Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə51/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   ...   47   48   49   50   51   52   53   54   55

Xalqa xidmət


Qüdsi hədislərdə mö`minə ehtiram Allaha ehtiram, mö`minə hörmətsizlik Allaha hörmətsizlik hesab olunur. İslam Peyğəmbəri (s) Cəbrailin (ə) nəqlinə əsasən, Allahın belə buyurduğunu bildirir: “Mənim dostuma pislik edən şəxs açıq-aşkar Mənimlə döyüşə qalxmışdır.”426

Həzrət Peyğəmbər (s) buyurur: “Mö`min qardaşının bir istəyini yerinə yetirən şəxs sanki ömür boyu Allaha bəndəliketmişdir.”427

İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`min qardaşının bir istəyini yerinə yetirsə Allah-Taala Qiyamət günü həmin şəxsin yüz min istəyini yerinə yetirər ki, bu istəklərin birincisi Behiştdir.”428 “Elə ki, bir bəndə öz mö`min qardaşının hacətini yerinə yetirmək üçün ayağa qalxdı, Allah onun üçün bir sağ, bir soldan iki mələk göndərər. Bu iki mələk bəndə üçün bağışlanma diləyər və onun istəklərinin qəbul olması üçün dua edərlər.”429

İmam Baqir (ə) buyurur: “Həzrət Peyğəmbərdən (s) soruşdular ki, Allah yanında ən məhbub əməl hansıdır? “Allah yanında ən məhbub əməl müsəlmanı sevindirməkdir”-deyə Həzrət buyurdu. Soruşdular ki, müsəlmanı necə sevindirmək olar? Həzrət (s) buyurdu: “Acı doyurmaq, qüssəsini aradan aparmaq, borcunu ödəmək.”430

İmam Sadiq Allah-Taalanın belə buyurduğunu nəql edir:

“İnsanlar Mənim ailəm, süfrəmdən yeyənlərdir. Mənə onların ən əzizi, onlara mehriban olanlar və onların istəklərini yerinə yetirmək üçün çalışanlardır.”431

Həzrət Əli (ə) Allaha xidmət üçün güc istədikdən sonra bu xidmət üçün qəlb möhkəmliyi tələb edir.

Yəqin


Böyük filosof, “əl-Mizan” təfsirinin müəllifi mərhum Əllamə Təbatəbai yəqinə belə tə`rif verir: “Yəqin heç bir səhv və şübhənin yol tapmadığı bilikdir.”

Yəqin üçün üç dərəcə müəyyənləşdirilmişdir: elmül-yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə bir misalla aydınlaşdıraq. Divar başından tüstünü görən adamda odun varlığına olan əminlik elmül-yəqindir. Odu gözlə görən adamın əminliyi eynəl-yəqin, odda yanan adamın əminliyi isə həqqül-yəqindir.

Həzrəti Peyğəmbər (s) buyurur: “Yəqin əhlinin altı xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir və onun nəticələrindən həzər qılırlar; ölümdən sonra diriləcəklərinə yəqinlikləri var, ona görə də Qiyamət rüsvayçılığından qorxurlar; Behiştin haqq olduğuna inanır və ona can atırlar; Cəhənnəmin varlığına əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba əmin olduqlarından həmin hesabdan qabaq özlərini hesaba çəkirlər.”432

Yəqinin bu üç dərəcəsinə Qur`an ayələri və Əhli-beyt rəvayətləri vasitəsi ilə çatmaq olar. Bu iki mənbə vasitəsi ilə yəqinə çatmayan kəs heç nəyin vasitəsi ilə yəqinə çata bilməz.

Qur`an vasitəsi ilə yəqinə belə çatmaq olar: əvvəlcə ayələrə diqqət etməklə onların həqiqətən ilahi vəhy olmasına əmin olmaq. “Bəqərə” surəsinin 23-cü ayəsində buyurulur: “Əgər şəkkiniz varsa, siz də ona bənzər bir ayə gətirin.” “İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: “De ki, əgər insanlar və cinlər bir yerə yığışıb Qur`ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.”

Bu iki ayəyə yetərincə diqqət etdikdə insan Qur`anın Allah vəhyi olduğuna əmin olur. Əhli-beyt (ə) maarifi Qur`anın izahı, təfsiridir. Eyni yolla bu maarifə yəqinlik tapıb, yəqin əhli zümrəsinə daxil olmaq mümkündür.


“Allahummə və mən əradəni bisuin fə əridhu, və mən kadəni fəkidhu, vəc`əlni min əhsəni əbidikə nəsibən indəkə və əqrəbihim mənzilətən minkə və əxəssihim zulfətən lədəykə fəinnəhu la yunalu zalikə illa bifəzlikə və cudli bicudikə və`tif ələyyə biməcdikə vəhfəzni birəhmətikə
(“Pərvərdigara, mənim barəmdə pis düşünən haqqında Sən düşün, mənə hiylə qurana Sən özün cavab ver, məni Sənin yanında payı olan ən üstün, Sənə məqamca ən yaxın, hüzuruna yaxınlıqda xüsusi olan bəndələrindən qərar ver. Şübhəsiz ki, bütün bunlar yalnız Sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, Öz səxavətinlə məni bağışla, Öz böyüklüyünlə mənə nəzər sal, Öz rəhmətinlə məni hifz et.”)
İnsana pislik istəyən düşmənlər şeytan, nəfs həvəsi və ləyaqətsiz yoldaşdır. Onlar hər biri insanla hiylə ilə rəftar edir. Bu düşmənlər o qədər qüdrətlidirlər ki, Həzrət Əli (ə) onları məğlub etmək üçün Allahdan yardım istəyir.

Allah yanında məqama çatanlardan olmaq istəyən insan yəqinə ixlasa, əxlaqa, təqvaya can atmalıdır. “Hucurat” surəsinin 13-cü ayəsində buyurulur: “Şübhəsiz ki, Allah yanında sizin ən əziziniz ən təqvalı olanınızdır.”

İnsan səadətinin əsası olan təqva üçün üç mərhələ zikr olunmuşdur: ümumi, xüsusi və ən xüsusi. Ümumi təqva vacibləri yerinə yetirmək və haramları tərk etməkdir. Xüsusi təqva sahibləri məkruhlardan (bəyənilməyən şeylərdən), bə`zən isə mübahlardan da çəkinir. Ən xüsusi təqva isə Allahı unutduran hər şeydən çəkinməkdir.

Xacə Nizamülmülk və təqvalı kişi


Xacənin həyatından danışan tarix kitablarında rəvayət olunur ki, bir gün o, təqvalı bir kişi ilə rastlaşır. Xacə deyir: “Sən ehtiyaclı, mən isə varlıyam. Məndən bir şey istə.” Kişi deyir: “Mən Allahdan Onun Özündən başqa bir şey istəmərəm. Çünki Allahdan başqa bir şey istəmək layiq deyil. Belə olan halda səndən nə istəyim?!” Xacə deyir: “Sən məndən bir şey istəmədin, icazə ver mən səndən bir şey istəyim. Allahı yad etdiyin vaxt məni də xatırlayasan.” Kişi deyir: “Mən Allahı yad edəndə özümü unuduramsa, səni necə yada salım?!”

Əhməd Xezrəviyyə və oğru


Əxlaqlı xəlq olunub, hamı ilə əxlaqlı rəftar edənlər, həqiqətən, ilahi əxlaq cilvəsidirlər.

Rəvayət edirlər ki, bir gün Əhmədin evinə girmiş oğru dəyərli bir şey tapmayıb evdən çıxmaq istəyir. Onu gizlindən müşahidə edən Əhməd deyir: - “Sənin əliboş getməyinə razı deyiləm. Quyudan su çək, tövbə qüslü ver, dəstəmaz al, namaz qıl, bəlkə əlinə bir şey gəldi.” Oğru özündən ixtiyarsız Şeyxin əmrinə tabe olur. Hava işıqlanar-işıqlanmaz qapı döyülür, bir varlı şəxsin xidmətçisi Şeyxə yüz əşrəfi hədiyyə gətirir. Şeyx yüz əşrəfini oğruya verib deyir: - “Bu sənin bir gecə ixlaslı ibadətinin zahiri mükafatıdır.” Oğru bu işlərdən tə`sirlənib birdəfəlik doğru yola qədəm qoyur.


Yıxıldı torpağa, keçdi adından,

Tövbəylə qurtuldu günah odundan.

Ərz elədi Şeyxə “dönmüşəm daha”,

Çətin bir də yolum düşə günaha.

Bu günkü sevgini yaşayan andan

Ötən günlər üçün könül pərişan.

Nə yaxşı ki, səcdə oldu qismətim,

Pərdə altda qaldı çox cinayətim.

Gecə-gündüz gedəm mə`şuqa doğru

Çətin ki, ruhumda duyula ağrı.

Səadət axtarsan iki dünyada

Sal gerçək mə`budu hər zaman yada.


“Vəc`əl lisani bizikrikə ləhicən, və qəlbi bihubbikə mutəyyəmən, və munnə ələyyə bihusni icabətikə əqilni əsrəti, vəğfir zəlləti, fəinnəkə qəzəytə əla ibadikə biibadətikə və əmərtəhum biduaikə və zəmintə ləhumul-icabətə fəiləykə ya Rəbbi nəsəbtu vəchi, və iləykə ya Rəbbi mədədtu yədi, fəbiizzətikəstəcib li duai, və bəlliğni munayə və la təqtə` min fəzlikə rəcai, vəkfini şərrəl-cinni vəl-insi min ə`dai
(“Pərvərdigara! Dilimi zikrinlə danışdır, qəlbimi məhəbbətinlə doldur, mənə dualarımın qəbulu ilə minnət qoy, büdrəmələrimə göz yum, günahlarımı bağışla. Çünki Sən bəndələrinə ibadəti əmr etmiş, duaya çağırmış, duaların qəbuluna zəmanət vermisən. Ey Rəbbim, üzümü yalnız Sənə tutdum, ehtiyac əlimi yalnız Sənə uzatdım, Səni izzətinə and verirəm, duamı qəbul et, məni arzuma çatdır, ehsanından ümidimi kəsmə’ cin və insanlardan olan düşmənlərimin şərrini sona çatdır.”)


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə