Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə11/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

Günəş sistemi


Seyyid Ne`mətullah Cəzairi Həzrət Peyğəmbər (s)-dən belə bir rəvayət nəql edir: “Allah-Taala 100 min qəndil, yə`ni işıq mənbəyi xəlq edib Ərşdə yerləşdirmişdir. Başımız üstəki səma və ayağımız altındakı yer, yerlə göy arasında olanlar, hətta Behişt və Cəhənnəm arasında olanlar bir qəndilə yerləşmişdir. Digər qəndillərdə də nə olduğu yalnız Allaha mə`lumdur.” Əllamə Şəhristani bildirir ki, qəndil ilə Günəş sistemi arasında bir sıra oxşarlıqlar vardır. İstər qəndil, istərsə də Günəş sistemi yumurta formasındadır. Qəndil lətif bir cism olub işığı mərkəzdən ətrafa yaydığı kimi, Günəş sistemində də işıq mərkəzdə dayanmış Günəşdən ətrafa yayılır. Qəndil havadan asıldığı kimi, Günəş sistemi də fəzada asılmışdır. İstər qəndil, istərsə də Günəş sisteminin işıqlanmasını tə`min edən nöqtə həqiqi mərkəzdə yerləşmir.

Uyğun oxşarlıqlardan aydın olur ki, yuxarıda zikr olunmuş rəvayət qədim fəlsəfə ilə təzad təşkil edir. Eləcə də sübut olunur ki, Günəş sistemindən də əlavə minlərlə ulduz sistemləri vardır.


Hər biri bir Günəş olan saysız-hesabsız ulduzlar


İyirminci əsrin əvvəllərində mə`lum oldu ki, yalnız bizim kəhkəşanda 30 milyondan çox ulduz görünür. Böyük heyrətlə qarşılanan bu mə`lumat dövrümüzün elmi nailiyyətləri tərəfindən bir daha təsdiqləndi və sübut olundu ki, yalnız bizim kəhkəşanda 10(4) milyon ulduz mövcuddur.

Adi gözlə gecələr müşahidə zamanı ulduzlar aləmi bir o qədər də əzəmətli görünmür. Amma böyük optik cihazlarla, məsələn, “Vilson”dağ rəsədxanasının müşahidə borusu ilə kəhkəşana nəzər salsaq, ulduzlar aləminin əzəmətinə heyran qalarıq.

Bizim kəhkəşandakı ulduzlar bir-birlərinin ardınca elə düzülmüşdür ki, onları dəqiq saymaq qeyri-mümkündür. 10 (4) rəqəmi də təxminlərə əsaslanır. Bu ulduzlar arasında bizim Günəşdən 10 milyon dəfə böyük ulduzlar mövcuddur. Kainatda milyonlarla kəhkəşanlar vardır və bu kəhkəşanlar arasındakı məsafə iki milyon işıq ilinə çatır. Bu gün dünyanın ən güclü müşahidə borusu ABŞ-ın Polumer rəsədxanasındadır. Bu optik cihaz 10³ milyon işıq ili məsafəsində yerləşmiş kəhkəşanları müşahidə etməyə imkan verir. Günəş sisteminin daxil olduğu kəhkəşan Günəşdən 165x 10³ milyon dəfə ağır çəkiyə malikdir. Bütün varlıq aləminə səpələnmiş bu əzəmətli cisimləri nəhayətsiz boşluqlar əhatə edir. Bizimlə ən yaxın ulduz arasındakı məsafə 40x10 (6) milyon kilometrdir. Varlıq aləmindəki kəhkəşanların əzəmətini dərk edə bilməyən insan Allahın sonsuz əzəmətini dərk edə bilərmi? Bu əzəmətli aləm Allah-Taalanın fe`li, sənəti, işidir. Uyğun əzəmət, qismən də olsa, öz yaradıcısından danışır. “Allah vəsf olunası hər şeydən böyükdür.”42 Bəli, ən güclü vəsf edənlər Onun vəsfində aciz, ən bəlağətli dillər Onun tərifində lal, ən iti düşüncələr Onun əzəmətini dərk etməkdə gücsüzdür.
Haqqında soruşan olarsa əgər,

Kimsə yetərli söz çətin ki deyər.

Həqiqət budur ki, eşqi şirindir,

Hər kəsə boy verməz, çünki dərindir.


“Və bisultanikəl-ləzi əla kullə şəy`”

(“Səni hər şeydən üstün səltənətinə and verirəm”)


Ötən söhbətlərdə qismən də olsa, varlıq aləminin əzəməti mövzusuna toxunuldu. O əzəmətli hakim, heç şübhəsiz, dünya və dünya əhlinin zahir və batinindən çox-çox ucadır. Onun qüdrəti hər şeyin fövqündədir və hər şey Onun səltənətində O Sultan qarşısında müt`idir.

Bu dünyada Allaha müt`i olanların müt`iliyi əslində Allahın hədiyyəsidir. Ləyaqətini itirənlər bu hədiyyədən məhrum edilirlər. Hər bir insan öz itaətini ilahi mənbədən bilməlidir. Ədalət və ehsan dairəsindən çıxan insan zalımlar zümrəsinə daxil olur. Qur`an ayələrindən, eləcə də tarixi təcrübədən aydın olur ki, heç kim Allahın intiqamından qaçmaq iqtidarında deyil. Müqavimət göstərmək istəyən əbədi əzaba düçar olur.

O, səmadan enən və torpaqdan qaynayıb çıxan suya əmr edir ki, tufan halına gəlsin və Nuha qarşı çıxanları həlak etsin. Onun əmri ilə külək üsyankar Ad qövmünü qurumuş ot tək kökündən qoparıb göyə sovurdu. Onun buyruğu ilə Nil çayı zalım Fir`onu azğın qövmü ilə birlikdə Cəhənnəmə yola saldı.
“Və bivəchikəl-baqi bə`də fənai kulli şəy`”

(“Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and verirəm”)


Onun müqəddəs zatı varlığın eynidir. O, əzəli və əbədidir. O, həmişə və daim olmuş və vardır. Onunla yanaşı heç nə olmamış və yoxdur. Hər şeydən ehtiyacsız olduğu halda öz iradəsi ilə hər şeyi yaratmışdır. Hər şeyin ömrü bitər, O isə daimidir. Varlıq aləmində Ondan başqa müstəqil varlıq yoxdur və bütün digər varlıqlar Ondan nəfəs alır. Ondan savayı hər şey fəna olasıdır. Fəna naqislik, əbədiyyət isə kamal sifətidir. Mütləq kamal üçün mütləq əbədiyyət, bəqa lazımdır. Fəna isə bütün yaranmışların alnına vurulmuş möhürdür.

“Və biəsmaikəl-ləti mələət ərkanə kulli şəy`”

(“Səni hər şeyin sütunlarını doldurmuş adlarına and verirəm”)
“Əsma” dedikdə bir neçə hərfdən ibarət olan adlar yox, bu adların həqiqəti, məfhumu nəzərdə tutulur. Bəli, həqiqi rəhmət, lütf, elm, ədalət, qüdrət hər şeyin əsasını doldurmuşdur. Başqa sözlə varlıq aləmindəki bütün mövcudlar Allah-Taalanın sifətlərinin, adlarının cilvəsidir. Mövcudlar bu həqiqətlərlə vücuda gəlmiş və bu həqiqətlərin sayəsində həyat tapmışlar. Bu həqiqətlərə diqqət yetirdikdə aydın olur ki, “kulli şəy`”, yə`ni “hər şeyin” taleyində tə`sirli olan sadəcə söz yox, bu sözün mahiyyətini təşkil edən həqiqi adlar və sifətlərdir. Həqiqi adlar varlıq aləmindəki həqiqətlərin araşdırılmasında vasitədir. Mə`sumlardan nəql olunmuş bir duada oxuyuruq:

“Pərvərdigara, Səni böyük adına and verib istəyirəm. O daha böyük, daha əziz, daha dəyərli adına ki, Sən bu adla çağrıldığın zaman bağlı qapılar rəhmətinlə açılar, müşküllər həll olar, ölülər dirilər, ehtiyac və pərişanlıq aradan qalxar...”

Sadalanmış işlər araşdırıldığı zaman aydın olur ki, məqsəd “qüdrət” kəlməsi yox, bu kəlmənin arxasında durmuş həqiqətdir. “Hər şeyin “əsasını dolduran adlar Qur`an və rəvayətlərdə “adlar” kimi zikr olunmuş həqiqətlərdir.

Bu adlar bütün mövcudlardan seçilən, Allah və insanlar arasında Qiyamət gününədək vasitə olan Mə`sum İmamlarda təzahür edir. Rəhmət, hidayət, lütf, kərəm, bağışlama kimi sifətlər məhz bu Mə`sumlar vasitəsi ilə xalqa aydın olur. İnsanların yaxşı əməlləri bu Mə`sumların mə`rifət və vilayəti sayəsində qəbula yetişir.

Böyük rəbbani alim Feyz Kaşani “Safi” təfsirində İmam Sadiq (ə)-dan belə bir rəvayət nəql edir: “And olsun Allaha, Onun gözəl adları bizik. İnsanların əməlləri yalnız bizi, bizim vilayət və məqamımızı tanımaqla qəbul olunar.”

Demək, yalnız sözə diqqət etməklə heç bir həqiqətə çatmaq olmaz. Hərf və söz dairəsindən çıxıb, varlıq aləmində cilvəsi müşahidə edilən həqiqi adlara bağlanmaq lazımdır. “Səni and verirəm o adının haqqına ki, onun vasitəsi ilə ərşi yaratdın, kürsünü vücuda gətirdin, ruha varlıq verdin.”


“Və biilmikəl-ləzi əhatə bikulli şəy`”

(“Səni hər şeyi əhatə etmiş elminə and verib istəyirəm...”)


Allah-Taalanın bütün mövcudların zahir və batinini əhatə etmiş «fe`li» və «hüzuri» elmindən milyardlarla bir iynə ucunda yerləşən atom da məxfi deyil. Torpaqda gizlənmiş buğda dənəsi, bir-birini qovan qar dənələri, bütün digər mikro-zərrəciklər Allahın elm dairəsindədirlər. “Ali-İmran” surəsinin 29-cu ayəsində oxuyuruq: “Göylərdə və yerdə olanı bilir;” “Ən`am” surəsinin 59-cu ayəsində isə belə buyurulur: “Quruda və dənizdə olanı bilir. Ondan xəbərsiz bir yarpaq belə düşməz”. Daha iki ayəyə nəzər salaq: “Allah sizin gizlin və aşkar işlərinizi bilir.43 “Yerə batanı və yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir. O, mehriban və bağışlayandır”44

Bu günədək zooloqlar 700 minədək həşərat növü qeydə almışlar. Bu həşəratların ümumi sayını hesablamaq qeyri-mümkündür. İsti yay günündə havada və torpaqda olan kiçik canlıların sayı sonsuzdur. Bir təpənin qoynunda, çatlarında olan həşəratlar bir materikdəki insanlardan çoxdur.


“Və binuri vəchikəl-ləzi əzaə ləhu kullu şəy`”

(“Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirəm...)


Qur`ani-Kərim və rəvayətlərdə kamillik və insani dəyərlər nur adlandırılmışdır. Nur hidayət, yə`ni imana doğru hərəkət üçün yardım deməkdir. İslam, mə`rifət, elm, Qur`an – hər biri nurdur. “Maidə” surəsinin 15-ci ayəsində buyurulur: “Sizin üçün Allah tərəfindən nur və aydın bir kitab gəlmişdir”. Nur ilahi hökmlər, əxlaqi məsələlər, e`tiqadi həqiqətlərdir. “Maidə” surəsinin 44-cü ayəsində oxuyuruq: “Biz hidayət və nur olan Tövratı nazil etdik”.

Bütün bu mə`nalara diqqət etdikdən sonra deyə bilərik ki, nur Allah-Taalanın sifət və adlarıdır. Hər bir məxluq öz iste`dadı həddində bu nurdan faydalanır və zülmətdən işığa hərəkət edir. İste`dadlı insan bu nurun sayəsində zülmdən, küfrdən xilas olub ədalət və iman yoluna qədəm qoyur. Ayə və rəvayətlərdən belə görünür ki, “nuri vəch” “Covşən kəbir” duasında min dəfədən artıq təkrarlanmış həqiqət və kamilliklərə işarədir. Bəs nə üçün “nur” kəlməsi tək haldadır? Çünki ali sifətlər və gözəl adlar ilahi zatın özü, eynidir. Elm, hikmət, ədalət, rəhmət və sair sifətlər müqəddəs zatı təşkil edir. “Nur” kəlməsinin “hidayət” mə`nasında tez-tez işlənməsini nəzərə alaraq bu duanın mə’nası bəlkə də belədir:

“Pərvərdigara! Səni bütün mövcudların doğru yol tutmasına səbəb olmuş hidayətinə and verib, Səndən istəyirəm.” Hər halda, “Nur” kəlməsində bütün ilahi mə`nalar vardır.
“Ya nuru, ya quddusu, ya əvvələl-əvəlinə və ya axirəl-axirinə”

(“Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı”)


Ey kamilliklərin tamı, ey mütləq zühur, ey aşkar, ey zahir! Ərəfə günü Ərəfat səhrasında “mətləil-fəcr” nurun, xalis bəndən Həzrət Hüseyn (ə) Sənin dərgahına belə ərz etdi: “Başqası üçün elə bir zühur varmı ki, Sənin üçün olmasın və həmin başqası Sənin zühuruna vasitə olsun?! Nə vaxt gizli olmusan ki, varlığına dəlil axtarıla və nə vaxt uzaq olmusan ki, Sənə yaxınlaşmaq üçün vasitələr tapıla?!”45

“Pərvərdigara! O zaman ki, özümə gəlib diqqətlə baxıram, görürəm cəlal və camalın varlıq aləmində aşkardır. Müqəddəs vücudunda məxfilik yoxdur ki, əlimə çıraq götürüb dərgahını axtaram. Tutduğum yolun həqiqi olduğuna bir dəlil tapanda görürəm ki, bu dəlilləri də Sən yaratmısan.”

İnsan puç xəyallardan ayılıb azca düşündükdə anlayır ki, Allah-Taalanın varlığı hər zaman aşkardır və onun varlığına tapılan dəlilləri də özü yaratmışdır. Ey bütün eyblərdən pak, ey bütün vəsflərdən uca, ey nur, ey başlanğıcların başlanğıcı, ey nəhayətlərin nəhayəti! Sən özün əzəli olaraq hər şeyə başlanğıc vermiş və hər şey məhv olduqdan sonra əbədi qalasısan!

Başlanğıc və son, yaranmışlara aid olan sifətlərdir. Əvvəl və axır, yaranmış üçün qaçılmaz bir həqiqətdir. Başlanğıc odur ki, bir zaman olmayanları Allah var etdi. Axır odur ki, bütün yaranmışlar nə zamansa fəna olasıdır. “Ey əvvəllərin əvvəli və ey axırların axırı”


“Allahumməğfirliyəz-zunubəl-ləti təhtikul-isəm”

(“Allahım,bağışla o günahlarımı ki, əzabların qarşısını almış pərdələri aradan qaldırar”)


Günah nədir? Allahın, peyğəmbərlərin və imamların göstərişlərinə zidd olan hər bir hərəkət, iş, söz günah hesab olunur. Bə`zi günahlar o qədər ağırdır ki, günahkar şəxs Allah və peyğəmbərlərlə savaşa qalxmış hesab olunur.46 Dünyada baş vermiş hər hansı bir günah Qiyamət günü insanın yaxasından yapışmış oda çevriləcək. “Nisa” surəsinin 10-cu ayəsində buyurulur: “Şübhəsiz ki, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar”. Günah Allah-Taalanın süfrəsində duz yeyib, min bir ne`mətdən istifadə edib, duzqabını sındırmaqdır. Tarix boyu duz-çörəyi itirmək insafsızlıq hesab olunmuşdur.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə