Ümumtəhsil məktəblərinin inşa standartlarının/normalarının hazırlanması



Yüklə 11,8 Kb.
tarix29.07.2018
ölçüsü11,8 Kb.
#62744

İŞ YERİ BARƏDƏ ELAN

Vəzifə/işin adı:

Ümumtəhsil məktəblərinin inşa standartlarının/normalarının hazırlanması (16 nəfər milli məsləhətçi):

  1. Məktəb binalarının memarlıq və planlaşdırma dizaynları üzrə mütəxəssis (qrup rəhbəri)

  2. Bina konstruksiyası/qurğuların dinamikası üzrə mütəxəssis

  3. İnşaat materialları və malları üzrə mütəxəssis

  4. Mühəndislik avadanlığı və qurğuları, istilik, ventilyasiya və havasoyutma sistemləri, o cümlədən (enerjiyə) qənaətli və davamlı dizayn üzrə mütəxəssis

  5. Elektrik təchizatı üzrə mütəxəssis

  6. Binadaxili dizayn, o cümlədən məktəb mebelinin spesifikasiyaları və rənglərdən istifadə qaydası üzrə mütəxəssis

  7. Şəhərsalma/şəhər planlaşdırması üzrə mütəxəssis

  8. İnşaat işlərinin icraçısı (prorab) və yol tikintisi üzrə mühəndis

  9. Landşaft üzrə memarı

  10. İnşaat sahəsinin/binanın təhlükəsizliyi üzrə mütəxəssis

  11. Yanğından mühafizə və təhlükəsizlik üzrə mütəxəssis

  12. Su təchizatı və kanalizasiya üzrə mütəxəssis

  13. İşıqlandırma üzrə mütəxəssis

  14. Akustika üzrə mütəxəssis

  15. Memar/Avtomatlaşdırılmış (kompyuter vasitəsilə) layihələndirmə (CAD) üzrə mütəxəssis

  16. Tərtibatçı rəssam

Müəssisə/layihə:

Təhsil Sektorunun İnkişafı Layihəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu (LƏQ)

Müddət:

2006-2007-ci illər

Yer:

Bakı

Vəzifə və öhdəliklər:

Ümumtəhsil məktəblərinin inşa standartlarının/normalarının hazırlanmasında

  • Beynəlxalq məsləhətçi tərəfindən hazırlanan müvafiq ixtisas sahələrinin əsas prinsipləri barədə təqdimatı nəzərdən keçirmək

  • Əsas məqamları nümayiş etdirmək məqsədilə texniki təfərrüatlar əlavə etməklə və Azərbaycandan nümunələr (habelə beynəlxalq məsləhətçinin təklif edə biləcəyi xarici ölkələrdən nümunələr) gətirməklə təqdimatı genişləndirmək

  • Əsas dizayn və qiymətləndirmə meyarlarının yaddaş siyahısını hazırlamaq

İxtisas tələbləri:

  • Müvafiq ixtisas sahəsi üzrə təcrübə

  • Praktik səriştə və yaradıcı yanaşma

Müraciət qaydası:

Tələb edilən aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Ərizə məktubu

  2. Tərcümeyi-hal (CV)

Müraciət üçün son tarix:

26 iyun 2006-cı il, saat 18.00

Əlaqələndirici şəxs:

LƏQ-in satınalma üzrə meneceri Sevil Məsimova

Əlaqələndirici şəxsin ünvanı:

Azərbaycan, AZ1008, Bakı şəhəri, Xətai prospekti 49, Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Tel.: (994-12) 496-37-59/60 Faks: (994-12) 496-37-61

Elektron poçtu: smasimova@ultel.net

Yüklə 11,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin