Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə49/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

İsmi-ə`zəm


Hikmət sahibləri və ariflər belə hesab edirlər ki, “Rəbb” mübarək kəlməsi “tərbiyə edən” mə`nasını daşıyır və İslamda ən yüksək məqama malik “İsmi-ə`zəm” kəlmələrindəndir. Bu sözə bağlanan insan Allahın rəhmətinə yol tapır, yolundan maneələr götürülür, günahları bağışlanır. Bütün peyğəmbər və imamların Allaha bu kəlmə ilə müraciət etməsi onun İsmi-ə`zəm, yə`ni Allahın böyük adı olmasına inam yaradır.

Adəm və Həvva (ə) tövbə etdikləri vaxt belə dedilər: “Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq.”380

Həzrət İbrahim (ə) belə dua etdi: “Ey Rəbbim, mənə hökumət əta et və məni salehlərə qovuşdur.”381

Həzrət Nuh doqquz yüz əlli il əzab-əziyyətdən sonra belə ərz etdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir qoyma.”382

Həzrət Musa (ə) Allaha belə müraciət etdi: “Ey Rəbbim, Sənin nazil edəcəyin hər hansı bir xeyirə möhtacam.”383

Həzrət Süleyman (ə) belə ərz etdi: “Ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, kimsə ona nail ola bilməsin.384

Həzrət Zəkəriyya (ə) övlad istədiyi vaxt belə ərz etdi: “Ey Rəbbim, məni tək qoyma. Sən varislərin ən yaxşısısan.”385

Həzrət Yusif (ə) Allah dərgahına üz tutub belə dedi: “Ey Rəbbim, Sən səltənətindən mənə pay verdin...”386

Həzrət Əyyub (ə) bəlalar zamanı belə ərz etdi: “Ey Rəbbim, mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən.”387

İslam Peyğəmbəri (s) isə belə ərz etdi: “Ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan.”388

Salehlər və mö`minlər kainatın yaradılışı haqqında düşündükləri vaxt belə ərz etdilər: “Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru.”389

Hətta son dərəcə təkəbbürlü olan İblis Allaha bu adla müraciət etdi: “Ya Rəbb, mənə Qiyamətə qədər möhlət ver.”390

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs yeddi dəfə “ya Rəbbi” desə duası qəbul olar. Başqa bir rəvayətdə nəql olunur ki, mö`min bəndə bir dəfə “ya Rəbbi” deyərək Allahı çağırsa, Allah-Taala “ləbbəyk” buyurar. İkinci, üçüncü dəfə bu adla çağırdıqda nida olunar ki, “istə əta edim.”391

Məqbul əməllər


Peyğəmbərlərin, imamların, həqiqi övliyaların dualarından biri əməllərin qəbulu və mərhəmətli rəftara nail olmaq arzusu ilə bağlıdır. Bu ilahi şəxsiyyətlər anlamışlar ki, iman və ixlaslı əməl olmadan Allahın rəhmət və mükafatına çatmaq mümkün deyildir. Ona görə də əməlin salehliyinə xüsusi diqqət göstərilmiş və bu əməllərin qəbulu üçün dua edilmişdir.

Ayə və rəvayətlərdən mə`lum olur ki, hər hansı bir əməlin qəbul olunması üçün iman və ixlas əsas şərtlərdəndir. Bilməliyik ki, mö`minin əməli qəbul edilir və günahları bağışlanır. Kafirin nə böyük əməli qəbul olunur, nə də kiçik günahı bağışlanır.

Həzrət Əli (ə) buyurur:

“Allah yanında böyüklük sözün yox, əməlin yaxşılığı ilə müəyyən olunur.”392

“Əməl mö`minin şüarıdır.”393

“Əməlinizi davam etdirin, davam etdirin əməlinizi. Çünki Allah mö`minin əməli üçün ölümdən başqa son qərar verməyib.”394

“Əməllərin ən üstünü iman paklığı, təqva və yəqindir.”395

İmam Sadiq (ə) buyurmuşdur: “Allah insanları dünyada atalarının adı ilə çağırıb ki, bir-birilərini tanısınlar. Axirətdə isə əməlləri ilə çağırar ki, mükafat və cəza versin.”396

Allahın Rəsulu (s) buyurdu: “Əməllərin ən üstünü Allaha iman və onun təsdiqi, Allah yolunda cihad və qəbul olmuş Həccdir. Fəqiri doyurmaq və xoş əxlaq nisbətən yüngüldür. Ondan da yüngül Allahı Onun verdiyi hökmə görə ittiham etməməkdir.”397 “Üç əməl əməllərin ağasıdır: hamı ilə insaflı olmaq, din qardaşına kömək, hər zaman Allahı xatırlamaq.”398

Həzrət Əli (ə) buyurur:

“Xoşbəxt o şəxsdir ki, elmi və əməli, dostluğu və düşmənliyi, əxz və tərk etməsi, danışığı və sükutu Allahın razılığı üçün olsun.”399

“Şübhəsiz ki, yalnız ixlaslı əməllərin qəbul olunacaqdır.”400

Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində buyurur: “Əməlin təqvalı olmasına əməlin özündən çox diqqət et. Çünki təqvalı əməl az olmaz. Axı qəbul olunmuş necə kiçik olar? Allah-Taala buyurur: “Allah yalnız təqvalılardan qəbul edər.”401

İmam Sadiq (ə) buyurur:

“Bir namazı və ya bir yaxşı əməli Allah-Taala tərəfindən qəbul olunan şəxs əzaba düçar olmayacaqdır.”402

“Bir yaxşı əməli qəbul olunan şəxs əzab görməyəcək və Behiştə daxil olacaqdır.”403

Pərvərdigara! Bizi əmələ münasibətdə süstlükdən hifz et, ibadət və çalışqanlıqda həvəs ver, qəlbimizi oyandır!
Ey qəflət içində xəbərsiz qalan,

Bilirsənmi eşqlə dirilir insan?!

Götürsən gözündən qara pərdəni

Hər yanda görərsən Ona səcdəni.

Bül-bül nalə çəkər yar sorağında,

Əlbət, qızılgül də eşq marağında.

Lal olsun o dil ki, bir yaz gecəsi

Cilvələr önündə kəsilib səsi.

Bu eşqin əmriylə dolanmaqda yer,

Üzən dağlar, düzlər oxumaqda şe`r.

Bir sənsən lal olub, kor kimi duran,

“Allah” söylə ola dərdinə dərman.

Yetməzmi oturdum damaqla, dişlə

Yetməzmi başını qatdın min işlə.

Bəlkə qəlbinə də salasan nəzər,

İnan ki, bir oldur ruhunu bəzər.

İnsansan, dünyaya gəlişin ayrı,

Yaxşı baxsan yetər canının seyri.

Səndə olan fikir bir kimsənin yox,

Qəlbində mərhəmət, gözündə yaş çox.

Bu sərvət, bu məqam kimdə var axı,

Oxu, insan adlı kitabı oxu.

Səndən aşağılar səcdədə ikən,

Sərxoş kimi haqdan kənar gəzirsən.

Gəl tök ətəyindən tərsliyin daşın,

İman, təqva, sevgi olsun yoldaşın.


“Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl-əziməti cəvanihi, vəhəb liyəl-ciddə fi xəşyətikə vəd-dəvamə fil-ittisali bixidmətikə hətta əsrəhə iləykə fi məyadinis- sadiqinə və usriə iləykə fil-barizinə və əştaqə ilə qurbikə fil-muştaqinə və ədnu və minkə dunuvvəl-muxlisinə və əxafəkə məxafətəl-muqininə və əctəmiə fi civarikə məəl-mu`mininə.”
(“Pərvərdigara! Sənə xidmət üçün əzalarıma qüvvə ver, qəlbimi bəndəlik üçün möhkəmləndir, mənə əzəmətin qarşısında qorxu üçün ciddilik əta et, xidmətinə çatmaqda daimi müvəffəqiyyət üçün məni dözümlü et ki, müsabiqə meydanlarında Sənə doğru tələsim, cıdıra çıxanlar arasında Sənə doğru hərəkət edim, müştaqlar içində Sənə doğru şövqlə gəlim, pak və ixlaslılar kimi Sənə yaxınlaşım, Səndən yəqin əhli tək qorxum, Sənin yanında mö`minlərlə bir cərgədə durum.”)

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin