Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə5/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   2   3   4   5   6   7   8   9   ...   55

Varlıq aləmi


İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Varlıq aləmindəki bütün mövcudlar atom adlı hissəcikdən təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu müşahidə etməkdə acizdir. Təsəvvür edin ki, ən iti iynənin ucunda 55x10(18) atom yerləşir. Əgər iynənin ucunu dağ ölçüsünə gətirə bilsək, hər atom milçək böyüklükdə olar. Atom üç hissədən təşkil olunmuşdur: mənfi yüklü elektron, müsbət yüklü proton və işarəsiz neytron. Protonlar və neytronlar atomun nüvəsini təşkil edir. Elektronlar isə bu nüvə ətrafında Ay Yer ətrafında fırlandığı kimi fırlanırlar. Varlıq aləminin atomlardan hansı üsulla yaranması yalnız Allaha bəllidir. “Kəhf” surəsinin 51-ci ayəsində oxuyuruq:

Biz insanı göylərin, yerin və onun özünün yaranışına şahid etmədik.”

Qur`ani-Kərimin buyurduqlarından aydın olan və alimlərin uzun-uzadı elmi araşdırmalardan sonra gəldikləri nəticə budur: Fəzada səpələnmiş tüstü və qaz zərrələri yalnız təsadüfən bir-birləri ilə toqquşurlar. “Fussilət” surəsinin 11-ci ayəsində oxuyuruq: «Sonra göylərin yaranışına diqqət etdi. Hansı ki, bir tüstü topası halında idi

Allah-Taala ulduzları yaratmaqla bizə ən yaxın olan səmanı bəzədi. Milyonlarla zərrə bulud topaları tək dövr etməklə mərkəzə doğru cəzb olundu. Bu fırlanma nəticəsində elə bir istilik yarandı ki, zərrə buludları alışıb qaranlığı işıqlandırdı. Nəhayət, milyon-milyon qızmış topalardan ulduzlar yarandı. Beləcə qaranlıq dünya işıqlandı və səma ulduzlarla bəzəndi.

Geniş bir ərazidə formasız bulud ətrafı eyni sıxlıqla doldurdu. Maddi zərrələr bir-biri ilə birləşdi. Bulud təlatümə gəlmiş qaz dəryasına döndü və fırlanmağa başladı. Hər biri bir iqlim boyda olan dalğalar bir-biri ilə toqquşub bu dəryada gözdən itirdi. Bu coşqun dəryada maddələrin fırlanması tə`sirindən sanki yivlər yaranırdı. Bu görüntülər asta-asta formalaşıb nizamlı varlığa çevrilirdi. “Süd yolu” kəhkəşanının bir tərəfində Günəş sistemi formalaşırdı. Bu sistem Allahın rəhməti sayəsində nizama düşürdü. Kəhkəşanın bir hissəsində təlatümlü bir tufan qopdu. Tünd qaz cərəyanları hərəkətə gəlib böyük fırfıra şəklində genişlənir, onun ətrafında işıq yaranırdı. Bu fırfıra hərəkət etdikcə qazlar yavaş-yavaş mərkəzə doğru irəliləyir və mərkəzdə əzəmətli bir nur mənbəyi olan Günəş işıqlanırdı. “Nuh” surəsinin 16-cı ayəsində oxuyuruq: Onların arasında Ayı işıqlandırıb, Günəşi nurlu çıraq etdi.”

Sonra Günəşin ətrafındakı qaz və toz hissəcikləri bir-birindən ayrılıb burulğanlara çevrildi. Bu burulğanlar Günəş ətrafında müxtəlif yollarla hərəkətə başladılar. Günəşə yaxın hərəkət edən burulğanlarda istilik, Günəşdən uzaq hərəkət edən burulğanlarda soyuq hakim idi. Hər bir burulğanda qaz və toz hissəcikləri əlaqəli hərəkət edirdi. Bə`zi qaz hissəciklərindən yaranmış buxar toz hissəciklərinə hopur və rütubətli hissəciklər bir-birinə yapışırdı. Bə`zən də bu prosesdə buz və gil parçaları da formalaşırdı. Hər bir burulğanda milyonlarla belə parçalar formalaşmaqdadır. Cazibə qüvvəsi onları bir-birinə doğru çəkir. Onlar bir-birinə yapışaraq nəhəng və fırlanan şarlar şəklinə düşür. Bu nüvələr ətrafındakı parçaları özünə cəzb edərək günü-gündən nəhəngləşir. Nəhayət, Allahın qüdrət və rəhməti sayəsində Yer planeti yaranır.

Digər burulğanlarda formalaşan planetlər Günəş ətrafında özünə yol seçir. Günəşə ən yaxın planet Ütarid, yə`ni Merkuridir. Merkuridən sonra Zöhrə (Venera), Yer, Mərrix (Mars), Müştəri (Yupiter), Zühəl (Saturn), Uran və Neptun gəlir. Sonuncusu isə Plutondur.

Atom nə qədər kiçikdirsə kainat bir o qədər böyükdür. İnsan heç zaman bu ölçünü dərk edə bilməyəcək. Saniyədə 300 min km. sür`ətə malik olan işıq ən yaxın ulduzdan dörd il müddətində yerə gəlib çatır. Kaliforniyadakı 5m. diametrli güzgüyə malik teleskop işığı yerə 10x10 (8) ilə çatan ulduzları müşahidə edə bilir. Müasir teleskoplarla müşahidə edilən ulduzları yüz illər boyu saysaq da qurtara bilmərik. Kəhkəşan o qədər əzəmətlidir ki, uzunluğu yüz min işıq ilini ötür. Ən güclü teleskopların görmə məkanında yüz əlli milyondan çox kəhkəşan mövcuddur. İki qonşu kəhkəşan arasındakı məsafə iki milyon işıq ilidir. İndi özünüz fikirləşin ki, teleskopun görmə məkanından kənarda nələr mövcuddur! Həzrət Əli (ə) buyurur: “Yaranış Allahın rəhməti əhatəsindədir. Elə bir rəhmət ki, yaranış və inkişaf, xeyir vermə və şərrin dəfi, formalaşma və nizam mayasıdır.”


Cahanın ən şərƏfli qonağı


Varlıq evinin bu sayaq bəzənib nizama salınması, müxtəlif ne`mətlərdən ibarət kamil bir süfrənin açılması şərəfli bir qonağın gəlişini zəruri edir. Bu qonaq ne`mətlərdən faydalanıb enerji əldə etməklə ilahi kitablara, peyğəmbərlər və imamların göstərişlərinə uyğun bəndəlik yolu seçməlidir. Dünya həyatını başa vurduqdan sonra bu möhtərəm qonaq ölüm dalanından keçib başqa bir dünyada əməllərinin əvəzini almalıdır. Öz bəndəlik vəzifələrini layiqincə yerinə yetirənlər ilahi rəhmət sayəsində Behiştdə sakin olasıdır.

İnsanın formalaşma mərhələləri


Qur`ani-Məcid insanın bətndəki “cənin” (döl) həyatını müxtəlif mərhələlərə bölür: “Allah-Taala sizi müxtəlif mərhələlərdə yaratdı.”25

1. İlk mərhələ: torpaq.

“Mu`minun” surəsinin 12-ci ayəsində oxuyuruq: “Biz insanı torpaq ünsürlərindən yaratdıq.” İnsan nütfəsi müxtəlif qidalardan, bitki, ət və süddən yaranır. Demək, sonradan insan şəklinə düşən nütfə torpaqdan hasil olur. Müasir elmi nailiyyətlərdən mə`lum olur ki, torpaq və insan eyni ünsürlərdən təşkil olunmuşdur. Həm torpağın tərkibində həm də insan orqanizmində dəmir, mis, kalsium, yod və s. elementlər mövcuddur.



2. İkinci mərhələ: su.

“Furqan” surəsinin 54-cü ayəsində buyurulur: “Bəşəri sudan yaradan Odur.” Bioloqlar insanı su tərkibli dəniz bitkisinə oxşadırlar, 70 kq. çəkiyə malik insan orqanizmində 50 l. su vardır. Bu nisbət, demək olar ki, sabitdir. Bədəndəki suyun 20 %-ni itirmiş insanın sağlamlığını bərpa etmək imkansızdır. Orqanizmdə hüceyrələrin suyu duzsuzdur. Amma hüceyrələrdən kənarda kalsium olmadığından suyun böyük hissəsini duzlar təşkil edir. Bu su dəniz suyuna oxşayır. Bir vaxt dəniz həyatını tərk edib quruya çıxan heyvanlar sanki dəniz suyunun bir hissəsini özləri ilə gətirmişlər.



3. Üçüncü mərhələ: ələq.

“Ələq” surəsinin 2-ci ayəsində oxuyuruq: “Allah-Taala insanı ələqdən yaratdı.” “Ələq” kəlməsinin lüğət mə`nası “soxulcan, zəli” deməkdir. Lakin ələq mikroskop altında müşahidə edilən nütfədəki “soxulcanlardır”. Ələq bətnə daxil olduqdan sonra onun divarlarına yapışır. Spermanın ölçüsü 4 sm²-dır. Onun hər santimetrində 100-200 milyon ələq hərəkətdədir. Bu ələqlər dişi hüceyrəyə doğru hərəkət edirlər.

Gənc anada 300x10(6) yetişməmiş yumurta mövcuddur ki, onlardan yalnız dörd yüzə qədəri yetişir.

4. Dördüncü mərhələ: dəyərsiz sudan yaranış.

“Səcdə” surəsinin 8-ci ayəsində buyurulur: “Sonra bəşər nəslini nütfədən – bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi.” Ələq, yə`ni sperma bətnə düşdükdən sonra toqquşma baş verir. Bu toqquşmada 200 milyon spermatozoid iştirak edir. Bu spermatozoidlər 15 km/saat sür`ətlə yumurtalara doğru hərəkət edirlər. Qəfildən minlərlə ələq toxumları əhatə edir. Ələq yumurtaya çatanadək bu proses davam edir. Toxumlardan ayrılan maye yumurtanı artıq ələqlərdən qoruyur. Beləcə 200 milyon spermatozoiddən yalnız biri insanın yaranışı üçün kifayət edir.Əgər iki ələq toxuma çata bilərsə bətndə iki insanın bünövrəsi qoyulur.



5. Beşinci mərhələ: yumurta hüceyrəsi.

“İnsan” surəsinin 2-ci ayəsində buyurulur: “Biz insanı qarışıq nütfədən yaratdıq.” İnsanın yaranması üçün ələqə qovuşmuş toxum bətnə düşməlidir. Ağ rəngdə olan toxumcuq spermatozoiddən 250 min dəfə böyükdür. Bu zaman yaranmış yeni hüceyrə “əmşac” adlandırılmışdır. Əgər müxalif hüceyrələr əmşac şəklində qarışmazsa, yaranış davam edə bilməz. Hamiləliyin ilkin dövründə əmşac parçalanmağa başlayır və heceyrə dəstələri yaranır.



6. Altıncı mərhələ: cəninin (dölün) formalaşması.

“Həşr” surəsinin 24-cü ayəsində buyurulur: “O, yaradan, yoxdan var edən və surət verən Allahdır. “Hüceyrələr təkmilləşdikdən sonra bətndə dölün, yə`ni insan mayasının inkişafı başlayır. Hüceyrələr əvvəlcə Allahın qüdrəti və rəhməti sayəsində ayrı-ayrılıqda inkişaf edirlər. Beyin, göz, qulaq və s. üzvlərin yaranışı müxtəlif hüceyrə qruplaşmalarında gedir. Dölün sol tərəfindəki kiçik şar onu qidalandırır. Qanda üzən bu şar qandan aldığı qida, su və havanı göbək vasitəsi ilə insana çatdırır.



7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi.

“Zumər” surəsinin 6-cı ayəsində oxuyuruq: “O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə əhatə olunmuşdur. Körpəni əhatə edən ilk pərdənin fəzası zülalla doludur və bu pərdə onu kənar zərbələrdən qoruyur. İkinci pərdənin də vəzifəsi körpəni digər tə`sirlərdən qorumaqdır. Üçüncü pərdə körpənin qarın hissəsini bürüyür və onun qidalanmasına kömək edir.



8. Səkkizinci mərhələ: ruhun üfürülməsi.

“Mu`minun” surəsinin 14- cü ayəsində oxuyuruq: “Sonra nütfəni laxtalanmış qana çevirdik, daha sonra laxtalanmış qanı bir parça ət etdik, bu əti sümüklərə döndərib yenə də ətlə bürüdük. Nəhayət, onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah necə də uca və uludur.” Əlbəttə ki, bu yaranışda bir çox həqiqətlər gizlidir. Xüsusilə bətndəki körpəyə ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz rəhmət və iradəsi ilə cansız bir varlığa can verir. Vücuduna ruh üfürülmüş döl barmağını ağzına aparır, bu vərdiş anadan olandan sonra ananın döşünü əmməkdə ona yardımçı olur.



9. Doqquzuncu mərhələ: doğuş.

“Nəhl” surəsinin 78- ci ayəsində buyurulur: Allah sizi analarınızın bətnindən çıxardı.” Körpənin doğulması prosesi yaranışda ən maraqlı hadisələrdəndir. Doqquz ay sakit və qaranlıq ana bətnində qalmış döl Allahın iradəsi ilə yeni bir dünyaya qədəm qoyur. O, bu yeni dünyaya alışmaq istedadına malikdir. 37° istiliyə malik ana bətnini tərk etmiş körpə gəldiyi dünyanın fərqli temperaturuna asanlıqla vərdiş edir. Uzun müddət qaranlıqda qalmış bu kiçik gözlərin işığa dözümü çox təəccüblüdür. Rütubətdən quru mühitə çıxmış körpə az əvvəl göbəyindən qidalandığı halda doğulduğu andan ağzı ilə qidalanmağa başlayır. Bütün bu incə gedişlər yalnız Allahın hər şeyi bürümüş geniş rəhməti sayəsində mümkün olur. Bu rəhməti anlayan insan astadan pıçıldayır: “Allahummə inni əs`əlukə birəhmətikəl-ləti vəsiət kullə şəy`”.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin