Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır


İlahi rəhmətin ƏSRARƏNGİZ CİLVƏSİ



Yüklə 2,8 Mb.
səhifə6/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   2   3   4   5   6   7   8   9   ...   55

İlahi rəhmətin ƏSRARƏNGİZ CİLVƏSİ


Qəlb aynamızdan qəflət hicabını qaldıra biləcək maraqlı məsələyə - İlahi rəhmətin bir təcəllisinə nəzər yetirək:

İnsanın beyin mexanizmi elmi nöqteyi-nəzərdən ən maraqlı bir mexanizmdir. Bu mexanizmin gördüyü işi ən böyük zavodlar belə yerinə yetirmək iqtidarında deyil.

Beyinin funksiyalarından biri müxtəlif hadisələri qeydə alıb yaddaşa köçürməkdir. Yaddaş qurğusu beyində çox kiçik yer tutur. İnsanın əlli illik xatirəsini dərc etmək üçün 160 milyon nüsxə böyük formatlı iyirmi səhifəlik qəzet lazımdır. Beyin isə uyğun mə`lumatları analoqsuz mikromaqnitofon kimi qoruyur və bu işdə orqanizmin ümumi enerjisindən istifadə edir. Bəli, eyni işi görmək üçün nəhəng zavodlara və çox böyük miqdarda enerjiyə ehtiyac vardır.

Uşağın ana döşündən süd əmməsi üçün onun beynindən dodaqlarına siqnal gəlir və o heç bir çətinlik çəkmədən qidalanmağa başlayır. Ananın orqanizmində isə qandan süd yaradan avtomatik bir zavod işləyir. Bu zavodda gedən texnoloji proseslər, hələ ki, elmi izahını tapmışdır. Zavodun hasil etdiyi məhsul ananın döş xəzinələrində toplanır. Döş giləsi körpənin ağzı ilə mütənasib ölçüdə olur. Bu gilədəki mikro-dəliklər yalnız uşaq əmdiyi zaman açılır. Uşaq ana bətnində formalaşdığı zamandan ana orqanizmində süd istehsalına başlanır. Belə ki, uşaq doğulan kimi misilsiz qidasını hazır görür. Uşaq böyüdükcə südün də keyfiyyətində dəyişikliklər baş verir.

Yuxarıda sadalanan gerçəkliklər Allahın hər şeyi bürümüş rəhmətinin əsrarəngiz nümunələrindəndir. Bu gerçəklikləri dərindən düşünən insan hökmən təşəkkür üçün Allah dərgahına üz tutmalı və yeni-yeni feyzlər əldə etmək üçün deməlidir: «Allahummə’ inni əs’əlukə birəhmətikəl-ləti vəsiət kullə şəy’.»

Tənəffüs orqanları


Ağ ciyər bir orta həyat dövründə təqribən 500 milyon dəfə nəfəs alıb-verilməsini tə`min edir. Tənəffüs sistemində yüz minlərlə vəzi yapışqanlı maye ixrac etməklə məşğuldur. Bu vəzilər müxtəlif zərrə və tozların orqanizmə daxil olmasının qarşısını alır. Əgər bu maye olmasaydı, həmin zərrələr qısa bir müddətdə nəfəs borularını tutardı. Tənəffüs borularındakı mikro-tükcüklər daxil olan havanı müxtəlif zərrələrdən təmizləyir. Bu tükcüklər bir saniyə ərzində on iki dəfə artıq zərrələri təmizləyib həzm sisteminə göndərir.

Bəli, tənəffüs sistemi çox kiçik olmasına baxmayaraq, olduqca böyük işlər görür. Bu orqanın fəaliyyətində Allahın rəhməti açıq-aşkar nəzərə çarpır.


Dəri


İnsan dərisində orqanizmin tənəffüs prosesində iştirak edən mikro-dəliklər mövcuddur. Bu dəliklərin tutulması ölümlə nəticələnə bilər.

Dəridə tər ifraz edən vəzilər mövcuddur. Bu vəzilər təri ifraz etməklə bədənin temperaturunu həmişə sabit saxlayır.

Dəridə mövcud olan yağ vəziləri tükləri və dərini yumşaq saxlamaqda xüsusi rol oynayır.

Dəri bədəni zərərli xarici tə`sirlərdən müdafiə edir, mikrob hücumlarının qarşısını alır.

Bədəndə yaranmış zəhərli maddələr məhz dəri vasitəsilə tər şəklində xaric edilir.

Bədəndə insan həyatı üçün zəruri olan bir çox mayelər məhz dəri vasitəsi ilə qorunur.

İsti-soyuğu, mexaniki tə`sirləri hiss edən üzvlər dəridə yerləşir.
Ey çətin dərdlərin dəvasın qılan,

Ey uzun yolları mənzilə salan,

Xidmətində qul tək dayanmışam mən,

Yerinə yetəcək hər an nə desən.

Vücudum önündə səcdəyə düşmüş,

Könlüm mələklərlə göydə görüşmüş.

Nə bəla göndərsən qəbuldur yenə

Təki qovmayasan özündən genə.

Eşqinlə dövr edir damarda qanım,

Döyünməz ürəyim sussa imanım.

İnan, xəyalındır yaşadan məni,

Sənsiz zəhər dadır ömrün hər dəmi.

Başsız bir bədəndir varlığım Sənsiz,

Sərsəm bir yolçuyam doğma vətənsiz.

Əlbət ki, bir zaman şirin vüsalın

Dəyişər ömrümün ruhun, camalın.

dünya istərəm, nə də can, ey Yar!

Dünyam da, canım da eşq vardırsa, var!


Bədənin müdafiə sistemi


Allah-Taala insanı yaradarkən onun cismini qorumaq üçün beş müdafiə xətti qərar verdi:

1. Dəri insanın bədənini qala tək əhatə etmişdir.

2. Limfa vəzləri dərinin altında yerləşir və orqanizm üçün ikinci istehkam rolunu oynayır. İlk müdafiə xətti olan dərini keçən tə`sir limfa qatında müqavimətlə rastlaşır.

3. Selikli qişa pərdəsi orqanizmin bə`zi üzvlərini əhatə edir və həmin üzvlə eyni rəngdə olur. Məsələn, ürəyin iki selikli qişa pərdəsi var. Bu pərdələrdən biri ürəyi kənardan, digəri isə daxildən əhatə edir.

4. Mə`də turşusu bütün müdafiə xətlərini keçib mə`dəyə daxil olmuş mikrobu məhv edir.

5. Ağ qan kürəcikləri qana daxil olmuş mikroblarla mübarizə aparır və onları zərərsizləşdirir.

Bəli, bütün bu incəliklər, insanın kənar tə`sirlərdən həssaslıqla qorunması təsadüf deyil, “hər şeyi bürümüş rəhmətin” nümunəsidir.

Bitkilər və onların faydaları


Saysız-hesabsız bitkilər, bitki orqanizmlərindəki vitaminlər insan həyatının davamında müstəsna rol oynayır. Nəbatat aləminin əsl dəyəri yalnız Allaha mə`lumdur. Bitkilər də başqa mövcudlar kimi “kulli şəy’’”ə , yə`ni duada zikr olunan “hər şeyə” aiddir. Demək, nəbatat da ilahi rəhmətə bürünmüşdür.

Havanın tərkibində olan oksigen bütün canlı orqanizmlərin hərarətini qoruyan əsas amildir. Nəfəs alınan zaman oksigen ciyərə daxil olub qana qatılır. Qan tənzimləyən sistem bu oksigeni orqanizmin bütün nöqtələrinə çatdırır. Oksigen müxtəlif hüceyrələrdəki qidanı alışdıraraq həyat üçün zəruri olan enerjini istehsal edir. Bu prosesdə yaranan zəhərli karbon qazı qan vasitəsi ilə ağ ciyərə qaytarılır və tənəffüs yolu ilə havaya xaric olur.

Burada belə bir sual yaranır: bütün canlı orqanizmlər oksigeni qəbul edib karbon buraxmaqla məşğuldurlarsa, nə üçün atmosferdəki oksigen tükənmir – hər bir insan sutka ərzində tənəffüs vasitəsilə 250q. xalis karbon xaric edir. Təsəvvür edin ki, altı milyard insan və bir o qədər də heyvan fasiləsiz olaraq havanı karbon qazı ilə zəhərləyir. Bəs bu zəhərli qazlar hara gedir?

Allah-Taala öz rəhməti sayəsində bu müşkülü asanlıqla həll etmişdir. O, insanın tənəffüs prosesinin tam ziddinə olan tənəffüsə malik nəbatat aləmini yaratmışdır. Bu aləm insan nəslinin əksinə olaraq tənəffüs zamanı karbonu qəbul edib, havaya oksigen qaytarır. Nəticədə havanın tərkibindəki oksigen-karbon nisbəti nizamlanır.

Bitkilər yarpaq vasitəsilə havadan karbonu qəbul edir. Bitki orqanizminin mühüm bir hissəsini karbon tutur. Bəli, ilahi rəhmət hər bir bitki yarpağını belə əhatə etmişdir. Bitkinin gövdəsi, budaqları, yarpaqları, qönçələri, çiçəkləri ilahi rəhmət ağuşundadır. Bunu görməyən kəs kor, bunu düşünməyən kəs cahildir. İnsan Allahın ona verdiyi əql vasitəsilə ətrafdakı bütün ne`mətlərdən öz ehtiyaclarını ödəmək üçün istifadə edir.

Bəsirət gözünü açıb nəzər sal,

Görünməyə’ni gör, eşq ilə kam al.

Döyünsə ürəyin eşq ilə bir an

Görərsən ki, dünya tamam gülüstan.

Aldanma çəp gözə’ yalanı çoxdur,

Həqiqi bildiyi çox şey nahaqdır.

Könül sevəsidir gözün gördüyün,

Göz də görəsidir könül dərdiyin.

Həqiqət gözündə miskinlər xaqan,

Xaqanlar qarınçün otlayan heyvan.

Gədalıq çarıqsız qalmaqla deyil,

Qəlbi boş insanlar gədadır əsil.

Torpaq altda qalmış fədailər var,

Qiyamət günündə məşhurdur onlar.

İşdir, nəzər salsan hər zərrədə sən

İbrətlər, mə`nalar, hikmət görərsən.

Zahirdə nə varsa rəngə bürünmüş,

Daxilinə baxsan ayələr enmiş.

Bəsirət gözüylə gördüyün nə var

Bir Allah haqqında sənə danışar.

Əlbət ki, rənglərə uyan hər insan

Sorğu səhnəsində olar peşiman.

Amma eşq odunda işıqlananlar

Görərlər bu canda nə səhnələr var.

Xaliqin varlığın dərk eləyən kəs

Ötəri dünyaya göstərməz həvəs.

Eşit bu qulağın eşitmədiyin,

İç gözünlə seyr et rəhmət ətəyin.

Haqqa gedən yollar könüldən keçir,

Eşq odunu yandır, bax göz nə seçir.

O birdir, qeyrisi fənaya məhkum,

Hər nə var uçası, olmasa Qəyyum.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin