Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə25/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

MÜQƏRRƏBLƏRİN KƏRAMƏTLƏRİ


1-Hacı Seyyid Əli Qazi.

Böyük ustadım mərhum ayətullah Hacı Şeyx Əbülfəzl Nəcəfi Xansari ölümündən bir neçə ay əvvəl yanında olduğum vaxt öz ustadı mərhum Hacı Seyyid Əli Qazinin kəramətini belə yad edirdi:

Bir gecə biz bir neçə tələbə ustadla birgə Kufə məscidinə ibadətə getdik. Onunla yanaşı ibadətə dayanıb, Allah-Taala ilə münacata başladıq. İbadətimizi bitirəndən sonra məsciddən çıxarkən qarşımıza çox zəhərli bir ilan çıxdı. Ustaddan başqa hamı özünü itirdi. O isə həmişəki kimi çox sakit bir halda ilana yaxınlaşıb pıçıltı ilə «öl!» dedi. İlan qurumuş budaq tək hərəkətdən düşdü. Heyrət içində ilanın yanından ötüb keçdik.

2-Daha bir hekayət.
Hekayət edirlər dində böyüklər,

Həqiqəti tanımışlar bəs qədər.

Bir arif oturub pələng belində

Tutmuşdu zəhərli ilan əlində.

Dedilər ki, ey doğru yol yolçusu,

Bizimçün də ol hidayət elçisi.

Nə etmisən, yırtıcılar olub ram,

Səadətdə çatmaz sənə bir adam.

Söylədi bu pələng, bu qorxunc ilan

Allahın əmriylə dayanmış aram.

Hər kim öz Rəbbindən döndərməsə üz

Onun da önündə vəhşi durar düz.

Hər vücudun halı Onun əlində

İtaət var haqqa, mə’sum gülündə.

Səni sevən əlbət qoruyar oddan.

Onu razı salsan, hər bir iş asan.

Doğru yol bir budur, qaçma kənara,

Qədəm atsan ömür dönər bahara.

İnsan, haqq yolçunun sözü kəsərli,

Baxışı şimşəkdən qat-qat hünərli.


3-Mirza Tahir Tonkabuninin hekayəti.

Son dövrün böyük filosoflarından olan Mirza Tahir buyurur ki, bir gün Tehranda keçmiş tələbə yoldaşlarımdan olan bir Seyyidlə rastlaşdım. Nə etdiyini soruşdum, dedi ki, «bekaram». Onu mədrəsəyə də’vət etdim. Oturub çay içdikdən sonra soruşdu ki, «Quma getmək istəyirsən. Dedim ki, hava soyuqdur, gecədir, nəqliyyat tapmaq çətin olar.» Amma o, israr etdi. Razılaşdım. Qəfildən «bu da Qum»- deyə pıçıldadı. Özümü Həzrət Mə’sumənin (ə) hərəmində gördüm...


4-Cabir Co’fidən iki hekayə.

Bir qrup şəxs Həzrət Baqirin (ə) yaxınlarından olmuş Cabirin yanına gəlib ondan məscid tikintisi üçün kömək istədi. Cabir dedi ki, mən mö’min bir kişinin düşüb öləcəyi binaya kömək etmirəm. Gələnlər Cabirin yanından çıxıb onu xəsis və yalançı hesab etdilər.

Camaat pul toplayıb məscidin tikintisinə başladılar. Tikinti zamanı ehtiyatsızlıq edən bənna yıxılıb həlak oldu. Cabiri qınayanlar öz səhvlərini anladılar.

Ə’la ibn Şərik nəql edir ki, «bir gün Hişam ibn Əbdülməlik Cabiri yanına çağırdı. Mən də ona yoldaş oldum. Yolda istirahət üçün bir çobanın yanında əyləşdik. Sürüdən camış səsi gəldi. Cabir gülümsündü. Səbəbini soruşdum. Dedi camış balasına deyir ki, yaxın gəl, ötən il canavar burada balamı apardı. Cabirin sözlərinin düzlüyünü yoxlamaq üçün çobana yaxınlaşıb «bu camışı mənə sat» dedim. Cavab verdi ki, bu camış sürünün ən doğumlu və südlü heyvanıdır, ötən il balasını canavar apardı...»

Yolumuza davam edib Kufə körpüsünə çatdıq. Cabir yaxında durmuş kişidən barmağındakı yaqut üzüyü istədi. Kişi sakitcə üzüyü çıxarıb Cabirə verdi. Cabir üzüyə baxıb onu çaya atdı. Cabirin bu hərəkətindən qəzəblənən kişi «sən nə edirsən» deyə qışqırdı. Cabir «narahat olma» dedi. Əlini çaya uzadıb ovcundakı suda olan üzüyü sahibinə qaytardı ...

ŞÜKÜR MƏQAMI


Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.

Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: «Şükür zahiri və batini ne’mətin e’tirafı, ne’mət sahibini tanımaq və ne’məti Onun göstərişinə uyğun sərf etməkdir».172

İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir».173

Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver».174

Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb ne’mət verəni və ne’məti tanıyır, dil e’tiraf edir. Ne’məti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.

İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim ne’mət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin».175

İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və ne’mətlərini sayan bütün insanlar yalnız bir ne’mətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq».

Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir ne’mətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir ne’mətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».

Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.

MARAQLI BİR ƏHVALAT


Səm’ ibn Əbdülməlik belə nəql edir: Minada Həzrət Sadiqin (ə) yanında əyləşib üzüm yeyirdik. Bu vaxt bir fəqir gəlib imamdan kömək istədi. Həzrət (ə) buyurdu ki, ona bir miqdar üzüm verin. Amma fəqir üzüm almaqdan imtina edib, pul istədi. İmam (ə) buyurdu: «Allahın əta etsin». Fəqir uzaqlaşıb, tez də qayıtdı və üzüm istədi. Həzrət (ə) buyurdu: «Allahın əta etsin».

Bu vaxt ikinci bir fəqir göründü. Həzrət (ə) bir salxımdan üç gilə üzüm qoparıb fəqirə uzatdı. Fəqir üzüm gilələrini alıb dedi: «Əlhəmdulillahi rəbbil-aləmin».

İmam (ə) ona buyurdu ki, səbir etsin, sonra hər iki əlini üzümlə doldurub ona verdi. Fəqirin yenidən şükür etdiyini görən İmam (ə) evində olan son iyirmi dirhəmi gətirib fəqirə verdi. Fəqir təkrar şükür edərək dedi: «Həmd olsun Allaha. Pərvərdigara bütün bu bəxşişlər Səndəndir, Sən təksən və şərikin yoxdur». İmam Sadiq (ə) otağa daxil olub köynəyini çıxartdı və gətirib fəqirə verdi. Fəqir dedi: «Həmd olsun o Allaha ki, mənə libas yetirdi». Sonra üzünü imama tutub «Allah sənə xeyir əta etsin»-deyə ərz etdi.176

Böyük alim və filosof Molla Möhsin Feyz Kaşani «Vafi» kitabında mə’sumlardan belə rəvayət edir:

Əgər namaz qılan şəxs namazını bitirdikdən sonra şükür səcdəsi edib, mehriban Allahın ona əta etdiyi ne’mətləri bir-bir xatırlayarsa, Allah-Taala mələklərə belə xitab edər: «Ey mələklər, bəndəm vacib namazını qılıb, mənə şükür etdi, onunla necə müamilə edim?» Mələklər deyər: «İstəklərini ver». Yenə xitab olunar ki, bəs sonra? Mələklər deyər: «Ona axirət qurtuluşu əta et». Xitab olunar ki, bəs sonra? Deyərlər: «Onun ruzisini artır». Allah-Taala bunu da əta edib yenə soruşar ki, bəs sonra? Deyərlər: «Ona saleh övladlar nəsib et». Nəhayət, mələklər «daha bir şey bilmirik» deyərlər. Allah-Taala buyurar: «O mənə şükür etdi, mən də ona təşəkkür edirəm və ne’mət qapılarını onun üzünə açıram».


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin