek Operating Company



Yüklə 38,87 Kb.
tarix24.07.2018
ölçüsü38,87 Kb.
#57404

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Quyuların tamamlama konstruksiyasının dizaynı və tamamlama əməliyyatlarının standartlara uyğun yerinə yetirilməsi ücün proqram təminatının satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (PT-001/2018) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 27 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 30 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 13:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236(iki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 6 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob:(+994 55)999 08 45

E-mail: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 30 Aprel 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 14:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Quyuların tamamlama konstruksiyasının dizaynı və tamamlama əməliyyatlarının standartlara uyğun yerinə yetirilməsi ücün proqram təminatının satın alınması ilə əlaqədar keçirilən PT-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI


Texniki tələblər

Miqdar

- Sirkulyasiya zamanı təzyiq və temperatur dəyişmə analizi,

-Nasos kompressor borularına (NKB) düşən yük, hərəkətlər, bükülmə modelləşdirilməsinin təmin edilməsi,

-Nasos kompressor boruların dizaynın mexaniki, flüid-təzyiq və termal yüklənmə şəraitlarində bütövlüyünün modelləşdirilməsinin və analiz edilməsinin təmin edilməsi,

-Pakerin otuzdurma ardıcıllığı və növü (mexaniki, hidravliki və ya hidrostatik mexanizmlər) modelləşdirilməsinin təmin olunması,

-NKB-paker və paker-kəmər arası qüvvələrin analiz etmə imkanların olması,

-Kəmərarxası təzyiqlərin qalxmasına görə təzyiq və həcm dəyişikliklərini analiz edilməsinin təmini,

-Quyuağzı avadanlıqda hərəkət analizi,

-Turşu ilə işlənmə işlərinin modelləşdirməsi.



1 Lisenziya
Texniki Şərtlər:

  1. “Engineer’s DesktopTM 5000.15 Release ” Proqram təminatına sistem tələbləri aşağıdıkılardı;

  • Windows 10 Enterprise, 64-bit

  • Windows 7 SP1, 64-bit

  • Windows Server 2012 R2, 64-bit

  • Windows Server 2008 R2 SP1, 64-bit

  • Citrix XenApp 7.12

  • Citrix XenApp 7.9

  • Oracle 12.1.0.2 Client, 32-bit

  • SQL Server Express 2014, 64-bit

  1. Podratçı şirkət proqramın təkmilləşdirilmiş tam versiyası ilə Satınalan şirkəti təmin etməlidir

  2. Podratçı şirkət Satınalan şirkəti proqram təminatının yenilənmiş versiyası ilə təmin etməlidir və zaman-zaman yenilənmələri təqdim etməlidir.

  3. Müxtəlif vaxtlarda proqramdan müxtəlif istifadəçilərin bir lisenziyadan istifadə etmə imkanı olmalıdır.

  4. Podratçı şirkət təmənnasız olaraq proqramdan istifadə üçün təlim təşkil etməlidir.

  5. Proqramda baş verə biləcək hər hansı problem zamanı Podratçı şirkət tərəfindən xidmət göstərilməlidir.

  6. Təklif edilən proqram təminatı Satınalan şirkətin kompüter sisteminə uyğunlaşdırılmalıdır.

  7. Proqram təminatının istifadəsi üçün kompüterin minimal tələbləri təklifdə göstərilməlidir.

Yüklə 38,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin