UOT 631.45
TORPAQ STRUKTURUNUN MÜNBİTLİYİN ARTIRILMASINDA ROLU
Kənd təsərrüfatı elmləri namizədi O.A.Seyidzadə,
alim-aqronom S.F.Abdullayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Zəngin təbii sərvətlərə malik olan Azərbaycan, torpaq örtüyünün müxtəlifliyinə görə də xüsusi diqqət, cəlb edir. Torpaqlardan düzgün istifadə etmək, onun münbitliyinin itirilməsinə yol verməmək məqsədilə torpaqların xassələrini və xüsusiyyətlərini bilmək vacib məsələlərdən biridir.
Torpaqların münbitliyinin artırılmasında strukturun böyük əhəmiyyəti var. Azərbaycan torpaqlarının strukturu M.İ.Cəfərov, R.Q.Məmmədov, N.A.Kaçinskiy, A.E.Novikov və b. tərəfindən öyrənilib [1,2,3,4]. Burada əsas yeri struktur əmələgəlmə prosesi tutur. Bu istiqamətdə görülən bütün işlərdə ekoloji şəraitin əhəmiyyəti, yəni struktur əmələgəlmə prosesində təbii amillərin rolu kifayət qədər deyil. Torpaq strukturu uzunmüddətli fəal torpaq əmələgəlmə proseslərinin nəticəsində yaranır. Torpağın inkişafı ilə onun strukturu da inkişaf edir və dəyişir. Azərbaycanın ərazisində mürəkkəb təbii amillər çoxsaylı torpaq müxtəlifliklərinə və strukturun müxtəlif formasının əmələ gəlməsinə səbəb olmuşdur.
İqlimin rolu torpaq və struktur əmələgəlməsində böyükdür. V.R.Volobuyev göstərmişdir ki, ən çox torpaq xassələri ilə sıx əlaqəli olan əsas iqlim elementləri temperatur şəraiti və nəmlikdir [5].
Torpağın fiziki xassələri içərisində torpaq strukturu əsas yer tutur. Torpaq strukturu ilə torpağın su, duz, hava və istilik rejimləri bağlıdır. Torpaq münbitliyinin yüksəldilməsinin fiziki üsulları əsasən onların quruluşu, kipliyi və strukturunun yaxşılaşdırılması ilə yerinə yetirilir.
Struktur torpağın ən mühüm xassələrinə təsir göstərməklə, canlı orqanizmlərin fəaliyyətini yaxşılaşdırır, su, hava, istilik və qida maddələrinin rejimini nizamlayır. O, torpağın məhsuldarlığının mühüm aspektlərindən biridir. Strukturlu torpaqlarda aqreqatların təşkil olunub torpaqda paylanması əsas məsələrdən biridir. Aqreqatın ölçüsü, forma və onların yerləşməsi, torpağın ümumi həcmini və eləcə də paylanmasını və boşluqlar arasındakı əlaqəni müəyyən edir.Torpaqların aqrofiziki xassələrinin yaxşılaşdırılması və strukturunun bərpası, münbitliyin artırılması üçün çox vacibdir. Bu, ərazimizin kənd təsərrüfatı baxımından yüksək mənimsənilməsi, kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldarlığının əldə edilməsi zəruriyyətilə bağlıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Daşkəsən, Şəmkir və Samux rayonları ərazisində yayılmış torpaq tiplərinin konvensional və təsərrüfatçılıq şəraitində struktur xüsusiyyətlərinin tədqiqini qarşımıza məqsəd qoymuşuq. Bunun üçün aşağıdakı işlərin görülməsi nəzərdə tutulmuşdur:
1.Torpağın struktur xüsusiyyətlərinin təıyini.
2.Torpağın fiziki-mexaniki xassələrinin öyrənilməsi.
3.Torpağın su-fiziki xassələrinin öyrənilməsi.
4.Torpaqda struktur əmələgəlmə prosesinin ekoloji şəraitinin öyrənilməsi.
5.Torpağın qranulometrik tərkibi, kiplik və məsaməliyinin təyini.
6. Struktur əmələgəlmə prosesində fiziki-mexaniki, fiziki-kimyəvi, kimyəvi və bioloji amillərin öyrənilməsi.
7. Torpağın nəmliyinin təyini.
8. Torpaqda mikroorqanizmlərin təyini.
9. Struktur elementlərinin təsnifatının təyini.
10.Suyadavamlı aqreqatların əsas komponentlərinin yayılma qanunauyğunluğunun öyrənilməsi.
11. Torpaqların eroziyaya uğrama dərəcəsinin təyini.
Bizim tərəfimizdən tədqiqatlar Daşkəsən rayonunun qəhvəyi dağ-meşə və qonur dağ-meşə torpaqlarında, Şəmkir rayonunun şabalıdı və çəmən, Samux rayonunun şabalıdı, çəmən və boz torpaqlarında aparılması nəzərdə tutulmuşdur.Bu məqsədlə biz 2009-cu ildə Daşkəsən rayonunun tədqiqat aparılan sahələrində 5 ədəd torpaq kəsimləri qoymuşduq. Qazılmış kəsimlərdə torpağın morfoloji əlamətləri təsvir edilmişdir. Kəsimlərdən torpaq nümunələri götürülərək muxtəlif aqrokimyəvi və aqrofiziki analizlər edilmişdir.
Ərazinin torpaq örtüyü öz əmələgəlmə şəraitinə görə, yəni iqlim, bitki örtüyü, relyef, torpaq əmələgətirən süxurların fiziki və kimyəvi xassələrinə görə kəskin surətdə seçilir. Tədqiqat apardığımız ərazi şaquli zonallıq qanununa uyğun olaraq yüksəklikdə yerləşməklə burada, Н.Ə. Əliyevin göstərdiyi kimi, dağ-çəmən və dağ-meşə torpaqları inkişaf etmişdir [6]. Tədqiqat zamanı Daşkəsən rayonu ərazisində aşağıdakı torpaq tipləri aşkar olunmuşdur:
1.Tipik qəhvəyi dağ-meşə torpaqları.
2.Qonur dağ-meşə torpaqları.
3.Çimli dağ-çəmən torpaqları.
4.Dağ qaratorpaqlar.
Tipik qəhvəyi dağ-meşə torpaqları
Bu torpaq tipi ərazinin xeyli sahəsini tutaraq, alçaq dağlıq və dağətəyi hissələrdə yayılmış palıd, vələs və fıstıq meşəsi altında inkişaf etmişdir. Karbonatlıdır, əsaslarla doymuş və humusla orta dərəcədə təmin olunmuşdur. Qranulometrik tərkibcə ağır və yüngül gillicəlidir.
Tədqiq etdiyimiz qəhvəyi dağ-meşə torpaqlarının çox hissəsi yuxa qalınlıqdadır. Onun əsas xüsusiyyətlərindən biri də torpağın üst qatının qəhvəyi rəngdə olması, üst qatın dənəvər strukturluğu, yuxa qalınlıqlı, qalın torpaqlarda karbonatların olması kimi əlamətlərini qeyd etmək olar. Qoşqar, Şəmkir çayları ətrafında kəskin meylli yamaclara da təsadüf olunur. Meşə torpaqlarının cənub baxarlı yamaclarında bəzən meşə döşənəyinin yuyulduğu sahələrə də rast gəlinir.
Tipik qəhvəyi dağ-meşə torpaqları ərazinin şimal, şimal-qərb və qərbində yayılmışdır. Bitki örtüyü əsasən İberiya palıdı, vələs, itburnu, əzgil, göyəm, ardıc və s.-dir.
Tipik qəhvəyi dağ-meşə torpaqlarını xarakterizə etmək üçün meşə sahəsində qoyulmuş 1 saylı kəsimin morfoloji təsvirini veririk:
0-3 sm – meşə döşənəyi
3-10 sm – tünd-qəhvəyi, yüngül gillicəli, yumşaq, dənəvər, qozvari, strukturlu, az rütubətli, keçidi tədricidir,
10-32 sm – qəhvəyi, ağır gillicəli, kökcük, rütubətlidir, keçidi kəskindir,
32-65 sm – aşıq-qəhvəyi, yüngül gillicəli, rütubətlidir, kökcük, süxur qırıntıları, qaynamır.
Tipik qəhvəyi dağ-meşə torpaqlarının qranulometrik tərkibi 1saylı cədvəldə verilir.
Cədvəl 1
Tipik qəhvəyi dağ-meşə torpaqlarının qranulometrik tərkibi
Kəsim
|
Dərinlik,
sm-lə
|
Fraksiyalar %-lə, hissəciklərin miqdarı, mm-lə
|
Fiziki gil
0,01 az
|
1-0,25
|
0,25-0,05
|
0,05-0,01
|
0,01-
0,005
|
0,005-
0,001
|
0,001 az
|
Yüngül gillicəli, yuxa tipik qəhvəyi dağ-meşə torpaqları
|
1
|
3 - 10
|
27,32
|
32,12
|
11,12
|
14,96
|
7,60
|
6,88
|
29,44
|
10-32
|
23,30
|
22,00
|
13,72
|
11,44
|
11,72
|
17,82
|
40,98
|
32-65
|
12,65
|
37,75
|
10,08
|
15,52
|
9,08
|
14,92
|
39,52
|
Orta gillicəli, yuxa tipik qəhvəyi dağ-meşə torpaqları
|
2
|
0-11
|
16,14
|
21,30
|
20,42
|
11,19
|
16,20
|
14,75
|
42,14
|
Ağır gillicəli, yuxa, meşə altından çıxmış dağ-qəhvəyi torpaqları
|
3
|
0-10
|
5,41
|
14,99
|
23,20
|
13,36
|
20,08
|
22,96
|
56,40
|
10-20
|
8,80
|
10,34
|
17,68
|
16,08
|
18,56
|
28,54
|
63,18
|
Cədvəldən göründüyü kimi, təsvir etdiyimiz torpaq tipinin qranulometrik tərkibi ağır, orta və yüngül gillicəlidir. Fiziki gilin miqdarı 29,44-40,98 % 1 saylı kəsimdə, 3 saylı kəsimdə isə 56,40-63,18 % arasındadır. Fiziki gilin çox olması 1-0,25 və 0,25-0,05 mm-lik hissəciklərin nisbətən azalması ilə təsdiq olunur. Məlum olduğu kimi, gillicəli torpaqlar yaxşı su keçirmə qabiliyyətinə malik olduğu üçün, onda mikrobioloji proseslər yaxşı gedir. Toz hissəciklərinin miqdarı 1 saylı kəsimin üst hissəsinə nisbətən orta qatda daha çoxdur. Bu da onunla izah edilir ki, meşə torpaqlarında yuyulma yoxdur.
Üst qatda olan toz hissəcikləri torpağın aşağı qatlarına yuyulmuş və ona görə də xüsusən ikinci qatda xeyli çox toplanmışdır.
Tipik qəhvəyi dağ-meşə torpaqlarının əsas tərkib hissələrindən aydın olur ki, üst qatlarda humusun miqdarı alt qatlara nisbətən çoxdur. Bu da meşə torpaqlarına xas olan humusun miqdarıdır. Analiz nəticələrinə əsasən ağır gillicəli torpaqlarda humus 4,07-4,83 % olmuşdursa, orta gillicəli torpaqlarda 3,86 %, yüngül gillicəli torpaqlarda isə 2,80 - 3,75 % arasında dəyişilmişdir.
Torpaqda gedən mikrobioloji proseslərin aktivliyinə təsir edən amillərdən biri də hiqroskopik nəmlikdir. Hiqroskopik nəmlik normal olduqda torpağıln münbitliyi də dəyişir. Adətən ağır və orta gillicəli torpaqlarda hiqroskopik nəmlik yüksək olur. Bu torpaqlarda hissəciklər nisbətən daha çox yapışqan olduqları üçün su saxlama qabiliyyəti yüksəkdir. Ağır gillicəli torpaqlarda bu miqdar 10,74 -10,40 % arasında olur (cədvəl 2).
Cədvəl 2
Tipik qəhvəyi dağ-meşə torpaqlarının əsas tərkib hissələri
Kəsim
|
Dərinlik,
sm-lə
|
Hiqroskopik
nəmlik
|
Humus
|
Ümumi azot
|
CO2-yə görə
CaCO3
|
Yüngül gillicəli tipik qəhvəyi dağ-meşə torpaqları
|
1
|
3-10
|
9,09
|
3,75
|
0,12
|
4,87
|
10-32
|
11,80
|
3,04
|
0,11
|
2,21
|
32-65
|
9,92
|
2,80
|
0,09
|
3,09
|
Orta gillicəli tipik qəhvəyi dağ-meşə torpaqları
|
2
|
0-11
|
3,76
|
3,86
|
0,13
|
22,98
|
Ağır gillicəli, yuxa, meşə altından çıxmış dağ-qəhvəyi torpaqlar
|
3
|
0-10
|
10,74
|
4,83
|
0,24
|
yox
|
10-20
|
10,40
|
4,07
|
0,20
|
yox
|
Bizim tərəfimizdən ilkin olaraq struktur əmələgəlməsinin şəraiti öyrənilmişdir. Bu məqsədlə ərazinin temperatur göstəricələri öyrənilmişdir, aydın olmuşdur ki, suya davamlı strukturun əmələgəlməsi ücün ən optimal orta illik temperatur 6-10 C0 və fəal temperaturun cəmi 1000-2000 dərəcə olmalıdır. Havanın temperatur rejimi ilə suya davamlı aqreqatların belə əlaqəsi torpaqda gedən bioloji proseslərin fəallığından asılıdır və bu zaman üzvi qalıqların parçalanması prosesində iştirak edən mikroorqanizmlərin fəallığı artır. Struktur əmələgəlməsinə iqlim amillərinin bilavasitə təsiri torpağda suyun donmasından və əriməsindən də asılıdır. Təkrar donmalar və ərimələr torpaqda aqreqatların parçalanma və oxalanma qabiliyyətini yüksəldir.
Tədqiqat zamanı müəyyən olunmuşdur ki, torpaqda strukturun əmələgəlməsinin başqa bir vacib elementi də atmosfer çöküntüləridir. Atmosfer çöküntüləri ən əvvəl torpağın nəmliyinə və su rejiminə təsir edir, bu da öz növbəsində bütün fiziki, kimyəvi, bioloji proseslərin getməsinə və struktur əmələgəlmənin xarakterinə və enerjisinə təsir edir.
Bizim təyin etdiyimizə görə, ölçüsü 0,25 mm çox olan suyadavamlı aqreqatların miqdarı, atmosfer çöküntüləri 200 mm-dən 800 mm-ə qədər artdıqda, 3-4-dən 80-90 %-ə qədər kəskin artır. Çöküntülərin miqdarı 1400-1600 mm-ə qədər artdıqda, suyadavamlı aqreqatların miqdarı 50-60 % azalır.
Müəyyən edilmişdir ki, aqreqatların suya davamlılığına və torpağın struktur tərkibinin əsas komponentlərinin nisbətinə ərazinin meyllik göstəriciləri, yamacların ekspozisiyası, relyefin formaları (ərazinin düz, qabarıq, çökək səthləri) təsir göstərir.
Aparılan tədqiqatlar göstərmişdir ki, makroaqreqatların əmələgəlməsi bitkilərin kök sisteminin xarakteri, onun kök atmasının dərinliyi ilə, torpaq həcminin bir vahidində köklərin miqdarı ilə təyin olunur. Burada birillik bitkilərin kök sisteminin torpaq strukturunun əmələgəlməsində tək bitki növləri yox, məhsulun miqdarı da nəzərə alınmalıdır.
Tədqiqatlarımızdan aydın olunmuşdur ki, ərazidə yayılan torpaqlarda bitki köklərinin ehtiyatı müxtəlif olmuşdur və onlar əsasən torpağın akkumulyativ horizontlarında yerləşir. Fəal biokütlənin torpaqda ehtiyatları artdıqca suyadavamlı aqreqatların miqdarı da artır.
3 saylı cədvəldə ərazidə yayılan torpaqlarda humusun tərkibi və miqdarı verilir. Torpaq tiplərindən asılı olaraq humusun miqdarı dəyişir Humusun miqdarı azaldıqca onun tərkibində olan humin turşularının miqdarı azalır və eyni vaxtda fulvo turşularının miqdarı çoxalır. Belə halda torpaq strukturunun suyadavamlılığı da azalır.
Udulmuş əsasların tərkibilə torpaq strukturu bilavasitə əlaqədardır. Torpağın fiziki xassələri onun su, hava, daxilində gedən mikrobioloji proseslər və qida elementləri ilə sıx bağlıdır.
Tədqiqatlarımızda təyin etmişik ki, torpaqda udulmuş kalsiumun miqdarı azaldıqca, udulmuş Na miqdarı artır, bu da kəskin sürətdə suyadavamlı mikroaqreqatların miqdarını azaldır.
Struktur əmələgəlməsində torpaq nəmliyinin də böyük əhəmiyyəti vardır. Bizim tədqiqatlarımızda torpaqda suyadavamlı aqreqatların miqdarının onun nəmliyindən asılılığı öyrənilmişdir. Təyin edilmişdir ki, nəmlik 10 %-dən 40 %-ə kimi dəyişdikdə suyadavamlı aqreqatların da miqdarı dəyişir.
Qeyd etmək lazımdır ki, su torpaq minerallarının və üzvi hissəsindən ayrılıqda suyadavamlı mikro və makroaqreqatların əmələ gəlməsini təmin edə bilməz.
Torpaqlarda strukturun əmələ gəlməsində mikroorqanizmlərin də fəaliyyəti olduqca böyükdür. Mikroorqanizmlər metabolizmin məhsulu kimi suyadavamlı aqreqatların əmələgəlməsində iştirak edir. Bu prosesdə əsasən anaerob bakteriyaların iştirakı qeyd edilməlidir. Bizim tədqiqatlarımızda münbit çimli dağ-çəmən torpaqlarda mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədar suyadavamlı aqreqatların daha çox artması müşahidə edilmişdir.
Cədvəl 3
Humusun tərkibi və əmələgəlməsindən asılı olan suyadavamlı aqreqatların miqdarı
Torpaq tipi
|
Humus
|
Humus ehtiyatı, t/ha
|
Humin
turşul.
|
Fulvo
turşul.
|
C r-k
|
Suyadavamlı aqreqatlar, 0,25 mm
çox, %-lə
|
0-30 sm
|
0-100 sm
|
%-lə
|
C f-k
|
0-30 sm
|
0-100 sm
|
Dağ-
çəmən
|
6-7
|
238
|
492
|
12
|
21
|
0,6
|
74
|
76
|
Qəhvəyi
dağ-meşə
|
3-6
|
168
|
237
|
9
|
15
|
0,5
|
75
|
62
|
NƏTICƏ VƏ TƏKLİFLƏR
Aparılan tədqiqatlardan belə nəticəyə gəlirik ki:
1.Suyadavamlı strukturun əmələgəlməsi ücün ən optimal orta illik temperatur 6-10 oC və fəal temperaturun cəmi 1000-2000 dərəcə olmalıdır.
2 Təyin edilmişdir ki, torpaq nəmliyi 10 %-dən 40 %-ə kimi dəyişdikdə suyadavamlı aqreqatların da miqdarı dəyişir.
3. Ərazidə yayılmış münbit çimli dağ-çəmən torpaqlarda mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədar suyadavamlı aqreqatların daha çox artması müşahidə edilmişdir.
ƏDƏBİYYAT
1. Cəfərov M.İ. Torpaqşünaslıq. 1-ci hissə. Bakı, 1982, 222 s.
2. Мамедов Р.Г. Агрофизические свойства почв Азербайджанской ССР. Баку,1989, 232 c.
3. Качинский Н.А. Почва, ее свойства и жизнь. М., 1975. 290 с.
4. Новиков А.Е. Жизнь почвы. М.: Колос, 1968, 167 с.
5. Волобуев В.Р. Генетические формы засоления почв Кура-Араксинской низменности. Баку, 1965, 239 с.
6. Əliyev H.Ə. Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları, Bakı, 1964, 230 s.
УДК 631.45
Роль структуры в повышении плодородия почвы
О.А.Сейидзаде, С.Ф.Абдуллаева
РЕЗЮМЕ
В статье приведены результаты исследований по изучению структуры почв Дашкесанского района. В результате выявлено, что структурообразование в основном зависит от гумусности почвы, от содержания микроорганизмов в почве, от экологических условий структурообразования (температура, количество выпавших осадков, влажность почвы).
Role of the strukture in increasing of soil fertilite
O.A.Seyidzade, S.F.Abdullayeva
SUMMARY
The article is about the resuls of investigation of soil structure in Dashkesan region. It is revealed that as a result we may say that the structure forming basically depends on humus content, the content of soil microorganisms and ecologial conditions of the structure forming (the temperature, amount atmospheric precpitation, moisture of soil)
UOT 631.816
KİÇİK QAFQAZIN ŞİMAL -QƏRB YAMACI TORPAQLARININ EKOLOJİ ŞƏRAİTİNİN QIYMƏTLƏNDİRİLMƏSİ
Kənd təsərrüfatı elmləri namizədi A.D.Babayeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Giriş
Torpaq və onu əhatə edən mühit arasında qarşılıqlı əlaqə və təsirləri nəzəri səpkidə öyrənən torpaqların ekoloji qiymətləndirilməsi, bu münasibətlərin kəmiyyət göstəriciləri ilə ifadə edilməsi prinsipinə əsaslanır.
Torpaqların ekoloji qiymətləndirilməsi zamanı çox vacib elementlərdən biri torpağın ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalaları sisteminin hazırlanmasıdır. Q.Ş.Məmmədovun konsepsiyasına görə, torpaqların ayrı-ayrı xassələrinin torpaqların ekoloji qiymətinə təsiri təkcə təshih əmsalları cədvəlləri vasitəsi ilə deyil, həm də torpaqların keyfiyyətinin bu və ya digər əlamətinin təzahür dərəcəsinə görə bölündıyı xısusi kiçik şkalalarda verilə bilər [1,2].
Tədqiqat obyekti
Tədqiqat obyekti kimi seçilmiş Kiçik Qafqazın şimal-qərb yamacı respublikanın qərb hissəsində yerləşir, cənubdan Ermənistan və qərbdən Gürcüstan dövlətləri ilə sərhədlənir. Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göy-göl, Şəmkir rayonlarının və eləcə də Gəncə və Naftalan şəhərlərinin inzibati ərazilərini özündə birləşdirir. Ümumi sahəsi 1228,731 km2 (1228731 ha) olmaqla, respublika ərazisinin 12,9%-ni əhatə edir.
Tədqiqatın metodikası
Torpaqların ekoloji qiyməti hesablanarkən S.Z.Məmmədovanın [3] təklif etdiyi metodikaya uyğun - dənli taxıl, qarğıdalı və üzümün ekoloji tələbləri nəzərə alınmaqla, torpağın ekoloji şəraiti haqqında üç qrup məlumatdan istifadə olunmuşdur:
1. Torpaq və onun mınbitliyinin formalaşdığı mıhit amilləri (torpağın yayıldığı ərazinin hündürlüyü, yağıntıların miqdarı, Md rütubətlənmə əmsalı göstəricisi, ST > 10; bioiqlim potensialı - BİP) haqqında məlumat;
2. Torpaqların qiymət meyarları (humus, azot, udulmuş əsasların cəmi) əsasında tapılmış bonitet balları.
3. Torpaqların bonitirovkası zamanı meyar və ya təshih əmsalları kimi götürülmüş əlamət və xassələrinin (pH, suya davamlı aqreqatların miqdarı, sıxlıq) təzahır dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarında balla ifadə olunmuş göstəricilər.
Hər ıç qrup göstəricidən istifadə etməklə bizim tərəfimizdən Kiçik Qafqazın şimal-qərb yamacının əsasən dənli taxıl, üzüm və qarğıdalıaltı torpaqlarının bu bitkilərin tələbinə uyğun ekoloji qiyməti tapılmış və bunun əsasında ekoloji qiymət şkalası qurulmuşdur [4]. Torpaq əlamətlərinin təzahür dərəcəsinin qiymətləndirilmə şkalaları torpaqların ərazi üçün səciyyəvi olan kənd təsərrüfatı bitkilərinin (dənli bitkilər, üzüm və qarğıdalı bitkisi) ekoloji tələbləri və ya aqroekoloji xüsusiyyətləri nəzərə alınmışdır. Bu zaman bitkinin həmin əlamətin dərəcəsinə münasibəti balla ifadə olunmuşdur.
Cədvəllərdən görındıyı kimi, qarğıdalı, üzüm və taxıl ekoloji tələbinə uyğun olaraq torpaq (həmçinin mıhit) əlamətlərinin təzahür dərəcəsini ifadə etməkdən ötrü seçilmiş amilləri iki qrupa bölmək mümkündür: mühit amilləri - ərazinin hündürlüyü, yağıntılar, Md göstəricisi, bioiqlim potensialı və s.; torpaq amilləri - pH, şorlaşma, suyadavamlı aqreqatların miqdarı və s. Kiçik Qafqazın şimal-qərb yamacının torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalaları ərazi torpaqlarının ekoloji şəraitinin qiymətləndirilməsində, ekoloji qiymətləndirmə şkalasının tərtibində istifadə olunmuşdur (cədvə2).
Dostları ilə paylaş: |