Ümummilli lider Heydər ƏLİyev: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir



Yüklə 17,97 Kb.
tarix31.12.2021
ölçüsü17,97 Kb.
#113435
Az dili 1

Ümummilli lider Heydər ƏLİYEV: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.

Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider Heydər Əliyev belə tarixi şəxsiyyət idi.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında Azərbaycan Respublikası prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı və Nazirlər Kabinetinin 25 iyun 2001-ci il tarixli 113 saylı sərəncamı ölkənin təhsil sistemində dövlət dilinin - Azərbaycan dilinin tədrisi və latın qrafikasının tətbiqi sahəsində icra üçün direktiv hüquqlu normativ sənəd kimi qəbul edilmişdir.
Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider demişdir: "Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi rəhbərin dil siyasətini də uğurlu davam etdirir, Dövlət Dil Komissiyasının rəhbəri kimi dilimizə dövlət səviyyəsində diqqət və qayğı göstərilir.
Respublika Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda demişdir: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub... Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır."
Dilin qorunmasında və inkişafında məktəbin, xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rolu böyükdür. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimləri kursantların orfoqrafik və orfoepik normalara tam şəkildə riayət etmələri üçün bütün dərs və məşğələlərdə ədəbi dilin normalarını, bu normaların tələblərini ətraflı izah etməyə, başa salmağa çalışırlar. Biz kursantlara - gələcəyin zabitlərinə nitq mədəniyyətini tədris edə-edə həm də dilimizi sevdiririk. Bildiyimiz kimi, dil və nitq bir-biri ilə üzvi şəkildə bağlıdır. Ünsiyyət prosesi olan nitq dilin ifadə imkanları əsasında meydana çıxır. Nitq dildən törəyir, dinləyib-anlama, dinləyib anlatma, başa düşmə, danışma, oxu və yazı formalarında təzahür edir. Biz bütün dərs və məşğələlərdə kursantların nitqində ədəbi dilin fonetik, leksik normalarına riayət etmələrinə məsuliyyətlə yanaşırıq. Həm də bunun nəticəsidir ki, bu gün onlar dilimizi çox gözəl bilir və onu ürəkdən sevirlər.
Biz dərs və məşğələ prosesində kursantlara ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü cahanşümul və səmərəli işlərdən, həyata keçirdiyi uğurlu islahatlardan da ətraflı danışırıq. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, mənəvi-mədəni həyatını da diqqətindən kənarda qoymamış, bu sahədə də böyük işlər görmüşdür. Onun zəngin təcrübəsi, fitri təşkilatçılıq qabiliyyəti və istedadı, həm Şərq, həm də Qərb dünyasını yaxşı tanıması, mənsub olduğu xalqın mentalitetinə bələd olması respublikanın mənəvi-mədəni iqlimin inkişaf perspektivlərinin dəqiq müəyyənləşdirilməsini təmin edirdi.
Ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan ulu öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə istiqamətdə qururdu. Bunlardan birincisi, heç şübhəsiz ki, Ulu Öndər bu sahədə həmişə şəxsi nümunə olmuşdur.
Ümummilli Lider 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda ana dilində çıxış etdi. Dahi rəhbərin ana dilinə verdiyi qiymət, bu dilin inkişafı, yayılması, böyük ictimai-siyasi mövqeyə malik olması üçün gördüyü işlər cəmiyyətdə milli şüurda həmişə öz təsir gücünü saxlayırdı.
Ulu öndər Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq."
Yüklə 17,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə