Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə18/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

TƏKƏBBÜR


İstər Allah və Onun göstərişləri, istərsə də xalq qarşısında özünü çəkib təkəbbür göstərmək şeytani sifətdir. İblis Allah hökmü qarşısında təkəbbür göstərdiyi üçün Allahın hüzurundan əbədilik qovuldu və lənətə düçar oldu. Təkəbbürlü insan Allahın məhəbbət dairəsindən kənardır. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Həqiqətən O, təkəbbürlüləri sevməz». Qur’ani-Kərim təkəbbürlü insanları cəhənnəm əhli hesab edir: «Cəhənnəm təkəbbürlülər üçün pis yerdir.»106

Bəli, özünü başqalarından üstün bilmək, özünü hamıdan ağıllı hesab etmək, ilahi göstərişlərə itaətdən boyun qaçırmaq böyük günahdır və bu günahın müqabilində ağır əzab və’d edilmişdir. İnsanın öz biliyinə ibadətinə, saleh əməlinə, əsil-nəcabətinə, gözəlliyinə, var-dövlətinə, övladlarına, dostlarına rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin işdir. İmam Sadiq (ə) buyurur: «İzzət və əzəmət, üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. Özünü belə göstərmək istəyənləri Allah cəhənnəmə atar».107

Həzrət Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə daxil olmaz».108 İmam Sadiq (ə) buyurur: «Doğrudan da, cəhənnəmdə təkəbbürlülərə məxsus «səqər» adlı yer var. Buranın istisindən Allaha şikayət edər, nəfəs almaq üçün icazə istəyərlər. Elə ki, nəfəs çəkərlər, nəticədə cəhənnəm alışar.109

Əbdül-Ə’la deyir: «İmam Sadiqdən (ə) soruşdum ki, təkəbbür nədir? İmam (ə) buyurdu ki, təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu ki, onu anlamayıb, əhlinə tənə etmək.»110


ALDANIŞ (QÜRUR)


İnsanı həqiqətdən qafil saxlayan maddi və mə’nəvi işlərə aldanış çox təhlükəlidir. Dünyanın bər-bəzəyinə aldanıb həqiqəti inkar edənlər, dünyanın müvəqqəti olduğunu, bir gün qəbrə sakin olacaqlarını, bərzəx səhnəsində çirkin əməllərə görə əziyyət çəkəcəklərini və cəhənnəm əzabına düçar olacaqlarını unudurlar.

Onlar dünyanı nağd, axirəti isə nisyə zənn edirlər. Müvəqqəti dünya ləzzətləri ardınca qaçır və əbədi axirətə şəkk edirlər. Onlar Allahın, 124 min peyğəmbərin, mə’sum imamların axirət və’dələrini qəbul etmək, iman yolunda addım atmaq, günahdan çəkinmək və əxlaqlarını zinətləndirmək fikrində deyildirlər. Bu insanlar düşünmürlər ki, axirət ne’mətləri dünyadakı zəhmətlərin məhsuludur. İslam Peyğəmbəri (s) buyurur ki, dünya axirətin tarlasıdır. Axirət dünyadan təcrid olunmuş bir şey deyil. O, dünya həyatının bir başqa formasıdır. Dünyanı nağd, axirəti nisyə bilmək isə nadanlıq əlamətidir. İlahi göstərişlərdən qəflətdə olanlar elə düşünürlər ki, əgər Allahın rəhməti hər şeyi bürümüşsə ibadətə təqvaya, günahdan çəkinməyə ehtiyac yoxdur. Onların fikrincə Allahın nəhayətsiz rəhməti müqabilində insanın günahları o qədər kiçikdir ki, bu günahlar əzaba səbəb ola bilməz. Onlar anlamırlar ki, şeytan və azğın nəfs insanı zahiri gözəl, batini isə çirkin və’dələrlə aldadır.

İslam Peyğəmbəri (s) buyurur: «Ayıq və zirək o kəsdir ki, nəfsinə qarşı çıxıb, ölümdən sonra üçün çalışsın. Nadan o kəsdir ki, nəfsinə tabe olub, Allaha əsassız ümidlər bağlasın».111

Bu insanlar unudurlar ki, yalnız rəhməti haqqında düşündükləri Allah bir çox Qur’an ayələrində günahkarlara, xeyir işdən uzaq düşənlərə özünü bəyənənlərə əzab və’d etmişdir. Allah-Taala öz rəhmətini yalnız iman və təqva əhlinə aid edir: «Heç şübhəsiz, iman əhli, Allaha xatir yurdundan hicrət edənlər və Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümid edə bilərlər».112

Günaha qərq olub, Allahın vacib buyurduğu əməllərdən çəkinərək Onun rəhmətinə ümid etmək aldanışdır. İmam Sadiq (ə) buyurur: «Bir dəstə insan növbənöv günahlara bulaşıb Allahın rəhmətinə ümidvar olduqlarını söyləyir. Belələri ümid və arzularda iztiraba düşənlərdir. Onlar yalan deyirlər və ümidvar deyildirlər. Bir şeyə ümid bağlayan insan ona çalışar, bir şeydən qorxan insan ondan qaçar».113

Həzrət Əli (ə) buyurur: «Qəflət, qürur, aldanış məstliyindən oyanmaq şərab məstliyindən oyanmaqdan çətindir»; «İnsan günah batlağında qərq ola-ola Allahdan bağışlanmaq ümidindədirsə Allah haqqında yanılır».114

İslam Peyğəmbəri (s) ibni Məs’uda buyurur: «Ey ibni Məs’ud! Allaha məğrur olma (əsassız ümid etmə), bər-bəzəyə elminə əməlinə yaxşılığına, bəndəliyinə aldanma.»115

XƏSİSLİK


Allah-Taalanın maddi və mə’nəvi ne’mətlərindən faydalanan insanın bu ne’mətlərdən sədəqə zəkat verməkdə xəsislik göstərməsi çox çirkin bir sifətdir. Var-dövlət Allah-Taalanın insana verdiyi əmanətdir. İnsan bu əmanətdən özü üçün istifadə etməli və artıq qalan hissəsini ehtiyacı olanlara verməlidir. İnsan ixtiyarına verilmiş mülkü mülk sahibinin istəyinə uyğun sərf etməlidir. Əgər bir şəxs başqasının əmanətini öz nəfsinin istəyinə uyğun sərf edərsə sözsüz ki, cəzalandırılmalıdır.

Allah razılığının ziddinə olan var-dövləti şeytan və nəfs istəyinə uyğun xərcləmək böyük günahdır və bu günahın ağır əzabı vardır. Xəsislik şeytani bir sifətdir və bu sifətə malik olan insan ayə və rəvayətlərdə əzaba layiq bilinir. «Nisa» surəsinin 37-ci ayəsində buyurulur: «O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədərlər. Biz (belə) kafirlər üçün rüsvayedici əzab hazırlamışıq

İslam Peyğəmbəri (s) buyurur: «Behişt minnət qoyana, xəsisə və söz gəzdirənə haramdır».116

Həzrət Əli (ə) eşitdi ki, bir kişi belə deyir: «Xəsis zalıma nisbətən üzürlüdür». Həzrət (ə) buyurdu: «Yalan deyirsən, zalım tövbə edər, Allahdan bağışlanma diləyər və xalqın haqqını qaytarar. Xəsis isə xəsislik edib zəkatı, sədəqəni sileye-rəhimi, qonağın qəbulunu, Allah yolunda xərcləməyi, xeyir işləri tərk edər və behişt ona haram olar».117

İslam Peyğəmbəri (s) buyurur: «Müsəlmanda iki xislət olmaz: xəsislik və pis əxlaq».118

İmam Sadiq (ə) buyurur: «Əgər Allah yolunda sərf olunmuş bir malın əvəzi Allah-Taala tərəfindən veriləcəksə, xəsisliyin mə’nası nədir?!»119 Həzrət Musa ibn Cəfər (ə) buyurur: «Xəsis o şəxsdir ki, Allahın ona vacib etdiyini yerinə yetirməkdə xəsislik göstərir».120

İslam Peyğəmbəri (s) buyurmuşdur: «Səxavətli şəxs Allaha, xalqa və behiştə yaxındır. Xəsis şəxs isə Allahdan, xalqdan və behiştdən uzaqdır».


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin