Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə38/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

Ana ilə oğulun hekayəti


Bir arif nəql edir:

Bir ana itaətsizlik etdiyi üçün yeniyetmə oğlunu evdən qovur. Oğlan evdən çıxıb məhəllədə yaşıdları ilə axşamadək vaxt keçirir. Gecə düşdükdə hərə öz evinə gedir. Oğlan da öz evlərinə qayıdır. Amma qapı bağlı olur. Pərişan halda anasını çağırıb ondan qapını açmasını istəsə də ana qapını açmır. Bu vaxt yoldan ötən bir alimin oğlana ürəyi yandır və anadan xahiş edir ki, övladını qəbul etsin. Ana deyir: “Ey ağsaqqal, sənin xahişini qəbul edirəm, amma o söz versin ki, bir daha itaətsizlik göstərməyəcək.” Oğlan söz verir və arada sülh yaranır.

Bir müddət sonra küçədən keçən abid təkrar həmin hadisə ilə rastlaşır. Oğlan qapı ağzında nə qədər sızıldasa da, ana onu evə buraxmır. Nəhayət, oğlan huşunu itirib yerə yıxılır. Qapının arxasında səsin kəsildiyini görən ana qapını açıb bayıra çıxır. Oğlunu yerə yıxılmış görüb onun başını dizləri üstünə alır və deyir: - Ey mənim gözümün nuru! Bu işdə məqsədim yalnız səni günahdan uzaqlaşdırmaq idi...”

Hekayədən belə bir nəticəyə gəlirik ki, Allahı çağırdığı an duası qəbul olmayan insan ümidini üzüb şeytana üz tutmamalıdır. O, öz sızıltıları və nalələri ilə rəhmət qapılarının onun üzünə açılmasına nail olmalıdır.


Ya Rəbb, bu vüsalı hicran buyurma,

Sevgili canları nalan buyurma.

Könül bağçasına gəlməsin xəzan,

Gül üzləri bürüməsin çən-duman.

Hansı ürək qırılarsa yarından

Şübhəsiz ki, sorğu günü peşiman.

Budaqda oxuyan bülbül Sənindir,

Qırma budağı ki, ol həmdəmindir.

Eşqə üz tutanı ayır günahdan,

Düşmənini məhrum elə pənahdan.

Bayquşlar sevinir günah doğursun

Sitarələr səmalarda boğulsun.

İqbal kə`bəsidir saleh bir əməl,

Mərhəmət qıl, onu viran qoyma gəl.

Hicrandır dünyada ən acı duyğu,

Nə xoşdur vüsalın, olsa da sorğu.


Əgər Allah-Taala insanın işlərinə nəzər salırsa, bu nəzər sonsuz rəhmət nəzəri olduğundan insanın halı islah olar, dərdinə çarə tapılar, batini və zahiri fəqirliyi aradan qalxar.

Şəfalı nəzər


Nəql edirlər ki, bir gün sultan Mahmud Qəznəvi dənizin sahilindən keçərkən bir gəncin pərişan halda oturub dənizə tilov atdığını görür. Sultan gəncdən pərişanlığının səbəbini soruşur. Gənc deyir: “Yeddi yetim qalmış qardaşıq. Qoca bir anamız var. Atamdan sonra bu ailənin xərci mənim öhdəmə düşüb. Hər gün bura gəlir, bir-iki balıq tuturam. Ailəni çox çətinliklə dolandırıram.” Sultan deyir: “Bu gün mənimlə şərik balıq tutarsan?” Gənc öz razılığını bildirir. Şah deyir: “Atdığın torun şərikinin adına sudan çək.” Gənc toru sudan çəkməyə başlayır Tor ağır olduğundan sultan və onun yanındakılar da oğlana kömək etdilər. Torda saysız-hesabsız balıq olur.

Sultan Mahmud saraya qayıtdıqdan sonra oğlanı yanına gətirdib yanında əyləşdirir və ona son dərəcə lütf göstərir. Ətrafdakılar oğlanı bu hörmətə layiq bilmədikdə, şah deyir ki, necə olsa, o bizim şərikimizdir və bizim ixtiyarımızda olanlardan o da istifadə etməlidir.»

Əgər bir sultanın nəzəri insanı çox çətinliklərdən qurtara bilirsə qadir Allahın nəzəri altında olan insanın müşkülü qalarmı?! Bu nəzər Nuh və başqa mö`minləri dəhşətli tufan təhlükəsindən qurtardı, qurumuş budağı Musanın əlində əjdahaya döndərdi, Əyyubu bəlalar dünyasından qurtardı, Yusifi qaranlıq quyunun dibindən çıxarıb Misir taxtına oturtdu!

Hatəm Əsəm haqqında bir hekayə


Hatəm İsəm öz dövrünün tanınmış arifi olmuşdur. Xalq arasında böyük hörmətə malik olmasına baxmayaraq, maddi çətinliklər içində yaşamışdır.

Bir gecə dostlarla oturub Kə`bə evinin ziyarətindən danışdıqları vaxt Hatəmin qəlbində bu ziyarətə böyük bir eşq alovlanır. Evə qayıtdıqdan sonra ailə-övladlarına deyir: “Əgər razı olsaydınız, Allah evinin ziyarətinə gedər, sizin üçün də dua edərdim.” Xanımı e`tiraz edərək deyir ki, ailən çətinlik içində yaşadığı vaxt ziyarətə getməyi necə rəva bilirsən? Övladlar da ananın dediklərini təsdiq edirlər. Amma Hatəmin kiçik qızı belə deyir: “Bizə ruzi verən Allahdır, atam isə vasitədir. Əgər atam ziyarətə getsə Allah bizə başqa vasitə ilə ruzi yetirər.” Qızcığazın sözləri bütün ailə üzvlərinə tə`sir edir və onlar Hatəmə icazə verirlər.

Beləcə Hatəm Həcc karvanına qoşulub ziyarətə yola düşür. Bu ziyarətin səbəbkarı olan qızcığazı qonşular və yaxınlar çox danlayırlar. Onların fikrincə bu ziyarət səbəbindən ailə böyük çətinliklərə düçar olasıydı.

Hatəmin qızı çox qəmgin olur. Qəm içində üzüldüyü vaxt belə dua edir: “Pərvərdigara! Bunlar Sənin ehsanına adət ediblər, daim ne`mət süfrəndən bəhrələniblər. Məni onların yanında xəcil etmə.”

Bir gün Hatəmin evinin yanından keçən şəhər hakimi onun evinə adam göndərib su istəyir. Hatəmin xanımı öz-özünə deyir: Biz dünən gecə ac yatmışıq, bu gün şəhər hakimi bizə möhtac olub su istəyir.” Hakim yoldaşlarından soruşur ki, bu ev kimindir? Deyirlər ki, Hatəm Əsəmin. Hakim kəmərindəki pul kisəsini çıxarıb Hatəmin həyətinə atır və deyir: “Məni istəyənlər də pul kisələrini atsınlar.” Hamı pul kisəsini çıxarıb həyətə atır.

Bu hadisəni müşahidə edən qızcığaz ağlamağa başlayır...

Karvanda Hatəmdən kasıbı yox idi. Onun nə atı, nə də azuqəsi var idi. Karvanda onu tanıyanlar onun səfər ehtiyaclarını ödəyirlər. Bir gecə Həcc əmiri ağır xəstələnir. Karvanın həkimi onun müalicəsində aciz qalır. Əmir deyir: “Karvanda elə bir hal əhli varmı ki, mənə dua etsin? Bəlkə dua mənə kömək edə!” Deyirlər ki, Hatəm Əsəm karvandadır. Əmir xidmətçiləri göndərib Hatəmi yanına çağırır. Hatəm çadıra daxil olub salam verir. Əmirin yanında əyləşib, ona dua edir. Dua qəbul olunur və əmir sağalır.

Bu hadisədən sonra əmir göstəriş verir ki, Hatəmə minik versinlər və onun Həcc səfərinin xərcini ödəsinlər. Hatəm əmirə təşəkkür edib həmin gecə mehriban Allahı ilə xüsusi raz-niyaz edir. Gecə yatıb yuxuda gördü ki, ona deyirlər: “Ey Hatəm! Bizə e`timad göstərən şəxsin halına lütfümüzü şamil edərik. Ailə-övladından ötəri narahat olma. Onların ehtiyacını ödəmişik.” Yuxudan oyanan Hatəm Allaha həmd-səna oxuyur.

Həcdən qayıdarkən övladları Hatəmin pişvazına çıxırlar. Hatəm körpə qızını qucağına alıb öpür və deyir: “Nə çoxdur batinində böyüklük olan zahirən kiçiklər. Allah yaşın çoxluğuna yox, mə`rifətin çoxluğuna nəzər salır. Allaha mə`rifətli və e`timadlı olun. Çünki Ona təvəkkül edən himayəsiz qalmaz.”318



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə