Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə16/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

ALLAH HÖKMÜNÜN ZİDDİNƏ MÜHAKİMƏ


İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi ilahi hökmü bildiyi halda kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir.80 Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: “Hər kəs iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.”81

ZƏKAT ÖDƏMƏMƏK


Dördayaqlı heyvanların, qızıl və gümüşün zəkatını vermək vacibdir. Vacib olmuş zəkatdan boyun qaçırmaq ağır günahdır. Əksər Qur`an ayələrində namazın ardınca zəkata işarə olunur. Bu ardıcıllıq bir daha zəkatın əhəmiyyətini göstərir. Zəkatı tərk etmək namaz və həccin tərk edilməsi kimidir. Zəkat hökmünü inkar edən şəxs kafir olur. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Zəkat varlıların imtahana çəkilməsi və möhtacların ehtiyacının ödənməsi üçün vacib oldu. Əgər hamı zəkat ödəsəydi, bir müsəlman belə möhtac qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının səbəbkarı zəkat ödəməyən varlılardır. Malının zəkatını ödəməyən kəsin ilahi rəhmətdən faydalanması rəva deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-dövləti tələf olur”.82

Həzrət Fatimə (s) peyğəmbər məscidində xalqa üz tutub belə buyurdu: “Allah sizə imanı vacib edib ki, şirkdən pak olasınız. Namazı vacib buyurub ki, təkəbbür xəstəliyindən qurtulasınız. Zəkatı vacib buyurub ki, xəsislikdən təmizlənəsiniz.”83

Həzrət Riza (ə) öz xidmətçisinə buyurdu: “Bu gün Allah yolunda bir şey vermisənmi?” Xidmətçi bildirdi ki, yox. Həzrət buyurdu: “Bəs Allah bizə nəyə görə inayət etsin?”84

ƏSKİK SATMA


Ölçüdə və çəkidə əskiklik, müştərini və şəriki malın qədərində aldatma Qur`an ayələri və Əhli-beyt (ə) hədislərinə görə haram və böyük günahdır. Qur`ani kərimin 114 surəsindən biri olan “Mutəffifin” surəsi bu mövzuya həsr olunmuşdur. Bu surədə oxuyuruq: “Vay halına çəkidə və ölçüdə aldadanların; O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar; xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə onu əskildərlər; məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə! O gün bütün insanlar aləmlərin Rəbbi olan Allahın hüzurunda duracaqlar! Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri siccindədir!”85

Allahın Rəsulu (s) buyurur: “Hər kəs peyman və vəzndə xəyanət edərsə qiyamət günü onu cəhənnəmin dibinə gətirər və iki yanar dağ arasında yerləşdirərlər. Ona deyilər ki, bu dağları çək. O da daim bu işə məşğul olar».86

Uyğun ayələrin təfsirində İslam Peyğəmbəri (s.ə.v.v) buyurur: «Beş şey beş şeylə yanaşıdır: qövmlər əhd-peymanı pozdular və Allah-Taala düşmənləri onlara qalib etdi, zina kimi çirkin günaha batdılar və ölüm onların sorağına gəldi, Allah - hökmünün ziddinə hökm verdilər və fəqirliyə tuş gəldilər, zəkat ödəmədilər və yağışdan məhrum oldular, ölçüdə və çəkidə aldatdılar və quraqlığa məhkum edildilər».
«Əllahumməğfirliyəz-zunubəl-ləti tuğəyyirun-niəm»

(«Pərvərdigara, ne’mətləri dəyişən günahlarımı bağışla»).

Ne’mət dəyişən günahlar İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə bunlardır: xalqa zülm, xeyir iş ruhunu itirmək, xeyir işlərdən kənarlaşmaq, ne’mətlərə küfr etmək (naşükürlük), şükür etməkdən uzaqlaşmaq.

Bu günahlar insanı ne’mətlərdən məhrum edib əvəzində bəla, müsibət və əzaba salır.


XALQA ZÜLM


Xalqa zülm etmək çox çirkin, ağır və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülmə görə qiyamət günü hesab verəsidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək biz hesab çəkəcəyik».

XEYİRXAHLIQ RUHİYYƏSİNİ TƏRK ETMƏK


Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli ne’mətlərdəndir. İnsan bütün vücudu ilə bu ne’ məti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar.

Mə’rifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyə’ni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyə’ni qoruya bilməyən insan günaha yol verir və nəticədə ilahi ne’mətlərin yerini çətinliklər tutur.


XEYİRXAHLIQDAN UZAQLAŞMA


Xalqa yaxşılıq və ehsan iman və insanlıq nişanəsidir. Xeyir əməl sahiblərinin mükafatı ilahi məhəbbətdir.87

Xeyirxah insanlar kiçik maneələr səbəbindən yaxşılıq və ehsanı tərk etməməlidirlər. Xalqa yaxşılıq Allaha ibadətdir. Bu əməllərin böyük mükafatı vardır və xeyirxah insan Allahın razılığını qazanır.

Heç şübhəsiz, xeyirxahlıqdan uzaqlaşmaq böyük günahdır. Bu uzaqlaşma insanı Allahın razılığından və gözəl əxlaqdan məhrum edir.

NE’MƏTƏ QARŞI KÜFR ETMƏK


Qur’ani-Kərimin ağır əzab və’d etdiyi günahlardan biri də ne’mətlər qarşısında naşükürlük etməkdir.88

Ne’mətə qarşı küfr etməyin ən çirkin forması ne’məti günaha, haram işlərə puç istəklərə sərf etməkdir.


ŞÜKRÜN TƏRKİ


İnsanın fiziki və mə’nəvi inkişafı üçün ona ne’mətlər bəxş etmiş Allaha şükür etmək vacibdir. Misilsiz ne’mətlər qarşısında şükür etməmək insanlıqdan uzaq bir xüsusiyyətdir.

Şükür ne’mət verəni və ne’məti tanımaq, bu ne’məti halal yerlərdə sərf etməkdir. Qəlb ne’mətinin şükrü onu imanla bəzəmək, Allah, qiyamət, peyğəmbər və imamlara inanmaqdır. Göz ne’mətinin şükrü Allahın əzəmətini seyr etmək, elm öyrənmək, Qur’an oxumaq və onu haramlardan qorumaqdır.

Qulaq ne’mətinin şükrü haqqı dinləmək, batil, haram musiqi, qeybət və böhtana qulaq asmamaqdır. Dil ne’mətinin şükrü gözəl danışıq, suallara doğru cavab, Qur’an oxumaq və s. Dili qeybətdən, yalandan, böhtandan, puç danışıqdan qorumaq lazımdır.

Qarın ne’mətinin şükrü halal və qədərincə yeməkdir. Şəhvət ne’mətinin şükrü bu yolda haram işlərdən çəkinməkdir.

Ayaq ne’mətinin şükrü məscidə getmək, elmi məclislərdə iştirak etmək, qohumları və din qardaşlarının görüşünə getməkdir. Var-dövlət ne’mətinin şükrü onu ailə-övlada xərcləmək, fəqirlərə yardım etmək, xüms və zəkat ödəməkdir.

Bəli, bu işlərdən istənilən birinin tərki günahdır və gec-tez ne’məti bəlaya çevirəsidir.


«Allahumməğfirliyəz-zunubəl-ləti-təhbisud-dua»

(«Pərvərdigara! Dualarımı həbsə salmış günahlarımı bağışla»).

Həzrət Səccad (ə) duanın qəbuluna mane olan yeddi günah göstərir: 1. Pis niyyət; 2. Gizli çirkin sifət; 3. İkiüzlülük və din qardaşı ilə nifaq; 4. Duanın qəbuluna inamsızlıq və onun vaxtını əldən buraxmaq; 5. Vacib namazı tə’xirə salıb vaxtını ötürmək; 6. Yaxşılıq və sədəqəni tərk etmək; 7. Xalqla danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək.89



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə