Üzrə tədqiqat Müəlliflər qrupu


Sosial infrastruktur xərclərinin gender məzmununa dair



Yüklə 0,67 Mb.
səhifə15/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Sosial infrastruktur xərclərinin gender məzmununa dair
Su təchizatı və sanitariya şəraiti. Su təchizatı, sanitariya şəraiti və azyaşlı uşaqların inkişafı sosial infrastruktur sektorunda AİB-nın diqqət mərkəzində duran məsələlərdir. AİB-nın su təchizatı və sanitariya sektorunda fəaliyyəti infrastrukturun genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasını, təchizat sistemində bəzi vəzifələrin yerli hakimiyyətlərə verilməsinə dair müəyyən edilmiş əsaslı islahatları dəstəkləməyi və müvafiq icra və idarəetmə səlahiyyətlərinə malik yeni su təchizatı sistemi yaratmağı nəzərdə tutur. İndiyə kimi AİB Göyçay, Ağdaş və Naxçıvan kimi şəhərlərdə su təchizatı və sanitariya xidmətlərinin bərpası üzrə investisiya layihəsini həyata keçirmişdir ki, bu da bu üç şəhərdə daha yaxşı su təchizatı və sanitariya xidməti təmin etməklə əhalinin yaşayış və sağlamlıq şəraitini yaxşılaşdıracaq. Birgə fəaliyyət göstərən texniki yardım xidməti su təchizatı və sanitariya şəraiti xidmətlərinin effektiv surətdə tənzimlənməsi sahəsində Hökumətin səlahiyyətlərini möhkəmlədəcək və bütün su mənbələrinin bir mərkəzdən idarə olunmasına imkan verəcək. Təmiz suyun və sanitariya şəraitinin olmaması yoxsullara və xüsusilə də qadınlara daha pis təsir edir. Adətən su almaq, su yığmaq, su daşımaqla məhz qadınlar məşğul olur, natəmiz su və sanitariya şəraiti üzündən xəstələnən ailə üzvlərinin qayğısına məhz qadınlar qalmalı olurlar. Həm su təchizatını idarə edən, həm də sudan istifadə edən qadınlar su məsələləri ilə bağlı problemlərdən daha yaxşı xəbərdar olurlar və onların bu problemlərin yaxşılaşdırılmasına dair konkret təklifləri də var. Mümkün olan layihə müdaxilələri aşağıdakılar ola bilər:

• İcraçı partnyorların həyata keçirilən siyasət və layihənin tətbiq edilməsi səviyyəsində gender məsələlərini nəzərdən keçirmək və onlara müraciət edə bilmələrini təmin etmək üçün gender şüurluluğunun artırılması üzrə treninqlər təşkil edilməlidir.

• Qadınların layihədə nəzərdə tutulan su mənbələrini idarə edən komitələrdə lazımi şəkildə təmsil olunmaları təmin edilməlidir.

• Qadınlar su təchizatı xidmətlərinin idarə edilməsi və qorunub saxlanmasına dair treninqlərə daxil edilməlidirlər.

• Layihə çərçivəsində keçirilən müştəri sorğularında (yəni, bu xidmətlərdən razılığa dair) iştirak edənlərin ən azı 50%-i qadın olmalıdır, çünki, su və sanitariya xidmətləri, su yığmaq və su daşımaq işləri üçün əsasən qadınlar məsuliyyət daşıyır, onlar bu xidmətlərlə bağlı problemlərdən yaxşı xəbərdardırlar və bu problemləri həll etmək üçün onların konkret təklifləri var.

Risklər, gender riskləri
“Risk” sözü fransız mənşəlidir və bu anlayışın ümumi mənası itki təhlükəsi, uğursuzluq ehtimalı, gözlənilməyən hərəkət və əlverişli sonluğun ümid edilməsi deməkdir. Risk - obyektiv hadisədir və gələcək nəticələrin bir mənali determinasiya olunmaması ilə şərtlənir. Risk fenomeni qeyri-müəyyənliklə bilavasitə əlaqəlidir və bu səbəbdən idarəolunan sayılır, yəni bu prosesə təsir etmək olar. Gözlənilən nəticə əldə edilmədikdə bir qayda olaraq ziyan, itki, əldən verilmiş imkan halları riskin real təzahürləridir. Riskin şərtlərini öyrənməklə onun baş tutması ehtimalı və digər kəmiyyət göstəricilərini qiymətləndirmək olar. Bunun əsasında qəbul edilən qərarlar daha dayanıqlı olur. Qeyri-müəyənliyin məqbul dərəcələri ümumi halda itkilərlə ölçülür və bir çox halda dəyər ifadəsində əlavə məsrəflər və ya alınmamış gəlirin həcmi ilə bildirilir. Qeyd edək ki gender problimi ilə bağlı qərar qəbulu sahəsi (dövlət qərarları – büdcə, proqramlar, layihələr, fərmanlar və s.) öznəməxsus risklərə malikdir.

Qərar qəbuluna məsul orqan (şəxs) qarşısında duran əsas vəzifə itkilərin risk funksiyasına, yəni riskin qərarlardan asılılıq formasına çevirməkdir. Bu halda ən yaxşı qərar riski minimallaşdıran qərardır. Əsas problem isə bütün əsas riskləri qərarlardən funksional asılılıq formasında ifadə etməkdir. Risklərin məlum növləri - layihə (proses) iştirakçılarının məsuliyyət riskləri (yəni vəzifə və öhdəliklərin öncədən naməlum səbəbdən yerinə yetirilməməsi riskləri), fəaliyyət prosesinin dayanması və ya ləngiməsi riski, mənbələrinə görə isə - təbii-iqlim, istehsalat, texniki,iqtisadi, sosial, siyasi, bazar, maliyyə, innovasiya, sahə və ölkə spesifikası ilə bağlı risklərdir. Ümumi halda risk törədən amil kimi cəmiyyətdəki gender rolları və münasibətlərinin konteksti (yəni, adətlər, stereotiplər, qadağalar, maneələr) daxildir. Bunlar qadınların və kişilərin layihənin təklif etdiyi tədbirlərdə məhsuldar iştirakına mane olaraq, nəticə əldə edilməsinə risklər yaradırlar. Bununla bağlı, potensial neqativ təsirlərin ehtimal səviyyəsi (məsələn, qadınların həddən yüklənməsi, və ya kişilərin sosial izolyasiyası və s.) müzakirə olunmalıdır və bu hallara uyğun təxmini hərəkət planı qəbul edilməlidir. Başlıca fəaliyyət istiqaməti olaraq, gender inteqrasiyasını qeyd etməklə bu səpkidə tətbiq ediləcək gender rolları və vəzifə fərqləri ilə bağlı tədbirlərdə yaranan risklər həmin fərqlərin düzgün nəzərə alınmaması ilə əlaqədardır ki, bunların da nəticəsində yekun vəziyyət ənənəvi yanaşma nətiəcəsində əldə edilən nəticədən də əlverişsiz ola bilər. Gender riskləri sırasında sosial risklər xüsusi yer tutur. Onların qadınlara təsirinin daha güclü olması ehtimal edilir. Kişilərin pauperizasiya nəticəsində itirdikləri daha azdır, nəinki qadınların. Demək olar ki, qadınların sosial təhlükəsizliyi bütövlükdə dövlətin sosial siyasətindən asılıdır – düşünülmüş, kompleks, ardıcıl və həssas siyasət qadınlarla bağlı sosial riskləri azaldır. Risklər həmdə təsadüfi hadisə nəticəsində və ya bədniyyətli hərəkətdən yarana bilər. Bizi araşdırma probleminə görə həm də daha çox sistematik (və ya davamlı sistemli xarakter daşıyan), sığortalanan, tənzimlənən və fərqli əhatə dairəsinə malik olan risklər maraqlandırır.

Risklərin öyrənmə metodları onların idarəolunma potensialı ilı əlaqələndirilir və özündə həssaslıq, senarilərin təhlili və modelləşdirməni birləşdirir. Risklərin idarəolunması isə onların azaldılması, bölüşdürülməsi, neytrallaşdırılması, kompensasiya edilməsi və ya transformasiyası məqsədini güdə bilər.

Gender büdcəsi ilə əlaqədar irəli sürülən təşəbbüslərin (layihələrin) riskləri qısamüddətli və uzunmüddətli ola bilər. Birincisi - ölkə təcrübəsi, presedentin olmaması və büdcə prosesinə məxsus sahələrarası razılaşdırmalarla bağlı çətinliklərin nəticəsidir. İkincisi isə - əldə ediləcək nəticələrin davamlılığı və onların ümumi sosial-iqtisadi inkişaf strategiyası ilə uzlaşma dərəcəsi ilə əlaqəlidir.



Gender proqramlarının riskləri düzgün zaman parçasının seçilməməsi, hədəf qrupunun hədlərinin təyinedilməsi xətaları, layihə mexanizmi, resurs mənbələri, nəticələri bildirən indikatorlar və giymətləndirmə üsulları ilə bağlı qeyrimüəyyənliklərdən irəli gəlir. Yuxarıdakıları da nəzərə almaqla daha çox ümüummilli ixtisaslaşmış gener proqramlarına üstünlük verilməlidir, çünki daha dar sahə prooqramlarının riskləri nisbətən böyk olacaqdır (məsələn, Azərbaycanda nigahdan kənar doğuşların sayının artması uşaq və ana layihələrinin dolayısı risklərini artırır). Digər tərəfdən, müxtəlif sahələrə aid edilən gender büdcə təşəbbuslərin ümumi riskləri mövcud gender tarazlığının nəzərdə tutulduğundan fərqli dərəcə və istiqamətdə dəyişməsi ehtimalı ilə əmələ gəlir. Bunun nəticəsində vəziyyətin əvvəlcədən qəbul edilmiş mənada pisləşməsi (itkilərin dərəcəsi) ehtimalı qiymətləndirilməlidir. Məsələn, ölkədə bir qədər spontan rejimdə hazırlanan ali təhsilin təkmilləşdirilməsi dövlət proqramı (sözsüz ki mühüm gender əhəmiyyəti daşımaqla) aşağıdakı istiqamətlər üzrə risklərin təhlilinə yer verilməlidir:

  • təhsilin məzmunun yeniləşməsi və onun bazar tələbatlarına yönəldilməsi

  • sosial müdafiasi zəif olan təbəqələrin təhsil almaq imkanları

  • təhdildə gender bərabərliyinin təmin edilməsi.

Büdcə riskləri burada təhsil müəssisələrinin maliyyələşdirilməsində fərqliliyin ğüclənməsi, və digər resurs təminatında disproporsiyaların artmasından ibarətdir. Ehtimal edilir ki, ali texniki təhsil müəssisələri daha böyük ziyanla üzləşəcəkdir. Bununla yanaşı sahə proqramlarının budcə kompensasiyalarının tam əsaslandırılmaması mənfi təsirlərin risklərini artırır. Komunal xidmətlərin komersiyalaşması kompensasiya paketləri verilmədən maddi ehtiyac içində yaşayan ev təsərrüfatlarının iqtisadi və sosial vəziyyətini bir qədər də çətinləşdirdi. Qeyd edək ki, əlavə vəsaitlərin həmin xidmətlərin keyfiyət səviyyəsinə necə təsir etməsi qiymətləndirilməmiş qaldı. Beləliklə burada bir növ yanlış yanaşma riskləri artırdı. Bir sıra büdcə dəstəyinə malik olan proqramların eyni zamanda icra prosesində onların məqsəd indikatorlarının ziddiyyət təşkil etməsi riski meydana cıxır: büdcə prosesinin təkmilləşməsi, regionların inkişafı, infrastruktur obyektlərinin modernləşdirilməsini buna misal çəkmək olar. Ümumiyyətlə budcə islahatında səmərəliliyini təsdiq etmiş “nəticəyə yönəlmiş yanaşma” dövlət büdcəsinin gender risklərinin azaldılmasına xidmət edə bilər. Xüsusən bu, sosial və iqtisadi cəhətdən tam əsaslandırılmamış və gender həssaslığı olan dövlət xərclərinə dair demək olar. Bunu geniş beynəlxalq təcrübə təsdiq edir. Büdcə xərcləri ilə bağlı risklərin xüsusi təzahür sahələri olan ev təsərrüfatı (ailə), iş yeri (müəssisə, təşkilat), infrastruktur obyektləri xüsusi gender riskləri məkanını formalaşdırır. Hüquqi, sosial, mülkiyyət cəhətdən qadınların müdafiə olunması sistemi gender risklərinin azaldılmasına xidmət edir, və əksinə qadın və uşaqların haqlarının pozulması, zorakılıq halları gender risklərini kəskinləşdirir. Hesab edilir ki, qloballaşma prosesi geniş miqyasda gender risklərini artırır. Cavab olaraq, gender ekspertizası risklərin preventiv azaldılması üsulu kimi çıxış edir. Bütün bunlar gender büdcə risklərinə yanaşmada strateji çərçivələri təyin edir.

9. Hökümətə, qadın təşkilatlarına, beynəlxalq təşkilatlara və digər maraq tərəflərinə effektiv gender büdcəsinin tətbiqi ilə bağlı orta və uzunmüddətli tədbirlərlə bağlı təkliflər :



  1. Büdcə qanunvericiliyində, daha da konkret desək gender bərabərliyinin təminatlarını tənzimləyən qanunda və büdcə təsnifatı haqqında NK-nin qərarında gender büdcəsi və həssas qadın qruplarının sosial-iqtisadi vəziyyətinin yaxşlaşdırılmasının maliyyə təminatı ilə bağlı müddəaların əlavə edilməsi;




  1. Dövlət Statistika komitəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə gender statistikasının metodoloji və informativ gücləndirilməsini təmin etməlidirlər;




  1. Gender büdcəsi istiqamətində layihə həyata keçirə biləcək QHT-lər dövlət dəstəyində prioritet istiqamət kimi dəstəklənməlidirlər;




  1. Gender Büdcəsinin Təhlili Mərkəzinin formalaşdırılması;




  1. Uşaq evlərindəki qızların, məcburi köçkünlərin təhsildən kənarda qalmış qız uşaqlarının, qaçqınların qız uşaqlarının daimi müavinətlə təmin edilməsi;




  1. Həssas qadın qruplarının sosial-iqtisadi vəziyyətinin yaxşlaşdırılmasının büdcə təminatı məsələsi “2009-cu il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri”nə daxil edilməlidir;




  1. “Həssas qadın qruplarına dövlət dəstəyinin gücləndirilməsi üzrə Dövlət Proqramı (2009-2015)”nın işlənib hazırlanması və qəbul edilməsi;




  1. Milli Məclisin “Ailə Siyasəti Daimi Komissiyası”nın formalaşdırılması;




  1. Hökümətin uzunmüddətli ailə siyasəti konsepsiyasının formalaşdırılması (demoqrafik aspekt istisna edilməməklə);




  1. Ailə Problemlərinin Tədqiqi Mərkəzinin formalaşdırılması;




  1. Ev təsərrüfatları çərçivəsində büdcə ayırmalarının qadın və kişilərə təsirini qiymətləndirən sorğuların keçirilməsi;




  1. Gender büdcəsinin təhlili və gender statistikası üzrə idarələrarası komissiyanən formalaşdırılması;




  1. Gender büdcəsinin formalaşması və inkişafı üçün gender bərabərliyinə nail olunmasının institusional mexanizmləri təkmilləşdirilməlidir;



  1. Bütün səviyyələrdə (dövlət idarəetməsi və yerli özünüidarəetmə) qərarların qəbulu zamanı gender balansının gözlənilməsinin təmin edilməsi üçün institusional mexanizmlər işlənilməlidir;

  2. Xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində siyasətlərin hazırlanması zamanı gender prioritetləri diqqət mərkəzində olmalıdır;

  3. Büdcənin “Sosial müdafiə və sosial təminat” bölməsində qadınlar arasında işsizlik probleminin həlli istiqamətində konkret xərclər nəzərdə tutlmalıdır: “işsizliyə görə” verilən müavinətlərdə işsiz kimi qeydiyyata alınmış qadınlara ödənilməli olan məbləğin ayrıca maddə kimi ayrılması; tənha analara işsizlik müavinətinin məbləğinin artırılması; işsizlik müavinəti alan və ya işaxtaran qadınların peşə-ixtisas təkmilləşdirilməsi və ya yenidən ixtisaslaşması üçün büdcədə vəsaitin nəzərdə tutulması;

  4. Dövlət büdcəsi xərclərinin qadın və kişilərin həyatına göstərə biləcəyi potensial fərqli təsirlərin aşkara çıxarılması istiqamətində tədqiqatlar aparılmalı, növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə paketi Milli Məclisə təqdim edilən zaman izahat sənədlərində belə araşdırmalar da əksini tapmalıdır;

  5. Qanunların və dövlət proqramlarının müzakirəsi və qəbulu zamanı bunların qadın və kişilərin həyatına göstərə biləcəyi potensial fərqli təsirlər barədə araşdırmalar aparılmalıdır (müvafiq sənədlər müzakirəyə təqdim edilərkən bu məlumatlar izahat sənədlərində əksini tapmalıdır);

  6. Dövlət büdcəsində ayrı-ayrı xəstəliklərə mübtəla olmuş uşaqların sağlamlıq düşərgələrinə və ya sanatoriyalara göndərilməsi xərclərinin ayrıca maddədə göstərilməsi təmin olunmalıdır;

  7. Azərbaycanda gender büdcəsi «ictimai işçi qrupunu» (İİQ) təsis etmək və bunun üçün hazırlıq-təşkilati tədbirləri planlaşdırmaq




  1. İİQ QHT-lərin gender budcəsi ilə əlaqədar tədqiqat, layihələndir-mə, təşəbbüslər və digər sahələrdə fəaliyyətlərini əlaqələndirmək üçün 1-3 illik birgə fəaliyyət planını işləyib-hazırlamaq.




  1. «Azərbaycanda gender büdcəsinin inkişafı yolları» mövzusunda dəyirmi masanı təşkil etmək və televiziya və mətbuatda işıqdandırılmasını təmin etmək.




  1. Azərbaycanda gender siyasətinin institusion inkişafında gender büdcəsi istiqamətinin stabil inkişafını təmin etmək məqsədilə xüsusi vasitələrin (sayt, nəşr, dövrü bülleten, illik icmal və s.)




  1. MBQ-nin nəşr etdiyi bülletendə vaxtaşırı olaraq «Gender büdcəsi» rubrikasını açmaq və ildə bir dəfə xüsusi tematik bülleten əlavəsini dərc etmək




  1. Müddətli strarteji tədbirlər çərçivəsində ölkədə gender (dis)balansı izləyən monitorinq və qiymətləndirmə (MvQ) sisteminin konsepsiyası və texnololgiyasınn layihəsini təklif etmək




  1. Bundan əvvəl təklif olunan MvQ sisteminin ölkənin 2006-2015-ci illər üçün «İnsan inkişşafı» Dövlət Proqramının Monitorinqi sisteminə inteqrasiyası məsələlərini əsaslandırmaq və təklifi Proqramın Katibliyinə təqdim etmək.




  1. Azərbaycanda gender büdcəsinin analitik təminatı (o cümlədən, hədəf qruplarının tələbatları və dəstək kanallarının qiymətləndiril-məsi) məqsədilə müvafiq ssioloji və sosial-iqtisadi base-line survey tipli araşdırmanın layihə təklifini işləmək və müvafiq fondlara (SOROS, Avrasiya, BMT İP və s.) müraciət etmək.




  1. Dövlət statistika göstəricilərinin gender tərkibli məlumatlarının auditini təşkil etmək və onların standartlaşma və əməlliyyatlandırma imkanlarını öyrənməklə təkmilləşdirmə təkliflərini irəli sürmək




  1. Uçotu aparıla biləcək yeni gender göstəricilərinin tərkibini və mümkün mənbəlirini işləyib-hazırlamaq və dövlət statistika reestrinə daxil edilməsini təklif etmək, məsələn: qadın-sahibkarlar; özəl müəssisə rəhbərləri; təsərrüfat rəhbərləri; intellektual kapitalda gender nisbəti (müqayisəli potensial); diasporada vəziyyət.




  1. Ölkədə reallaşdırılan və ya hazırlanan «Gənclər siyasəti» və «Ailə» proqramları üzrə gender ekspertizasını keçirmək və gender istiqamətinin gücləndirilməsi məqsədilə əməli təkliflər işləmək, məsələn, körpələri olan gənc analar və ya hamilə qadınların məişət əməyinə yardım strategyası və onun çərçivəsində ev cihazlarının güzəştli satışı və s.




  1. Əvvəlki bənddəki proqramlar üzrə gender təhlili əsasında dövlət büdcəsindən gənc ailələrə birbaşa yardım imkanlarını araşdırmaq və rəsmi strukturlara təklifl irəli sürmək.




  1. Orta təhsil pilləsində mövcud olan bilik nailiyyətləri üzrə gender fərqlərinin səbəblərini araşdırmaq və pedaqoji ictimaiyyətin müzakirəsinə çıxarmaq.




  1. Vətəndaş cəmiyyətinin (QHT sektorunun) dövlət dəstəyi səpkisində fəallaşması və xüsusən qadın maraqlarını təmsil edən təşkilatların fəaliyyət səmərəliliyinin gücləndirilməsi məqsədilə Müvafiq olaraq dövlət Komitəsi nəzjində Məşvərət Orqanının yaradılması və onun Nizamnaməsinin layihəsini təklif edilməsi;




  1. Kənd yerlərində qadınları fermer təsərrüfatına cəlb etmək üçün ev təsərrüfatlarında bizneslə məşğul olmalarına şərait yaratmaq məqsədilə mikro-kreditlərin verilməsini təmin etmək;




  1. Rayonlarda müxtəlif peşələrə malik qadınlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi üçün mikro-kreditlərin verilməsinə kömək etmək, qadınlar arasında şəxsi təşəbbüslərin inkişafına şərait yaradılması;




  1. Heç vaxt işləməmiş (əlil qadınlar, çoxuşaqlı analar) qadınlar arasında "evdə iş" imkanları yaratmaq.



İstinad edilmiş mənbələrin siyahısı

1. “Budgeting for equity: Gender budget initiatives within a framework of performance oriented budgeting”. Rhonda Sharp; 01 Jul 2003.

2. - Организация Объединенных Наций, Экономический и Социальный Совет. General E/ESCAP/CESI(4)/3 12 September 2007 Russian Original: English.

- Экономическая и Социальная Комиссия для Азии и Тихого Океана Комитет по новым социальным вопросам. Четвертая сессия 26-28 ноября 2007 года Бангкок. “Гендерные Аспекты и Развитие”. (Пункт 6 предварительной повестки дня). Новые вопросы и задач. Записка секретариата.

3. “Gender mainstreaming in development planning”. Viviene Taylor. A reference manual for governments and other stakeholders, 1999.

4. “Gender inequality in a globalizing world”. Stephanie Seguino, Associate Professor and Chair. University of Vermont Department of Economics.

New York, March 7, 2005.

5. Parliament, the budget and gender, HANDBOOK FOR PARLIAMENTARIANS N° 6 2004. By Joachim Wehner (Germany) and Winnie Byanyima, MP (Uganda). Inter-Parliamentary Union.

6. “Azərbaycan, ölkə üzrə gender qiymətləndirilməsi”. Asiya İnkişaf Bankı, Mərkəzi və Qərbi Asiya Regional Departamenti və Regional və Davamlı İnkişaf Departamenti, Dekabr 2005, (2006-cı ildə Azərbaycan dilinə tərcümə edilib).

7. Обеспечение гендерного равенства как разумный подход к экономическому развитию План действий Группы организаций Всемирного банка (2007–2010 финансовые годы), сентябрь 2006 года.

8. Azerbaijan Human Development Report 2007. “Gender attitudes in Azerbaijan: trends and challenges”.

9. “Gender Budgeting”. Prepared by Janet G. Stotsky. © 2006 International Monetary Fund WP/06/232. IMF Working Paper, Fiscal Affairs Department. Authorized for distribution by Jesús Seade, October 2006

10. Azərbaycan Respublikasında ev təsərrüfatlarının idarə olunması və ailə büdcələrinin planlaşdırılmasında gender amillərinin nəzərə alınmasının təhlili. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; OXFAM GB. “Azərbaycanın büdcə sisteminin gender təhlili” layihəsi çərçivəsində, Bakı – 2005.

11. Социальная политика и социальная работа гендерный аспект. М. РОССПЭН, 2004. - 292с._socPolSW_Gender.

12. Gender Responsive Budgeting in Practice: a Training Manual, New York 2006. Copyright: UNFPA, UNIFEM 2006. ISBN: 1-932827-60-9.

13. “Review of gender budget initiatives”. Prepared by Debbie Budlender. Community Agency for Social Enquiry.

14. “Tools for a Gender-Sensitive Analysis of Budgets”. UNIFEM.

15. “How to do a gender-sensitive budget analysis: contemporary research and practice”. Debbie Budlender & Rhonda Sharp, with Kerri Allen. Australian Agency for International Development,

Canberra and the Commonwealth Secretariat, London. 1998

16. Beijing declaration and platform for action fourth world conference on women. 15 September 1995.

17. “Parliament and the budgetary process, including from a gender perspective”. Regional seminar for ASEAN+3 Parliaments 23 to 25 July 2002, Manila (Philippines).

18. “Manual for Training on Gender Responsive Budgeting”. Prepared by Katrin Schneider on behalf of GTZ. Eschborn, 2006.

19. “Gender Assessment for USAID/Caucasus/Azerbaijan”. DevTech Systems, Inc. USAID Contract #: GEW-I-01-02-00019-00. January 15, 2004.

20. “Gender Budget Initiative”. A Commonwealth Initiative to Integrate Gender into National Budgetary Processes. Commonwealth Secretariat, June 1999.

21. “Gender responsive budgeting and women’s reproductive rights: a resource pack”. UNFPA, UNIFEM. New-York 2006.

22. “Gender Budgeting – Integration of a gender perspective in the budgetary process.

Part report: country reports”. TemaNord 2006:578 . Nordic Council of Ministers, Copenhagen 2006.

23. “The Potential of Gender Budgeting: Has its Day Come?”. John R. Bartle, School of Public Administration, University of Nebraska Omaha. Marilyn Marks Rubin, John Jay College, City University of New York. Panel on “Democratizing the Budgetary Process”, Association for Budgeting and Financial Management Annual Conference. October 12, 2002. Kansas City, Missouri, USA.

24. Gender and governance: a proposed World Bank Action Plan.

25. “Women and Poverty”. Canadian Research Institute for The Advancement of Women. Third Edition – 2005.

26. “Promoting Gender Equality and Women’s Empowerment”. WB Global Monitoring Report 2007.

27. “Gender budgeting at the Nordic and EU levels”. Intervention by Anne Havnør, Senior Adviser, Norwegian Ministry of Children and Family Affairs, Division for Gender Equality.



28. http://www.gender-budgets.org

29. http://www.gender-az.org

30. http://www.gender.ru

31. http://www.azstat.org

32. http://www.dqmk.gov.az

33. http://www.gender.de

34. http://www.socialwatch.org

35. http://www.unifem.org



36. http://www.who.int/en/

37. http://www.scfwca.gov.az





Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə