Üzrə tədqiqat Müəlliflər qrupu


Təhsil xərclərinin strukturu və dinamikası



Yüklə 0,67 Mb.
səhifə13/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Təhsil xərclərinin strukturu və dinamikası

ilə bağlı əsas göstəricilər (Cədvəl 5)





2003

2004

2005

2006

2007

Təhsil xərclərinin məbləği, mln. manatla

240,8

277,1

353,4

479,1

758,3

Xərclərin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

25,8

15,1

27,5

35,6

58,2

Xərclərin dövlət büdcəsində payı, %-lə

18,9

18,5

16,5

12,6

12,0

Xərclərinin ÜDM-də payı, %-lə

3,3

3,2

2,8

2,7

-




Qrafik 1. Təhsil xərclərinin dövlət büdcəsində və ÜDM-də payının illər üzrə dinamikası
Göstərilən dövrdə təhsil xərclərinin məbləği 240,8 mln. manatdan 758,3 mln. manata yüksəlib. Eyni zamanda, ötən dövrdə büdcənin məcmu xərc artımının cəmi 517,5 mln. manatı və ya 10,3 faizi təhsil xərclərinin artımı hesabına təmin olunub. 2003-2006-cı illərdə bölmə üzrə xərclərin illik artım tempi 15-35 intervalında olub. Yalnız 2007-ci ildə təhsil xərclərində yüksək artım baş verib və cari ildə əvvəlki illə müqayisədə ölkədə təhsilin inkişafına 58,2 faiz artıq xərc proqnozlaşdırılır. Təhlil aparılan dövrdə bölmə üzrə xərclərin sabit olaraq təxminən 60 faizi natamam və orta təhsilin, 4 faizi internat və xüsusi məktəblərin, 4,5-5 faizi texniki-peşə məktəblərin və litseylərin saxlanmasına sərf olunub. Axır 4 ildə ali təhsillə bağlı xərclərin cəmi təhsil xərclərində xüsusi çəkisi 6,2 faizdən 8,3 faizə, təhsillə bağlı digər xidmət xərclərinin payı isə 11,3 faizdən 15,9 faizə yüksəlib. Tələbələrə verilən təqaüdlər üçün büdcədən maliyyələşmə son iki ildə 2 dəfə artmışdır.

2004-2007-ci illərdə təhsil xərclərinin artımının 275,2 mln. manatı, yaxud 59,3 faizi natamam və orta təhsil xərclərinin, 87,3 mln. manatı və ya 19 faizi təhsillə bağlı digər xidmət xərclərinin artımı hesabına təmin edilib5. 2003-2006-cı illərdə təhsil xərclərinin ÜDM-də payı isə 3,3 faizdən 2,7 faizə enib.


Səhiyyə xərcləri. Cari ildə büdcədən səhiyyəyə 278,7 mln. manat xərclənəcək. Bu, 2003-cü illə müqayisədə 219,1 mln. manat, yaxud 4,7 dəfə çoxdur. Ötən müddət ərzində səhiyyə xərclərinin xeyli fərqli templərlə artıb. Belə ki, əgər 2007-ci ildə səhiyyə xərcləri üzrə 72,1 faiz proqnozlaşdırılırsa, 2003-cü ildə həmin göstərici 33, 2004-cü ildə 17,9, 2005-ci ildə 57,5, 2006-cı ildə isə 42 faiz təşkil edib. Təhlil aparılan dövrdə məcmu büdcə xərcləri artımının 219,1 mln. manatı və ya 4,4 faizi səhiyyə xərclərinin artımı hesabına baş verib.
Səhiyyə xərclərinin strukturu və dinamikası

ilə bağlı əsas göstəricilər (Cədvəl )




2003

2004

2005

2006

2007

Səhiyyə xərclərinin məbləği, mln. manatla

59,6

70,3

110,9

161,9

278,7

Xərclərin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

33,0

17,9

57,5

42,0

72,1

Xərclərin dövlət büdcəsində payı, %-lə

4,7

4,7

5,2

4,3

4,4

Xərclərinin ÜDM-də payı, %-lə

0,8

0,8

0,9

0,9

-

2003-cü il üzrə büdcə məlumatlarında məktəbəqədər təhsil, ibtidai təhsil və orta təhsil üzrə xərc təsnifatı sornarkı illərin təsnifatı arasında uyğunsuzluq olduğundan təhsil xərclərinin strukturunun müqayisəsi 2004-2007-ci illər üzrə verilir
2003-2005-ci illərdə bu bölmə üzrə xərclərin dövlət büdcəsindcə payı 4,7 faizdən 5,2 faizə yüksəlsə də, axır iki ildə yenidən həmin göstəricinin səviyyəsi 4,4 faizə enib.


Qrafik 2. Səhiyyə xərclərinin dövlət büdcəsində və ÜDM-də payının illər üzrə dinamikası
Sosial müdafiə və sosial təminat xərcləri. 2003-2007-ci illərdə sosial müdafiə və sosial təminat funksional bölməsi üzrə büdcə xərclərinin məbləği təqribən 400 mln. manat və ya 3,9 dəfə artıb. 2003-2006-cı illərdə sosial müdafiə xərclərinin orta illik artım sürəti 15 faiz təşkil edib və büdcənin digər xərc istiqamətlərilə müqayisədə bu ən aşağı artım tempi olub. Yalnız 2007-ci ildə sosial müdafiə xərclərinin artımı son 5 ildə ən yüksək həddə çatıb və 79,5 faiz təşkil edib. Ümumilikdə 2007-ci ildə büdcədən sosial müdafiə və sosial təminata 612,8 mln. manat xərclənməsi nəzərdə tutulur.

Sosial müdafiə və sosial təminat xərclərinin strukturu və dinamikası

ilə bağlı əsas göstəricilər (Cədvəl )




2003

2004

2005

2006

2007

Sosial müdafiə və sosial təminat xərclərinin məbləği, mln. manatla

213,1

236,6

302,9

341,5

612,8

Xərclərin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

12,1

10,8

28,3

11,9

79,5

Xərclərin dövlət büdcəsində payı, %-lə

16,8

16,1

14,2

9,0

9,7

Xərclərinin ÜDM-də payı, %-lə

3,0

2,8

2,4

1,9

-

Son 5 il üzrə büdcə xərclərinin ümumi artımının cəmi 7,9 faizi sosial müdafiə və təminat xərclərininin artımı hesabına təmin olunub. Bu müddətdə adıçəkilən xərclərin büdcədə payı 16,8 faizdən 9,7 faizə enmişdir. Öz növbəsindən axır 4 ildə sosial müdafiə və təminat xərclərinin ÜDM-də xüsusi çəkisi isə 3 faizdən 1,9 faizə enib.

Ötən 5 ildə sosial müdafiə xərclərinin artımının təxminən 127 mln. manatı və ya 32 faizi pensiya xərclərinin, 70 mln. manatı, yaxud 17,5 faizi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərclərinin, yerdə qalan hissəsi isə əhalinin aztəmiantlı təbəqələrinə verilən müxtəlif müvanət (məsələn, kommunal güzəştlərlə əlaqədar verilən müavinətlər, ünvanlı sosial yardımlar, uşaq doğularkeən verilən birdəfəlik müavinətlər və s.) xərclərinin artımı ilə bağlı olub.





Qrafik 3. Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsində və ÜDM-də payının illər üzrə dinamikası
Mədəniyyət, incəsənət, bədən tərbiyəsi və KİV xərcləri. Bu funksional bölmənin dövlət büdcəsində payı yüksək olmasa da mədəniyyət və incəsənət sferasının maliyyələşdirilməsi məcmu xərclərin kəskin artımından kənarda qalmayıb. Ötən 5 ildə həmin xərclər 3 dəfə artaraq 32,9 mln. manatdan 98,4 mln. manata çatıb.
Mədəniyyət, incəsənət, bədən tərbiyəsi və KİV xərclərinin strukturu və dinamikası ilə bağlı əsas göstəricilər




2003

2004

2005

2006

2007

Mədəniyyət, incəsənət, bədən tərbiyəsi və KİV xərclərinin məbləği, mln. manatla

32,9

36,3

41,2

67,1

98,4

Xərclərin dinamikası, faizlə əvvəlki ilə nisbətən artıb (+), azalıb (-)

41,2

10,3

13,2

40,0

46,6

Xərclərin dövlət büdcəsində payı, %-lə

2,6

2,3

1,9

1,8

1,6

Xərclərinin ÜDM-də payı, %-lə

0,45

0,42

0,33

0,38

-

Təhlil aparılan dövrdə bölmə xərclərinin büdcədə payı 2,6 faizdən 1,8 faizə enmişdir. 2003-2007-ci illərdə baş verən xərc artımlarının 1846,1 mln. manatı, yaxud 36,6 faizi sənaye və tikinti, 399,6 mln. manatı (7,9 faizi) sosial müdafiə və sosial təminat, 219,1 mln. manatı (4,4 faizi) səhiyyə, 301,8 mln. manatı (6,0 faizi) əsas bölməyələrə aid edilməyən xidmət xərclərinin artımı hesabına təmin olunub. 2008-ci ildə büdcədən gənclər siyasətinə cəmi 3 milyon manat vəsait ayrılıb.





Qrafik 4. Mədəniyyət, incəsənət, bədən tərbiyəsi və KİV xərclərinin dövlət büdcəsində və ÜDM-də payının illər üzrə dinamikası

Bu xərc maddəsində digər maddələrdə olduğu kimi benefisiarı bir çox hallarda əsasən qadınlar olan bəzi paraqraflar üzrə çox ciddi artım tempini 2008-ci ildə də müşahidə etmək olar. Məsələn, “Teatr, filarmoniya, musiqi kollektivləri, ansambllar və incəsənət üzrə sair tədbirlər”də ötən ilə nisbətən artım 60.3% olmuşdur. Ancaq hələ də mədəniyyət kollektivlərində (bəzi səhiyyə kollektivləri kimi, məsələn səhiyyə laboratoriyaları) əmək haqqı minimal həddən çox az fərqlənir.

Bütün bu xərc maddələri üzrə artım, təbii ki benefisiar qadınların real olaraq əldə etdikləri büdcə vəsaitlərini də artırır. Onu da nəzərə almaq lazımdır ki, ənənəvi olaraq əksər Azərbaycan ailələrində təsərrüfat və bəzən maliyyə tənzimləyicisi yolunda qadınlar çıxış edirlər. eyni zamanda, bütün xərc maddələrinin qadın və qızlara eyni dərəcədə yaxın ilə yanaşı, onu da nəzərə almaq lazımdır ki, bir sıra sosial ənənələr maliyyə vəsaitinin son istifadəçisinə məhz qadınları çevirir. Bu baxımdan büdcə vəsaitlərinin gender benefisiarlar tərəfindən istifadə proporsiyası da dinamik olaraq artır. Belə bir fiskal artım mərhələsində əsas prioritetlərdən biri də, ünvanlılığı artırmaq olmalıdır. Əslində məhz bu məqsədə xidmət edən “ünvanlı sosial yardım”ın (bu yardımın orta hesabla məbləği ötən il 17.3 AZN olmuşdur.) da gender statistikası aparılmalıdır. Onu da əlavə edək ki, torpaqlarımızın 20%-nin işğalı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzü 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub ki, onlardan 54%-i də qadınlardır. Hal-hazırda bu insanların 95%-i lazımi həyat şərtlərindən məhrumdurlar. İşləmək qabiliyyəti olan qaçqın qadınların yalnız 20%-i işlə təmin olunub.

Azərbaycan Respublikasının 2008-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində aşağıdakı istiqamətlər gender təhlil aspektindən xüsusi önəm daşıyır: “sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun aradan qaldırılmasına, aztəminatlı əhali, uşaqlar və əlillər üçün ünvanlı sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək”; “əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə, turizm, idman, mədəniyyət, sosial sığorta və sosial yardım sistemi sahələrində islahatları davam etdirmək, onların inkişaf istiqamətlərini stimullaşdırmaq”. Göründüyü kimi, gender-təhlil yanaşması bizim büdcə prioritetlərimizə və büdcə anlayışlarımıza ümumiyyətlə daxil deyil. Yeganə istisna “Ana və uşaqların sağlamlı- ğının qorunması üzrə Dövlət Proqramı”dır. Bu proqramın maliyyələşməsi üçün 2008-ci ilin dövlət büdcəsindən 5.2 milyon manata qədər vəsait ayrılıb.

Ümumilikdə, büdcə sistemimizin təsnifatların açıq olmaması, büdcə qanunvericiliyindəki boşluqlar, səlahiyyət bölgüsünün qarışıqlığı, xərc strukturunda zəif prioritetləşmə, xərc maddələrinin tam icra olunmaması, büdcədənkənar maliyyə kanallarının mövcudluğu kimi çatışmazlıqları gender büdcələşdirməsinə də təsirsiz ötüşməyəcək.
Yekun
Sonda bu qeydləri də diqqətə çatdırmaqda fayda var. Belə ki, “gender siyasəti”, “gender yanaşması”, “gender büdcəsi”, “gender təhlili” və bu kimi digər məfhumların yerini Azərbaycanda tədricən “ailə siyasəti”, “ailə yanaşması”, “ailə büdcəsi”, “ailə təhlili” anlayışları tutmalıdır. Yəni dövlət siyasəti və ictimai hədəf sadəcə qadına yox, bütövlükdə ailəyə yönəlməlidir. Çünki sağlam təməlli ailədə onsuz da qadın sosial statusundan asılı olmayaraq layiq olduğu yeri tutacaq və layiq olduğu dəyəri qazanacaq. Eyni zamanda, yalnız qadının yox, bütövlükdə ailənin cəmiyyətin təməlini təşkil etdiyini unutmaq lazım deyil. Müasir dövrdə cəmiyyətə real olaraq bu və ya digər formada və məzmunda təsir göstərmək istəyən bütün cəhdlər ailədən başlayır. Nəticədə dövlətin müasir dövrün dəyişkənliklərinə cavab verə bilən ailə siyasəti və sosial siyasəti olmadan, ayrılıqda qadın problemlərini də həll etmək mümkün deyil. Bununla yanaşı, tədqiqatçılar büdcə vəsaitlərindən ailələrin yararlanma məsələlərini daha məqsədli tədqiqat predmetinə çevirə bilərlər, nəinki süni şəkildə abstraktlaşdırılmış qadın kateqoriyasının. Daha da konkretləş -dirsək, qadın tək yaşamaq üçün yaradılan varlıq deyil. Qadının üzləşdiyi problemlərin də səbəb və nəticələri bütövlükdə yalnız onun özündən və ya yalnız əks cinsdən asılı deyil. Problemlərə yanaşma və həll üçün yeganə optimal çərçivə ailədir. Burada yeganə istisna isə ailə məfhumundan məhrum olan həssas qadın qruplarıdır (dul qadınlar, kimsəsiz qızlar və s.). Ancaq unutmayaq ki, eyni tipli kişi qrupları da var. Yəni bu kimi insanların problemlərinin həlli qadına və ya kişiyə qayğı məsələsi deyil, bu bir insanlıq məsələsidir. Bir sözlə, üz anlayışın və ya yanaşmanın belə formulunu daha münasib hesab etmək olar:

Ailə” yanaşması+ “İnsan” yanaşması > “Gender” yanaşması



8. İqtisadi, maliyyə, sosial, regional, institusional və siyasi problemlər, habelə risklər

İqtisadi Problemlər:
Tezis: İqtisadi sistemin transformasiyası ötən əsrin sonunda mövcud olan gender tarazlığının dəyişməsi və qadınların iqtisadi vəziyyətinin ağırlaşması ilə nəticələnmışdır.

Bunu bütün ölçülər üzrə (qadınlar, analar, uşaqlar, ailələr) müşahidə etmək mümkün olmuşdur. Makroiqtisadi səviyyədə təsərrüfat subyektləri kimi əksər ev təsərrüfatlarının yoxsullaşması bu proyeksiyalarda tam təzahür etmişdir. İş qüvvəsi tərkibində fəal qadınların qismi azalmışdır. İqtisadi transformasiya nəticəsində müxtəlif sosial qruplar sırasinda qadinlar qrupu daha çox itirən qrup olmuşdur, başqa sözlə Azərbaycanda fəal işləmə qabiliyyətinə malik yaş qrupuna daxil olan bir çox qadın üçün keçid dövrü iş yerlərinin itirilməsi, uzun müddətli işsizlik dövrləri və həm dövlət sektorunda, həm də özəl sektorda muzdla işləmək imkanları ilə nəticələndi. İş qabiliyyətli qadınların hər altı nəfərindən biri işsiz hesab edilsə də (Cədvəl 1), lakin bu rəqəm işsizliyin real miqyasından xeyli aşağıdır. Son dəfə 2003-cü ildə keçirilən İşçi Qüvvəsinin Müayinəsi (İQM) aşkar etmişdi ki, iş qabiliyyətli qadınların (16-56 yaş həddi) yalnız 59,5%-i iqtisadi cəhətdən fəaldır, müqayisə üçün - kişilərdə bu rəqəm 83,6%-dir (16-61 yaş həddi).


Cədvəl 1




Şəhər yerlərində

Kənd yerlərində

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Əhalinin iqtisadi fəallığının səviyyəsi

53,8

80,6

67,4

87,4

İşsizliyin həddi

17,3

12,2

7,2

7,1

Mənbə: Azərbaycan Respublikası, 2005b: 56.
Rəsmi versiyada (DSK 2004c: 36) qadınların “qeyri-fəallıqlarının” yüksək səviyyədə olması qismən onların evdə qalıb uşaqlarını böyütmək istəkləri ilə izah edilir, lakin bu izahat doğum göstəricilərinin aşağı düşməsi və maddi imkansızlıqla bir məntiqə sığmır. Əslində qadınların seçimi və imkanlarının olmaması və əmək bazarında ciddi məhdudiyyətlərlə üzləşmələri faktını pərdələyir. Nəzərə alsaq ki, formal əmək bazarı daha çox kişilərə iş imkanı üstünlüyü verir. Cədvəldən göründüyü kimi qadınlarla müqayisədə kişilər üçün iqtisadi fəallıq həddi həm kənd yerlərində, həm də şəhərlərdə çox da fərqli deyil. Şəhərlərdə isə qadınların iqtisadi fəallıq həddi (53,8%) kənd yerlərində olduğundan (67,4%) xeyli aşağıdır, bu da guman ki, kəndlərdə qadınların həyətyanı sahələrdə işləmələri ilə əlaqədardır.

Nəticə: Gender büdcəsinin strateji xətti iqtisadi cəhətdən passiv qadınların rəqabət qabiliyyətli iş yerlərinin tutulmasının stimullaşdırmasını özündə kəsb etməsidir.
Tezis: İqtisadi transformasiya, islahatlar və dşvlətin cari siyasətinin gender neytrallığı nəticəsində özəl və dövlət sektorlarında qadın qruplarının get-gedə daha çox təcrid olunmasına gətirib çıxarmışdır. Özəlləşdirmə prosesi çox sayda qadınlara haqları çatan xeyir gətirmədi. BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə İnsan İnkişafına dair Məruzəsində qeyd edilir ki, özəlləşdirmənin ilk dövrü əsasən qadınların işlədiyi (40%) iaşə xidmətləri, ərzaq istehsalı və ticarət kimi sahələri əhatə etmişdir. Üstəlik, özəlləşdirilmiş obyektlərdə işləyən qadınların 74%-i işini itirib və indi yeni qeydə alınmış kiçik və orta müəssisələrin yalnız 7%-i qadınlara məxsusdur. Qadınların və özəlləşdirmənin vəziyyətini qiymətləndirmək üçün aparılan araşdırmalara əsasən, özəlləşdirilmiş müəssisələrdə işləyən qadınların 83%-i həyatdan və işdən razı deyildilər (BMTİP 2002).
Tezis: Əmək bazarında üfüqi və şaquli seqreqasiya əvvəllər zəif və kompensasiyalı xarakter daşıyırdısa, indiki zamanda daha güclənmişdir.

Azərbaycanda bərabər iş üçün bərabər əmək haqqı prinsipi qanunla təmin edilir, lakin kişilərin və qadınların əmək haqqı normaları xeyli dərəcədə fərqlənir. Bu hal başlıca olaraq, əmək meydanında daim mövcud olan şaquli gender ayrı-seçkiliyi üzündən baş verir. Guman ki, bu, əksər sektorlarda rəhbər vəzifə tutan qadınların sayının az olmasından irəli gəlir. 2002-ci ildə DSK nümunə üçün apardığı araşdırmalar (seçmə müayinəsi) aşkara çıxartdı ki, hətta qadınların üstünlük təşkil etdikləri sektorlarda (Diaqram1), məsələn, səhiyyə xidməti, sosial xidmətlər sahəsində (burada işləyən qadınların sayı kişilərdən 5,6 dəfə çoxdur), qadınların maaşları kişilərinkinin yalnız 54,4%-i qədərdir və bu da kişilərin yüksək maaşlı qərarqəbuletmə vəzifələrində üstünlük təşkil etmələrinin nəticəsidir. Eyni vəziyyətə təhsil sektorunda da rast gəlmək olar: burada işləyən qadınların sayı kişilərdən iki dəfə çoxdur, orta əmək haqqları isə kişilərin aldığının yalnız 77,7%-ni təşkil edir (Azərbaycan Respublikası 2005a: 57-58).


Tezis: Qeyri-formal sektorda məşğulluq və onun gender nisbəti əsaslı siyasət təklifləri üçün önəmlidir. Azərbaycanda iqtisadi transformasiya formal məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə azalması və real əmək haqqlarının aşağı düşməsi ilə bir vaxta düşdü və bu da hökumətin əhalinin sosial müdafiəsi təmin etmək qabiliyyətini zəiflətdi. Bir çox səbəblər (işsizlik, təhsil almaq problemləri, uşaq müəssisələrində şəraitin olmaması, kiçik biznes üçün başlanğıc kapitalın yoxluğu, biznes bacarığının olmaması və s.) qadınları qeyri-formal iş sektoruna müraciət etməyə sövq edib.

Qeyri-formal əmək bazarının miqyası və strukturu haqqında etibarlı məlumat məhduddur. Bununla belə dəlillər göstərir ki, qadınlar bu bazarın çox böyük hissəsini təşkil edir: bunlar şəhərlər/ölkələrarası alverçilər, bazar satıcıları, ev xidmətçiləri və müzdla xəstəyə baxanlardır. 2004-cü ildə aparılan İşçi Qüvvəsinin Müayinəsinə görə, işlədiklərini söyləyən qadınların 17%-i özlərinin “hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını” bildirirlər ki, bu da qeyri-formal əmək sektorunu nəzərdə tutur (DSK 2004c: 31). Qadınların qeyri-formal sektorda iş tapmalarında maneələr daha azdır, lakin belə iş davamlı iş vaxtı, aşağı əmək haqqı, ağır şərait deməkdir. Evlə əlaqədar iş öz uşaqlarına baxmaq imkanı olmayan qadınlar üçün çıxış yolu olsa da, bu işlə məşğul olanların əməyinin müqabilində çox az mənfəət gətirir, çünki onlar uşağa baxmaqla yanaşı ev işləri ilə də məşğul olmalı olurlar və üçqat iş görürlər.



Nəticə: Qadınların qeyri-formal sektorunda məşğulluğunun ən riskli və qeyri legitim forma-larının qarçısının alınması kompensativ tədbirlərlə əlaqələndirilməlidir. Bunların sırasında büdcə dəstəyini tapan alternativ iş yerləri, təhsil proqramları və s. olmalıdır.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə