Ünvan: Əlaqə telefonu



Yüklə 42 Kb.
tarix10.01.2022
ölçüsü42 Kb.
#107903

__________________MƏHKƏMƏSİNƏ


İddiaçı: _________(ad,soyad,ata adı)

Ünvan: __________

Əlaqə telefonu: ______________
Cavabdeh: _________(ad,soyad,ata adı)

Ünvan: ____________

İDDİA ƏRİZƏSİ

(nikahın pozulmasına dair)
İşin faktiki halları:

Mən, ____________(ad,soyad,ata adı) cavabdeh ____________(ad,soyad,ata adı) ilə 04 iyun 2004-cü il tarixdə ________ nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlamışıq.

Cavabdehlə nikahımızdan _____-ci il təvəllüdlü ___________(ad,soyad,ata adı) və __________ci il təvəllüdlü __________(ad,soyad,ata adı) yetkinlik yaşına çatmayan övladlarımız var.

Bildirirəm ki, hazırda cavabdehlə ailə-nikah münasibətlərimizi yekunlaşdırmaq qərarına gəlmişik və bu məqsədlə məhkəməyə müraciət edirəm.

Qeyd edirəm ki, yetkinlik yaşına çatmayan uşaqlarımız _________-ci il təvəllüdlü __________(ad,soyad,ata adı) və __________ci il təvəllüdlü __________(ad,soyad,ata adı) mənim yanımdadır.
Hüquqi əsaslar:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

Yuxarıda sadalanan nikahın pozulmasına dair ailə hüquq münasibətlərinə dair maddi hüquq normaları cavabdehlə aramızda olan nikahın pozulması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqi əsasları yaradır. Göstərilənlərə əsasən hesab edirəm ki, mənimlə cavabdeh arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulmalıdır.

Hesab edirəm ki, yetkinlik yaşına çatmayan uşaqlarımız - 05.06.2008-ci il təvəllüdlü Kərimli Əsra Tural qızı və 20.07.2009-cu il təvəllüdlü Kərimli Turay Tural qızı mənim yanımda qalmalıdır. Buna görə də bu məsələ Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən həll edilməlidir.

Mülki Prosessual Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Buna uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarımızın mənim yanımda olmasını nəzərə alaraq iddia ərizəsini iddiaçı olaraq mənim yaşayış yerimə uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verirəm.

Yuxarıda göstərilən faktiki və hüquqi əsaslara istinad edərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən


XAHİŞ EDİRƏM:


  1. Mən, _____________(ad,soyad,ata adı) və cavabdeh ___________(ad,soyad,ata adı) arasında ___________ tarixdə __________ nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla bağlanılmış nikahın pozulması haqqında qətnamə qəbul edəsiniz;

  2. Yetkinlik yaşına çatmayan uşaqlarımız ____________ci il təvəllüdlü _________(ad,soyad,ata adı) və ____________ci il təvəllüdlü____________ (ad,soyad,ata adı) mənim yanımda saxlanılması barədə qətnamə çıxarasınız.



İddia ərizəsinə əlavə olunan sənədlər:


  1. İddia ərizəsinin surəti – 1 (bir) nüsxədə;

  2. Dövlət rüsumunun ödənilməsinə dair qəbz;

  3. Nikah haqqında şəhadətnamə;

  4. Uşaqların doğum haqqında şəhadətnamələrinin notarial təsdiqli surətləri;

  5. Mənim və cavabdehin şəxsiyyət vəsiqəsinin surətləri.




Tarix:


İmza:____________
Yüklə 42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin