Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə22/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

VÜSAL MƏMLƏKƏTİ


Hicran xarabasının sakininə əqlən və şər’ən vacibdir ki, səmərəsiz və zərərli şeyləri qəlbindən çıxarıb, vüsal məmləkətinə doğru hicrət etsin. İnsan eşq və çalışqanlıqla hərəkətə gəlməli, zikrdən güc alaraq mə’rifət və fəzilət, sədaqət və düzlük, haqq və həqiqət, vəfa və səfa, bəndəlik və ibadət, səbir və təvəkkül... məmləkətinə qədəm qoymalı, Allahla yaxınlığın şirinliyini duymalı, vüsal çiçəyinin ətrini almalı, İlahi əxlaqla bəzənməli, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığa nail olmalıdır. Qur’ani-Kərim çirkinlikdən gözəlliklərə doğru yönəlmiş bu aşiqanə hicrət haqqında buyurur: «Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun peyğəmbərinə tərəf hicrət etsə sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər. Allah bağışlayan və rəhm edəndir.
İstəklər tüğyanda, mənzilsə uzaq,

Doğru yol gərəkmiş hər şeydən qabaq.

Qəflət yuxusunda sovuşmuş ömür,

Könül qəm odunda qızarmış kömür.

Bu dəryada dalğa qılıncdan iti,

Təkində gövhəri düşünmə qəti.

Dəyərli anları xərcləmə heçə’

Haqqı sevən gərək dünyadan keçə.

Sevgi günəşidir zülməti yaran,

Kölgədə oturan gətirməz davam.



ZİKR


Araşdırmalara əsasən, «bizikrikə» kələməsindəki «b» hərfi səbəb mə’nasındadır. Demək, cümlənin mə’nası belə olur: «Pərvərdigara, mən Sənin zikrinin səbəbi ilə Sənə yaxınlıq axtarıram». «Zikr» kəlməsi üç mə’na ifadə edə bilər: Allah-Taalaya diqqət və onu qəlbən xatırlamaq; Qur’an; Peyğəmbər (s) və Əhli-beyt (ə).

Zikr qəflətin ziddidir. Allahdan qəflətdə olan şəxs ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət edənləri behişt, etməyənləri cəhənnəm gözləyir. Bu qəbil insanlar yalnız Allahın razılığını qazanmaq üçün ibadət edir, insanlara xidmət göstərir, haramdan uzaq olur, başqalarının hüququna riayət edir, elm və mə’rifət öyrənir və s. Batinə aid olan zikr və diqqət o qədər qüdrətlidir ki, qısa bir müddətdən sonra insanı ibadət şirinliyinin duyulduğu bir məqama çatdırır.

Ağır qəflətə düçar olmuş Yunus qövmü alim və aşiq bir şəxsin köməkliyi ilə qəflətdən oyandılar. Allah zikrinin köməyi ilə qəflət pərdələri yırtıldı, üzlər torpağa sürtüldü, göz yaşları qəlbləri çirkinlikdən təmizlədi. Onlar həqiqi tövbə etməklə öz vətənlərini ölüm saçan şimşəklərin bəlasından qorudular. Bütün qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, əbədi behiştdə sakin oldular. İbadət və bəndəlik, zikr və diqqət vasitəsi ilə qaranlıq keçmişlərinin üstündən xətt çəkən bu günahkarlar qaranlıqdan işığa çıxmağın yolunu bütün dünyaya göstərdilər. Bəşər tarixinin səhifələrini öz qəlblərinin nuru ilə işıqlandırmış Asya, Əshabi-Kəhf, Bəhlul Nəbbaş, Hürr ibn Yəzid, Fuzeyl Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular.
Haqqı axtaran insan

Könül verməz dünyaya.

Tutar Tanrı yolunu,

Təslim olmaz xülyaya.

Düşər tamah atından,

Gedər üzü mə’şuqa.

Cilovu buraxansa

Uçar başı aşağa

Bu dünya öz quluna

Çətin yandıra ürək.

Ölümə sürünən qul

Özü qurtulsun gərək.

Tamahına «sus» deyən

Çatdı mənzil başına.

Qənaəti seçənlər

Otdu elçi daşına.



QUR’AN


Allah-Taala müxtəlif ayələrdə Qur’anı «zikr» adlandırır: «Şübhəsiz ki, zikri (Quranı) Biz nazil etdik Biz onu hifz edəcəyik».157 Qur’ani-Kərim öz maarif, əhkam və göstərişləri vasitəsi ilə insanın dünya və axirət səadətini tə’min edir. Qur’an həyat kitabıdır və insanın hidayət nöqteyi-nəzərindən ehtiyaclı olduğu bütün məsələlər bu İlahi Kitabda işıqlandırılmışdır. Qur’an insanı ən e’tibarlı yola yönəldir və İlahi ayələrə əməl edənləri böyük mükafatla müjdələyir. Qur’ana dərin diqqət, onun ayələri haqqında düşüncə cəhalət xəstəliyinin dərmanıdır.

Qur’anın göstərişlərinə əsasən, yaxşıya əməl edib, pisdən çəkinmək Allaha yaxınlığın səbəbidir. Qur’ana əməl edən insan gözəlliklərlə bəzənir, çirkinliklərdən paklanır. Keçmişə aid biliklər və gələcəyə aid xəbərdarlıqlar dərdlərin dərmanı və ictimai nizamın əsasıdır. Həzrət Peyğəmbər (s) Qur’an vasitəsi ilə ən alçaq kütləni ən üstün cəmiyyət məqamına qaldırdı. Cahil ərəb və azğın əcəm cəhənnəmdən qurtulub əbədi səadətə üz tutdu.

İslam Peyğəmbəri (s) buyurur: «Fitnələr qaranlıq gecə tək sizə çətinlik yaratdığı vaxt Qur’ana üz tutun. Çünki Qur’an, şəfaəti qəbul olunan şəfaətçidir. Şikayəti qəbul olunan şikayətçi də Qur’andır. Qur’an onu özünə rəhbər tutanı behiştə ona arxa çevirəni cəhənnəmə aparar».158 İmam Səccad (ə) buyurur: «Şərq və qərb arasında olan bütün insanlar ölərlərsə Qur’an mənimlə olsa (tənhalıqdan) qorxmaram».159 Bəli, tövhid ayələri vücuduna hopmuş, Allahı bəsirət gözü ilə müşahidə etmiş, əzəli və əbədi məhbubu ilə ünsiyyət bağlamış, əxlaq ayələri daxilini işıqlandırmış İmam Səccad (ə) üçün tənhalığın nə qorxusu?! O Həzrət (ə) buyurur: «Qur’an ayələrində xəzinələr var. Bu xəzinələr açıldığı zaman orada olanları düşüncə ilə nəzərdən keçirmək yaxşıdır».160

Qur’an ayələrini düşünən, bu ayələrin ilahi mə’nalarını anlayan və əməl edən, zahirini və batinini Qur’anla tənzimləyən, mə’buduna doğru hərəkət edən insan qəlb gözü ilə Onun camalının tamaşasından doymur.

Bəsirət gözündə olarsa işıq

Haqqın camalını bilər yaraşıq.

Taleh gülsə sənə salsa bir nəzər

Bu nəzər saralmış ömrünü bəzər.

Ondan gözlərini qaçırsan əgər

Labüddür olasan bir dəli kafər.

Onun qəzəbindən bal zəhər dadar,

Rəhmiylə hənzəl də şirinlik tapar. (Hənzəl-acı meyvə)

Bu odlu sinədən ucala fəryad

O qadir mə’buddan istəyə imdad.

İnan ki, sübh səhər edilən dua

Sözsüz ki, tezliklə qılacaq dəva.

Qəflət bəlasından qurtula bilməz

Həqiqət haqqında düşünməyən kəs.

Qəflət bir bəladır tiyəsi qanlı,

Xilas olar yalnız doğru imanlı.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin