Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları



Yüklə 105,01 Kb.
səhifə1/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
  1   2   3   4   5   6   7   8   9   ...   41

AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ

 

 



Ümumi hissə

 

I bölmə

 

Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları

 

I fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Cəzaların icrası qanunvericiliyi



 

Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

Maddə 2. Cəzaların İcrası Məcəlləsinin məqsəd və vəzifələri



 

2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır.

2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir.

2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.

 

Maddə 3. Cəzaların İcrası Məcəlləsi və beynəlxalq hüquqi aktlar



 

3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır.

3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

3.3. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilməməsinə əsaslanır. 

 

Maddə 4. Cəzaların icrasına dair normativ hüquqi aktlar



 

Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə bilərlər.

 

Maddə 5. Cəzaların İcrası Məcəlləsinin məkana və zamana görə qüvvəsi



 

5.1. Bu Məcəllə Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edilir.

5.2. Cəzaların icrası, habelə məhkumlara islah edilmə vasitələrinin tətbiqi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi onların icrası zamanı qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

 

Maddə 6. Cəzaların icrasının əsasları



 

Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. 

 

Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri



 

Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların və barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərin qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır. 

 

Maddə 8. Məhkumların islah edilməsi və onun əsas vasitələri



 

8.1. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır.

8.2. Məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır:

8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim);

8.2.2. tərbiyə işi;

8.2.3. ictimai faydalı əmək;

8.2.4. ümumi təhsil;

8.2.5. peşə təhsili və peşə hazırlığı;

8.2.6. ictimai təsir.

8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin