Ümumdünya Poçt İttifaqı



Yüklə 24,45 Kb.
tarix07.06.2018
ölçüsü24,45 Kb.
#52905

Ümumdünya Poçt İttifaqı

Ümumdünya poçt ittifaqı(ÜPİ),Universal Postal Union (UPU) Bu gün biz beynəlxalq məktublar göndəririk və bir an belə fikirləşmirik ki, niyə bizim məktublar maneəsiz dövlət sərhədlərini keçir, vizasız səyyahət edir. Bu imkanı biz 1874-cü ildə Ümumdünya poçt ittifaqı təşkil olunanda əldə etmişik.

ÜPİ-nın təşkil edilməsinə qədər, xaricə göndərilən korrespondensiyalara görə, göndərən şəxs tərəfindən öz dövlətinin sərhədinə kimi ödənilirdi Sonrakı xidmətlərə görə isə məktubu alan ünvan ödəyirdi. Təsəvvür edin hansı çətinliklər yaranırdı, əgər məktub tranzit olaraq bir neçə ölkənin ərazisini keçirdisə. Buda müxtəlif poçt tarifləri, müxtəlif qaydalar, müxtəlif pul sistemləri deməkdir. Bütün bu prblemlər də poçt işinin inkişafını çox ləngidirdi, buda bir çox dövlətlərdə mütəxəssisləri poçt tarif və qaydalarının unikllaşdırılması haqqında fikirləşməyə vadar edirdi. Ancaq praktikada Milli poçtlar arasında əməkdaşlığa çox az rast gəlinirdi. Universal avropa poçt hüququnun yaradılması haqqında ilk ciddi təklifi imperiya karolluğunun poçt xidmətinin nəzarətçisi Yozef Xext vermişdir.O,1749-cu ildə işıq üzü görmüş kitabında bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən Almaniya poçt tariflərini unikallaşdırmağa cəht etdi. Ancaq Xext zamanı çox qabaqlamışdı. Almaniyanın feodal parçalanma vəziyyətində olması poçtların birləşdirilməsinə və onların əməkdaşlığının təşkilinə imkan vermədi.

Ancaq yüz il keçəndən sonra müxtəlif alman poçt xidmətlərinin hüquqlarını tənzimləyən ilk müqavilə imzalandı hansı ki, Alman- avstriya poçt ittifaqının yaranmasının təməlini qoydu. Bu müqavilə 6 aprel 1850-ci ildə bağlandı. Tezliklə bura Bavariyanın, Saksonianın, Meklenburq-Şverinanın, Meklenburq-Ştrelisanın və Şlezviq-Qolşteynanın poçt xidmətləri qoşuldular. 1851-ci il ərzində onların ardınca Baden, poçt vilayəti olan Turn-i-Taksis, Qannover, Byurtemberq, oba Qessena, Nassau, Bremen, Lyuksemburq, Braunşveyq, Oldenburq, Lyubek və Hamburq daxil oldular. 1852-ci ildə artıq Alman-avstriya poçt ittifaqına bütün 17 alman poçt idarələri daxil idi. Ortaəsrlərə aid poçt maneələrini aradan götürmək alman dövlətlərinin öz aralarında iqdisadi və mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət etmiş oldu.

Alman- avstriya poçt ittifaqının əsası bir neçə böyük və eyni zamanda sadə prinsiplər oldu: vahid poçt tarifləri və müqavilə hansı ki, göndərilən məktublara görə, pul ödəmələrinin onu qəbul edən poçt idarələrinin sərancmında qalmasını tənzimləyir.

Alman-avstriya poçt ittifaqı, poçt əməkdaşlığının inkişafı və genişlənməsi istiqamətində bir çox məsələlərin həllinə köməçlik göstərmiş oldu. 19 alman dövlətini və Hamburq, Bremen və Lyubek kimi azad şəhərləri vahid dövlətdə birləşdirən 1867-ci ildə yaradılmış Şimalialman ittifaqı, hansında ki, Prussiya aparıcı rolda idi, Alman-avstriya ittifaqı öz əhəmiyyətini itirdi. Ancaq digər dövlətlərlə poçt əməkdaşlığındakı problemlər qalmaqda idi.

Beynəlxalq poçt əlaqələrinin sadələşdirilməsi və qaydalaşdırılması çağrışı, ilk dəfə Amerika tərəfindən oldu. 1862-ci ilin avqust ayında ABŞ general-poçtmeysteri Montqomeri Bler müxtəlif dövlətlərin poçt qrumları nümayəndələrinin konfransının çağırılması haqqında xarici işlər naziri Styuarda təkliflə müraciyət etmişdir. Razılıq aldıqdan sonra, M. Bler və onun müavini Kesson beynəlxalq poçt rabitəsi problemlərinə həsr olunmuş konfransın kençirilməsi üçün müxtəlif dövlətlərin ünvanlarına məktublar göndərdilər. Belə bir konfrans 1863-cü il mayın 11-də Parisdə keçirildi. Konfransın işində 14 dövlətin poçt qrumlarının nümayəndələri iştirak etdi. Bu knfrans poçt ittifaqının gələcəyinin əsasını qoydu.

Almaniyada bu cür ideya ilə Prusiyanın poçt müşaviri Qenqix Fon Stefan (1831-1897 illər) çıxış etdi. O, öz karyerasını yazar qismində başlamış və ardıcıl olaraq Prusiya poçt ierarxiyasının zirvələrinə doğru bütün yolu keçmişdir. İnzibati təcrübə və o vaxtçı mürəkkəb poçt tarifləri sistemi ilə yaxından tanışlıq ona imkan verdi ki, köhnəlmiş və yöndəmsiz poçt sistemində reformalar keçirərək onu müasir rabitə müəssəsinə kevirsin. Tezliklə Şimalialman ittifaqının yaranmasından sonra, "poçt xidməti haqqında" qanun qəbul edildi, hansı ki, ilk dəfə olaraq məsafə nəzərə alınmadan göndərilənlərin çəkisindən asılı olaraq poçt tariflərini müəyyənləşdirirdi. Həmçinin pul, qəzet və bağlamaların çatdırılmasına görə vahid tariflər çıxarıldı. 1868-ci ildə Stefan ümumdünya poçt uniyasının layhəsini çap etdirdi.

ABŞ-da vətəndaş (1861-1865) və Fransa- Prusiya (1870-1871) müharibələri Paris knfransında qəbul edilmiş tədbirlərin həyata keçirilməsini ləngitdi.

1870-ci ildə Qenrix Fon Stefan Şimalialmaniya ittifaqı poçtunun baş direktoru vəzifəsinə təyin edildi və praktiki olaraq ÜPİ-nın təşkili ilə məşqul olmağa başladı. Onun fədakarlığı nəticəsində 19 yanvar 1874-cü ildə İsveçrənin poçt rəhbərləri Berndə keçiriləcək poçt konqrsinə öz nümayəndələrini göndərmək barədə dəvətə müsbət cavab verdilər. 15 sentyabrda bütün avropa ölkələrinin, ABŞ və Misirin səlahiyyətliləri bir yerə toplandı.Toplantılarda beynəlxalq poçt rabitəsinin əsas prinsipləri müəyyənləşdirildi və 9 oktyabır 1874-cü ildə Ümum poçt ittifaqının yaradılması haqqında müqavilə imzalandı hansı ki, 1 iyul 1875-ci il tarixdən qüvvəyə mindi.

1874-cü ildə ÜPİ artıq, ərazisi 37 mln. kv. km, əhalisi 300 mln olan 22 dövləti əhatə edirdi. 25 ildən sonrd bu rəqəmlər əhəmiyyətli dərəcədə dəyişildi. ÜPİ əhalisi 1 mlrd artıq , ərazisi 102 mln. kv km olan bir sahədə fəaliyyət göstərirdi. " İttifaqın əhatə etdiyi ərazidə hər il 5 mlrd məktub, 2 mlrd poçt vərəqələri, 8 mlrd dövrü mətbuat və kitab, 200 mln müxtəlif malların nümunələri, 50 mln qiymətli məktublar və 300 mln-dək bağlamalar və ümumilikdə 20 mlrd-dək göndərişlər həyata keçirilir".

Ümumiyyətlə ÜPİ-nın yubileyləri həmişə nəzərə çarpacaq dərəcədə qeyd edilir. Bir çox ölkələrdə yaddaş markaları buraxılır, qəzet və jurnallardap kütləvi məqalələr çap olunur, o cümlədəndə statistik xarakterli. Mən istəyirəm 1899-cu ildə buraxılmış statistik toplumdan bir misal gətirəm. "Bu il ÜPİ yaranmasının 25 ili tamam olur.Vebersik tərəfindən tərtib (Weltpoststatik.V.I.Webersik.1899) olunmuş statistik poçt atlasının mövculuğundan istifadə edək. Avstraliyada 15,3, ABŞ-da 71200, Almaniyada 33219, İngiltərədə 20398, Rusiyada 6155(Finlandiya daxil olmaqla) poçt bölməsi var. Hər 10000 nəfərə ABŞ-da 10,2, İsveçrədə 11,6,Portuqaliyada 6,6, İngiltərədə 5,2 və Rusiyada 0,7 poçt bölməsi var. Hərdən korespondensiyaların sayına görə dövlətin mədəni inkişafının səviyyəsi ölkülür. Ən çox, adam başına düşən məktubların sayı İngiltərədə 47, Avstraliyada 45, İsveçirədə 42,5, ABŞ-da 37 və Rusiyada bu rəqəm 2-dir.Poçt əlaqələrinin Rusiyada yaxşılaşdırılması bizim şəxsi tələbimz deyil. Bu lozunq sənaye Rusiyasının olmalıdır, başqa cürə inkişaf etməmiş poçt Rusiyada sənayenin inkişafını ləngidəcəkdir. Valın quberniyasının Ovruç uezdinin bəzi yerlərində korespondensiyalar ayda bir dəfə alınır, bununla yanaşı Fransada məktubların gündəlik çatdırılması məcburi xarakter daşıyır.

Rusiya poçtunu bu gündə, hava praqnozu bürosu kimi əvvəlki tək söyürlər. Bu gün infliyasiyanın vəziyyəti, dövlətin köçməsi və 100 il fəaliyyətdə olan rabitə sisteminin dağılması nəticəsində poçt mürəkkəb vəziyyətə düşmüşdür. Yada salaq ki, keçmiş əsrlərdə dövlətlərin, xalqların birləşdirilməsi üçün vacib addımlardan biri də unikallaşdırılmış poçt tariflərinin tədbiq olunması oldu. Biz isə bunların əksini yaşayırıq: İttifaq respublikaları, indiki müstəqil dövlətlər arasında korrespondensiyaların daşınmasına görə tariflərin qaldırılması, insanların bir – birindən uzaqlaşmasına gətirib çıxardı. Bunun da təşəbbüskarı Pribaltika ölkələri oldu – nəticədə Rusiyada hətda məktubların daşınması üzrə şəxsi firmalar əmələ gəldi. Poçt – ümumilikdə cəmiyyətin sinir sistemidir. O, birinci növbədə şəxsi münasibətlər baxımından insanları biri-birinə bağlayır, buna görədə poçtun işi və vəziyyəti hər birimizə təsirini göstərir.

Rus poçtu ölkədəki iqtisadi böhranı necə yaşadı.Bunun üçün Rusiya poçtunun özü çap etdiyi materiallardan istifadə edək (FSPS RF).

90%-dən çox poçt korrespondensiyalarını, fərdi şəxslərdən və təşkilatlardan olan məktublar və bağlamalar, 9%-ni xidməti, 1%-dən azını isə qiymətli məktublar və bağlamalar təşkil edir. Beləliklə göstərilən məlumatların demək olar ki, hamısı adi məktublara aiddir.

1990–1995–ci illərdə Rusiyada çıxan korrespondensiyaların sayı 2,5 dəfə azalmışdır. FSPS-in məlumatlarına görə poçt daşımalarının illik həcmi ( milyonla göstərilmişdir): 1990-cı ildə – 4,409 (ildə adam başına 29 məktub), 1991-ci ildə – 3,964 (26), 1992-ci ildə – 3,033 (20), 1993-cü ildə – 2,294 (15), 1994-cü ildə – 1,800 (12), 1995-ci ildə – 1,797 (12) təşkil etmişdir.

Belə vəziyyətin yaranmasının səbəbləri bir neçədir: birincisi Rusiya vətəndaşlarının maddi durumlarının kəskin pisləşməsi, içincisi və başlıcası poçtların nəyin bahasına olursa olsun, öz maddi vəziyyətlərini poçt tariflərinin qiymətlərini kəskin qaldırılması hesabına düzəltmək istəmələri. Nəticədə poçt xidmətlərindən əhalinin əksər hissəsi məhrum olur, buda öz növbəsində poçt gəlirlərinin azalmasına səbəb olur və yenidən tariflərin qaldırılmasına cəhd olunur. Baha qiymətə bağlamalar göndərmək sərf etmir. Çox tez-tez poçt tarifləri, bağlamaların dəyərindən baha olur. Nəticədə əhali ya ümumiyyətlə poçt xidmətlərindən imtina edir, yada alternativ göndərmə üsulları ( məsələn, sərnişin qatarının bələdçisi ilə ) axtarır. Bu həm sərfəli və ehtibarlıdır. Filatelistik sərcilərin iştirakçılarının kəskin azalmasıda, bir başa poçt xidmətlərinin qalxması ilə əlaqədardır, hansı ki, saxlanmasına zəmanət olmaya olmaya daşınmalara görə böyük pullar götürürlər. Məgər belə bir faktı başa düşmək olarmı ki, dövrü mətbuatın abunəçilərə çatdırılmasının qiyməti, qəzet və jurnalın qiyməti qədər olur. Bununlada bu işlə məşqul olan alternativ təşkilatlar yaranır. Yenə Rusiya poçtu özünün böyük sayda müştərilərini itirir. Biz əvvəldə qeyd ettiyimiz kimi hərdən, dövlətin mədəni inkişafı korrespondensiyaların sayı ilə ölkülür. Rus poçtunun uzaq görməyən siyasəti nəticəsində, dövlət tezliklə yenidən öz keçmiş "naliyyətlərinə" qayıdacaq. Xidmətin keyfiyyəti haqqında danışmağına belə dəyməz. Bu problem görsənir ki, heç vaxt həll edilməyəcək.

Misal üçün 300 il bundan əvvəlki tarixi faktı göstərmək olar. XVII – XVIII əsrlərdə Rusiyaya poçtla yüklər göndərilirdi, hansı ki, bunları biz poçt göndərişi hesab etməzdik: həsir bağlamalarda 10 putdan artıq balıq, boçkalarda kürü, sirkə və şərab göndərilirdi. 1699-cu ildə A. Vinius riqa poçt işçisi Qrenada şikayyət edərək, poçt ilə göndərilmiş kürünün itirildiyini bildirərək, özünə haqq qazandırmaq əvəzinə, kobud cavablar verirdi. Belə hallara bizim vaxtdada tez-tez rast gəlinir.

Bundan sonra bədbin hallar haqqında danışmayacağıq. Bu gün ÜPİ demək olar ki, dünyanın bütün ölkələri daxildir və ittifaqın üzvülük markası ilə məktublar əlavə ödəniş olmadan hər hansı başqa dövlətə çatdırılır. Bütün dövlətlər, hansılardan ki, məktub keçir, onun daşınmasın pulsuz edirlər. Pulu ancaq göndərən dövlət alır. Bunu ədalətli saymaq olar, ona görə ki, bu hüquqdan bütün dövlətlər istifadə edir.



Sonda qeyd etmək lazımdır ki, XIX əsrin axırlarında ÜPİ-nın konqresində beynəlxalq poçt markasının qəbul edilməsi məsələsi ciddi müzakirə olunmuşdur hansı ki, eyni zamanda bu müxtəlif dövlətlərlə münasibətlərdə beynəlxalq xırda sikkə kimi rol oynaya bilər, Bu fikir həyata keçmədi və eyni zamanda yaddanda çıxmadı. 1909-cu ildə ÜPİ-nın beynəlxalq cavab kuponları meydana çıxdı (COUPON REPONSE INTERNATIONAL), hansı ki, ÜPİ üzv ölkələrin bir çoxunda buraxılırdı. Bu kuponları hər bir şəxs öz ölkəsində alıb və başqa bir dövlətə gedəndə o, dövlətin poçt markasına dəyişə bilərdi. ÜPİ-nin qaydalarında göstərilirdi ki, "bu kuponlar ÜPİ üzv dövlətlərin hamısında, adi qydada xaricə göndərilən məktubun ödəniş dəyərinə uyğun, bir və ya bir neçə markaya dəyişdirilə bilər".Bəzi mütəxəssislər ÜPİ-nin kuponlarını bölünməz, vahid şeylərə Aid edirdilər, ona görə ki, onun nominalı var idi və onun alınma və istifadə yerlərində ona təqvim möhürü vurulur. Eyni zamanda poçt odənişi nişanlarının və vahid şeylərin dərəcəsi ilə əlaqədar bir çox məsələlər kimin buda mübahisalidir.
Yüklə 24,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin